Л т''V r asr Azərbaycan ədəbiyyatının görkəmli si Х ъ Х



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,69 Mb.
#76778
növüYazı


Л Т''V r asr  Azərbaycan  ədəbiyyatının  görkəmli  si- 

х ъ . х \ . malarından  olan  Mir  Cəlal  Paşayevin  Azər­

baycan  nəsrinin  inkişafında  xüsusi  rolu  olmuşdur.  O  da 

məlumdur  ki,  onun  ədəbi  fəaliyyəti  təkcə  yazıçılıqla 

məhdudlaşmır.  O,  məşhur  ədəbiyyatşünas-alim,  mahir 

pedaqoq  idi.  Bu  fəaliyyət  sahələrinin  hər  birində  Mir 

Cəlal  müəllimin  xüsusi  yeri  var.

Mir Cəlal  Azərbaycan nasirləri  arasında ən  çox,  həm 

də  maraqla,  sevilə-sevilə  oxunan  yazıçıdır.  O,  "Dirilən 

adam",  "Gözün aydın".,  "Açıq  kitab",  "Yolumuz  hayana­

dır",  "Təzə  şəhər",  "Yaşıdlarım",  "Bir  gəncin  manifes- 

ti"  kimi  irihəcmli  əsərlərin  və  çoxsaylı  kiçik  hekayələ­

rin müəllifidir. Mir Cəlalın bədii  yaradıcılığı özünəməx­

susluğu  ilə fərqlənir.  Mövzu  müasirliyi,  məzmun  məzə- 

liliyi,  dil-üslub  sadəliyi,  fikir  aydınlığı,  süjet konkretliyi 

məcazlar  sistemindən,  dilin  bədii  imkanlarından  yerli- 

yerində  istifadə Mir Cəlal nəsrinin bədii keyfiyyətlərin- 

dəndir.  Bunun  nəticəsidir  ki,  Mir  Cəlalın  əsərləri  müx­

təlif səviyyəli  oxucular  tərəfindən  yaxşı  qarşılanır,  ma­

raqla oxunur,  asan başa düşülür və düzgün tərbiyəvi  nə­

ticə  çıxarılır.  Hər  yazıçıya nəsib  olmayan  bu  keyfiyyət­

lər  Mir Cəlal  Paşayevin əsərlərindən  təlim materialı ki­

mi  istifadə  etməyə  geniş  imkan  verir.  Buna  görədir  ki, 

keçən  əsrin  30-40-cı  illərindən  başlayaraq  Azərbaycan 

ümumtəhsil  məktəblərinin  ayrı-ayrı  siniflərində  Mir 

Cəlalın  yaradıcılıq  nümunələri  təlim  materialı  kimi 

proqrama  daxil  edilir,  onların  öyrədilməsi  üçün  ayrı-ay­

rı  dövrlərdə  məktəblərin  istifadəsində  olan  Ədəbiyyat 

proqramlarına ötəri  nəzər salmaq lazım  gəlir.  1942-ci il-

"Mir  Cəlal  Paşayevin  həyat  və  yaradıcılığı,  ilk  oçerk 

və  hekayələri.  Köhnə  məişət  və  adət  qalıqlarını  öz  he­

kayələrində  ifşa  etməsi.  Mir  Cəlalın  hekayələrində  yu­

morun dərinliyi  və səmimiliyi.  "Bostan oğrusu"  kimi he­

kayələrində  C.Məmmədquluzadə,  Ə.Haqverdiyev  stili- 

nin  davamçısı  kimi.

"Dirilən  adam"  romanının  məzmunu.  Revalision  fəh­

lə  obrazları...

Mir  Cəlalın  dilindəki  təbiilik,  sadəlik  və  özünəməx­

sus  səmimilik.  "Bir  gəncin  manifesti"  povestinin  qısa

məzmunu,  ideyası.  Mir  Cəlalın  kiçik  hekayələrdəki  bö­

yük  məharəti.

Böyük  Vətən  müharibəsi  temasmda  yazdığı  oçerk  və 

hekayələrinin  dərin  tərbiyəvi  və  bədii  qiymətə  malik 

olması".

Maraqlı  cəhət  kimi  qeyd  etmək  lazımdır  ki,  Mir 

Cəlalın  yaradıcılıq nümunələri  təkcə  bir  sinifdə  (X)  de­

yil,  ümumtəhsil  məktəblərinin 

ayrı-ayrı  siniflərində  təlim 

materialı  kimi  proqramda öz 

əksini  tapır.  Materialın  se­

çilməsində  bu  və  ya  digər 

I  sinifdə  oxuyan  şagirdlərin 

1  yaş  və  anlamaq  səviyyəsi 

həmişə  diqqət  mərkəzində 

i  saxlanılır.  Yazıçının  yaradı- 

J  

cılığı  zənginləşdikcə,  onun 



i  

əsərlərinin  proqrama  daxil 

edilərək  gənc  nəslə  çatdırıl­

ması  da  ön  plana  çəkilmiş­

dir.  Məsələn,  yenə  də  1952- 

ci  ildə  Azəməşr  tərəfindən 

çap  olunan  "Azərbaycan  dili 

və  ədəbi  qiraət"  proqramın­

da V  sinifdə Mir Cəlalın  ya­

radıcılığında  "Bahar"  adlı 

parça verilir və onun üzərin­

də  iş  aparmaq üçün aşağıda­

kı  tələblər  irəli  sürülür: 

"Bahar"  müəllifin  "Bir 

gəncin  manifesti"  povestin­

dən  bir  parçadır.  Baharın  fa­

ciəli  ölümünün  təsviri.  Köhnə  dünyanın  yoxsullara, 

uşaqlara  qarşı  amansızlığı".

Yazıçının  bu  əsəri  50-60-cı  illərdə  ayrı-ayrı  siniflər­

də  (V-VII)  müvəffəqiyyətlə  təlim  edilmişdir.  Bu  əsərin 

onilliklər  boyu  bu  və  ya  digər  siniflərdə  təlim  materia­

lı  kimi  proqrama  daxil  edilməsi  onun  məktəblilər  tərə­

findən  maraqla  oxunması  və  onların  mənəvi  aləminə 

müsbət-təsirinin  nəticəsidir.  Lakin  həmin  əsərin  bu  və 

ya  digər  sinifdə  təlim  materialı  kimi  verilməsində  irəli 

sürülən tələblər sinifdə  oxuyan  şagirdlərin səviyyəsi ba­

xımından  dəqiqləşdirilir.  Məsələn,  1967-ci  ildə  nəşr 

olunan  "Azərbaycan  dili  və  ədəbiyyat"  proqramında hə­

min  əsərin  VII  sinifdə 

öyrədilməsi tövsiyə  edilir və 

ona  aşağıdakı  tələblər  verilir:  "Ba­

har"  ("Bir  gəncin  manifesti"  povestindən 

bir  parça).  Baharın  faciəli  ölümünün  bədii 

təsviri.  Bu parçada inqilabdan əvvəl  zəhmət­

keş  uşaqların  ağır  həyatının  təsvir  olunması. 

Bahar obrazının  qısaca  səciyyələndirilməsi. 

Əsərin  dili.  Bədii  təsvirlər.  Uşaqların  in­

diki  xoşbəxt həyatı  haqqında  müsa­

hibə".

Keçən  əsrin  60-cı 



illərində(1960,  1963,  1964,  1965,  1966,  1967)  çap  olu­

nan ədəbiyyat proqramlarında  yazıçının  "Bir gəncin  ma­

nifesti"  əsərindən  verilən  "Bahar"  hekayəsi  ilə  yanaşı, 

onun  "Badam  ağacları"  adlı  hekayəsinin  öyrədilməsi  də 

nəzərdə  tutulmuş  və  ona  aşağıdakı  tələblər  verilmişdir:

"İran  kəndlisinin  ağır  vəziyyətinin  təsviri.  Badam 

ağaclarının  qırılmasının  səbəbləri.  İranda  ağalıq  edən 

Amerika  imperializminin  ifşası.  Yadelli  ağaların  iranda­

kı  vəhşiliyin  təsviri".

70-80-ci  illərdə yazıçının  "İki  rəssam"  əsəri  IV  sinif­

də,  "Göylər  adamı"  hekayəsi  isə  V  sinifdə  tədris  olun­

muşdur.  Bu hekayələr olduqca tərbiyəvi  xarakter daşıyır 

və  şagirdlərin  marağına  səbəb  olur.  Bu  baxımdan  yazı­

çının  "İki  rəssam"  hekayəsindən  bəzi  detallara  nəzər 

salmaq  yerinə  düşər.

Mir  Cəlal  dilinin  zərifliyini,  şirinliyini,  incəliyini, 

duzluluğunu,  təsirliliyini,  emosiohallığım  bu  hekayədə, 

xüsusilə  və  ümumiyyətlə,  yaradıcılığında  duymamaq 

mümkün  deyil.  Bütün  bu  detallar  şagirdlərin  dərin  ma­

rağına  səbəb  olur,  əsərlərini  sevə-sevə  oxuyurlar.

Əsərdə  maraqlı  bir  əhvalat  danışılır.  Yazıçı  sənətin 

incəliyinə  tamaşaçıların  diqqətini  cəlb  etmək  və  sənətin 

qədir-qiymətini  bilmək  üçün  iki  rəssamı  qarşılaşdırır. 

Aydın  olur  ki,  iki  görkəmli  sənətkarın  (rəssamın)  heç 

biri  birinciliyi  əldən  vermək  istəmir.  Onlar  öz  hünərlə­

rini  göstərməli,  kimin  daha  üstün  olduğunu  nümayiş  et­

dirməlidir.

"Sözdə  hünərdən  dəm  vurmaq  asandı,  ancaq  ağıllı 

adamlar  buna  inanmazlar.  Həqiqi  hünər  sahibləri  heç 

vaxt  özlərini  tərifləməzlər,  hünərlərini  öz  əməlləri  ilə 

isbat  edərlər.  Rəssamlar  dä  bu  yolu  tutdular.  Onlar  ya­

rışmalı  oldular.  Hərəsi  gözəl bir mənzərə  şəkli  cəkəcək 

və  kimin  üstün  olduğuna  hökm  verəcəkdi.

(ardı  7-ci  səhifədə)

də  Azəməşr  tərəfindən  çap  edilən  "Orta  məktəb  proq­

ramlarında  (X  sinif)  deyilir:

UMUMTƏHSIL  MƏKTƏBLƏRİNDƏ  ƏDƏBİYYATDAN

 

TƏLİM  MATERİALLARI  ARASINDA  MİR  CƏLALIN

 

YARADICILIQ  NÜMUNƏLƏRİNİN  YERİ



T  ƏHSI 

т

^

problemlər

! 

J j


№27-28  (370-371)  11-20  may  2008-ci  il

(əvvəli  6-cı  səhifədə)

B

elə  yerdə,  hökmdar  qarşısında  işləm ək   nə  q ə­

dər  çətindir.  Dünyanın  bütün  sənət  və  hünər 

sahiblərinə  qiymət  verənlər  buradadır.  Burada  qalib 

gəlmək  böyük  səadət,  m əğlub  olmaq  isə  ağır  m üsi­

bətdir.  Rəssamların  hər  ikisi  həyəcanla  işə  başladı.

Onlar  bir-birindən  xəbərsiz  işləm əli  idilər.  Elə  iş­

ləməli  idilər  ki,  nə  bu  onun  fikrindən  istifadə  etsin, 

nə  də  niyyətini  bilsin.

Şahın  əmri  ilə  rəssamları  işıqlı  v ə  böyük  bir  otaq­

da  əyləşdirdilər,  aradan  qalın  v ə   ağır  pərdə  saldılar. 

Rəssamların  hər  ikisi  m ənzərə  çək m əyə  başladı.  Hər 

ikisi  var  qüvvəsi  ilə  qələm inin  qüdrətini  işə  saldı. 

Hər  iki  sənətkar  işini  tamamladıqdan  sonra  tamaşaçı­

lar  hazır  oldular.

Tamaşaya  gələnlərin  hamısının  üzündə  sevinc  və 

maraq  vardı,  rəssamların  qəlbi  isə  intizarla  döyünür­

dü:  "Görəsən  necə  olacaq?  Kimin  bəxti  güləcək,  ki­

minki  ağlayacaq?"

Otağın  ortasında  asılan  pərdəni  qaldırdılar.  Hər  iki 

rəssamın  işi  hamını  Ьеутап  qoydu.  Hər  iki  rəssamın 

mənzərəsi  gözəl, mənalı v ə  qiymətli  idi.  Hamı əsər­

lərə "əhsən" dedi.  Adamları heyran qoyan başqa bir 

məsələ  idi.  Camaat ona heyran  idi  ki,  bir-birindən 

xəbərsiz  olan  iki  rəssam  tamamilə  bir-birinin  ey­

ni  olan  lövhələr çəkmişdi.  Rum  rəssamı  nə  çək­

mişdisə,  Çin rəssamı  da onu çəkmişdi.  Rum rəs­

samının  şəkli  nə  boyda  idisə,  Çin  rəssamının 

rəsmi  də  o  boyda  idi.  Rum  rəssamının  şəkli  nə 

rəngdə  idisə,  Çin  rəssamının  da  elə  idi.  Müxtə­

sər  ki,  rəssamlar  аул-аул  adamlar  idilər.  Onlar 

zövq,  hünər,  xasiyyət  və  bilikcə  də  bir-birlərindən 

tamam  uzaq  adamlar  idilər.  Lakin  çəkdikləri  şəkil  ey­

ni  idi,  bir-birindən  seçilmirdi.  Hamı  bu  hadisəyə  heyran 

qaldı  və  heç  kəs  inanmaq  istəmədi:



Bu  ola  bilməz.

-  Möcüzədir!

-  Burada  bir  sirr  var.

Rəssamlar  isə  böyük  hünər göstərmiş  qəhrəman  ki­

mi  məğrur-məğrur dayanmışdılar.  Doğrudan  da,  bu  iş­

də  sirr  var  idi.  Rum  rəssamı  bu  sirrə  heyran  qalsa  da, 

dem əyə  bir  sözü  yox  idi.  Padşahın  əmri  ilə  otağın  or­

tasından  təkrar  pərdə  saldılar.  H əm işə  sirləri  örtən 

pərdə  bu  dəfə  sirrin  açılmasına  kömək  etdi.  Pərdə  sa­

lınan  kimi  Çin  rəssamının  şəkli  küləyə  uğrayan  çıraq 

kimi  söndü,  şəkil  əvəzin ə  hamar  divar  göründü.  An­

caq  pərdə  Rum  rəssamının  çəkdiyi  şək lə  təfavüt  et­

mədi.  Pərdəni  təkrar  qaldırdılar.  Şəkillərin  hər  ikisi 

eyni  gözəllikdə  parladı.

Adamlar  yaxma  gəlib  işin  həqiqətini  yoxladılar. 

G özəl  mənzərəni  çəkən  rumlu  idi.  Çinli  rəssam  diva­

ra  sadəcə  sığal  vermiş,  onu  güzgüyə  döndərmişdi. 

Pərdə  qalxan  kimi  rumlunun  çəkdiyi  şəkil  həm in  di­

varda  əks  olunurmuş.

Adam lar  çinlini  töhmətləndirmək  istədilər:

-  Bu  nə  işdir?



Sənətdir!

-  Sənət  rumludadır  ki,  gözəl  şəkil  çəkmişdir.

-  Divarı  güzgüyə  döndərmək,  sənət  aynası  etmək 

bəs  nədir?

Dünyada  hünər  güzgüsü  ilə  məşhur  olan  İsgəndər 

sən ət  aynasını  da  sənət  əsəri  kimi  bəyəndi.  O,  çinli 

rəssamın  hünərinə  də  qiym ət  verdi:

-  O  da  sənətdir!

Hər  iki  sənətkann  hünərinə  "əhsən"  dedilər. 

Rumlunun  m ənzərə,  çinlinin  isə  sığal  ustası  oldu­

ğunu  hamı  təsdiq  etdi”.

Buradan  aydın  olur  ki,  İsgəndərin  bir  hökmdar  ki-

sənətə,  sənət  adamına  müsbət  münasibəti  ifadə  olu­

nur.  Rəhbərin  bu  sənətə  belə  münasibətini  biz  Ulu 

Öndərimiz  Heydər  Əliyevin  və  onun  davamçısı  olan 

İlham  Əliyevin  sənətə  və  sənət  adamına  olan  müna­

sibətində  görürük.  Ümummilli  liderimizin  yazıçılara, 

rəssamlara,  musiqi  xadimlərinə,  ziyalılara  xüsusi  qay­

ğı  göstərməsi  bunun  canlı  təzahürüdür.

'Göylər  adamı"  hekayəsi  də  təlim  baxımından  ma­

raqlı  məzmuna  malik  olduğundan  uzun  müddət  əd ə­

biyyat  proqramında  özünə  yer  tutmuşdur.  Belə  ki, 

əsərin  məzmununda  müəyyən  peşəyə  sahib  olmaq, 

peşəni  sevərəkdən  ona  yiyələnm ək  mühüm  problem 

kimi  əsərin  əsas  ideyasmı  təşkil  edir.  Hekayənin  əsas 

obrazı  Əşrəfdir,  təyyarəçi  olmaq  arzusundadır.  Lakin

gəmiçilikdən  əl  çəkmirsən?"

Bu  misal  ananın  xoşuna  gəld i  Xüsusilə  gəmiçiyə 

verilən  suallar  lap  onun  ürəyindən  idi:

-  Qorxaq  niyə  olsun  daha?  Kişi  haqqını  soruşub, 

yerində  soruşub!..

Əşrəf anasının  sözünü  kəsdi:

-  Gör  gəm içi  nə  cavab  verir.

-  Versin  görək!

-  Gəmiçi  də  a rif imiş;  qorxaqdan  soruşur  ki,  atan 

harada  öldü? 

"Lap  evində,  yorğan-döşəkdə!" 

"Baban  harada  öldü?"  "O  da  yorğan-döşəkdə!" 

"Bəs 

qorxm ursan 

hər 

gecə 

yorğan-döşəyə 

girirsən?"

Əşrəf  sözünü  qurtarıb  anasının  üzünə  baxdı.

mənasını  yaxşı  başa  düşmüşdü, 

də  anlayırdı.  Ancaq  inadından

sozunu 

Anası  məsələnin 

Əşrəfin  niyyətini 

dönmək  istəmirdi: 

-  Sənə,  -  dedi,

ÜMUMTƏHSİL 

MƏKTƏBLƏRİNDƏ 

ƏDƏBİYYATDAN 

TƏLİM  MATERİALLARI 

ARASINDA  MİR  CƏLALIN 

YARADICILIQ  NÜ M U ­

NƏLƏRİNİN  YERİ

o*

ana:

sürür,



dil yetrimək  çətindir.

Əşrəf  təyyarəçilik  oxuyan  yoldaşlarından  ikisini 

yanına  salıb  evlərinə  gətirdi.  Onlardan  biri  Bəhlul 

kişinin  oğlu  Fərman,  biri  də  qabaqcıl  Nüsrət 

idi.  Fərman  Əşrəflə  bir  küçəli  idi.  Yaşlarında 

bir  il  təfavüt  var  idi. 

Əşrəfin  anası 

Balaxanımın 

oğlu 

Fərm anı 

tanımadı. 

Dünənə  qədər  bir  tikə  uşaq  saydığı 



Fərmanı  belə  yaraşıqlı  paltarda  görəndə 

özü  də  həvəsə  gəldi:

-  Maşallah  olsun,  bala,  -  dedi,  -  nə 

böyümüsən!  Tanımaq  olmur.  Mən  dedim 

bəs  hansı  kişidir.  Yaşınmaq  istədim. 

Fərman  da  zarafatcıl  oğlan  idi.

-  Əlbət  ki,  -  dedi,  -  xala,  sizlər  bizi  kişi 

saymazsınız.  Kişinin  başında  buxara  papaq 

gərək!

-  Papaqda  nə  iş  var?  O,  köhnə  sözdür.  Baş 

baş  olsun!

Fərman  yavaş-yavaş  mətləb  üstə  keçdi:

-  Ana,  -  dedi,  -  səni  təbrik  etməyə  gəlmişəm. 

Ananın  gözü  işıqlandı:

-  Nə  barədə?

-  O  barədə  ki, 

Əşrəfi  də  bizim  məktəbə 

götürdülər.

-  Sizin  məktəb  hansıdır?

-  Təyyarəçilik.

Fərman  bunu  dedi,  əvvəl  ananın  üzünə,  sonra  da 

Əşrəfə  baxdı.  Ə şrəf  də  ananın  üzünə  baxdı.  Ana 

başını  aşağı  salmışdı.  Gənclərin  sözləşdiyini  hiss 

etmişdi.  Nə  isə,  o  da  başını  qaldırıb  Fərmanın 

üzünə  baxdı:

-  Ə şrəf özbaşına  iş  tutursa,  daha  mən  nə  deyim... 

Mən  ona  deməmişəmmi,  ayrı  sənətə  getsin?

-  Bu  sən,  bu  Əşrəf!  Sən  desən  ki,  təyyarəçilik 

məktəbinə  getmə,  o  getməyəcək.  Ancaq  heç  kəs

inanmır  ki,  belə  bir  oğulun  anası 

elə  söz  demiş  olsun.

Ana  nə  isə  demək  istəyirdi. 

Fərman  əli  ilə  işarə  edib  üzr 

istədi:

-  Bağışla,  -  dedi,  -  Mehri 

xala!  Bizim  məktəbə gələn  yüz 

ərizədən  bəlkə  beşi  qəbul  ola, 

ya   olmaya..."

Mehri  ana  təyyarəyə  minib 

göydə 

gəzdikdən 

sonra 

oğlunun  təyyarəçi  olması  ilə 

fə x r   etdi

Hazırda  mövcud  ədəbiyyat 

proqramında  (2003)  Mir  Cəlal 

Paşayevin  V   sinifdə 

"Ərik

m ır  С.ЭШ,  /ızərouycun  uovıəı  unıversueun.n

 

ağac, - 

hekayəsinin 

tədrisi

nəzərdə  tutulur.  Hekayənin  tədrisi

onun  istəyi  anası  Mehri  xanımın  ürəyindən  deyil.  Ə ş­

rəf bir  tərəfdən  anasının  könlünə  dəymək  istəmir,  di­

gər  tərəfdən  istəyindən  əl  çəkə  bilmir.  Əşrəfin  dost­

ları  Fərman  və  Nüsrət  ananı  yola  gətirməyə  çalışırlar. 

Ana  isə  fikrindən  əl  çəkmək  istəmir.  Fikir  aydınlığı 

üçün  aşağıdakı  parçaya  nəzər  salmaq  olar:

"-  Yox,  bala,  -  dedi,  -  nə  eləyirsən,  elə,  ayağını 

yerdən  üzmə!  Xatalı peşələr  bizə  qalmayıb  ha?  Gəz­

m ə y i  həvəsin  var,  get,  odur,  dəmir  yolunda  işlə, 

matros  ol,  şoferliyə  yazıl!

Ə şrəf anası  ilə  mübahisə  etməyə  məcbur  oldu:

-  Necə  insaf edib  bu  sənəti  şoferliyə  tay  tutursan, 

i?  Mənəm  deyən  maşinist  saatda  50-60  kilometr 

50-60  kilometr  təyyarənin  qabağında  bir

Mir  Cəlal  (2-ci  sırada  soldan  ikinci) professor  Məmməd  Cəfərlə 

tələbələr  arasında,  1950

addım  məqamındadır.  Araba 

ilə  . 

avtom obil 

birdirsə, 

avtomobil  ilə  təyyarə  də  birdir.

-  Gəmidə  işlə!

Ana, 

göyə 

çıxmağa 

qoymursan  ki,  xatalıdır.  Dəniz 

xatalı  deyilmi?

Ana  etirazında  davam  etdi:

• 

Yox,  yerin, 

suyun  nə 

xatası?

•  Qorxağın  gəmiçidən  nə 

soruşduğunu  eşitmisənmi?

-  Nə  soruşub?



B ir  qorxaq  gəm içidən

soruşub  ki,  atan  harada  ölüb? 

Gəm içi 

deyib: 

"D ənizdə!".

"Baban  harada  ölüb?"  "O  da 

dənizdə  boğulub  ölüb".  Qorxaq

deyib:  "Bəs  qorxmursan,  yenə

ilə  əlaqədar  aşağıdakı  tələblər  irəli  sürülür:

Əsərdə  xatirə  üslubu.  G ələcək  nəslə  yadigar  qoyan 

insanın  ölm əzliyi.

Hekayənin  məzmununda  bu  gün  də  aktual  olan  bir 

problemə  -  təbiətə,  bitkiyə,  gözəlliyə  qayğı  ideyası 

irəli  sürülür.  Aydın  olur  ki,  çərdəkdən  göyərmiş  bir 

tingin  qayğı  nəticəsində  yaxşı  bar  verən  nəhəng  ərik 

ağacı  hamının  diqqətini  cəlb  edir.  Onu  ting  şəklində 

qoyan  adamın  iyirmi  ildən  sonra  ərik  ağacına 

baxdıqda  təəccübləndiyi  hekayədə  öz  bədii  ifadəsini 

tapır.  Bütün  bunlar  məktəbin  bağbanı  Nəbi  dayının 

qayğısının  nəticəsi  kimi  verilir.

Üm um iyyətlə,  Mir  Cəlal  yaradıcılığı,  yuxarıda 

deyildiyi  İrimi,  təlim  baxımından  olduqca  faydalıdır. 

Onun  digər  hekayələri  də  proqrama,  dərsliyə 

salınmalı  əsərlərdir.

Asya  BƏKİROVA, 

Pedaqoji  elmlər  namizədi, 

dosent

Document Outline

  • Umumtahsil maktablarinda Adabiyyatdan

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə