L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

zamanda,  beynəlxalq  əmtəə  mübadiləsindən  asıldığı  da  getdikcə 
artır. 
Xarici  ticarət  hər  bir  ölkənin  digər  ölkələrlə  idxal  və  ixrac 
ticarət  əməliyyatlarından  ibarətdir.  Beynəlxalq  ticarət  isə  bütün 
dünya ölkələrinin xarici ticarətlərinin məcmusu kimi başa düşülür. 
Xarici ticarətin müxtəlif növləri mövcuddur: hazır məhsul, maşın və 
avadanlığı,  xammal,  texnologiya,  xidmət,  maliyyə  alətlərinin 
(derivativlər, qiymətli kağızlar) və s. ticarətini misal gətinnək olar. 
Beynəlxalq ticarət üç əsas göstərici ilə xarakterizə olunur: 
-
 
əmtəə dövriyyəsi (ümumi həcm) ilə; 
-
 
əmtəə stRikturu ilə; 
-
 
coğrafi stmktur ilə. 
Xarici  ticarət  dövriyyəsi  beynəlxalq  əmtəə  dövriyyəsində 
iştirak  edən  ölkənin  idxal-ixrac  əməliyyatlarının  dəyərinin 
məcmusunu təşkil edir. Xarici ticarətin iki: fiziki və dəyər həcmini 
fərqləndirirlər.  Xarici  ticarətin  dəyər  həcmi  cari  valyuta  kurs- 
lanndan  istifadə  etməklə  müəyyən  vaxt  ərzində  uyğun  illərin  cari 
dəyişən  qiymətlərində  hesablanır.  Xarici  ticarətin  fiziki  həcmi  isə 
sabit qiymətlərdə hesablanır. 
Beynəlxalq  ticarətin  və  ya  dünya  əmtəə  və  xidmətlər 
dövriyyəsinin  ümumi  həcmi  bütün  ölkələrin  ixracatının  həcmini 
toplamaqla müəyyən olunur. 
Beynəlxalq  ticarətin,  dünya  təsərrüfatının  inkişafı  klassik 
ticarət  nəzəri>'yələrinə  söykənir.  Müasir  dünya  təsərrüfatı, 
beynəlxalq ticarətlə bağlı baxışları, aydınlaşdırmaqdan əvvəl onların 
əsas  istiqamətlərini  və  qısa  mahiyyətini  müəyyən  etmək  məqsədli 
hesab etmək olar. 
Beynəlxalq  ticarətin  merkantilizm  nəzəriyyəsi.  Orta 
əsrlərdən  bəri  bir  çox  ölkələrin  iqtisadçıları  ölkənin  təsərmfat 
həyatında böyük rol oynayan xarici ticarətin səbəblərini aydınlaş- 
149 


dınnağa  çalışmışlar.  Beləliklə,  beynəlxalq  ticarətin  müxtəlif 
nəzəriyyələri meydana gəlmişdir. Bu nəzəriyyələrin hamısı istehsal 
amillərin  beynəlxalq  hərəkətinə  əsaslanmışdır.  İlk  belə  nəzəriyyə 
XV-XVlIl  əsrlərdə  meydana  gələn  merkantilizm  nəzəriyyəsidir. 
Merkantilistlər  xarici  ticarətə  ölkənin  sərvət  qazanması  prosesində 
böyük  qiymət  verirdilər.  Ancaq  merkanti  üstlər  pulu  yeganə 
var-dövlət,  əmtəələrin  pula  mübadiləsini  səi'vətin  artınlmasımn 
yeganə  mənbəyi  hesab  edirlər.  Merkanti  üstlər  eyni  zamanda 
əmtəələrin  idxalını,  daha  doğrusu  pulun  verilməsini  var-dövlətin 
azalması  ilə  eyniləşdirirdilər.  Nəticədə,  onların  təklifi  belə  izah 
olunurdu;  idxalı  dövlətin  müdaxiləsi  yolu  ilə  məhdudlaşdımaqla, 
ixracı stimullaşdırmaq lazımdır. 
Bu  nəzəriyyənin  əsas  çatışmayan  xüsusiyyəti  aşağıdakı 
nəticə  ilə  bağlıdır:  yəni  əmtəə  mübadiləsində  iştirak  edən  ölkənin 
(bu halda ixracçı ölkə) itkisi deməkdir. Bu nəzəriyyənin əsas müsbət 
əlaməti  ixracı  stimullaşdırmaq  inhisarçı  siyasətlə  uzlaş-  dınlırdı. 
İdxala  edilən  məhdudiyyətlər  kapitalist  istehsalının  inkişaf 
məntiqinə  zidd  olmaqla  beynəlxalq  ticarəti  çətinləşdirirdi.  Bu 
nəzəriyyənin  əsas  nümayəndələri:  ingilis  iqtisadçılan  U.Stafford, 
T.Mcn, fransız iqtisadçısı A.de.Monkretyen ilk dəfə olaraq, “siyasi 
iqtisad” termini işlətmişdir. 
Mütləq  üstünlüklər  nəzəriyyəsi.  Yaradıcısı  A.Smit  özünün 
(1776)  “Xalqların  sərvətlənməsinin  səbəbləri  və  təbiəti  haqqında 
tədqiqatlar” əsərində merkantiüstlərin əksinə gedərək aşağıdakıları 
göstərmişdir:  ölkə  öz  daxilində  baha  başa  gələn  əmtəələri  daxili 
xərclərlə  müqayisədə  ucuz  dəyərlə  başqa  ölkələrdən  idxal  etməli, 
ancaq daha ucuz başa  gələn, başqa ölkələrdə isə baha olan uyğun 
əmtəələri  isə  ixrac  etməlidir.  Mübadilə  hər  bir  ölkə  üçün  əlverişli 
olmalı və bu mübadilədə hər bir ölkə özünün mütləq üstünlüyünü 
tapır. A.Smit merkan- 
I.v 


tilistləıin əksinə olaraq, ölkə daxilində və həmçinin dünya bazannda 
azad rəqabəti irəli sürmüş və o da beynəlxalq ticarəti dəstəkləmişdir. 
A.Smit azad ticarətin əsasım qoymuşdur. Bu nəzəriyyə beynəlxalq 
ticarətin onun bütün iştirakçıları üçün olan üstünlüklərini nümayiş 
etdirir. Mənfi xüsusiyyəti odur ki, bu nəzəriyyə beynəlxalq ticarətdə 
başqa  ölkələr  qarşısmda  mütləq  üstünlüyü  olmayan  ölkə  üçün  yer 
qoymur. 
Müqayisəli  üstünlüklər  nəzəriyyəsi.  .A.Smitin  mütləq 
üstünlüklər  nəzəriyyəsi  məntiqli  olsa  da  kamil  deyildir.  Bu 
nəzəriyyəyə görə aşağıdakı suallar cavabsız qalır; belə ki, əgər hər 
hansı  bir  ölkə  heç  bir  istehsal  sahəsində  mütləq  üstünlüyə  malik 
deyildirsə,  digər  ölkələr  bu  ölkə  ilə  ticarət  edəcəkmi?  Yaxud: 
İstehsal  xərcləri  baxımından  mütləq  üstünlüyə  malik  olmayan  hər 
hansı bir ölkə məgər beynəlxalq ticarətdən iqtisadi səmərə əldə edə 
bilməzmi? Mütləq üstünlüklərə nəzəriyyəsinin cavab verə bilmədiyi 
suallara  D.Rikardonun  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  cavab 
vermişdir.  O,  özünün  (1827)  “Siyasi  iqtisadın  və  vergi  qoymanın 
prinsipləri” kitabında bu nəzəriyyə ilə sübut etmişdir ki, hər hansı bir 
ölkə bu və ya digər malın istehsalında istehsal xərcləri baxımından 
mütləq  üstünlüyə  olmadığı  halda  da  ölkələr  arasında  xarici  ticarət 
aparıla  biləcək.  Daha  doğrusu  hər  bir  ölkə  beynəlxalq  ticarətdən 
mənfəət  əldə  edə  bilər.  D.Rikkardoya  görə,  nə  qədər  ki,  ölkələr 
arasındakı qiymətlərdə fərq olmaqda davam edir, hər bir ölkə nisbi 
üstünlüyə  malikdir.  Yəni  bu  ölkədə  həmişə  elə  bir  əmtəə  tapmaq 
mümkündür  ki,  mövcud  istehsal  xərclərinin  nisbətində  onun 
istehsalı digər ölkədəki istehsaldan daha sərfəli olsun. Məhz həmin 
ölkə belə malın istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır. D.Rikardo 
öz  nəzəriyyəsini  İngiltərə  və  Portuqaliya  arasında  mahud-şərab 
ticarətini misal gətinnəklə izah etmişdir. 
D.Rikardonun nəzəriyyəsinin çatışmayan cəhətləri: 
1 5 1  


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə