Laboratoriya işi №1 Materialın tərkibinin və strukturunun tədqiqi İşin məqsədi



Yüklə 18,3 Kb.
səhifə1/2
tarix23.05.2023
ölçüsü18,3 Kb.
#112268
  1   2
Laboratoriya işi N1


Laboratoriya işi №1
Materialın tərkibinin və strukturunun tədqiqi


İşin məqsədi- Materialın makraskopik xassələri və struktur göstəricilərinin tədqiqi üsullarını öyrənmək və məsələnin kompleks şəkildə həllinə nail olmaq.
İşin gedişi- Hansı ki,bu gün bu analitik kompleks kimi xarakterizə oluna bilər. Müasir analiz haqqinda təsəvvür təmiz elementlərin analizinin aparilmasi sayəsində xeyli genişlənmişdir. Bu sadəcə formal xarakterli deyil,obyektiv ehtiyacdan doğan məsələdir. Artiq elementlərin analizi zamani onlarin miqdari haqda alinan nəticələr müəyyən tələbləri təmin etmədiyindən bizi qane etmir. Buna görə də çevrilmə proseslərini, həmçinin elementlərin mikropaylanmalarini tədqiq etmək lazim gəlir. Bu zaman isə struktur analizi sahəsinə toxunmadan məsələni həll etmək qeyri-mümkün olduğundan struktur analizini öyrənmək qaçınılmazdır.
Bu baxımdan analizin prinsipləri tam sistemləşdirilmişdir. Məlum olmuşdur ki, tədqim olunan üsullar müəyyən dərəcədə öyrənilən substansiyalarin (субстанции) məlum komponentlərlə qarşiliqli təsir proseslərinin tədqiqi və yaxud müəyyən dalğa effekti və şüaburaxma ilə müşayət olunan qarşiliqli təsir prosesləri kimi izah oluna bilər. Sonuncu onillikdə struktur analizi sürətli və hərtərəfli inkşafi ilə xarakterizə olunur. Amma buna baxmayaraq, bu tədqiqat üsulundan istifadə etmək istəyənlər o haqda bəzən tam təsəvvür əldə etməkdə müəyyən çətinliklərlə üzləşirlər.Yeni materiallarin hazirlanmasi və istehsali sahəsində məşğul olanlar və analitik cihazlardan istifadə etməyənlər qarşisinda tez-tez müəyyən analitik problemləri həll etmək məsələsi ortaya ortaya çixir.Buna görə verilmiş hal üçün lazim olan cihazlarin və hansi tədqiqat üsulunun seçilməsi onlar üçün maraq doğurur. Həmçinin bu üsullardan hansinin digərlərinə nisbətən daha çox üstünlüklərə malik olmasini bilmək lazim gəlir.Bu zaman tədqiqat üsullarinin ancaq prinsipial əsaslari yox,həm də aşağida göstərilən bir sira əlavə tələbləri də nəzərə almaq lazimdir.Onlardan birincisi nümunənin keyfiyyəti və tələb olunan ölçüləri haqda müqayisəli məlumatin (informasiya) olmasidir. İkincisi seçilmiş bu üsullarin polikristallar üçün yararli olmasini bilməkdir. Üçüncüsü nümunənin hazirlanmasina sərf olunan vəsaitdir. Dördüncüsü tədqiqatin müddəti və qiymətidir. Beşincisi qarşiya qoyulan məsələnin horizontal və dərinlik istiqamətində həllolma qabiliyətidir. Altincisi ölçmənin dəqiqliyi və cihazin həsassliğidir.Yeddincisi məhsullarin ketləvi şəkildə analizinin aparilmasi qabiliyyətidir və.s. Bu məlumatlar əsasinda onlar hansi təşkilatlarla birgə işləməyi, özlərinin istehsal etdikləri məhsullar üçün hansi cihazlari əldə etməyi və yaxud icarəyə götürməyi sərbəst şəkildə həll edə bilərlər. Aşagidaki cədvəldə bərk metallik cisimlərin əsas struktur xüsusiyyətlərinin və yaxud variantlarinin tipik tədqiqat üsullari verilmişdir.




Yüklə 18,3 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə