90
Azərbaycanda ən geniĢ yayılmıĢ döyüm üsulu dərzlərin xırmanda döyülməsidir.
91
Bunun üçün dərzlər sahədən daĢınaraq xırmana yığılardı. Xırman külək tutan və
hündür yerlərdə düzəldilərdi, diametri 50-70 m və bəzən daha böyük olan xırman
sahəsi əvvəlcə sulanır, bir-iki gündən sonra tapdanır, sonra buranın torpağı ağac və ya
daĢdan düzəldilən kirkirə - vərdənə (xırman kötüyü - xırman daĢı) adlanan alətlə bərkidilir,
daha sonra isə Ģaxdan, yaxud gəndalaĢdan düzəldilən süpürgə ilə hamarlanırdı -
Ģirələnirdi. Köhnə xırman yeri isə sulanır və ot-avardan təmizlənərək bərkidilirdi.
Beləliklə də taxıl döyümü üçün xırman hazır olurdu.
Adətən, xırman bir neçə təsərrüfatın, yaxın qohum ailələrin Ģərikliyi ilə düzəldi-
lirdi. ġəriklər öz dərzlərini xırmanda növbə ilə döyərdilər. Lakin daha varlı kəndlilərin ayrıca
xırmanları da olardı. Xüsusi xırmanlar onun sahibinin adı ilə də tanınardı.
93
Xırmanda hər bir təsərrüfatın dərzi ayrıca 100-200, 300-500 və daha çox
dərzlik taylara - xaralara yığılardı. Dərzin xırmanda döyülməsi üçün müxtəlif üsul və
qaydalardan istifadə edilmiĢdir.
Dənin xırmanda heyvanlar vasitəsilə
döyülməsində ən sadə və qədim üsul xırmana
tökülən - sərilən dərzin - taxılın üstündə
qaramalın bir-birinə çatılaraq sürülməsidir. Digər
bir qayda isə heyvanları xırmanın ortasında
basdırılmıĢ ağac dirəyə bağlayıb onun ətrafında
hərləməkdən ibarətdir. Atla döyüm prosesində isə
bir nəfər xırmanın ortasında duraraq atların
boğazına ipi salıb xırman boyu dolandırır.
Heyvanların
hərəkəti
taxılın
dırnaqla
döyülməsinə səbəb olur. Qədim zamanda bu
qaydalardan bütün taxıl növlərinin döyülməsində
istifadə edilmiĢdir. Lakin sonralar belə bir qayda
ilə əsasən arpa, darı və çəltik döyülərdi. Döyüm
prosesində taxılın yeyilməsi və korlanmaması üçün
bəzən heyvanın baĢına "ağızlıq" keçirilərdi.
Heyvanlarla döyüm bəsit qaydalarla
əsas döyüm alətləri vasitəsilə döyülən arasında
keçid mərhələsini təĢkil etmiĢdir.
Azərbaycanda e.ə. III minillikdən
etibarən cüt əkinçiliyinin inkiĢafı daha təkmil
döyüm qaydalarının tətbiqini tələb edirdi. Ona
görə də döyüm qaydaları dövrünə görə daha
əlveriĢli və münasib olmalı idi. Ehtimal ki, bu
dövrdən, bəlkə bir qədər də qədimdən döyümdə
sadə vəl və onun iĢlədilməsində iribuynuzlu
heyvanlardan istifadə edilmiĢdir.
Taxılın döyülməsində geniĢ iĢlədilən və
ən mühüm alət ağac vəllərdir. Azərbaycanda
hələ e.ə. II minilliyin sonlarına aid ağac vəl
Xanlar rayonu ərazisində aĢkar edilmiĢdir [50]. Bu
döyüm aləti əsrlər boyu öz quruluĢ və funksiyasını
olduğu kimi saxlamıĢdır. O, XIX əsr və XX əsrin
əvvəllərində də demək olar ki, əsas döyüm aləti
olaraq qalırdı.
Vəl daha davamlı olan ağac növündən
hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül
olması taxılın növü və iqlim Ģəraiti ilə də bağlıdır.
94
Dağ və dağətəyi bölgələrdə bir
qayda olaraq vəllər iri və qalın
olur ki, bu da döyüm prosesini
nisbətən asanlaĢdırır. Düzənlik
ərazidə isə əksinə, taxılın daha
quru olması ilə əlaqədar, vəllər
yüngül və kiçik həcmli olurdu.
Yerli Ģərait, taxılın növü və qoĢqu
qüvvəsindən asılı olaraq, ağac
vəllər iki növ - tay və qoĢa
olurdu. Tay vəl qoĢa vələ
nisbətən sadə, ağır və nisbətən
iri idi. Vəlin uzunluğu təxminən
1,5-1,7 m-ə qədər, eni 60-70 sm,
qalınlığı isə 4-6 sm olurdu. Ağac
vəlin
döyüm
prosesini
sürətləndirmək üçün onun alt -
iĢlək hissəsindəki gözlərə xırda
daĢ və daĢ parçaları pərçimlənir.
Bəzən bu daĢları xırda metal
parçaları da əvəz edir ki, bu da
prosesi xeyli tezləĢdirir. Vəlin
qabaq hissəsi bir qədər yuxarıya
doğru qaldırılmıĢ vəziyyətdə
düzəldilir. Bu, hər Ģeydən
əvvəl, vəlin xırmanda hərəkətini
nizama salır və küləĢin bir yerə
yığılmasının
qarĢısını
alır.
Vəllərin
qabaq
hissəsində
xüsusi göz və kərt açılırdı.
Həmin
hissəyə
-vəlbəndə
keçirilən ip vəli boyunduruğa
birləĢdirirdi. Vələ bir at və ya bir
boyun öküz qoĢulardı.
Döyümü tezləĢdirmək
məqsədilə xırmanda bir neçə at
və ya öküz qoĢulmuĢ vəllər sürülürdü. Bəzən döyüm prosesində vəlin üstünə
kiçikyaĢlı uĢaq mindirilər və ya daĢ parçası qoyulardı. QoĢa vəllər döyümdə daha çox
istifadə edilərdi.
Taxıl döyümündə istifadə edilən əmək alətlərindən biri də daĢ vəllər
olmuĢdur. DaĢ vəllər nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda geniĢ