L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

1.
 
Məhsulun  maya  dəyəri  yalnız  əmək  sərfi  ilə  ölçülürdü, 
istehsal üçün lazım olan digər amillər; kapital və istehsal vasitələri 
nəzərə alınmırdı. 
2.
 
İşçi qüvvəsinin ölkə daxilində hərəkəti nəzərdə tutulsa da, 
onun ölkələr arasında tam hərəkətsiz olduğu fərz olunurdu. 
3.
 
Bu nəzəriyyədə istehsal xərclərinin sabit olması şərti əsas 
götürülürdü  və  onun  artıb-azalması  (real  vəziyyətdə)  nəzərə 
alınmırdı. 
4.
 
Ümumiyyətlə, 
klassik 
nəzəriyyələr 
də 
əmək 
məhsuldarlığının  ölkələr  arasında  fərqli  olduğunu  nəzərdə  tutur, 
anama  onun  səbəbini  izah  etmirdi.  Bu  nəzəriyyələrdə  həmçinin 
müxtəlif  ölkələrdə  mextəlif  istehsal  şərtlərinin  (iqlim,  təbii  sərvət, 
işçi  qüvvəsinin  keyfiyyəti  və  s.)  müxtəlifliyi,  zövqün  və 
texnologiyaların  daim  dəyişməsi  və  xarici  ticarətin  gəlirlərin 
yenidən bölüşdürülməsi üzərində təsiri nəzərə alınmırdı. 
Lcontyev  təzadı.  Hekşer-Ohlin  nəzəriyyəsinə  görə,  hər  bir 
ölkə  nisbi  üstünlüyə  malik  olduğu  amildən  intensiv  istifadə  etdiyi 
malın  istehsalı və ixracı  üzrə ixtisaslaşmalı,  nisbi üstünlüyə malik 
olmadığı malı isə idxal etməlidir. Hekşer-Ohlin nəzəriyyəsi ölkənin 
ixracında  və  idxalında  bu  və  ya  başqa  əmtəələr  yığımının 
üstünlüyünün  səbəbi  bir  başa  izah  edə  bilmirdi.  Rus  mənşəli 
Amerika iqtisadçısının V.Leontyev ABŞ- ın 1947, 1951 və 1967-ci 
illərdə  xarici  ticarətini  tədqiq  edərkən  göstərmişdir  ki,  bu  ölkə 
özünün  nisbətən  ucuz  kapitalı  və  bahalı  işçi  qüvvəsilə  beynəlxalq 
ticarətdə Hekşer-Ohlin nəzəriyyəsinə görə inkişaf etmir. Bu ölkənin 
ixracı  deyil,  idxalı  kapital  tutumılu  olmuşdur.  V.Leontyev  təzadı 
belə  izah  olunurdu;  yüksək  ixtisaslı  Amerikanm  işçi  qüvvəsi  öz 
hazırlığında  böyük  kapital  da  tələb  edir  (yəni  .Amerika  kapitalı 
istehsal  güclərindən  daha  çox,  insan  resurslarına  sərf  olunur). 
Amerikanın  ixrac  əmtəələrinin  istehsalına  böyük  həcmdə  idxal 
olunan mineral xammallar sərf 
152 


olunur. Bu xammalların əldə edilməsinə çoxlu miqdarda ABŞ- dan 
maliyyə vəsaitləri sərf olunur
ABŞ kapital baxımından zəngin bir ölkə hesab olunur. Belə 
olduqda Hekşer-Ohlin nəzəriyyəsinin şərtlərinə görə, bu ölkə kapital 
tutumlu  malları  idxal  etməlidir.  Leontyevin  faktiki  məlumatlarına 
əsaslanan təhlili isə bu müddəanın tam əksini üzə çıxartmışdır. Belə 
ki, ABŞ əmək tutumlu mallan ixrac edir. Leontycv göstəraıişdir ki, 
ABŞ-ın  xarici  ticarətinin  mahiyyətini  müəyyən  edən  mühüm  amil 
kimi  bu  ölkə  hələ  yuxarıda  göstərilən  dövrlərdən  yüksək  ixtisaslı 
kadrlann  hazırlanmasına  başqa  ölkələrlə  müqayisədə  daha  çox 
kapital qoyur və buna daha çox qayğı göstərir. 
Rəqabət  üstünlükləri  nəzəriyyəsi.  İstehsal  amillərinin 
səmərəli istifadə edilməsinə dair Amerika professoru Maykl Porter 
özünün  (1991-ci  il)  “Beynəlxalq  rəqabət”  kitabında  rəqabət 
üstünlükləri  nəzəriyyəsini  irəli  sürmüşdür.  O,  bu  kitabında  10 
ölkədən  100  sahə  və  alt  sahələri  təhlili  əsasında  belə  nəticəyə 
gəlmişdir  ki,  bu  sahələrdə  fəaliyyət  göstərən  milli  firmaların 
beynəlxalq  rəqabətdə  üstünlüyü  onlann  bu  ölkələrdə  hansı  makro 
mühitdə  fəaliyyət  göstərməklərindən  asılıdır.  Makromühit  isə 
özlüyündə yalnız istehsal amilləri ilə deyil, daxili bazardakı tələblə, 
yaxın  və  qarışıq  sahələrin  mövcudluğu,  ölkədə  menecmentin  və 
rəqabətin səviyyəsi, həmçinin hökumətin iqtisadi siyasəti və təsadüfi 
hadisələrlə  (müharibə,  gölənilməz  ixtira  və  s.)  xarakterizə  olunur. 
Bu  altı  parametrin  (Porterə  görə,  determinator  birliyi),  firmanın, 
sahənin,  nəticədə ölkənin  beynəlxalq  bazarda rəqabət  üstünlüyünü 
təmin edir. 
Poıter  beynəlxalq  rəqabətə  dair  əsərlərində  iri  sənaye  və 
inkişaf etmiş ölkələrin müasir xarici ticarətinin inkişafını təmin edən 
əsas 4 parametri müəyyən etmişdir
- istehsal amilləri
153 


-
 
təlob şərtləri
-
 
yaxın və xidmət edici sahələrin mövcudluğu
-
 
firmanın strategiyası və rəqabət. 
Beynəlxalq  ticarətin  digər  nəzəriyyələrinin  (və  ya 
beynəlxalq 
ticarətin 
alternativ 
nəzəri^/yələri) 
qısa 
xarakteristikalarını aşağıdakı kimi qeyd etmək olar
a)
 
istehsal  miqyasının  effekti  nəzəriyyəsinin  (inhisarçı 
rəqabət əsasında beynəlxalq ticarət nəzəriyyəsi də adlanır) Amerika 
iqtisadçısı Pol Kruqman irəli sürərək, eyni istehsal amillərinə malik 
ölkələr  arasında  beynəlxalq  ticarətin  səbəbini  izah  etmişdir. 
Monopolist rəqabət çərçivəsində istehsalın miqyası artdıqca, hər bir 
məhsul  vahidinin  istehsal  xərcləri  aşağı  düşür.  Bu  nəzəriyyənin 
mahiyyəti odur ki, ölkə özü böyük daxili bazarları ilə o məhsulları 
ixrac edəcəkdir ki, bu məhsullardan əldə edilən mənfəət iri miqyaslı 
istehsaldan yaranan qənaətlə müəyyən olunsun. 
b)
 
Xarici ticarət multiplikatoru-vuruğu nəzəriyyəsinə görə 
ilkin ixrac sifarişləri ölkədə məhsul buraxılışının, uyğun olaraq bu 
məhsul  buraxılış  sahələrində  çalışan  işçilərin  əmək  haqlarını  da 
artırır.  Ancaq  ixracın  genişləndirilməsi  həmişə  əlverişli  nəticəyə 
gətirib çıxartmır. 
c)
 
Ribçin  teoremi.  İqtisadiyyatda  dəyişməz  qiymətlər  və 
yalnız  iki  sektorun  fəaliyyəti  şərtində  istehsal  amillərinin  birinin 
artımı  bu  istehsal  amilinin  intensiv  iştirak  etdiyi  məhsulun 
buraxılışının  artımına,  başqa  sektorda  isə  məhsul  buraxılışının 
azalmasına  gətirib  çıxarır.  Bu  teoremə  görə  məsələn;  neft-qaz 
sektorunun çox sürətlə inkişafı başqa sahələrin işini ləngidir və ya 
əksinə. 
d)
 
Məhsulun  “həyat  tsikli”  nəzəriyyəsi  (tətbiq,  artım, 
genişlənmə,  eniş  mərhələləri  üzrə).  Yeni  məhsulun  meydana 
gəlməsi bir neçə mərhələni keçir: məhsulun meydana gəlməsi. 
 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə