L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə45/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

amillərilə  olan  təminatmdakı  fərqidir.  Bu  bir  tərəfdən  beynəlxalq 
əmək  bölgüsünə,  digər  tərəfdən  isə  bu  amillərin  ölkələr  arasında 
hərəkətinə  səbəb  olur.  İqtisadi  ehtiyatların  təminatmm  müxtəlif 
dərəcələrindən  asılı  olaraq  dünya  təsərrüfat  subyektləri  müəyyən 
əmtəə və xidmətlərin istehsalı üzrə i.xtisaslaşır və bu sahələr üzrə 
onlann məhsuldarlıq göstəricisi yüksək olur. Son nəticədə, rəqabət 
mübadiləsi  əsasında  ölkələr  arasında  yeni  münasibətlər  sistemi  - 
BƏB yaranmışdır. 
Beləliklə,  BƏB  -  əməyin  ictimai  ərazi  bölgüsünün  yüksək 
forması  olub  ayrı-ayn  ölkələrin  əmtəə  və  xidmətlər  istehsalında 
ixtisaslaşması  və  həmin  məhsul  və  xidmətləri  öz  aralarında 
mübadilə etməsi sistemidir. 
BƏB-in əsasım tarixən bütün ölkələr arasmda həyata keçirən 
satış-əmtəə  mübadiləsi  prosesi  təşkil  edir.  Son  vaxtlar  bu  sahəyə 
xidmət və kapital sferası da daxil edilmişdir. Demək olar ki. Bütün 
Dünya  ölkələri  bu  və  ya  digər  dərəcədə  BƏB  sisteminə  daxil 
olmuşlar. Bu prosesin dərinləşməsi istehsal qüvvələrinin inkişafına 
və bu da öz nəticəsində elmi-texniki inqilabın genişlənməsinə böyük 
təkan vermişdir. 
BƏB ETT-in xammal və bazar bazasını möhkəmləndirir və 
genişləndirir,  onlara  çəkilən  xərcləri  azaldır  və  nəticədə  bu 
proseslərin səmərəli sürətinə şərait yaradır. 
Ölkələr  BƏB-də  iştirakı  onlara  öz  tələbatlanm  tam  və  az 
məsrəflə  ödəməyə  imkan  verən  əlavə  iqtisadi  səmərənin  əldə 
edilməsinə imkan açır. 
Qeyd  etdiyimiz  kimi,  dünya  ölkələrinin  BƏB-də  iştirak 
etməsində əsas məqsəd iqtisadi fayda əldə etməkdən ibarətdir. Belə 
ki, fayda istehsalın milli dəyərilə beynəlmiləl dəyəri arasındakı fərqi 
müəyyən  edilir.  Bu  zaman  ölkələr  dəyər  qanununun  tələblərini 
nəzərə almaqla hərəkət edirlər. Dəyər qanunu BƏB-in əsas hərəkət 
verici qüvvəsi kimi çıxış edir. 


Lakin  bir  məsələni  də  nəzərə  almaq  lazımdır  ki,  əmtəələr 
dünya  bazarına  çıxarılarkən  onlar  beynəlxalq  dəyərin  və  dünya 
bazar  qiymətlərinin  formalaşmasında  iştirak  edirlər.  Burada  bazar 
iqtisadi  qanunları  olan  rəqabət,  tələb,  təklif  xüsusi  rol  oynayır. 
Əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi zamanı hər bir dövlət 
aşağıdakı prinsiplərin əldə edilməsinə çalışır; 1 - ixrac edilən əmtəə 
və xidmətlərin beynəlmiləl dəyərlərilə milli dəyərləri arasındakı fərq 
əlverişli fayda gətirsin; 2 - ikinci əsas prinsip onunla bağlıdır ki, əgər 
ölkə  daxilində  istehsal  baha  başa  gələrsə,  onda  ölkədə  lazım  olan 
məhsullar və xidmətlərin milli istehsalından imtina yolu ilə qənaətə 
nail olmaq və xaricdən idxal vasitəsilə daha ucuz uyğun məhsullann 
və xidmətlərin əldə edilməsinə çalışmaqdır. 
BƏB-in inkişafına təsir göstərən amillər bunlardır: 
1.
 
İstehsalın daha yüksək səmərəliliyinin əldə edilməsi
2.
 
İstehsal xərclərinin aşağı salınmasına çalışmaq. 
İnkişaf etmiş ölkələrin istehsalı getdikcə daha çox xarici 
istehsalın  tələbinin  ödənilməsinə,  daxili  tələbat  isə  idxal  vasitəsilə 
həyata keçirilməsinə yönəldilir. 
BƏB  nəzəriyyəsi  klassik  iqtisadçılar  A.Smit,  D.Rikardo, 
R.Torens  və  Con  Styuart  Mili  iqtisadi  elmi  əsərlərində  geniş  əks 
etdirilmişdir. Bu nəzəriyyələrdən ən əsası: 
müqayisəli 
üstünlüklər və ya müqayisəli istehsal xərcləri nəzəri>'yəsidir ki, bu 
da  beynəlxalq  ticarətin  əsas  təkanverici  nəzəri  əsası  hesab  olunur. 
Bu  nəzəriyyənin  əsas  ideyası  ölkələrin  istehsal  amillərilə 
təminatındakı fərqdir. Bu nəzəriyyənin əsasında C.S.Mill aşağıdakı 
iki əsas vəziyyəti göstərmişdir: 
1.
 
İstehsalın beynəlxalq ixtisaslaşmasına olan təbii canatma, 
bu ixtisaslaşmadan alınan gəlirlərin tarazlığının yaranmasına gətirib 
çıxanr. 
147 


2.
 
Tam  və  ya  qismən  ixtisaslaşma  şərtləri  istehsaldan  əldə 
edilən  gəlirlərin  qeyri  bərabərliyilə  müəyyənləşir.  BƏB  sahəsndə 
klassik  iqtisadçıların  ideyaian  E.Hekser,  B.Olin,  P.Samuelson, 
V.I.eontev və s. tərəfindən beynəlxalq ticarət nəzəriyyələri altında 
daha da genişləndirilmişdir. 
12.3.
 
Dünya təsərrüfatında beynəlxalq ticarət 
nəzəriyyələrinin yaranmasının inkişaf tarixi və onların əsas 
istiqamətləri 
Beynəlxalq  ticarət  elmi  texniki  inqilaba  əsaslanır,  dünya 
təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  və  BƏB-in  dərinləşməsilə 
sıx  bağlı  olmaqla,  müxtəlif  ölkələr  arasında  əmtəə  və  xidmətlərin 
mübadiləsi  deməkdir.  Xarici  ticarət  beynəlxalq  iqtisadi 
münasibətlərin  (BİM)  ilkin,  ənənəvi  və  lap  inkişaf  etmiş  forması 
olmaqla,  çox  qədim  zamanlardan  meydana  gəlmişdir.  Dünya 
ölkələri bəşəriyyətin ta  qədimdən indiyə qədərki inkişaf dövründə 
həmişə  bir-birindən  iqtisadi  ehtiyatlarla  təmin  olunma  və  iqtisadi 
potensial  baxımmdan  ciddi  surətdə  fərqlənmişdir.  Bundan  başqa, 
sənaye 
ölkələri 
öz 
inkişaf 
səviyyəsinə 
və 
istehsalın 
təmərküzləşməsinə görə də bir-birindən fərqlənmişlər. Bütün bunlar 
dünya  ticarətinin  meydana  gəlməsinə  və  genişlənməsinə  səbəb 
olmuşdur. 
Beynəlxalq  ticarət  beynəlxalq  əməkdaşlığın  demək  olar  ki, 
əksər  növlərini  özündə  birləşdirir.  İstənilən  ölkənin  iqtisadi 
müvəffəqiyyəti  onun  xarici  ticarəti  ilə  çox  sıx  bağlıdır  və  heç  bir 
ölkə  dünya  iqtisadi  sistemində  izolə  edilməklə  öz  sağlam 
iqtisadiyyatını  yarada  bilməz  (C.Saks).  Müasir  BİM  milli 
iqtisadiyyatların inkişaf prosesində dünya ticarətinin aktiv inkişafı 
ilə xarakterizə olunur. Xarici ticarət inkişafı istənilən ölkə üçün ən 
güclü amildir. Buna baxmayaraq, ölkələrin eyni 
148 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə