L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

iqtisadiyyatda məşğulluq və işsizlik probleminin həllinə birbaşa təsir 
edən əsas amillərdəndir. 
1.6.
 
Keyns nəzəriyyəsində qiymət və inflyasiya 
problemləri 
Keyns  nəzəriyyəsinə  uyğun  olaraq,  iqtisadi  artımın  əsas 
mənbəyi səmərəli tələb çıxış edir. Bu səbəbdən də iqtisadi siyasətin 
əsas  elementini  onun  stimullaşdırılması  təşkil  edir.  Dövlətin  aktiv 
fiskal 
iqtisadi 
siyasətinin 
əsas 
vasitəsi 
investisiyaların 
stimullaşdınİması  və  dövlət  xərcləri  hesabına  istehlak  tələbinin 
yüksək  səviyyəsinin  saxlanmasıdır.  Əlbəttə,  belə  bir  siyasətin 
qaçılmaz  nəticəsi  kimi,  büdcənin  defısitliyini  və  ölkənin 
iqtisadiyyatında pul kütləsinin artımını qeyd etmək olar. Bu məsələ 
ilə bağlı Keynsin fikri budur ki, mübadilədə olan pulun miqdarının 
artması qiymətlərin inflyasiya yaradan artımına səbəb olacaq, ancaq 
bu  artım  tam  məşğulluq  şərtindəki  səviyyəyə  uyğun  olacaq. 
Qeyri-tam  məşğulluq  şərtində  pul  kütləsinin  artımı  resursların 
istifadə  dərəcəsinin  artımına  gətirib  çıxaracaq.  Başqa  sözlə,  pul 
təklifinin hər cür artımı qiymətlərin, əmək haqlarının, istehsalın və 
məşğulluğun  artımı  arasında  paylanacaq.  İqtisadiyyat  nə  qədər  ki, 
tam məşğulluq vəziyyətindən uzaqda  yerləşirsə,  o qədər də böyük 
dərəcədə  pul  kütləsinin  artımı  özünü  qiymətlərin  artımında  deyil, 
istehsalın və məşğulluğun yüksəlməsində biruzə verəcək. 
Keynsin  fikrinə  görə,  büdcə  defisiti,  inflyasiya  və  pul 
kütləsinin  artımını  tam  mənada  mə.ğulluğun  səviyyəsinin  və  milli 
gəlirin 
yüksəlm.əsinin  qəbul  edilə  bilən  dəyəri  kimi 
qiymətləndirmək olar. Deməli, həqiqi inflyasiya (Keynsin ifadəsilə 
desək)  tam  məşğulluq  şəraitində  səmərəli  tələbin  artımı  zamanı 
mümkündür. 
24 


1.7.
 
C.M.Keyns iqtisadiyyatının nəticələri və keynsçiliyə bəzi 
makroiqtisadi tənqidi yanaşmalar 
Ümumi  halda,  Keynsin  konsepsiyalannda  iqtisadi  faktorlar 
iki  istiqamətə:  asılı  və  asılı  olmayan  (sərbəst)  faktorlara  bölünür. 
Qeyri-sərbəst  dəyişənlər  kimi  dəyərləndirən  və  asılı  olmayan 
faktorlara: istehlaka meyllilik, kapitalın son hədd məhsuldarlığı və 
faiz norması aiddir. Məhz, onlar səmərəli tələbin ölçüsünü müəyyən 
edirlər. Asılı dəyişənlər və ya amillərə: məşğulluğun və milli gəlirin 
həcmi  aiddir.  Keyns  dövlətin  iqtisadiyyata  müdaxiləsini  asılı 
olmayan  dəyişənlərə  və  onlar  vasitəsilə  məşğulluq  və  milli  gəlirə 
təsirilə nəzərdə tuturdu. Başqa sözlə, dövlətin əsas vəzifəsi səmərəli 
tələbi  artırmaq  və  onun  əsas  komponenti  kimi  investisiyaları 
stimullaşdırmağa  əsas  diqqəti  yönəltməyi  təklifini  irəli  sürməkdir. 
Keynsin təlimində investisiyanın artırılmasının iki əsas metodu qeyd 
edilirdi: dövlətin büdcə və pul-kredit siyasəti. 
“İnvestisiyalann  sosiallaşdınlması”  kirni  adlandınlan  birinci 
metod  aktiv  maliy>'ələşdirməni,  həmçinin  xüsusi  sahibkarların 
dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tuturdu (əmtəə və 
xidmətlərin dövlət alışı dövlət kapital qoyuluşlanmn artırılması və s. 
daxil olmaqla). 
Keyns  həm  də,  əmlak  qeyri-bərabərliyi  azaldılmasını, 
istehlaka  daha  çox  meylli  əhali  qruplarının  xeyrinə  gəlirlərin 
yenidən  bölgüsünü  məqsədəuyğun  sayırdı.  Keynsin  “psixoloji 
qanununa”  əsasən,  aşağı  gəlirli  insanlann  istehlaka  meylliliyinin 
yüksək  olması  səbəbindən  də  əhalinin  dövlət  tərəfindən 
himayədarlığının nəticəsi sonradan daha güclü hiss olunacaq. 
Pul-kredit siyasətilə bağlı Keynsin fikirləri faiz dərəcələrinin 
ümumdünya səviyyəsində aşağı salınması ilə 
25 


əlaqədardır.  Belə  ki,  dövlət  mübadilədə  pulun  miqdarını  elə 
səviyyədə tənzimləməlidir ki, faiz dərəcələri aşağı düşsün. 
Keyns hər zaman inflyasiyanın olmasını dəstəkləmişdi. Hətta, 
onun işsizliyə nisbətən müsbət yönümlü olduğunu da qeyd etmişdir. 
Amma iqtisadiyyatın çox dərin enişi şəraitində sahibkarların lazımi 
inammın  bəıpasının  çətinliyi  səbəbindən  dövlətin  pul-kredit 
siyasətinin çatışmazlıqları baş verir. 
Xarici  iqtisadi  siyasətlə  bağlı,  Keyns  klassiklərin  xaric 
ticarətdəki 
“azad 
ticarət” 
ideyasım 
dəstəkləyərək 
aktiv 
proteksionizm  (himayədarlıq)  siyasətinin  də  həyata  keçirilməsioni 
məqsədəuyğun hesab edirdi. 
Neoklassik məktəbdən fərqli olaraq, “Keyns inqilabı” onlann 
ümumi qəbul edilmiş aşağıdakı bir sıra mülahizələrini rədd edirdi: 
1.
 
Tələb və təklifin avtomatik olaraq əldə edilməsi. 
2.
 
Ölkənin verilən iqtisadi potensialında milli gəlirin sabit 
kəmiyyət olması. 
3.
 
İqtisadi proseslərə münasibətdə pulun “neytrallığı” 
xarakteri. 
Pul, monetar faktorlara gəldikdə isə, Keyns hesab edirdi ki, 
onlar milli gəlir və məşğulluğun səvij^əsinə həsr edir. 
Keynsin  iqtisadi  baxışları  klassikə  neoklassiklərin  təklif 
nöqteyi-nəzərdən  iqtisadi  artımın  potensial  faktorlarına  (resurslann 
miqdarı və keyfiyyəti, əsas kapitalın həcmi, texnologiya və s.) diqqət 
yönəltdikləri  istiqamətlərdən  fərqli  olaraq,  iqtisadi  artımın  əsas 
faktoru kimi tələbi diqqətlə saxlamağı vacib sayırdı və məcmu tələb 
və  təklifin  avtomatik  olaraq  tarazlığının  qeyri  mümkün  olduğunu 
göstərirdi. 
Beləliklə,  C.M.Keyns  iqtisadiyyatının  əsas  müddəaları 
aşağıdakılardır. 
1.
 
İstehlak yalnız sərəncamda qalan gəlirlərdən asılıdır: 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə