L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 
90 
reabsorbsiyasını  azaldır.  Preparatın  dozası  yaşdan  və  alınan  effektdən  aslı 
olaraq seçilir.  
II. 
Kaliumsaxlayıcı  diuretiklər  –  aldosteron  antaqonistləri.  Onlara 
veroşpiron  (aldakton,  spironolakton)  aiddir  ki,  bu  da 
aldosteronon  effektini  azaltmaqla  Na  və  suyun  xaric  olmasını 
artırır, kaliumun ekskresiyasını isə ləngidir. Sutkada hər kq-a 5-
10 mq dozada təyin edilir. Hiperkaliemyiyada olmaz. 
III.   Osmodiuretiklər  –  reopoliqlukin,  poliqlukin,  mannitol  və  s. 
daha  kəskin  oliqouriya  və  ödem  sindromu  zamanı  təyin  edilir. 
Onlar qanda osmotik təzyiqi qaldırır və yumaqcıq filtrasiyasını 
çoxaldırlar. 
Müxtəlif  qrupdan  olan  diuretiklərin  nefronun  muxtəlif  nahiyələrinə 
təsirini  nəzərə  alsaq,  onları  kombinəolunmuş  şəkildə  istifadə  etmək 
məsləhət  görülür.  Yuxarıda  sadalan  dərmanlarla  yanaşı  eufillini  də  təyi 
etmək  olar,  belə  ki  bu  preparat  böyrəklərdə  işemiyanı  aradan  qaldırmaqla 
qan  dövranını  yaxşılaşdırır,  yumaqcıq  filtrsiyasını  çoxaldır  və  diurezin 
artmasına səbəb olur.  
Hipotenziv  preparatlar:  Hipertoniya  QN  proqressivləşməsinin 
başlıca faktoru və orqan zədələnmələrinin səbəbkarı hesab edilir. Buna görə 
də AT-in enib-qalxması normanın orta və aşağı həddində saxlanılmalıdır.  
Müasir zamanda hipotenziv terapiyanın aparılma taktikasına daha çox 
önəm  verilir.  Belə  ki,  AT  azaldılma  tempi,  onun  hansı  səviyyəyə  qədər 
endirilməsi  məsələsi,  həmçinin  “yumşaq”  AT-in  (diastolik  AT  –  90-105 
mm  c.s)  daimi  hipotenziv  müalicəsinin  vacibliyi  və  s.  bu  kimi  məsələlər 
hələ də alimlərin müzakirə mənbəyidir.  
Əgər  diastolik  təzyiq  100  mm  c.s.  həddindən  yuxarı  qalxmırsa  və 
yataq  rejimində  aşağı,  normaya  düşürsə,  onda  xörək  duzu  ilə  mayenin 
məhdudlaşdırılması  və  diuretiklərin  təyini  kifayət  edir.  Davamlı 
hipertenziya zamanı isə antihipertenziv preparatlar əlavə edilir.  
Apardığımız müşahidələrimiz onu sübut edir ki: 
–  yüksələn  AT-in  birmomentli  maksimal  aşağı  endirilmə  göstəricisi 


 
91 
hazırki  təzyiqin  25%-dən  yuxarı  olmamalıdır,  əks  təqdirdə 
böyrəklərin funksiyaları pozula bilər.  
–   Böyrək patologiyası və AH sindromu olan xəstələrdə baxmayaraq 
ki,  böyrək  funksiyaları  müvəqqəti  olaraq  aşağı  düşmüşdür, 
hipotenziv  terapiya  AT-in  tam  normal  səviyyəyə  qədər 
endirilməsinə  yönəldilməlidir.  Bu  taktika  sistem  AH-nın  aradan 
qaldırılmasına və bununla da qlomerula daxili hipertenziyanı ləğv 
etməyə  hesablanmışdır.  Nəticədə  isə  böyrək  funksiyaları 
yaxşılaşır.    Sadalanan  hipertenzion  faktorlar  xəstəliyin  qeyri-
immun  faktorları  hesab  olunur  və  onlar  böyrək  çatmamazlığına 
gətirib çıxarır.  
Böyrək  xəstəlikləri  zamanı  AH-nıq  müalicəsində  hipotenziv  terapiya 
ilə  əsas  xəstəliyin  patogenetik  terapiyasının  müştərək  aparılması  zəruridir. 
Patogenetik  terapiyada  istifadə  olunan  maddələr  AT-in  səviyyəsinə 
müxtəlif  dərəcədə  təsir  göstərə  bilər,  buna  görə  də  onların  hipotenziv 
preparatlarla  müştərək  təyini  ya  AT-in  yüksəlmə  ehtimalını  azaldır,  ya  da 
sonuncuların  hipotenziv  effektini  yüksəldir.  Belə  hesab  olunur  ki, 
hipertonik  sindrom  olan  hallarda  QKS-lərin  təyini  əks  göstərişdir,  təkcə 
sürətləproqressivləşən  QN-dən  başqa.  Mülayim  AH  olan  xəstələrdə  QKS 
onu  bir  qədər  də  gücləndirə  bilər,  bu  o  halda  baş  verə  bilər  ki,  onların 
təyini  zamanı  qabarıq  diuretik  və  natriumuretik  effekt  inkişaf  etməsin, 
çünki belə xəstələrdə bir qayda olaraq natriumun orqanizmdə ləngiməsi və 
hipervolemiya müşahidə edilir.  
Böyrək 
hipertoniyasının 
müalicəsində 
AH-nın 
patogenetik 
mexanizmlərinə  təsir  edən,  böyrək  qan  dövranını  və  onun  funksiyalarını 
azaltmayan,  yumaqcıq  daxili  hipertenziyanı  tənzimləyən,  metabolik 
pozğunluqlar  yaratmayan  və  minimal  əlavə  təsirlərə  malik  antihipertenziv 
preparatlar istifadə etmək daha məqsədə uyğun sayılır.  
  Böyrək  hipertoniyasının  müalicəsində  aşağıdakı  antihipertenziv  preparatların 
istifadəsi daha məqsədəuyğun hesab olunur: 
-AH-nın patogenetik mexanizminə təsir edən; 


 
92 
Böyrəklərin qan təchizatını azaltmayan və böyrək funksiyalarını zəiflətməyən; 
-Yumaqcıqdaxili hipertenziyanı korreksiya edən; 
metabolizmdə dəyişiklik yaratmayan və minmal əlavə təsir göstərən. 
      5 sinif hipotenziv dərman vasitələrindən istifadə olunur: 
     -  angiotenzinçevirici  fermentin  inhibitorları  (  enalapril,  ramipril,  lizinopril, 
perindopril  (prestarium),  xinapril,  silazopril,  noliprel,  kvadropril  və.s);  AÇFİ 
böyrək  qan təchizatını  artırır, qanda kreatini  ya  dəyişmir  və  ya  nisbətən  azaldır, 
yumaqcıq filtrasiyasını artırır, böyrəklərin sklerozlaşma prosesini zəiflədir. AÇFİ 
farmakoloji effektləri ikilidir: Bir tərəfdən o yüksək vazokonstriktiv effektə malik 
angiotenzin  1-in  angiotenzin  2-yə  çevrilməsinin  qarşısını  alır.  Digər  tərəfdən 
toxuma damar genəldici hormonları –kininləri parçalayır . 
       - toxuma damargenəldici hormonlar 
-Kalsium  kanalı  blokatorları  (kalsium  antaqonistləri)-verapamil  hidroxlorid, 
nifedipin və diltiazem. 
-α- blokatorlar: Prazozin və doksazozin . 
-diuretiklər 
-β- blokatorlar : propranolol, oksprenolol, metprolol, orta-pindolol, və uzuntəsirli-
atenolol, betaksolol, nadolol. 
β  -blokatorlar  böyrək  hipertoniyasının  müalicəsində  tətbiq  olunurlar.  Onlar 
böyrəklərin qan təchizatını azaltmır və böyrək funksiyalarını zəiflətmirlər. Onların 
uzunmüddətli  qəbulu  zamanı  diurez  və  Na  ekskresiyasında  dəyişiklik  müşahidə 
olunmur. Yüksək dozalarla müalicə zamanı renin-angiotenzin sistemi qapanır və 
hiperkaliemiyanın yaranması müşahidə oluna bilər. 
Böyrək  AH-sının  müalicəsi  üçün  yuxarıda  sadalanan  5  sinif  dərman 
preparatlarından  seçim  preparatlarına  aiddir  angiotenzinçevirən  fermentin 
inhibitorları  və  kalsium  kanalı  blokatorları  (kalsium  antaqonistləri).  Bu  iki  qrup 
preparatlar
 
böyrək  hipertoniyasının  müalicəsi  üçün  nəzərdə  tutulmuş  bütün 
tələblərə  cavab  verir  və  eyni  zamanda  xüsusən  də  vacib  nefroprotektiv 
xüsusiyyətə  malikdirlər.
 
Angiotenzinçevirən  ferment  inhibitorlarının  farmakoloji 
effektləri ikili xarakter daşıyır. Bir tərəfdən o ən güclü vazokonstriktorlarda olan 
angiotenzinI-in  angiotenzin  II-yə  çevrilməsinin  qarşısını  alır,  digər  tərəfdən  isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə