Laboratoriya işi:№10 Nabatova Nərmin



Yüklə 59,78 Kb.
tarix06.02.2018
ölçüsü59,78 Kb.
#25933

Laboratoriya işi:№10 Şüşənin sındırma əmsalının təyini.

İşin nəzəri hissəsi.

İşıq optik sıxlıqları müxtəlif olan bir mühitdən digərinə keçdikdə istiqamətini dəyişir.Bu iki mühitin sərhəddin-

işığın sınma hadisəsi adlanır.İşığın sınması sındırma əmsalı ilə xarakterizə olunur.

İki cür sındırma əmsalı var: mütləq və nisbi sındırma əmsalı.Mühitin vakuuma nəzərən sındırma əmsalı həmin

mühitin mütləq sındırma əmsalı adlanır.İkinci mühitin sındırma əmsalının birinci mühitin sındırma əmsalına olan

nisbəti isə nisbi sındırma əmsalı adlanır.

Mütləq sındırma əmsalının fiziki mənası işığın vakuumda yayılma sürətinin verilmiş mühitdə yayılma

sürətindən neçə dəfə böyük olduğunu göstərir: u=.

Onda nisbi sındırma əmsalı işığın I və II mühitlərdə yayılma sürətlərinin nisbətinə bərabərdir:

n==

İşığın iki mühit sərhəddində sınması sınma qanunu ilə ifadə olunur.Sınma qanunu iki postulatdan ibarətdir:

1) Düşən şüa, sınan şüa və düşmə nöqtəsindən iki mühitin sərhədinə qaldırılmış perpendikulyar bir müstəvi üzə-

rindədir.

2) Düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti ikinci mühitin birinci mühitə nisbətən sın-

dırma əmsalına bərabərdir.Yəni, n.

Bu axırıncı ifadəni aşağıdakı kimi yazmaq olar:

n= , =.

İşə aid olan ləvazimatlar:

Karton parçası, ağ kağız vərəqi, başlıqlı iynələr ( 4 ədəd), trapes formalı qalın şüşə lövhə, ucu nazik yonulmuş

adi karandaş , millimetr bölgülü xətkeş, transportir.

İşin ardıcıllığı:

1) Ağ kağız vərəqi karton parçasının üzərində olmaqla stolun üstünə qoyun, trapes şəkilli şüşə lövhəni vərəqin

üstünə qoyub onun kənarlarından xətt çəkin.

2)Şüşə lövhənin üst oturacağının yanında-B nöqtəsinə bir sancaq batırın.Sonra üfüqi istiqamətdə həmin sancağa ba-

xaraq onun şüşədən görünən xəyalı ilə bir düz xətt üzrə düşən aşqa bir nöqtəyə (1 nöqtəsinə) II sancağı batırın.

3)Lövhənin alt oturacağı tərəfindən kağızın üstündə elə iki nöqtə (3 və 4 nöqtələrini) seçib sancaq batırın ki, həmin

sancaqlardan baxdıqda onların özü ilə əvvəlki iki sancağın şüşədən görünən xəyalları bir düz xətt üzərinə düşsün.

1 ●A D

α1 . B . . 2

α2





E ● c

. 3 . 



4

4) Sancaqların hamısını çıxararaq onların yerinə karandaşla qeyd edin və şüşəni kağız parçası üzərindən götürün.

Üst və alt oturacaq tərəfdəki nöqtələri cüt-cüt birləşdirən düz xətlər çəkin və həmin xətləri lövhənin oturacaqları-

nı kəsənədək ( 2 və 3 nöqtələrindən) uzadın.

5) B nöqtəsindən üst oturacağa, C nöqtəsindən alt oturacağa perpendikulyar endirib perpendikulyarın şüşə ilə

əmələ gətirdiyi α₁, γ₁, α₂ və γ₂ bucaqlarını transportirlə ölçüb, n1 düsturu ilə n1- sındırma əmsalını he-

sablayıb aşağıdakı cədvələ yazın:


S/s

α₁

γ₁

α₂

γ₂

sinα₁

sinγ₁

sinα₂

sinγ₂



nəticə

1































2































3































6) Bucaqların sinuslarını sinuslar cədvəli olmadıqda xətkeş vasitəsi ilə təyin edin.Bunun üçün şüalar üzərində

AB=BC parçaları ayırın.Həmin nöqtələrdən perpendikulyara AD və EC perpendikulyarları çəkin.

7) Xətkeşlə AD, AB, EC və BC parçalarının uzunluqlarını mm-lə ölçün , n2= düsturu ilə n₂ sındırma əmsalını

hesablayın və aşağıdakı cədvələ doldurun:


S/s

AD, sm


AB, sm


EC, sm


BC, sm


n 

nor 


Δn=nor-n1

β=100%

Nəticə

1




























2




























3




























8)Cədvəllərdə alınan nəticələri müqayisə edin.



9)Xətaları hesablayın.
Yüklə 59,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə