Laçın bizi gözləyir



Yüklə 22,64 Kb.
tarix05.02.2018
ölçüsü22,64 Kb.

Laçın bizi gözləyir”

http://www.nardaranpiri.com/resim/haber/1969414_447579005386530_8077147403417843326_n_1400395950.jpg

Laçın — Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi.

Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.



18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.

Laçın rayonu Azərbaycan Respublikasının cənub –qərbində,dağlıq ərazidə yerləşir.Şimaldan Kəlbəcər,Şərqdən xocalı,Şuşa və Xocəavənd,cənubdan Qubadlı rayonları,Qərbdən isə Ermənistan respublikası ilə həmsərhəddir.

Laçında 217 mədəniyyət müəssəsi,142 səhiyyə obyekti, 5 musiqi məltəbi, 100 ümumtəhsil müəssəsi, 1 rabitə, 5 məktəbəqədər müəssəsi var idi.

laçın şəhəri-014.jpglaçın şəhəri.jpg

Laçın əvvəllər Abdallar adlanıb, 1923]-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxaı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük KirsKiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada LaçınlarKəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər



laçın şəhəri-007.jpg laçın şəhəri- 006.jpg

Əvvəlcədən qeyd etdiyimiz kimi bu adın sorağı ilə ədəbi materiallara müraciət etdik də "Laçın" adına rast gəlmək olur. Hal-hazırda, eləcə də yaxın keşmişdə bu adı axtarmaq çox asandır. Laçın adlnı daşıyan şəxslər hal-hazırkı dövrdə də vardır. Ancaq buadın sorağı ilə uzaq keçmiçə müraciət etdik də məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir

laçın şəhəri-003.jpglaçın şəhəri-001.jpg


1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. . Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. silindi, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perik düşərək respublikamızın bölgələrinə səpələndilər.http://www.anl.az/img/lachin1.jpg

1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırlar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət deməyə əsas verir ki, torpaqlarımızın işğaldan azad ediləcəyi, bir milyondan artıq qaçqın-köçkünümüzün, o cümlədən laçınlıların öz yurdlarına qayıdacaqlarıgün uzaqda deyil

Ən böyük Qələbən Qarabağdadır,


O da çox yaxındır, uzaqda deyil.
Az qalıb, düşmənlər məhv olmaqdadır,
Düşmən sənin qədər yaraqda deyil!

Metodika şöbəsi: Yarıyeva Səadət.

 

: front -> files -> libraries -> 2467 -> documents
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Kitabxana işi haqqında azərbaycan respublikasinin qanunu
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi SÜleyman rüSTƏMİN 110 illiyi münasibətilə Metodiki vəsait Sinəmdə bir dərya sözüm var yenə
documents -> Multikulturalizm ILI
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri
documents -> Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə