Laboratoriya İşinin hesabatı.
İşin məqsədi:
Təqdim etdiymiz işdə biz rəqəmsal elektron Lab diskin verdiyi imkanlarından istifadə etməklə mayenin qaynama temperaturunun mayenin növündən asılılığını, qaynama prosesinin enerji nöqteyi-nəzərində izah etməyə, eləcədə, qaynama prosesinin bəzi digər xüsusiyyətlərini praktikada müşahidə edilməsinə çalışmışıq.
Təhcizat:
150 ml və ya 200 ml-lik oda davamlı menzurka və ya kolba, sınaq şüşəsi ( 50 ml-lik ), spirt lampası, ştativ, 30 ml rəngli spirt, 100-150 ml su, Labdisk, kompyuter, kibrit.
İşin gedişi:
1.Lab diski qoşur onu kompyüterə üsb kabellə və ya blutuzla əlaqələndiririk, tənzimləmləmər pəncərəsinə daxil olub, “Tənzimləmlər” piktoqramınnın vasitəsilə aşağıdakı ardıcıllıqla tənzimləmək olar: 1) “Tənzimləmlər” piktoqramınna daxil olur, 2) Xarici temperatur pəncərəsini qeyd edir, 3) Dərəcələr pəncərəsinə daxil olub, “ Təlimatla” komandasını seçirik, nümunələrin sayını isə 10 seçirik. 4) “Run” piktoqramının üstündən sıxıb, hər bir ölçməni lab diskin “ İşə salma” düyməsinin köməyi ilə qeyd edirik. Bəzən proqram təminatında çıxan çətinliklə əlaqədar olaraq bu qaydada əməliyyatı aparmaq olmur ( bizim hazırkı işimizin icrasında olduğu kimi). Bu zaman Lab diskin köməkçi düymələrindən istifadə etmək olar: 1) “Seçmə” duyməsini uyğun səs eşidilənə kimi sıxırıq, 2) Hər bir ölçməni qeyd etmək üçün sürüşdürmə duyməsindən istifadə edirik
Xarici temperaturu təyin etmək üçün temperatur ötürücüsünü (temperatur sensorunu) lab diskə qoşuruq.
2. Ştativin alt tutacağına əvvəlcə kolbanı, daha sonra üst tutacağa sınaq şüşəsinin bərkidirik .
3. Kolbaya 100 ml su, sınaq şüçəsinə isə 30 ml spirt əlavə edirik.
4. Sınaq şüşəsini kolbada elə məsafədə saxlayırıq ki, kolbadakı suyu qızdırdıqda, spirt qızmasın.
5. Spirt lampasını yandırıb, kolbadakı suyu qızdırırıq. ( Bu zaman yanğın təhlükəsizliyi qaydalarına diqqətlə əməl olunmalıdır, spirt qabı və sınaq şüşəsi yanan lampadan aralı saxalnılmalıdır.)
5. Su qaynmağa başladıqda, sınaq şüşəsinə 20-30 ml spirt töküb, sınaq şüşəsini qaynayan suya daxil edirik. Qeyd: Sınaq şüşəsinə tökülən spirtin həcminə diqqət edilməlidir. Belə ki, spirti daha çox doldurduqda, istidən genişlənmə zamanı spirt daşa bilər və yanğın baş verə bilər. Termo ötrücünü ( datçiki) əvvəlcə qaynamaqda olan suya, daha sonra isə qaynayan spirtə daxil edirk. Suynun və spirtin qayanama temperaturlarını qeyd edirik. Su üçün , spirt üçün oldu.
Eyni qabda qaynayan mayelərin temperaturları niyə bir-birindən fərqlənir? Çünki qaynama zamanı mayenin temperaturu dəyişmir və qaynama temperaturu xarici təzyiqin sabit qiymətində
yalnız mayenin növündən asılı olur.
Spirt lampasını söndürüb, onu kolbanın altından uzaqlaşdırırıq. Xaricdən istilik almayan suyun qaynamsı kəsilir, spirt isə qaynamağa davam edir. Spirt qaynama zamanı lazım olan istilyi xaricdən- isti sudan alır, nəticədə suyun temperaturu getdikcə azalmalı, qaynayan spirtin temperaturu isə dəyişmir. Temperatur diaqramında suyun temperaturuna uyğun gələn sütünların uzunluğu getdikcə azalır, spirtə uyğun gələnlərinin uzunluğu isə dəyişmir. Suyun və spirtin temperaturları bərabərləşdikdə spirtin qaynaması dayanır və hər iki mayenin temperaturu eyni qaydada azalmağa başlayır.
Təcrübi nəticələri cədvəl şəklində də vermək olar:
Ölçmənin №
|
Suyun temperaturu [°C]
|
Spirtin temperaturu [°C
|
1
|
98.700000
|
71.200000
|
2
|
99.000000
|
71.100000
|
3
|
98.400000
|
71.300000
|
4
|
85.000000
|
71.100000
|
5
|
74.500000
|
71.200000
|
6
|
72.800000
|
71.100000
|
7
|
70.500000
|
70.500000
|
8
|
69.500000
|
67.700000
|
Cədvəldə qırmızı zolaq hər iki mayenin qaynaması halına, sarı zolaq spirtin qaynaması, suyun soyumasına, boz zolaqlar isə hər iki mayenin soyumasına uyuğundur.
Ümid edirik ki, işin gələcəkdə öyrənilib və tətbiq olunması mayelərin qaynaması prosesinin daha yaxşı dərk edilməsinə, eləcə də, şagirdlərin praktiki vərdişlərə yiyələnməsində, tədqiqatçılıq vərdişlərinin artırılmasında əhəmiyyətli ola bilər.
Dostları ilə paylaş: |