L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   2   3   4   5   6   7   8   9   10   ...   48

dəyəri onun hazırki dəyərinə bərabər olur. Kapital nemətlərinin əldə 
edilməsi firmaya - müəssisəyə yalnız maşın və avadanlıqların alınıb 
quraşdırıldığı, sazlandığı ilində deyil, eyni zamanda sonrakı illərdə 
də  məhsul  istehsal  etməyə  və  gəlir  götürməyə  imkan  verir.  Bu 
məsələ ilə əlaqədar, investisiyalann “bu günkü”, “hazırki dəyəri” və 
ya göstərilən dəyəri qiymətləndirmək üçün adətən diskontlaşdırma 
anlayışından istifadə edilir. 
Keynsin  investisiya  konsepsiyasına  və  ya  onun  fikirlərinə 
görə: “.... investisiyalardan gözlənilən gəlirə kapital əmlakının təklif 
qiyməti qarşı duaır, özü də bu qiymət həmin növ əmlakın hazırda 
bazarda alına biləcəyi bazar qiyməti kimi deyil, istehsalçını həmin 
əmtəədən  əlavə  vahid  istehsal  etməyə  sövq  etmək  üçün  kifayət 
edəcək  qiymət  kimi  başa  düşülür,  bunu  adətən  onun  bərpaedici 
dəyəri adlandırırlar...”. 
Beləliklə,  kapitalın  qiyməti  ilə  ondan  gələn  gəliri 
bərabərləşdirən və diskontlaşdırmanı müəyyən edən diskont nonnası 
kapital qoyuluşlarının son hədd səmərəliliyidir. 
Qeyd  etmək  lazımdır  ki,  mövcud  faiz  dərəcələri  və  ya 
normaları gələcəkdə həyata keçiriləcək investisiyaların gəlirliyinin 
aşağı həddini müəyyənləşdirir, yəni o nə qədər aşağı olarsa, bütün 
digər  şərtlərin  bərabərliyi  şərtində  investisiya  layihələrinin  həyata 
keçirilməsi bir o qədər aktiv olur və ya əksinə. İnvestisiyaların son 
hədd səmərəliliyi bədbin əhval- ruhiyyəyə çox həssasdır. Son hədd 
səmərəliliyinin  qəflətən  faiz  normasına  qədər  enməsi  investisiya 
layihələrilə  bağlı  böyük  depressiyalara  səbəb  ola  bilər,  investisiya 
qoyuluşlarının  son  hədd  meyilliliyi  kapital  qoyuluşlarının  son 
hədd  səmərəliliyi  ilə  faiz  dərəcəsi  arasındakı  fərq  nə  qədər  böyük 
olsa,  bütün  digər  şərtlərin  bərabərliyi  şəraitində  investisiyalann 
həcmi bir o qədər böyük olur. 
21 


C.M.Keyns özünün investisiya təlimilə bağlı qeyd edirdi ki, 
məhz  gözləmələrdəki  dəyişikliklər  kapital  yatmmlanmn  son  hədd 
səmərəliliyində  və  firmanın  investisiya  xərclərində  kəskin  artıb 
azalmalar yarada bilər. 
Məlumdur  ki,  neoklassik  nəzəriyyəyə  görə  məşğulluq  iki 
faktordan:  əməyin  təklifini  və  tələbini  (əməyin  son  hədd 
məhsuldarlığını) müəyyən edən faktorlardan asılıdır. Əməyə tələbin 
həcmi son hədd məhsulu ilə (y'əni bu istehsal faktorunun dəyərilə) 
müəyyən  olunur.  Onda  bundan  belə  nəticə  çıxır  ki,  işçinin 
razılaşdığı  real  əmək  haqqı  nə  qədər  aşağı  olursa,  xalq 
ləsəiTÜfatında məşğulluq bir o qədər artıq olacaq və ya əksinə. 
Keyn isə bu fikrin əksinə çıxaraq qeyd edir ki, məşğulluğun 
kəmiyyəti  və  dəyişməsi  işçinin  davranışından  asılı  deyil.  Başqa 
sözlə, işçinin aşağı əmək haqqına razılaşması işsizliyin həlli demək 
deyildir.  Keynsə  görə,  məşğulluq  səviyyəsi  səmərəli  tələb 
dinamikası  -  təklif  olunan  kapital  qoyuluşlarına  və  istehlaka  olan 
gözlənilən  xərclərlə  müəyyən  olunur.  Məhz  bu,  məşğulluğun  və 
milli gəlirin səviyyəsini müəyyən edir. 
Keynsə  görə,  əmək  haqqının  aşağı  salınması  kapitalist 
(bazar) iqtisadiyyatına bilavasitə deyil, sərbəst dəyişənlə: “istehlaka 
son hədd meylliliyi” və “kapitalın son hədd məhsuldarlığı” vasitəsilə 
müəyyən olunur. Elə bu səbəbə görə də, Keyns əmək haqqının aşağı 
salınmasının tərəfdan deyildir. 
Keynsin  əsas  psixoloji  qanununa  görə,  işçilər  tərəfindən 
istehlak tələbinin azalması əhalinin digər qruplan tərəfindən tələbin 
artması ilə kompensasiya edilməyəcək, belə ki, onların gəlirlərinin 
artması  istehlaka  son  hədd  meylliliyinin  artması  ilə  müşaiyət 
olunacaq. Bununla əlaqədar təsadüfi deyil ki, Keyns səmərəli tələbin 
ölçüsünün artmasının əsas faktoru kimi gəlirlərin daha çox bərabər 
paylanmasını təklif edirdi. 
Əmək haqqının azaldılmasının investisiyaların artımına 
22 


təsiri  məsələlərində  də  Keyns  klassik  və  neoklassiklərlə  də 
razılaşmırdı.  Belə  ki,  onlar  hesab  edirdilər  ki,  əmək  haqqının 
azaldılması kapitalın son hədd səmərəliliyini artırır və beləliklə bu 
azalma investisiyaların artımı ilə müşaiyət olunur. Düzdür, bu fikir 
ayrıca bir firma səviyyəsində mümkün ola bilər. Ancaq bütövlükdə 
xalq  təsəiTüfatı  səviyyəsində  isə  Keynsə  görə  əmək  haqqınm 
azaldılması  istehsalın  və  investisiyalann  ixtisar  edilməsinə  (hətta 
mövcud məhsulu da satmaq mümkün olmur) gətirib çıxarır. Bu isə, 
daha  sonra,  əmək  haqqının  azalması  və  işsizliyin  artması 
səbəbindən, məcmu tələb və nəticədə milli gəlir azalır. 
Beləliklə, Keynsin məşğulluq və işsizlik nəzəriyyəsinə görə 
ümumi makroiqtisadi tarazlığı tam məşğulluq səviyyəsi olmadıqda 
belə əldə etmək mümkündür. Neoklassik nəzəriyyəçiləri isə, əksinə, 
bunun  mümkün  olmadığını  qeyd  edərək  hesab  edirdilər  ki,  əmək 
haqqının  azaldılması  ta  o  vaxta  qədər  davam  edəcək  ki,  bazar 
bütünlüklə işçi qüvvəsi artıqlığım, məcazi mənada həzm və ya uda 
bilsin. 
Keynsə  görə,  məşğul  insanlar  real  əmək  haqqının  azalması 
şəraitində də işlərini tərk etmirlər. İşsizlər isə işçi qüvvələrini təklif 
etmək istəklərini azaltmırlar. Düzdür, klassiklər və neoklassiklər də 
bazarın  müvəqqəti  olaraq  tarazlığının  pozulmasını  əməyin  və 
məhsulların  təklifinin  onlara  olan  tələbdən  yüksək  olması 
səbəbindən  qəbul  edirdilər.  Ancaq  onlann  modeli  bu  probleminin 
həllini əmək haqqının və qiymətlərin aşağı salınmasında görürdülər 
və bunu da bazar özü avtomatik olaraq tənzimləyir. 
Beləliklə,  Keyns  təlimi  isə,  əmək  haqqının  azaldılmasının 
uyğun  olaraq  məcmu  tələbin  və  onun  vacib  tərkib  hissəsi  olan 
investisiyadan  tələbin  azaldılması  (nəticədə  isə  milli  gəlirin 
azaldılması) faktoru kimi qəbul etmişdir. Bu da bütövlükdə 
23 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə