L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.

səhifə6/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   48

tərkib  hissələridir.  Bu  anlayışlann  öyrənilməsilə  təkcə  keynsçilər 
məktəbi  məşğul  olmurlar,  məhz  keynsçilər  bunun  banisi  hesab 
edilirlər. Beləliklə, C.M.Keynsin iqtisadi baxışlan və konsepsiyaları 
II Dünya müharibəsindən sonra uzun müddət yeni iqtisadi istiqamət 
kimi qalmaqda davam etmiş və müasir dövrdə də bazar iqtisadiyyatı 
sistemində  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  zərurətini  öz 
qüvvəsində saxlamışdır. 
1.4.
 
C.M.Keynsin səmərəli tələb və istehlak konsepsiyası 
Keyns təliminin əsasını milli gəlir istehsalının dinamikasının 
və məşğulluq səviyyəsinin bilavasitə təklif faktorlan (tətbiq edilən 
əməyin,  kapitalın  ölçüsü,  onların  məhsuldarlığı)  ilə  deyil,  bu 
resursların reallaşdınlmasım təmin edən tələb faktorlan ilə müəyyən 
olunduğu ideyası təşkil edir. Keyns nəzəriyyəsində onlar “səmərəli 
tələb” (istehlak xərcləri və investisiyaların cəmi) adını almışdır. 
Keynsə  görə,  şəxsi  istehlakın  artımı  gəlirin  artımının 
dayanıqlı  funksiyası  kimi  çıxış  edir,  yerdə  qalan  faktorlann  rolu 
əhəmiyyət  kəsb  etmir,  gəlirin  artması  ilə  istehlaka  son  hədd 
meyllilik  azalır,  daha  doğrusu  gəlirin  artması  fonunda  istehlakın 
artımı  azalmağa  başlayır.  Bu  isə  uzun  müddətli  iqtisadi  tsikl 
fazalarında istehlakın orta payının azalmasının əsas səbəbidir. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
C.M.Keynsin 
istehlak 
konsepsiyasına yanaşması klassiklər və neoklassiklərin ideyalan ilə 
müqayisədə aşağıdakı yenilikləri ilə fərqlənirdi: 
1.
 
Gəlirin miqdarı cndogen (öyrənilən modelin daxilində) 
parametr kimi çıxış edir. 
2.
 
İstehlakın həcmi yalnız sərəncamda olan gəlirdən asılıdır. 
3.
 
Gəlirin istehlaka və yığıma bölgüsünün nisbətləri bila- 
18 


vasitə istehlakçının gəlirindən asılıdır. 
Bu  cür  vəziyyətlərdə,  digər  amillər,  o  cümlədən  iqtisadi 
konyuktura, faiz dərəcəsi hələ ki, rol oynamır. Yığım və istehlakm 
kəmiyyətləri hələ ki, sabitdir, çünki ailələr - ev təsərrüfatları bu iki 
hissəyə  bölgü  ənənələrinin  və  yaxud  müəyyən  nizamlanmış 
qaydaların təsiri altmdadır. 
İstehlakm sərəncamında olan cari gəlirdən asılılığını 
C.
 
M.Keyns  əsas  psixoloji  qanun  və  ya  əsas  psixoloji  amil 
adlandırmışdır. Belə ki, bu qanuna görə “insanlar, bir qayda olaraq 
gəlirləri  artdıqca,  istehlaklarını  artırmağa  meyilli  olurlar,  lakin  bu 
artıma meyillilik gəlirin artdığı qədər olmur”. 
Gəlirlərin dəyişilmə dinamikasından asılı olaraq subyektlərin 
istehlak  həcminin  dəyişməsinə  üstünlük  veımələrini  istehlaka  son 
hədd  meylliliyi  göstəricisi  müəyyən  edir.  Belə  ki,  qısa  müddətli 
zamanda  o  dəyişməz  qalır,  çünki  insanlar  onlarda  ənənəvi  olaraq 
formalaşmış vərdişləri dəyişməyə meyilli olmurlar. 
Əvvəldə qeyd edilən psixoloji amil i.stehlaka orta meyillilik 
(istehlakm gəlirin miqdarına nisbəti kimi müəyyən olunur) adlanan 
göstəricidə əks olunur. 
Keynsin  psixoloji  amil  qanununa  görə,  istehlaka  son  hədd 
meylliliyindən  fərqli  olaraq  istehlaka  orta  meyillilik  gəlir  artdıqca 
azalmalıdır. Çünki varlı insanlar adətən istehlakdan daha çox yığıma 
meyilli  olurlar.  Əsas  amil  kimi  sərəncamda  olan  gəlir  götürülür. 
Amma  real  həyatda  istehlakm  dinamikasına  sərəncamda  qalan 
gəlirdən  başqa  digər  amillər  (insanların  gəlirləri,  yığılmış 
var-dövlət, qiymətlərin səviyyəsi, iqtisadi gözləmələr, vergilər və s.) 
də təsir edir. 
Keynsçi  nəzəriy^'əsinin  əsas  tənliyi  və  ya  sadə  keynsçi 
modeli aşağıdakı kimi göstərilir: 
£ = C + ; 
(1.1) 
19 


Yəni  bu  modeldə  iqtisadi  agentlərin  planlaşdırılan  məcmu 
xərcləri  {E)  cəmi  iki  hissədən  ibarətdir;  əmtəə  və  xidmətlərin  ev 
təsərrüfatlan  tərəfindən  istehlakı  (Q  və  firmalann  -  sahibkarların 
investisiya xərcləri  (I). (1.1) bərabərliyini çox vaxt  makroiqtisadi 
tarazlığın  sadə  kcynsçi  modeli  də  adlandırırlar.  Bu  modelə  görə 
makroiqtisadi  tarazlıq  məcmu  xərclərin  milli  gəlir  (7)  səviyyəsinə 
bərabər olduğu nöqtədə müəyyən olunur: 
Y =E və ya r=C+/ 
(1.2) 
İstehsalın  faktiki  həcmi  tarazlıqdan  çox  olarsa,  deməli 
planlaşdırılan  xərclər  yaradılan  məhsuldan  azdır,  daha  doğrusu, 
mövcud  tələb  istehsal  olunan  milli  məhsulu  istehlak  üçün  kifayət 
olmur.  Nəticədə  firmalar  məhsul  istehsalını  tarazlıq  səviyyəsinə 
qədər azaltmaq məcburiyyətində olurlar. 
Keyns  nəzəriyyəsinin  daha  bir  nəticəsi  multiplikativ 
(gücləndirici) effekt adlanır. İstehlak xərcləri (C) məcmu tələbin (Y 
=  C+I+G+Xn)  bir  hissəsi  olduğu  üçün,  milli  məhsulun  (Y) 
artmasının  əsas  mənbəyi  kimi  məcmu  tələbin  artması  olması 
səbəbindən,  istehlak  xərclərinin  dəyişməsi  eyni  zamanda 
iqtisadiyyatda  ümumi  gəlirin  də  səviyyəsinə  təsir  edəcəkdir.  Bu 
dəyişmə  isə  multiplikativ  effekt  xarakterində  olacaq.  Avtonom- 
muxtar (gəlirdən asılı olmayan istehlak xərcləri) istehlak xərclərinin 
artması ümumi gəlirin artmasına istehlak xərclərinin ilkin artmasına 
nisbətən daha çox təsir edəcək. 
1.5.
 
C.M.Keynsin investisiya, məşğulluq və işsizlik 
nəzəriyyəsi 
C.M.Keynsin  investisiya  təlimi  kapital  qoyuluşlarının  son 
hədd səmərəliliyi anlayışına əsaslanır. Kapital qoyuluşlarının son 
hədd  səmərəliliyi  -  bu  elə  faiz  dərəcəsidir  ki,  bu  halda  (yəni,  bu 
olanda) investisiya layihəsindən gəlirlərin göstərilən 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə