Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Onurğa beyin mayesində (OBM) zülalın artmasına nə səbəb olmur?



Yüklə 2,31 Mb.
səhifə8/26
tarix10.11.2017
ölçüsü2,31 Mb.
#9241
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

260) Onurğa beyin mayesində (OBM) zülalın artmasına nə səbəb olmur?
A) Onurğa beyin mayesinin durğunluğu

B) Onurğa beyin mayesinin sıxılması

C) Beyin mədəciyində ekssudatın toplanması

D) Beyində şiş hüceyrələrinin parçalanması

E) Onurğa beyin mayesində (OBM) sitozun normada olması

Onurğa beyin mayesində normada 0,15-0,3 q/l miqdarında zülal olur. İrinli meningitdə, onurğa beyin kanalında likvorun durğunluğu və şiş hüceyrələrinin parçalanması zamanı onurğa beyin mayesində (likvorda) zülalın miqdarı çoxalır. Onurğa beyin mayesində (OBM) sitozun normada (böyüklərdə 0-3x106 /l , uşaqlarda isə 7-10x106/l ) olması zülalın artmasına səbəb olmur.


Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66
261) Vərəmli meningiti təsdiq edir:
A) Bütün sadalanan faktorlar (amillər) düzgündür

B) Qlobulinin miqdarının yüksəlməsi

C) 1 mkl-də 200 hüceyrədən artıq olmayan pleyositoz

D) Fibrin pərdəsində vərəm mikobakteriyasının aşkar olunması

E) Leykoformulada leykositlərin miqdarının çoxalması
Normal onurğa beyni mayesində hüceyrə elemetləri az olur. Yalnız az miqdarda limfosit, leykositə təsadüf olunur. Vərəmli meningitdə, fibrin pərdəsində vərəm mikobakteriyası aşkar edilir. Limfositoz qlobulinin miqdarının yüksəlməsi müşahidə edilir. Həmçinin 1 mkl-də 200-dən artıq olmayan pleyesitoz olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66-67
262) Orta yaşlılarda normada onurğa beyni mayesində sitoz nə qədərdir?
A) 30x106/l

B) 1-3x106/l

C) 100x106/l

D) 30x106/l

E) 100x106/l
Normal onurğa beyin mayesində hüceyrə elementləri çox azdır. Yalnız leykositlər (limfosit) olur. Eritrositlər olmur. Onurğa beyni mayesində hüceyrə elementlərinin vahid həcmində miqdarının təyini sitoz adlanır. Yaşlı adamda sitoz 1 l-də 1x106 – 3x106 leykosit olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 100
263) Uşaqlarda normada onurğa beyni mayesində sitoz nə qədərdir?
A) 7-10x106/l

B) 30x106/l

C) 500x106/l

D) 50x106/l

E) 25x106/l
Normal onurğa beyin mayesində hüceyrə elementləri çox azdır. Yalnız leykositlər (limfosit) olur. Eritrositlər olmur. Onurğa beyni mayesində hüceyrə elementlərinin vahid həcmində miqdarının təyini sitoz adlanır. Uşaqlarda bir qədər çox olur. 1 l-də 7x106 – 10x106.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 100
264) Hansı xəstəlikdə onurğa beyni mayesində sitozun miqdarı yüksəlir?
A) Xronik tonzillit, vərəmli meningit

B) Polimikoz, mikrosporiya

C) Revmatizim, angina, ensefalit

D) Ensefalit,vərəmli meningit, polimiyelit

E) Artirit, poliartirit, polimiyelit
Müxtəlif xəstəliklər zamanı bütün hüceyrə elementlərinə rast gəlinir. Müxtəlif növ meningitlərin diaqnostikası üçün hüceyrə elementlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. İrinli meningit zamanı hüceyrə elementlərinin artması əsasən neytrofilin hesabına olur. Vərəmli meningitdə isə pleesitoz limfositin hesabına müşahidə edilir. Eozinofilin artması allergik vəziyyətdə, beyinin qurd invaziyasında (exinokokkoz sistoserkoz) olur. Plazmatik hüceyrələrin olması iltihabı prosesin xroniki olduğunu göstərir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 100, 101
265) Onurğa beyni mayesində qlobulin reaksiyası hansı üsullarla aparılır?
A) Sitozun təyini

B) Nonne-Apelt, Pandi

C) Leqal, Lestrad

D) Fuse, Lanq

E) Haynes –Akimov, Rozin
OBM-də qlobulin reaksiyası Nonne-Apelt və Pandi reaksiyaları ilə aparılır. Pandi reaksiyası: Reaksiya doymuş karbol turşusunun onurğa beyni mayesində qlobulinin çökdürülməsinə əsaslanır. Nonne-Apelt reaksiyasında ammonium sulfatın doymuş məhlulundan istifadə olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 67 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 124, 125
266) Sitoliz nədir?
A) Eritrositlərin aqqlütinasiyasıdır

B) Trombositlərin aqriqasiyasıdır

C) Hüceyrənin bazofil boyanmasıdır

D) Hüceyrənin parçalanmasıdır

E) Hüceyrənin sayılmasıdır
Sitoliz – hüceyrənin parçalanmasıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 Səh 153
267) Onurğa beyni mayesində sitoz nədir?
A) Formalı elementlərrrin diferensiyasiyası

B) Sitoqrammanın təyini

C) Vahid həcmdə hüceyrə elementlərinin sayının təyini

D) Eritrositlərin sayılması

E) Lekoformulanın təyini
Onurğa beyni mayesində hüceyrə elementlərinin vahid həcmində miqdarının təyini sitoz adlanır. Yaşlı adamda sitoz 1 l-də 1x10 6– 3x106 leykosit olur. Uşaqlarda bir qədər çox olur. 1 l-də 7x106 – 10x106.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 100
268) Onurğa beyni mayesində formalı elementlər götürüldükdən nə qədər keçdikdən sonra sayılır?
A) Alınan kimi sayılmalıdır

B) 2-3 saat keçdikdən sonra

C) 1 sutkadan sonra

D) 1 saat keçdikdən sonra

E) 2 saat keçdikdən sonra
Onurğa beyni mayesini uzun müddət saxladıqda onun formalı elementləri parçalanır. Ona görə də laboratoriyaya daxil olan OBM-si qeydə alınır və tez formalı elementlər sayılır.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 100
269) Onurğa beyni mayesində (OBM) leykositləri kamerada saydıqda reaktivlə mayenin nisbəti necə olmalıdır?
A) 1 dam. reaktiv 1 dam. OBM

B) 1 mil. reaktiv 10 dam. OBM

C) 1 dam. reaktiv 10 dam. OBM

D) 10 dam. reaktiv 20 dam. OBM

E) 1dam. reaktiv 15 dam. OBM
Onurğa beyni mayesi tərkibindəki formalı elementlər hesablama kameraslnda sayılır. 2 dəqiqəyə kimi sınaq şüşəsindəki Likvor iki əlin arasında yaxşı qarışdırırlar. Saat şüşəsi üzərinə 10 damla Likvor tökülür və üzərinə 1 damla reaktiv əlavə edilir, qarışdırılır. Qarışıq hesablama kamerasına doldurulur. Onurğa beyni mayesində sitozun hesablanması üçün Fuks-Rozental kamerasından istifadə olunur

Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 69 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 120


270) Normada onurğa beyin mayesində (O.B.M.) zülalın miqdarı nə qədər olur?
A) 0,6-0,7 q/l

B) 0,15-0,3 q/l

C) 0,4-0,5 q/l

D) 0,5-0,6 q/l

E) 0,7-0,8 q/l
Normada onurğa beyin mayesinin 99% su, 1 % bərk maddələr təşkil edir. Bərk maddələr zülal, şəkər, mineral duzlar və fermentlərdir. Onlar həll olmuş şəkildədir. Normada zülal 0,15-0,3 q/l olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 120
271) Onurğa beyin mayesində (O.B.M.) normada şəkər nə qədərdir?
A) 5,0-6,0 mmol/l

B) 1,5-1,6 mmol/l

C) 2,8-3,9 mmol/l

D) 1,0-2,0 mmol/l

E) 4,1-5,9 mmol/l
Normada onurğa beyin mayesinin 99% su, 1 % bərk maddələr təşkil edir. Bərk maddələr zülal, şəkər, mineral duzlar və fermentlərdir. Onlar həll olmuş şəkildədir. Normada şəkər 2,8-3,9 mmol/l olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 120
272) Onurğa beyin mayesində (O.B.M.) normada xloridlər nə qədərdir?
A) 240-260 mmol/l

B) 60-90 mmol/l

C) 195-215 mmol/l

D) 230-250 mmol/l

E) 220-230 mmol/l
Normada onurğa beyin mayesinin 99% su, 1 % bərk maddələr təşkil edir. Bərk maddələr zülal, şəkər, mineral duzlar və fermentlərdir. Onlar həll olmuş şəkildədir. Normada xloridlər 195-215 mmol/l olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 66 В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 120
273) Onurğa beyni mayesinin alınma üsulu hansıdır?
A) Lansetlə çərtməklə

B) Qıcıqlandırmaqla

C) Onurğa kanalı sıxmaqla

D) Punksiya yolu ilə

E) Nizəciklə dəlməklə
Müayinə və müalicə üçün onurğa beyni mayesi punksiya yolu ilə alınır. Punksiyanı yalnız həkim aparmalıdır. Punksiya cərrahi otaqda, xüsusi iynə ilə edilir. Punksiya ciddi olaraq müəyyən nahiyyədən deşilir. Lyumbal punksiyanı etmək üçün III və IV bel fəqərələri arasından, sisterna punksiyasını isə ənsə sümüyü və II boyun fəqərələri arasından deşilməklə onurğa beyni mayesi alınır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 65 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 98
274) Transudatın tərkibində zülalın miqdarı nə qədər olur?
A) 50-55 q/l

B) 5-25 q/l

C) 30-80 q/l

D) 35-45 q/l

E) 55-60 q/l
Boşluq mayesinin kimyəvi müayinəsində adətən zülalın təyini aparılır. Transsudatda zülal nisbətən az 5 q/l-dən 25 q/l-ə kimi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 111
275) Ekssudatın xüsusi çəkisi nə qədərdir?
A) 1,010-1,012

B) 1,010-1,011

C) 1,006-1,008

D) 1,005-1,009

E) 1,018-1,022
Ekssudatın xüsusi çəkisi 1,018-1,022 arasında olur. Xüsusi çəkisi urometrlə təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
276) Aspirasiya nədir?
A) Boşluğun və ya patoloji ocağın möhtəviyyatının sorulmasıdır

B) Fiziki-kimyəvi proseslərin gedişatını dayandıran maddədir

C) Hüceyrələrin bir-birinə yapışıb çökməsidir

D) Hüceyrələrin müxtəlif boyanmasıdır

E) Müxtəlif hissəciklərin bir-birinə yapışması və qruplaşmasıdır
Aspirasiya - boşluğun və ya patoloji ocağın möhtəviyyatının sorulmasıdır
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 150
277) Ekssudat hansı xarakterli ola bilər?
A) Selikli-irinli-qanlı

B) Selikli, selikli-irinli

C) Hemorragik, bulanıq, qatı

D) Selikli-irinli, çürümüş

E) Serrozlu, hemorragik, çürümüş
Ekssudatlar müxtəlif xarakterli olur, belə ki, serrozlu, serrozlu-fibrinozlu, irinli, hemorragik, çürümüş ola bilər.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
278) Ekssudatlar hansı rənglərdə ola bilər?
A) Qara, qırmızı, mavi

B) Sarı, qonur, çəhrayı, ağ

C) Mavi, qəhvəyi, qara

D) Ağ, qara, göy

E) Göy, mavi, sarı
Ekssudatlar xarakterindən asılı olaraq müxtəlif rənglərdə ola bilər. Xarakterinə görə seroz ekssudat sarı, qızılı sarı, irinli ekssudat sarı-yaşılımtıl, çürümüş qonur, hemorragik çəhrayı və ya qırmızı, heliozlu isə ağ südü xatırladır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
279) Aşağıdakılardan hansılar süzülmüş mayelərin fiziki xassələrinə aiddir?
A) Rivalt sınağı, xarakteri

B) Xarakteri, rəngi, xüsusi çəkisi

C) Rəngi, hüceyrə elementlərinin sayılması

D) Qoxusu, zülülın təyini

E) Zülalın və hüceyrə elementlərinin təyini
Ekssudat və transsudatın fiziki xassələrinə onların xarakteri, rəngi, şəffaflığı, xüsusi çəkisi və s. aiddir. Süzülmüş mayenin tərkibində olan irin, qan, fibrin, serroz maye ilə əlaqəli olaraq fiziki xassələri təyin edilir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 120-121
280) İltihabi proses nəticəsində seroz boşluqlara toplanan maye necə adlanır?
A) İfraz olunan maye

B) Eksudat

C) Süzülmüş maye

D) Transsudat

E) Qovuqçuğa toplanan maye
Orqanizmin daxili boşluqları – döş, qarın və perikart boşluğu seroz qışa ilə örtülür. Normada demək olar ki, seroz təbəqələr arasında boşluq olmur. O müxtəlif patoloji vəziyyətlərdə mayenin toplanması ilə əlaqədar əmələ gəlir. İltihabı proses nəticəsində boşluğa toplanan maye eksudat adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 120 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 109
281) Polinuklear hüceyrə hansıdır?
A) Nüvəsiz hüceyrə

B) Qələvi boyaq qəbul edən hüceyrə

C) Nüvəsi boyanmayan hüceyrə

D) Bir nüvəsi olan hüceyrə

E) Bir neçə nüvəsi olan hüceyrə
Bir neçə nüvəsi olan hüceyrə polinuklear adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 152
282) Qan dövranının pozulması nəticəsində seroz boşluğa toplanan maye necə adlanır?
A) Süzülmüş maye

B) Qovuqçuğa toplanan maye

C) İfraz olunan maye

D) Transudat

E) Eksudat
Yerli və ümumi qan dövranının pozulması nəticəsində toplanan maye transudat adlanır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 120 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 109
283) Transudat hansı xarakterli olur?
A) Yalnız irinli

B) Yalnız serozlu

C) Yalnız çürümüş

D) Yalnız qanlı

E) Yalnız heliozlu
Ekssudatdan fərqli olaraqtransudathəmişə yalnız seroz xarakterli olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
284)Transuda thansı rəngdə olur?
A) Sarı, qızılı sarı

B) Ağ, sarı

C) Qonur, yaşıl

D) Çəhrayı, qırmızı

E) Qırmızı, qonur
Ekssudatdan fərqli olaraqtransudathəmişə sarı, qızılı sarı rəngdə olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
285) Transudatın xüsusi çəkisi nə qədərdir?
A) 1,018-1,022

B) 1,018-1,020

C) 1,006-1,012

D) 1,025-1,030

E) 1,020-1,025
Transsudatın xüsusi çəkisi ekssudata nisbətən az yəni 1,006-dan 1,012-yə kimi olur. Urometrlə təyin olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
286) Rivalt sınağında hansı reaktivdən istifadə olunur?
A) Sulfosalisil turşusu

B) Xlorid turşusu

C) Qatı sirkə turşusu

D) Sulfat turşusu

E) Nitrat turşusu
Serroz ekssudat və transsudatı fərqləndirmək üçün Rivalt sınağı qoyulur. Rivalt sınağında qatı sirkə turşusundan istifadə olunur. Ekssudatda seromutsin olduğu üçün Rivalt sınağı müsbət olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 124
287) Eksudatda zülal nə qədər olur?
A) 10-15 q/l

B) 45-50 q/l

C) 30-80 q/l

D) 15-20 q/l

E) 90-95 q/l
Boşluq mayesinin kimyəvi müayinəsində adətən zülalın təyini aparılır. Ekssudatda nisbətən zülal çox olur. Yəni 30 q/l-dən 80 q/l-ə kimi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 111
288) Boşluq mayelərinin hansında Rivalt sınağı müsbət olur?
A) Transudatda təyin edilmir

B) Eksudatda mənfi

C) Transudatda müsbət

D) Eksudatda müsbət

E) Hər iki mayedə müsbət
Eksudat və transudatları bir-birindən fərqləndirmək üçün Rivalt sınağı aparılır. Eksudatda mukopolisaxarid kompleksi – seromusin var. Ona görə də reaktivin təsirindən laxtalanır və cavab müsbət olur. Deməli, Rivalt sınağı eksudatda müsbət, transudatda mənfi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 124 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 114
289) Eksudatın hüceyrəvi elementləri hansılardır?
A) Makrofaq, limfosit

B) Şiş hüceyrə, eozinofil

C) Limfosit, mezotel hüceyrə

D) Leykosit, plazmatik hüceyrə, poliblast, makrofaq

E) Mezotel hüceyrə, makrofaq
Boşluq mayesində həmişə hüceyrə elementləri olur. Transsudatda bunlar bir qədər az miqdarda, ekssudatda isə çoxdur. Ekssudatda hüceyrələrin miqdarı və tərkibi patoloji prosesin xarakterindən asılıdır. Hüceyrəvi elementlərdən leykositlər, plazmatik hüceyrə, poliblast və makrofaq olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 121
290) Transudatın hüceyrəvi elementləri hansılardır?
A) Plazmatik, poliblast

B) Neytrofil, makrofaq

C) Poıiblast, plazmatik

D) Makrofaqlar, poliblastlar

E) Limfosit, mezotel hüceyrə
Boşluq mayesində həmişə hüceyrə elementləri makrofaq, plazmatik hüceyrə olur. Transsudatda bunlar bir qədər az miqdarda, ekssudatda isə çoxdur. Hüceyrə elementləri arasında qanın elementləri (eritrosit, leykositin müxtəlif növləri) və toxuma hüceyrəsi fərqlənir. Transsudatda limfosit, mezotel hüceyrəsi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 123 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 113, 114
291) Eksudat və transudatı diferensə edən sınaq hansıdır?
A) Rozin, Lanq

B) Lanq, Fuşe

C) Haynes, Lanq

D) Rivalt, Luker

E) Rozin, Qram
Differensəedici sınaqlara Rivalt və Lukerin sınaqları aiddir. Seroz ekssudatla transsudatı bir-birindən fərqləndirmək üçün bu sınaqlardan istifadə olunur. Ekssudatda mukopolisaxarid kompleksi – seromusin var. Bu da turşunun təsirindən laxtalanır. Transsudatda bu kompleks yoxdur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 124
292) Bəlğəmin tərkibi nədən aslıdır?
A) Dərman preparatlarının qəbulundan

B) Nəfəs almadan

C) Tənəffüs yollarındakı patoloji prosesdən

D) Qida qəbulundan

E) Ağ ciyərin hava tutumundan
Bəlğəm ağciyərdən və nəfəs yollarından ayrılan patoloji ifrazatdır. Tənəffüs orqanları xəstəliklərində öskürmə, hayxırma zamanı ifraz olunur. Bəlğəm öz tərkibinə görə eyni cinsli deyil. Patoloji proseslərdən asılı olaraq onda selik, irin, seroz mayesi, qan, fibrin və s. ola bilər. Bütün bu elementlərin hamısı eyni vaxtda olmaya bilər. Selik bronx və traxeyanın selikli qişasında yerləşən çoxlu miqdarda vəzlərin sekresiyasıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 125 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 81, 82
293) Hansı xəstəlikdə yalnız selikli bəlğəm ifraz olunur?
A) Ağciyər absesində, bronxitdə

B) Bronxoektazda, bronxitdə

C) Ağciyərin qanqrenasında, vərəmdə

D) Kəskin bronxit, bronxial astma

E) Bronxitdə, ağciyər vərəmində
Selikli bəlğəm hər-hansı qıcıqlandırıcı amilin təsirindən, tənəffüs yollarında yerləşən selik vəzilərinin selik ifraz etmələri nəticəsində əmələ gəlir. Selikli bəlğəm kəskin bronxitdə, bronxial astmada və s. ifraz olunur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 26
294) Bəlğəmdə atipik hüceyrələrə hansı xəstəlikdə təsadüf olunur?
A) Traxeitdə, kruppoz pnevmoniyada

B) Ağciyər vərəmində, bronxitdə

C) Bronx və ağciyərin şişində

D) Kəskin bronxitdə, bronxo pnevmoniyada

E) Pnevmoniyada, bronxial astmada
Ağciyərin, bronxların xərçəng xəstəliyi zamanı, bəlğəmin mikroskopik müayinəsində atipik hüceyrələr və onların kompleksləri olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 130 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 101
295) Qanlı bəlğəm hansı xəstəliklərdə olur?
A) Traxeitdə

B) Kəskin bronxitdə

C) Ağciyər vərəmində

D) Farengitdə

E) Bronxial asmada
Bəlğəmin xarakteri onun tərkibindən asılıdır. Onun tərkibinə selik, irin, seroz maye, qan, fibrin daxil ola bilər. Əksərən bəlğəm qarışıq xarakterli olur, yəni: serozlu-irinli, irinli-selikli, selikli-irinli-qanlı və s. Bəlğəmin xarakteri izah edilərkən birinci üstünlük təşkil edən hissə deyilir. Qanlı bəlğəm ağciyər vərəmində, vərəmlə əlaqədar ağciyər qanaxmalarında olur. Qanlı bəlğəmdə hava qabarcıqları olduğundan köpüklü olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 125, 126 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 82, 83
296) Bəlğəm hansı xəstəlikdə 3 təbəqəyə bölünür?
A) Bronxoektaziyada

B) Xroniki bronxitdə

C) Bronxial asmada

D) Kəskin bronxitdə

E) Pnevmoniyada
Ağciyər absesi, kavernoz vərəmdə, bronxoektoziya xəstəliyində bəlğəm qaldıqda müxtəlif konsistensiyalı təbəqələrə bölünür. Abses zamanı bəlğəm iki təbəqəli: alt təbəqə - irin, üst təbəqə - seroz maye olur, bronxoektoziyada bəlğəm üç təbəqəyə - irin, seroz maye və üst selik təbəqəsinə ayrılır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 126 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 83
297) Bəlğəmin sarı-yaşılımtıl olmasına nə təsir edir?
A) Leykosit-irin

B) Eritrosit-qan

C) Toz eritrosit

D) Selik-epitel

E) Kurşman spiralı
Bəlğəmin rəngi onun xarakterindən, tərkibindən asılıdır. Məs: bəlğəmdə leykosit-irin olduqda yaşılımtıl və ya boz-sarı rəngdə olur. Bu da iltihabı prosesə səbəb olan mikroorqanizmlərdən asılıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 126 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 83


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə