L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   40   41   42   43   44   45   46   47   48

bu  məhsula  tələbin  artması,  onun  buraxılışının  güclənməsi,  eniş  - 
məhsulun istehsalının dayandırılması. 
Məhsulun  həyat  dövrü  nəzəriyyəsini  do  müasir  ticarət 
nəzəriyyələrinin istiqamətlərindən biri hesab etmək olar. 
12.4.
 
Dünya təsərrüfatında neoklassik baxışlar və neoklassik 
müqayisəli üstünlük nəzəriyyəsinin xarakterik xüsusiyyətləri 
Əvvəldə  qeyd  edildiyi  kimi,  xarici  ticarətin  öyrənilməsi 
probleminin  əsası  XVI  -  XVII  əsrlərdə  merkantilizm  dövründə 
qoyulmuşdur. Lakin o vaxt hesab edilirdi ki, qabaqcıl ölkələr idxal 
etməkdən daha  çox, ixrac etməlidir;  yəni  müsbət ticarət və tədiyə 
balansına  malik  olmalıdır.  Bunun  da  saldosu  qiymətli  metallar  və 
xarici valyutalar ilə təmin edilir. 
Merkantilist nəzəriyyəsinə məlum dərəcədə ölkələr arasında 
ziddiyyətli  münasibətlərin  mövcudluğu  təsir  etmişdir.  Çünki,  belə 
səhv etmədə bir ölkə qalib, başqaları isə məğlub hesab edilir; birisi 
zəngin, başqası kasıb olur. 
Klassik  nəzəriyyə  D.Rikardo  və  C.S.Milin  müqayisəli 
üstünlük  prinsiplərinə  əsaslanaraq  ölkələr  arasında  dalıa  ahəngdar 
münasibətləri bərpa etməyə cəhd göstərir. Burada ilkin nəzəriyyə bir 
dəyişən amildən,  yəni iş qüvvəsi qiymətindən və tam ixtisaslaşma 
prinsiplərindən törəmişdir. 
İlkin  klassik  nəzəriyyə  XX  əsrdə  bu  sahədə  xeyli  düzəlişə 
uğradı,  bunda  isə  əsas  xidmət  əvvəldə  qeyd  edildiyi  kimi,  İsveç 
iqtisadçıları  E.  Hekşerə  və  Nobel  mükafatı  laureatı  B.Ohlinə 
məxsusdur.  Beynəlxalq  ticrəti  ayrı  -  ayrı  ölkələrdə  əmək 
məsuldarhğınm müxtəlifliyilə izah edən klassik nəzəriyyədən fərqli 
olaraq,  neoklassik  nəzəriyyə  bu  faktı  ondan  başlayır  ki,  ölkələrin 
hamısı bütün əmtəələrin istehsal texnologiyasına daxil 
155 


olmağın  eyni  imkanlanna  malikdir.  Lakin  müxtəlif  ölkələrdə 
resurslann  qiymətləri  müxtəlifdir.  Ona  görə  iş  qüvvəsi  ucuz  olan 
ölkələr  əmək  tutumlu  əmtəələr  istehsalında,  kapitalın  qiyməti 
yüksək  olmayan  ölkələr  isə  kapital  tutumlu  əmtəələr  istehsalında 
nisbi üstünlüyə malik olur. 
Dünya  ölkələri  resurslarla  təminatına  görə  fərqləndiyindən, 
müxtəlif məhsullar istehsalı müxtəlif resurslar nisbətini tələb edir, 
qarşılıqlı faydalı mübadilə üçün ilkin şərtlər yaradır. 
Qeyd  etmək  lazımdır  ki,  qarşılıqlı  əlaqədə  olan  iki  ölkədə 
ixracın  dəyəri  idxalm  dəyərinə  bərabər  olanda  ticarət  balanslaşır. 
Belə ki, neoklassik nəzəriyyəyə görə beynəlxalq ticarətin artması ilə 
müvafiq  olaraq  onda  iştirak  edən  ölkələrin  xeyri  artır  (istənilən 
əmtəənin  istehsalında  tam  ixtisaslaşma  mümkün  olmasa  da,  nisbi 
ixtisaslaşmanın xeyri) və çoxalır. Bu, istehsal amilləri qiymətlərinin 
müvazinətini  təmin  edir.  Belə  ki,  beynəlxalq  ixtisaslaşma 
nəticəsində  qənaət  olunan  istehsal  amillərinin  artmasına  tələb 
yüksəlir. 
Neoklassik  nəzəriyyə  nöqteyi  -  nəzərindən  inkişaf  hər  bir 
ölkənin beynəlxalq ticarətdə müqayisəli üstünlüklərdən tam istifadə 
etməsi  deməkdir.  Ona  görə  artımı  stimullaşdırmaq  üçün  ölkənin 
iqtisadi  siyasəti  kənara,  yəni  beynəlxalq  ticarətə  yönəldilməlidir. 
Lakin  kənara  yönəldilən  belə  iqtisadi  siyasət  uzunmüddətli  plana 
nisbətən  qısa  müddətdə  daha  tez  fayda  gətirir.  Həm  də  belə 
xatırladılır  ki,  ixtisaslaşmanın  faydasını  ilk  müstəmləkəçilər  və 
sahibkar - mühacirlər artıq çoxdan əldə etmişlər. 
Neoklassik  nəzəriyyə  beynəlxalq  ticarətdə  dövlətin  artan 
rolunu nəzərə almır: hətta inkişaf etməkdə olan ölkələr üçün istehsal 
amillərinin milli mənsubiyyətini təhrif edir. 
Müqayisəli üstünlüklərdən danışarkən nəzərə almaq lazımdır 
ki, inkişaf etməkdə olan ölkələrdə məhsul ixracım təmin 
156 


edən resursların çoxu qeyri rezidentlərə məxsusdur. Bu ixracat üçün 
işləyən  bir  sıra  emal  sənayesi  şirkətlərinə  və  aqrofırmalara 
xarakterikdir.  Odur  ki,  inkişaf  etməkdə  olan  ölkələrin 
iqtisadiyyatının  ixrac  bölməsinin  başqa  sahələrlə  əlaqəsi  mühüm 
əhəmiyyət kəsb edir. 
Məlumdur ki, dünya təsərrüfatı daim yeniləşir, onda müxtəlif 
struktur dəyişiklikləri baş verir. Belə dəyişikliklərin təşəbbüsçüləri 
bir qayda olaraq daha güclü,  yəni  inkişaf etmiş  ölkələr olur. Daha 
zəiflər  —  inkişaf  etməkdə  olan  ölkələr  isə  buna  uyğunlaşmaq 
məcburiyyətində qalır. Bu, xərclərin “ölməsinə”, əmək ehtiyatlarının 
səmərəsiz  istifadəsinə  səbəb  olur,  beynəlxalq  əmək  bölgüsünün 
üstünlüklərini bitərəfləşdirir. Belə hallar heç də təsadüfi deyil. Bütün 
bunlar inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə nisbətən, 
kapital qoyuluşu üçün daha çox cəlbedici obyektə çevirir. 
Ona  görə,  sol  radikallar  müqayisəli  üstünlük  nəzəriyyəsini 
“üçüncü  dünya”ya  tətbiq  olunmaz  hesab  edirlər.  Onlar  müasir 
bərabərsizliyi şərh edən bir sıra nəzəriyyələr də irəli sürürlər. Onlann 
əksəriyyəti  marksizmin  böyük  təsiri  altındadır.  Lakin  bu,  ənənəvi 
marksizm  şəklində  deyil,  neomaricsist  ideyası  formasında  təzahür 
edir. 
12.5.
 
Dünya təsərrüfatında qeyri-ekvivalent mübadilə 
konsepsiyasının yeri 
Sol  radikallann  diqqət  mərkəzində  artım  nəzəriyyəsi  deyil, 
zərərli,  periferiya  və  asılı  inkişaf  nəzəriyyəsi  durur.  Onlar  iqtisadi 
artıma milli zəmində deyil, beynəlxalq miqyasda zəif inkişaf amili 
kimi baxırlar. Maraqlıdır ki, merkantilistlər kimi onlarda periferiya 
inkişafı prinsipi istehsalın təhlilindən yox. 
157 


tədavül  sferasından,  xüsusən  beynəlxalq  ticarətdən  öyrənməyə 
başlamışlar. 
Onlann ənənəvi cəmiyyəti tez dəyişdirmək cəhdlərinin iflası, 
periferiya iqtisadiyyatının həm daxili problemlərini üzə çıxardı, həm 
də  onun  uğursuzluğunun  qeyri  -  iqtisadi  səbəblərinə  diqqət 
yetirməyə  məcbur  etdi.  Bir  sıra  alimlərin,  xüsusən  R.Prebiş, 
S.Furdato  və  b.  kimi  Amerika  alimlərinin  tədqiqat  mərkəzində 
inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasındakı 
ziddİ
3
y^ətlər durur. 
Argentina  iqtisadçısı  Raul  Prebiş  dünya  təsərrüfatının 
ahəngdar  inkişafı  illüziyasının  aradan  qaldınimasında  böyük  rol 
oynadı.  O,  xarici  ticarətə  gəlirlərin  periferiyadan  dünya 
təsərrüfatının  mərkəzinə  axıdılmasına  xüsusi  mexanizm  kimi 
baxırdı. 
R.Prebiş  ticarət  şəraitinin  pisləşməsini  beynəlxalq  əmək 
bölgüsünün  xüsusiyyətləri,  inkişaf  etmiş  ölkələrin  aynseçkilik 
ticarət  siyasəti  və  ETT-nin  gedişində  baş  verən  dəyişikliklər  ilə 
əlaqələndirirdi.  Onun  ardınca  BMT-nin  İqtisadi  komissiyası  Latın 
Amerikası  üçün  regionda  ticarətə  neqativ  təsir  göstərən  amilləri 
təhlil  etmişdir.  Nəticədə  müqayisəli  üstünlüklər  nəzəriyyəsinin 
inkişaf etməkdə olan ölkələrə  yalnız nəzəri deyil, həm  də empirik 
səviyyədə  uyğun  olmasını  təkzib  etmək  cəhdi  olundu.  Bu  da  asılı 
iqtisadiyyat konsepsiyasının qərarlaşması üçün ilkin şərtlər yaratdı. 
Fransız  iqtisadçısı  Artur  Emmanuelin  1969-cu  ildə  çapdan 
çıxan “Qeyri ekvivalent mübadilə: 
beynəlxalq iqtisadi 
münasibətlərdə  ziddiyyətlər  haqqında  oçerk”  adlı  monoqrafiyası 
qeyri-ekvivalent mübadilə barəsində mübahisəyə təkan verdi. 
A.Emmanuelin radikal konsepsiyası bunu belə sübut etməyə 
çalışır  ki,  kapitalist  periferiyası  xalqlarının  əmək  nəticələrinin 
mənimsənilməsi, qərb sivilizasiyası rifahının 
ä i s  


əsasıdır.  Ona  görə  tədqiqatın  başlıca  məqsədi  “üçüncü  dünya” 
ölkələrində  yaradılan  məhsulun  əldə  edilməsi  və  mənimsənilməsi 
mexanizmini  təhlil  etməkdir.  Bu  konsepsiya,  ticarətə  bir  millətin 
başqalarının  hesabına  varlanması  üsulu  kimi  baxan  merkantilistlər 
nəzəriyyəsinin,  xırda  burjua  siyasi  iqtisadının,  xüsusən  mülkiyyəti 
P..T.Prudonun “oğurluq” kimi qələmə verən radikal siyasi iqtisadın 
və marksizmin ayrı-ayrı müddəalanndan istifadə etməyə çalışır. 
R.Prebiş  Latın  Amerikası  ölkələri  və  inkişaf  etmiş  ölkələr 
arasında mübadilənin qeyri-ekvivalent xarakterini sübut edə bilmədi. 
Ona  görə  A.  Emmanuel  keyfiyyət  meyarlarını  ön  plana  çəkdi.  O, 
tutuşdurulan  i.stehsal  şərtlərini,  inkişaf  etmiş  və  inkişaf  etməkdə 
olan  ölkələrdə  kəskin  fərqlənən  hazır  məhsulun  qiymətlərini 
müqayisə obyekti kimi götürərək marksist dəyər və istehsal qiyməti 
nəzəriyyəsinə əsaslandı. 
A.Ernmanuel üsulu “üçüncü dünya” imperialist dövlətlərinin 
xeyrinə yaradılan izafi dəyərin müntəzəm yenidən bölgüsü haqqında 
nəticə  çıxarmağa  imkan  verir.  Bu  fenomeni  izah  etməyə  çalışan 
Emmanuel  öz  nəzərini  kapital  və  əmək  istehsal  amilləri  bazarına 
yönəldir.  Həmin  bazarların  müqayisəsi  onu  kapital  bazarının  daha 
çox  inkişaf  xarakteri  haqqında  fikrə  gətirir  ki,  bu  da  beyəlxalq 
kapitalın  sərbəst  hərəkətində  və  ümumi  mənfəət  normasının 
bərabərləşməsində ifadə olunur. 
Beləliklə,  qeyri-ekvivalent  mübadilənin  başlıca  səbəbi 
beynəlxalq kapitalın sürətlə hərəkət etmə qabiliyyəti və beynəlxalq 
əməyin isə sürətlə hərəkət etmə qabiliyyətsizliyidir. A.Emmanuelin 
hesablamasına görə orta əmək haqqı geridə qalmış ölkələrdə inkişaf 
etmiş  ölkələrə  nisbətən  30  dəfə  aşağıdır.  İnkişaf  etməkdə  olan 
ölkələrdə işçilərin daha aşağı əmək haqqının mənbəyi Emmanuelin 
fikrincə  qeyri  -  ekvivalent  mübadilə  və  Qərb  ölkələrinin  buna 
müvafiq zənginləşməsidir. 
159 


A.Emmanuelin konsepsiyasının zəifliyi ondadır ki, o həddən 
artıq ifratçılığa gedir. O, solçu ehtirasla yazır ki, “seçim yalnız qeyri 
- ekvivalent mübadilə və avtarkiya arasında mümkündür”. Belə dərk 
edilən  inkişaf  yalnız  qeyri  -  ekvivalent  mübadilənin  aradan 
qaldırılması yolu ilə mümkündür. 
12.6.
 
Dünya təsərrüfatında yığım haqqında baxışlar və 
İ.Vallerstaynın asinıınetrik qarşılıqlı asılılıq nəzəriyyəsi 
Dünya  ölkələrinin  mərkəzi  və  periferiya  ölkələrinə 
bölünməsilə  əlaqədar  bu  barədə  bir  sıra  nəzəriyyələr  yaranmışdır. 
A.Emmanuelin  kitabı  çapdan  çıxandan  sonra  müəllifin  söylədiyi 
ideyalar  barədə  kəskin  mübahisələr  yayıldı.  Radikallar  onu  son 
dərəcədə abstrakt olduğuna görə tənqid etdilər. Burada Samir Amin 
mühüm rol oynadı. 
S.Arnin  A.Emmanuel  ilə  mübahisədə  qeyri-ekvivalent 
mübadiləyə qarşı belə sadə tədbirlər təklif etdi: 
1 .İxraca vergiqoyma. Bu, inkişaf proqrammı reallaşdırmaq 
üçün vəsait yığmağa imkan verir. 
2.Daxili istehsalın diversifıkasiyası, yəni manevr etməsi. Bu, 
xarici  aləmdən  asılılığı  ixtisar  etməyə  və  inkişaf  etməkdə  olan 
ölkələrin özünün təminatını yüksəltməyə səbəb olur. 
S.Aminin  nəzərincə  indiki  vaxtda  kapitalın  beynəlxalq 
fəaliyyəti  həlledici  amildir.  Onun  fikrincə  inhisarlarm  mərkəzində 
yaradılan  mərkəz  və  periferiyalarda  əmək  haqlan  arasında 
kənarlaşma  imperialist  hegemonçuların  diqqət  mərkəzində  durur. 
Dünya  miqyasında  əldə  edilən  izafi  dəyərin  çox  hissəsi  onlann 
cibinə gedir. 
Kapitalizm  özünün  yarandığı  vaxtdan  dünya  miqyasında 
ekspansiya,  yəni  genişlənmə  meylli  cəhətilə  xarakterizə  olunur. 
Lakin kapitalist sisteminin qərarlaşmasilə onda asimmetrik, yəni 
160 


uyğuıısuz meyllər, beynəlmiləlləşmə artır, xüsusən də imperializm 
dövründə S.Amin hətta xüsusi “periferiya istehsal üsulu” anlayışını 
işlədir.  Onun  başlıca  cəhəti  kapitalist  ictimai  sistemi  çərçivəsində 
müasir  texnologiyanın,  yəni  artan  əmək  mahsuldarhğının  və  aşağı 
əmək  haqqı  səviyyəsinin  eyni  zamanda  mövcud  olmasından 
ibarətdir. 
Transmilli  şirkətlər  inkişaf  etməkdə  olan  ölkələrin  və  ya 
periferiya  ölkələrinin  təsərrüfat  qunıluşunda  özlərinin  filiallarını 
yaratmaqla,  onlann  mərkəzdən  asılılığını  gücləndirir,  onlan  dünya 
kapitalist  təsərrüfatının  tabeli  hissəsinə  çevirirlər.  Transmilli 
şirkətlərin  təsiri  altında  həyata  keçirilən  sənayeləşmə  prosesi 
getdikcə arzuolunmaz forma alır. Q. Zingerin ədalətli hesab etdiyi 
kimi,  hər  cür  sənayeləşmə  ölkəni  gerilik  və  asılılıqdan  çıxarmağa 
qabil deyil. Ümumi şəkildə qeyd oluna bilər ki, müasir iqtisadiyyatın 
meyli hər şeydən əvvəl cəmiyyətin imkanlı təbəqələri üçün əmtəələr 
istehsalına yönəldilmişdir. 
Sol radikallar əyani surətdə göstərmişlər ki, inkişaf etməkdə 
olan ölkələrin bir çox daxili amilləri onların xarici fəaliyyətini əks 
etdirir;  onlardakı  zəif  inkişaf  asılılıq  törədir,  asılılıq  isə  öz 
növbəsində  zəif  inkişafdan  irəli  gəlir.  Belə  çətin  vəziyyətin 
yaranmasının  dərin  səbəblərini  aşkar  etmək  cəhdi  tədqiqatçıların 
diqqətini  cəlb  etmişdir.  Bununla  əlaqədar  müasir  dünya 
təsərrüfatının  yaranması  və  inkişafını  izləyən  bir  sıra  əsərlər 
meydana gəlmişdir. Onların sırasında A.Frankin və İ.Vallerstaynın 
elmi işlərini göstənnək olar. 
1978-ci  ildə  Nyu-Yorkda  və  Londonda  Andre  Qundre 
Frankın  “Dünyada  yığım 1492-1789” monoqrafiyası  çapdan çıxdı. 
Bu  əsərdə  üç  əsr  ərzində,  yəni  Kolumbun  Amerikanı  kəşf  etdiyi 
vaxtdan  Böyük  Fransa  inqilabına  kimi  olan  müddətdə  kapital 
yığımının  tarixi  oçerkləri  verilmişdir.  Burada  müəllif  müasir 
dünyada yaranmış bərabərsizliyin tarixi köklərini təhlil 
İ 6 1  


etməyə  çalışır.  Onun  başlıca  ideyası  ondan  ibarətdir  ki, 
periferiya  cəmiyyətlərin  geriliyi  onlann  dünya  kapitalist 
təsərrüfatına asılı və tabeli tərəfdaşı kimi daxil olmasından irəli 
gəlir. 
Asimmetrik  qarşılıqlı  asılılığın  güclənməsi  haqqında 
ideya İ.Vallerstaynm “iqtisadi dünya” konsepsiyasında orjinal 
şərhini  tapmışdır. Vallerstaynda inkişaf kateqoriyası öz yerini 
məkan  genişlənməsi  və  müvəqqəti  tsiklik  xüsusiyyətləri  olan 
dünya sisteminə verir. Ona görə də o, dünya sistemini “məkan 
— zaman tamlığı” adlandırır. Həmin konsepsiyanı ictimai əmək 
bölgüsü  və  mübadilənin  təhlilinə  əsaslanan  tamlıq  üsulu 
fərqləndirir. 
İ.Vallerstayn  inkişafın  “mini  -  sistemlər”,  “kapitalist 
dünya təsərrüfatı” və “sosialist dünya hökuməti” kimi üç əsas 
mərhələsini  götürür.  O,  “mini  -  sistem”  dedikdə,  sadə  kənd 
təsərrüfatı  cəmiyyətlərini,  eləcə  də  ovçulan,  həmçinin  ilk  qida 
toplayan  qrupları  nəzərdə  tutur.  Onun  diqqət  mərkəzində 
“mini  sistem”dən  dünya  sisteminə  keçid  durur.  Bu  keçidin 
əsasını  o,  milli  təsərrüfatların  inkişafında  deyil,  beynəlxalq 
cəmiyyətin qərarlaşmasında görür. Bunun da əsasını ayrı-ayrı 
sinif  və  etnik  qrupların  dünya  təsərrüfatının  yalnız 
yarımsistemləri  kimi  çıxış  etməsi  təşkil  edir.  Onun 
nöqteyi-nəzərincə həmin yarımsistemdə milli inkişaf zəif gedir. 
İ.Vallerstaynm  fikrincə  Avropada  kapitalizm  bəşər 
cəmiyyəti  inkişafının  qanunauyğun  məhsulu  olmaqdan  daha 
çox, tarixi təsadüfdür. O, feodalizmin dağılmasına “demoqrafik 
qəza”,  hakim  siniflərin  real  gəlirlərinin  artması  və  bazar 
vasitəsilə yeni istehsal üsulunun yaranması kimi baxır. 
Hansı məhsul istehsal etməsindən asılı olmayaraq mərkəz 
və 
periferiya 
mənafelərinin 
qarşılıqlı 
tamamlanması 
bərabərsizliklə şərtlənir. İ.Vallerstayn yazır ki, mərkəz həmişə 
nisbətən  inkişaf  etmiş  texnika,  xeyli  kapital  qoyuluşu  və  yaxşı 
öyrədilmiş  işçi  qüvvəsi  tələb  edən  sahələr  üzrə  ixtisaslaşır. 
Beləliklə, dünya 
162 


təsərrüfatında  yaranan  bərabərsizlik  uzun  tarixi  inkişafın 
məhsuludur. Məhz geridə qalan ölkələr geriliyə düçar olmuşlar; 
onlar  qabaqcıl  texnologiyaya  yaxın  buraxılmır,  onlardan  isə 
yalnız kapital deyil, hətta beyinlər də çəkilib apanlır. 
Qərb  ölkələrinin  alimləri  dünya  təsərrüfat  sistemi 
haqqında  iqtisadi  nəzəriyyənin  fonnalaşmasmda  mühüm  rol 
oynamışlar.  Onlar  zəif  inkişaf  etmiş  ölkələrin  iqtisadiyyatını 
təhlil etmək üçün qabaqcıl ölkələrdə hazırlanan materiallardan 
geniş  istifadə  etməyə  çalışmışlar.  Bunu  neokeynsçi,  neoklassik 
və  institusional  doktrinaların  gələcək  inkişafı  tələb  edirdi. 
Şübhəsiz, 
kəmiyyət 
tədqiqatlarının 
keyfiyyətlə 
əlaqələndirilməsi,  proqnozların  həyata  keçirilməsi,  sürətli 
sənayeləşmə  aparılması,  özünün  və  xaricdən  cəlb  edilmiş 
maliyyə  vasitələrindən  səmərəli  istifadə  olunması  haqqmda 
praktiki  təkliflərin  hazırlamnası  yaranan  konsepsiyaların 
xüsusi çəkisini artırmaq cəhdi olmuşdur. 
163 


Ədəbiyyat 
1.
 
N.Qreqori Mənk>'u. Ekonomiksin əsaslan, Bakı, 2010, 836 s. 
2.
 
С.Фишер, Р.Дорнбуш, Р.Шмалензи. Экономика. Москва, 
Дело, 1999, 829 с. 
3.
 
İqtisadi  nəzəriyyə.  Dərslik,  i.e.d.,  prof.  T.S.Vəliyevin,  i.e.d., 
prof. Ə.R.Babayevin, i.e.d., prof. M.X.Meybullayevin ümumi 
elmi redaktəsilə. Bakı, Çaşıoğlu, 2001,691 s. 
4.
 
İqtisadi 
təlimlər 
tarixi. 
Dərslik. 
i.e.d., 
prof 
M.X.Meybullayevin  ümumi  redaktəsi  ilə,  Bakı,  Çaşıoğlu, 
2005, 559 s. 
5.
 
İqtisadi nəzəriyyə, Makroiqtisadiyyat - 
1,2. 
Q.P.Juravlyovanın  ümumi  redaktəsi  ilə.  Rus  dilindən 
tərcümə, M.: “Daşkov və K°”, 2007, 934 s. 
6.
 
İqtisadi  nəzəriyyə,  Makroiqtisadiyyat  -  1,2.  Q.P.Juravlyo- 
vanm  ümumi  redaktəsi  ilə.  Rus  dilindən  tərcümə.  M.; 
“Daşkov və K“”, 2008, 920 s. 
7.
 
Кейнс  Дж.  M.  Общая  теория  занятности,  процента  и 
денег. Москва, Гелиос, 2002, 352 с. 
8.
 
Самуельсон  Пол.  А.,  Вильям  Д.,  Нордхаус.  Экономика 
Москва, Бином-Кнорус, 1999, 800 с. 
9.
 
Худокормов  А.Г.  История  экономических  учений 
(учебник). Москва, Инфра - М, 2007 г. 733 с. 
10.
 
Агапова  И.И.  История  экономической  мысли.  Москва, 
1998 г. 246 с. 
11.
 
Сурин  А.И.  История  экономики  и  экономических 
учений, Москва. Финансы и статистика, 1999, 196 с. 
12.
 
Ядгаров  Я.С.  История  экономических  учений.  Москва, 
Инфра - М, 1999 г. 320 с. 
13.
 
Маршал  А.  Принципы  экономических  науки.  Москва. 
Мир, 1993, 476 с. 
164 


 
Korrektor 
Texniki redaktor 
-S.Z.Əlirzayeva 
-E.F.Həsratova 
 
Çapa İmzalanmışdır: 10,10.2016-cı il. 
Şərti ç.v. 10,31. Kağız formatı 60*84/‘ '* 
Sifariş № 36. Tiraj 250 nüsxə. 
Sumqayıt Dövlət Universitetinin 
mətbəəsində çap olunmuşdur. 
Sumqayıt .şəhəri ,43-cü məhəllə 
165 

Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə