Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Qaraciyər xəstəlikləri zamanı əsasən hansı fermentlərin aktivliyi artır?



Yüklə 2,31 Mb.
səhifə14/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

489) Qaraciyər xəstəlikləri zamanı əsasən hansı fermentlərin aktivliyi artır?
A) AlAT-ın, aldolazanın, LDG-nin, sorbitoldehidrogenazanın

B) Alfa-amilazanın və laktazanın

C) Turş fosfatazanın və saxarazanın

D) Qələvi fosfatazanın və maltazanın

E) KK, AsAT və LDG-nin

Diaqnostika məqsədilə fermentlərdən istifadə olunmasının bir neçə səbəbi var. Səbəbdən biri ondan ibarətdir ki, fermentin qanda miqdarı nisbətən sabit göstəricidir. Fermentin aktivliyinin artması və ya azalması patoloji proseslərdən xəbər verir. Müxtəlif üzvlərdə yaranan patoloji proseslər müəyyən fermentlərin aktivliyinin artması və ya azalmasına səbəb olurlar. Qaraciyər xəstəlikləri zamanı AlAT, aldolaza, LDG və sorbitoldehidrogenaza fermentlərinin aktivliyi artır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.110
490) Mədəaltı vəzin xəstəlikləri zamanı hansı fermentin aktivliyi təyin edilir?
A) Saxarazanın

B) Maltazanın

C) Alfa-amilazanın

D) Fosforilazanın

E) Laktazanın

Sağlam insanın qanında fermentlərin miqdarı nisbi sabitliyə malikdir. Fermentlərin aktivliyinin artması və yaxud azalması patoloji proseslər haqqında xəbər verir. Buna görə müxtəlif xəstəliklər zamanı müvafiq fermentlərin aktivliyi artır. Mədəaltı vəzin xəstəlikləri zamanı -amilaza fermentin aktivliyi artır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.110
491) Fermentlərin aktivliyini təyin etdikdə hansı qandan istifadə edilir?
A) Uzun müddət saxlanılmış qan serumundan

B) Hemolizə uğramayan qandan

C) Qan laxtasından

D) Hemolizli qandan

E) Qan laxtası ilə qarışmış serumdan

İnsan və heyvan orqanizmlərinin bütün üzvlərində və toxumalarında fermentlər aşkar olunub. Fermentlərin ən yüksək aktivliyi skelet əzələlərində, ürək əzələsində və qaraciyərdə qeyd olunur. Eritrositlərdə fermentlərin aktivliyi qat-qat artıq olur, nəinki qan serumunda. Bununla əlaqədar olaraq fermentlərin aktivliyini təyin etdikdə hemolizə uğramamış qandan istifadə etmək lazımdır, çünki hemolizin hətta izləri nəticələrə yüksək təsir göstərə bilər.


Ədəbiyyat: Ф.И.Комаров, Б.Ф.Коровкин, В.В.Меньшиков. Биохимические исследования в клинике. «Медицина», 1981 стр.45
492) Kimyəvi təbiətinə görə fermentlər hansı birləşmələrə aiddir?
A) Vitaminlərə

B) Lipidlərə

C) Karbohidratlara

D) Zülallara

E) Hormonlara

Fermentləri öyrəndikdə qeyd olunmuşdur ki, onların hamısı zülaldır, yəni yüksək molekullu polimerlərdir. Fermentlər də zülallar kimi 4 struktur quruluşa malikdirlər və aminturşulardan ibarətdirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.97
493) Fermentlər reaksiyaların sürətini neçə dəfə artırırlar?
A) 108-1011 dəfə

B) 102-106 dəfə

C) 1015-1018 dəfə

D) 5 dəfə

E) 10 dəfə

Fermentlər qeyri-üzvi katalizatorlardan bir sıra parametrlər ilə fərqlənirlər. Onlardan biri kataliz etdikləri reaksiyaların sürətidir. Qeyri-üzvi katalizatorlar reaksiyanın sürətini 102-106 dəfə artırdığı halda, fermentlər 108-1011 dəfə artırırlar.

Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.94
494) Hansı ferment güclü turş mühitdə yüksək aktivliyə malikdir?
A) Pepsin

B) Qastriksin

C) Amilaza

D) Tripsin

E) Ximotripsin

Hər bir ferment maksimal aktivliyini mühitin müəyyən pH dəyərində göstərir. Bu onunla əlaqədardır ki, ferment-substrat kompleksinin əmələ gəlməsində elektrostatik rabitələr iştirak edir. Bu rabitələr substratın və fermentin aktivlik mərkəzinin əks yüklənmiş funksional qrupları arasında onlar üçün optimal olan mühitdə yaranır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.103, 179
495) Qidanın əvəzolunmayan amillərinə hansılar aid deyil?
A) Su

B) Doymuş yağ turşuları

C) Mineral elementlər

D) Vitaminlərin çox hissəsi

E) Doymamış yağ turşuları

İnsanın istifadə etdiyi qidalı maddələr arasında elə maddələri qeyd etmək olar ki, onlar orqanizmdə sintez olunmurlar, lakin orqanizmin normal yaşaması və fəaliyyəti üçün çox vacibdirlər. Belə maddələr qidanın əvəzolunmayan amilləri adlanırlar.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.115
496) Orqanizmdə maddələrin son məhsullara qədər parçalanması prosesinə nə deyilir?
A) Anabolizm

B) Katabolizm

C) Anevrizm

D) Astiqmatizm

E) Metabolizm

Orqanizmin ətraf mühitdən aldığı qidalı maddələr mədə-bağırsaq traktında həzm olunur, sorulur, sonra isə hüceyrələrdə oksigenin təsirindən son məhsullara kimi parçalanırlar (bu zaman enerji də ayrılır). Bu proses katabolizm adlanır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.114
497) Orqanizmdə son məhsullardan spesifik maddələrin sintez prosesinə nə deyilir?
A) Katabolizm

B) Astiqmatizm

C) Anevrizm

D) Anabolizm

E) Metabolizm

Parçalanma zamanı alınan son məhsullar və enerji orqanizm üçün spesifik olan maddələrin sintezinə sərf olunur. Bu prosesə anabolizm deyilir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.114
498) Hansı maddələr makroergik adlanır?
A) Fosfat rabitəsi olanlar

B) Peptid rabitəsi olanlar

C) Efir rabitəsi olanlar

D) İon rabitəsi olanlar

E) Hidrogen rabitəsi olanlar

İnsan və heyvan orqanizmləri onlara lazım olan enerjini hazır üzvi maddələr şəklində alırlar. Bu maddələr parçalandıqda enerji azad olur. Azad olunmuş enerjinin bir hissəsi bədənin temperaturunun saxlanılmasına sərf olunur, digər çox hissəsi isə kimyəvi rabitənin enerjisinə çevrilir, əsasən fosfat. Belə rabitə makroergik rabitə adlanır (F). Tərkibində bu tipli rabitə olan maddələr makroergik maddələr adlanır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.117-118
499) Makroerqik birləşmələrə aid olmayanlar hansılardır?
A) Nukleozid trifosfatlar (QTF, UTF, TTF, STF)

B) Kreatinfosfat

C) Adenozinmonofosfat turşusu

D) Fosfoyenolpiroüzüm turşusu

E) Adenozintrifosfat turşusu (ATF)
Heyvan və insan orqanizmlərində üzvi birləşmələrin parçalanması nəticəsində azad olunan enerjinin çox hissəsi kimyəvi rabitənin enerjisinə çevrilir, əsasən fosfat rabitəsinin. Belə rabitə makroergik rabitə adlanır və ~F kimi işarə olunur. Makroergik rabitəsi olan birləşmələr makroergik birləşmələr adlanır və onlara ATF, kreatinfosrfat, fosfoyenolpiroüzüm turşusu, (QTF, UTF, TTF, STF) nukleozid trifosfatlat və s. aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.117-118
500) Hansı proseslərdə ATF-in enerjisindən istifadə olunmur?
A) Əzələlərin yığılmasında

B) Beyin fəaliyyətində

C) Sintez proseslərində

D) İonların membranlardan aktiv daşınmasında

E) Əzələlərin açılmasında

ATF – makroergik birləşmədir. Onun sintezi üçün ADF, fosfat turşusu (H3PO4) və müəyyən miqdarda enerji lazımdır. Müvafiq olaraq ATF parçalandıqda həmin bu maddələr və ehtiyata yığılan enerji əmələ gəlir. Beləliklə, ATF enerjinin ayrılması və enerjinin istifadə olunması ilə gedən proseslərin bağlayıcı bəndidir. Orqanizmdə ATF-in enerjisindən əsasən sintetik proseslərdə, əzələlərin yığılıb-açılmasında, ionların membranlardan aktiv daşınmasında istifadə olunur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.118-119
501) Karbohidratların intensiv parçalanması harada gedir?
A) Yoğun bağırsaqda

B) Qaraciyərdə

C) Nazik bağırsaqda

D) Ağız boşluğunda

E) Mədədə
Karbohidratların intensiv parçalanması nazik bağırsaqda gedir, çünki bura tökülən mədəaltı vəzin şirəsi və bağırsağın öz şirəsi karbohidratları parçalayan fermentlərlə zəngindirlər. Həmçinin, bağırsağın zəif qələvi mühiti bu fermentlərin optimal aktivliyini təmin edir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.134
502) Mədə-bağırsaq traktında karbohidratlar hansı fermentlərin təsirindən parçalanırlar?
A) Amilaza və maltaza

B) Aminopepridaza və karboksipeptidaza

C) Lipaza və qastriksin

D) Pepsin və qastriksin

E) Dipentidaza və tripeptidaza
Mədə-bağırsaq traktında karbohidratlar (nişasta) amilaza və maltaza fermentlərinin təsirindən parçalanırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134
503) Mədə-bağırsaq traktında karbohidratların parçalanması nəticəsində hansı maddələr alınır?
A) Fruktoza və aminturşular

B) Yağ turşuları, azot əsası və qliserin

C) Qlükoza, fruktoza, qalaktoza

D) Yağ turşuları, qliserin və xolesterin

E) Dipeptidlər və tripeptidlər
Mədə-bağırsaq traktında karbohidratlar fermentlərin təsirindən qlükoza, fruktoza, qalaktoza kimi monosaxaridlərə parçalanırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.134
504) Hüceyrələrdə karbohidratların parçalanması nədən başlayır?
A) Qlükozadan və qlikogendən

B) Fruktozadan, qlükozadan və qalaktozadan

C) Qlikogendən və qalaktozadan

D) Sellülozadan və fruktozadan

E) Nişastadan və qlükozadan
Hüceyrələrdə karbohidratların parçalanması qlikogendən və qlükozadan başlayır. Hər bir maddənin parçalanması nəticəsində vahid məhsul alınır – qlükoza-6-fosfat.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.136
505) Anaerob parçalanma yolu əsasən hansı toxuma üçün xarakterikdir?
A) Ürək üçün

B) Əzələ toxuması üçün

C) Eritrositlər üçün

D) Beyin toxuması üçün

E) Cinsi vəzlər üçün
Anaerob parçalanma yolu əsasən əzələ toxuması üçün xaraterikdir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.138
506) Qanda qlükozanın azalmasına hansı hormonlar səbəb olur?
A) Aldosteron

B) Adrenalin

C) Qlükaqon

D) İnsulin

E) Kortizon
Qanda qlükozanın azalmasına insulin hormonu səbəb olur. İnsulin hüceyrə membranlarının qlükozanı mənimsəmək qabiliyyətini artırır və nəticədə qanda qlükozanın miqdarı aşağı düşür.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.143
507) Karbohidrat mübadiləsini xarakterizə edən əlamətlərə hansılar aiddir?
A) Ketonemiya, ketonuriya və lipuriya

B) Hipoqlikemiya və hipoproteinemiya

C) Lipuriya və qlükozuriya

D) Qlükozuriya və hiperproteinemiya

E) Hiperqlikemiya, hipoqlikemiya, qlükozuriya
Karbohidratların hər bir metabolik dəyişilməsi qanda və sidikdə qlükozanın miqdarca dəyişilməsi ilə aşkarlanacaq. Buna görə hiperqlikemiya (qanda qlükozanın normaya nisbətən artması), hipoqlikemiya (qlükozanın normaya nisbətən azalması) və qlükozuriya (sidikdə qlükozanın olması) karbohidrat mübadiləsini xarakterizə edən əsas əlamətlər sayılır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.146-147
508) Hipoqlikemiya hansı hallarda yarana bilər?
A) İnsulinə əks olan hormonların artıq miqdarda hasili zamanı

B) Çoxlu karbohidrat tərkibli qidanın qəbulu zamanı

C) Orqanizmə artıq miqdarda insulin yeritdikdə

D) Toksikozlar zamanı

E) Müxtəlif emosiyalar zamanı
Hipoqlikemiya xəstələrə artıq miqdarda insulin yeritdikdə, insulinin artıq miqdarda hasili zamanı, insulinə əks olan hormonların az miqdarda hasili zamanı yarana bilər.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.148
509) İnsulyar hiperqlikemiyanın səbəbləri aşağıdakılardan hansılardır?
A) Travmalar

B) Langerhans adacıqlarının -hüceyrələrinin hipofunksiyası

C) Alimentar və neyrogen səbəblər

D) Toksikozlar

E) Daxili sekresiya vəzilərinin xəstəlikləri
İnsulyar hiperqlikemiya insulinin az miqdarda hasili ilə bağlıdır. Bu da ən çox mədəaltı vəzin Langerhans adacıqlarının -hüceyrələrinin zədələnməsi nəticəsində baş verir. Nadir hallarda insulinin az miqdarda hasili mədəaltı vəzin parenximasının zədələnməsi ilə bağlıdır (kəskin pankreatit).
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.146-147
510) Şəkərli diabet xəstəliyinin əsas simptomlarına hansılar aiddir?
A) Hiperqlikemiya, qlükozuriya, ketonemiya

B) Lipuriya və asetonuriya

C) Ketonemiya və anuriya

D) Hipoqlikemiya və hipoproteinemiya

E) Qlükozuriya və lipuriya
Şəkərli diabet xəstəliyinin əsas səbəbi insulinin az miqdarda hasil olunmasıdır. Nəticədə qanda qlükozanın miqdarı artır, sidikdə qlükoza aşkar olunur, hüceyrələrdə yaranan enerji “aclığı” yağların və aminturşuların aktiv parçalanması ilə kompensasiya olunur. Buna görə də hiperqlikemiya, qlükozuriya, ketonemiya şəkərli diabet xəstəliyinin əsas simptomları sayılır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.148
511) Karbohidrat mübadiləsinin qanda əsas göstəricisi hansıdır?
A) Piroüzüm turşusu

B) Qlikogen

C) Qalaktoza

D) Qlükoza

E) Fruktoza
Orqanizmdə və qida məhsullarında qlükozanın digər monosaxaridlərə nisbətən daha çox olduğuna görə, qlükozanın çevrilmələrini kataliz edən fermentlər daha aktiv olduqlarına görə, qaraciyərdə digər monosaxaridlərin qlükozaya çevrilmələrinə görə və nəhayət, yalnız qlükoza qaraciyərdə qlikogen şəklində ehtiyata toplandığına görə karbohidrat mübadiləsinin qanda əsas göstəricisi qlükozadır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.142-143
512) Hansı mühit göstəricisində (pH) ağız suyunun amilazası daha fəaldır?
A) pH = 6,8 – 7,2

B) pH = 4,5 – 5,0

C) pH = 5,0 – 6,0

D) pH = 1,0 – 1,5

E) pH = 2,0 – 3,5
Fermentin fəallığı bir çox amillərdən asılıdır. Onlardan biri mühitin pH göstəricisidir. Hər bir ferment mühitin müəyyən pH göstəricisində yüksək fəallıq göstərir. Ağız suyunun amilazası pH-ı 6,8-7,2 olan mühitdə daha fəal olur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134
513) Karbohidrat olmayan komponentlərdən qlükozanın sintez prosesi necə adlanır?
A) Hidroliz

B) Qlikogenoliz

C) Qlikoliz

D) Qlükoneogenez

E) Hemoliz
Qlükoneogenez – qlükozanın karbohidrat olmayan komponentlərdən (süd turşusu, qliserin, bəzi aminturşular) sintezi deməkdir.

Qlikoliz – qlükozanın parçalanması prosesidir. Hidroliz – maddənin parçalanması prosesidir. Hemoliz – eritrositlərin dağılması prosesidir. Qlikogenoliz – qlikogenin parçalanması prosesidir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134, 139, 140
514) Sellülozanın parçalanması harada gedir?
A) Yoğun bağırsaqda

B) Nazik bağırsaqda

C) Qaraciyərdə

D) Ağız boşluğunda

E) Mədədə
Nazik bağıqsaqda sellülozanı parçalayan ferment olmadığına görə o yoğun bağırsağa daxil olur və orada olan mikroorqanizmlərin fermentləri (sellülozalar) tərəfindən parçalanır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134
515) Qanda qlükozanın norma daxilindəki miqdarı hansıdır?
A) 6,80 mmol/l

B) 10,25 mmol/l

C) 12,40 mmol/l

D) 2,20 mmol/l

E) 5,50 mmol/l
Qanda qlükozanın normada miqdarı 3,33–5,5 mmol/l (60-100 mq %) olur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.136
516) Qanda ümumi şəkərin norma daxilindəki miqdarı hansıdır?
A) 12,0 mmol/l

B) 6,0 mmol/l

C) 3,8 mmol/l

D) 3,0 mmol/l

E) 9,6 mmol/l
Ümumi şəkər dedikdə qanda metalları onların oksidlərindən reduksiya etmək qabiliyyətinə malik olan bütün maddələr nəzərdə tutulur. Ümumi şəkər normada 4,44-6,66 mmol/l (80-120 mq %) olur. Onun 95%-ni xalis qlükoza, qalan hissəsini isə fruktoza, qalaktoza, pentozalar təşkil edir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.136; В.Г.Колб Клиническая биохимия «Беларусь», 1976 стр.124
517) Qanda xalis qlükozanı təyin edən üsullara aşağıdakılardan hansı aiddir?
A) Veltman

B) Timol sınağı

C) Hagedorn - İensen

D) Ortotoluidin

E) Yaffe
Qanda xalis qlükozanı ortotoluidin, qlükozooksidaza üsulları ilə təyin edirlər.

Hagedorn – İensen üsulu ilə ümumi şəkəri, Timol və Veltman sınaqları ilə zülalların kolloid davamlılığını, Yaffe sınağı ilə kreatinini təyin edirlər.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.266, 268, 288, 297-298
518) Bu maddələr arasında karbohidrat mübadiləsinə aid olmayan hansıdır?
A) Xolesterin

B) Qlükoza

C) Laktat

D) Sial turşuları

E) Piroüzüm turşusu
Xolesterin lipidlərin sterinlər qrupuna aid olan birləşmədir. Qlükoza – karbohidratların monosaxarid qrupuna aiddir. Laktat, piroüzüm turşusu qlükozanın parçalanması prosesinin aralıq məhsullarıdır. Mukopolisaxaridlərə (karbohidratlar) bir qrup birləşmələr aiddir ki, onların tərkibində neyramin turşuları və karbohidratların törəmələri olur. Neyramin turşusu ilə sirkə turşusunun birləşməsinə sial turşuları deyilir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.71-72; 68-69
519) Lipidlərin həzmi daha aktiv harada gedir?
A) Nazik bağırsaqda

B) Qaraciyərdə

C) Yoğun bağırsaqda

D) Mədədə

E) Ağız boşluğunda
Mədə-bağırsaq traktında lipidlərin həzmi üçün lipolitik fermentlər, onların fəaliyyəti üçün optimal şərait və emulqatorların olması vacibdir. Bu şərtlərin hamısının nazik bağırsaqda olduğuna görə lipidlərin daha aktiv həzmi nazik bağırsaqda gedir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 səh.154-155
520) Mədə-bağırsaq traktındakı fermentlərdən hansı lipolitik fermentlərə aiddir?
A) Aminopeptidaza

B) Xolesteraza

C) Ximozin

D) Sellülaza

E) Pepsin
Orqanizmə daxil olan maddələr mədə-bağırsaq traktında müvafiq fermentlərin təsirindən parçalanırlar. Xolesteraza xolesterin efirlərinin (lipidlər) parçalanmasını kataliz edən fermentdir. Aminopeptidaza, ximozin, pepsin aminturşuların parçalanmasında, sellülaza isə sellülozanın (karbohidrat) parçalanmasında iştirak edən fermentlərdir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.134, 154, 181
521) Lipolitik fermentlərin maksimal fəallığı hansı mühitdə baş verir?
A) Neytral

B) Zəif qələvi

C) Güclü turş

D) Güclü qələvi

E) Zəif turş
Hər bir ferment maksimal fəallığını mühitin müəyyən göstəricisində göstərir. Lipolitik fermentlərin maksimal fəallığı zəif qələvi mühitdə (pH 7,8-8,2) baş verir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
522) Triasilqliserinlərin hidrolizində hansı fermentlər iştirak edir?
A) Xolesteraza

B) Fosforilaza

C) Lipaza

D) Fosfolipaza

E) Aldolaza
Mədə-bağırsaq traktında lipidlərin həzmi üçün lipolitik fermentlərin olması vacibdir. Lipolitik fermentlər – böyük bir hidrolazalar qrupudur ki, onlar lipidlərin hidrolitik parçalanmasını kataliz edirlər. Mədə-bağırsaq traktında lipolitik fermentlərdən olan lipazalar triasilqliserinləri, fosfolipazalar – fosfolipidləri, xolesterazalar – xolesterin efirlərini parçalayırlar.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
523) Emulqatorlar nədir?
A) Lipidlərin sintezini gücləndirən maddələr

B) Lipidlərin orqanizmdə toplanmasına səbəb olan maddələr

C) Lipidlərin həll olmasında iştirak edən maddələr

D) Lipidlərin çökməsində iştirak edən maddələr

E) Lipid hissəciklərinin bir-birinə yapışmasına mane olan maddələr
Lipidlərin həzmi zamanı əmələ gəlmiş lipid hissəciklərinin bir-birinə yapışmasının qarşısını alan maddələrə emulqatorlar deyilir. Emulqatorlar hər bir yağ damlasını əhatə edərək, onun yapışmasına mane olurlar. Orqanizmdə əsas emulqatorlar öd turşularının duzları və serum albumini sayılır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.154
524) Lipidlərin həzmi zamanı əmələ gəlmiş suda həll olan məhsullar hansılardır?
A) Doymuş yağ turşuları

B) Qliserin

C) Xolesterin

D) Doymamış yağ turşuları

E) Xilomikronlar
Lipidlərin həzmi nəticəsində suda həll olan və yağda həll olan maddələr alınır. Suda həll olan məhsullar (qliserin, monoasilqliserinlər, fosfat turşusu, azot əsası) asanlıqla bağırsağın selikli qişasına sorulurlar. Yağda həll olan komponentlər isə (yağ turşuları, xolesterin və s.) cüt öd turşuları vasitəsilə sorulurlar, çünki onların birləşməsindən suda həll olan komplekslər yaranır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.156
525) Hüceyrələrdə lipidlərin parçalanma prosesi necə adlanır?
A) Hidroliz

B) Qlikogenoliz

C) Qlikoliz

D) Lipoliz

E) Lipogenez
Hüceyrələrdə lipidlərin parçalanma prosesi lipoliz adlanır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.162
526) Fosfolipidlərin həzmində iştirak etməyən fermentlər hansılardır?
A) Fosfolipaza C

B) Fosfolipaza B

C) Fosfolipaza A

D) Fosfolipaza D

E) Fosforilaza

Fosfolipidlərin orqanizmdə həzmi bir qrup fosfolipazalar vasitəsilə təmin olunur. Fosfolipazalar fosfolipid molekulunu onun tərkib hissələrinə hidroliz edirlər. Əvvəlcə fosfolipaza A qliserinin ikinci karbon atomundan doymamış yağ turşusunu ayırır, sonra fosfolipazalar B, C, D ardıcıllıqla təsir edərək molekulu qliserinə, doymuş yağ turşusuna, fosfat turşusuna və azot əsasına parçalayır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.156
527) Endogen xolesterinin sintezi harada gedir?
A) Piylikdə

B) Qaraciyərdə

C) Dalaqda

D) Nazik bağırsaqda

E) Yoğun bağırsaqda

Orqanizm xolesterini 2 mənbədən alır. Qidalı məhsullarla orqanizmə daxil olan ekzogen xolesterin bağırsağın selikli qişasının hüceyrələrinə sorulur. Endogen xolesterin isə qaraciyərdə sintez olaraq üzv və toxumalara daşınır.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.167-168
528) Xolesterin mübadiləsinin pozulması ilə əlaqədar olan xəstəlik hansıdır?
A) Podaqra

B) Ateroskleroz

C) Piylənmə

D) Pankreatit

E) Qaraciyərin piy distrofiyası

Xolesterin mübadiləsinin pozulması (hiperxolesterinemiya) fizioloji və patoloji xarakter daşıyır. Patoloji pozğunluqlar MSS (meningitlər, beyin şişləri, epilepsiya), böyrəklərin (nefrozlar, nefritlər), qaraciyərin (mexaniki sarılıq, kəskin parenximatoz hepatit), qalxanabənzər vəzinin (hipofunksiyası), ateroskleroz xəstəlikləri zamanı baş verir.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.172
529) Hansı hallarda lipuriya müşahidə olunmur?
A) Şəkərli diabetin ağır halında

B) Piyin miqdarı sidikdə 2 mq/l-ə qədər olduqda

C) Nefrozlarda

D) Ağciyər vərəmində

E) Mədəaltı vəzin şişlərində

Normada sidikdə yağın izləri (2 mlq/l) aşkar olunur. Sidikdə yağın çox olması – lipuriya – şəkərli diabetin ağır halında, ağ ciyər vərəmində, nefrozlarda, zəhərlənmələr zamanı, mədəaltı vəzin şişləri zamanı, infeksion və irili proseslərdə müşahidə olunur.


Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.171, 172
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə