Layihə “Azərbaycan-2020: gələcəyə baxış”



Yüklə 237,34 Kb.
səhifə1/4
tarix21.06.2018
ölçüsü237,34 Kb.
  1   2   3   4


LAYIHƏ
Azərbaycan-2020: gələcəyə baxış”

İnkişaf konsepsiyasının 7.5 bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır

AZƏRBAYCAN RESPUBLİKASINDA

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN İNKİŞAFI ÜZRƏ
MİLLİ STRATEGİYA

(2013-2020-ci illər)

BAKI 2013



Azərbaycan Respublikasında

bədən tərbiyəsi və idmanın inkişafı üzrə

Milli Strategiya

(2013-2020-ci illər)
“Bədən tərbiyəsi və idman xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sahədir. Dünyada bədən tərbiyəsi və idmanın müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur”.

Heydər Əliyev





  1. Strategiyaya baxış

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanununun 4.0.1 maddəsinə uyğun olaraq və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr 800 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı ölkənin bədən tərbiyəsi və idman hərəkatında ilk dəfə olaraq bədən tərbiyəsi və idmanın uzun müddətə inkişafını planlaşdıran və həyata keçirilməsini təmin edəcək fəaliyyət istiqamətlərini müəyyən edən dövlət səviyyəli sənəddir.

Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilmişdir.

Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilərək sosial siyasətlə bilavasitə və sıx əlaqədədir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən, insanda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar. Son illərin idman sosiologiyası istiqamətindəki araşdırmaları da sübut edirki, bugünkü həyatımız “İdman və gənclik”, “İdman və tərəqqi”, ”İdman və humanizm”, “İdman və şəxsiyyətin hərtərəfli inkişafı”, “İdman və mədəniyyət”, “İdman və ekologiya”, “İdman və qadın” kimi sosial məsələlərin qarşılıqlı vəhdətidir.

Məlum olduğu kimi bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir. İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsini və iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görədə hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir.

1993-cü ildən ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışından sonra bu sahəyə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilməyə başlandı.

Ulu öndərin siyasət və fəaliyyətinin davamçısı İlham Əliyevin 1997-ci ildən Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməsi dövlətin idman siyasətinə yeni istiqamətlər və mərhələ gətirdi. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş Milli Olimpiya Komitəsinin lideri ölkədə bədən tərbiyəsi və idmanın daha geniş və sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın Dünya və Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində Azərbaycan idmanının nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirdi. Məhz bunun nəticəsidirki, bu gün bədən tərbiyəsi və idman ölkə vətəndaşlarının fiziki (əqli), eləcədə mənəvi cəhətdən inkişaf etmələrinə, sosial və maddi rifahlı olmalarına,vətənin müdafiəsində yüksək səviyyədə iştirak etmələrinə və beynəlxalq yarışlarda qələbə uğrunda əzm və qətiyyətlə mübarizə apara bilmələrinə xidmət edir.

Bədən tərbiyəsi və idmanın ölkənin sosial – iqtisadi inkişafındakı roluna, əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin sağlamlığı və tərbiyəsində ən vacib amillərdən biri olmasına ictimai fikir və dövlət münasibəti nəzərə çarpacaq dərəcədə dəyişmişdir.

Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir.

Azərbaycanda insanların bədən tərbiyəsi və idmanla məşğulluğa istəyini, marağını, eləcədə bu istəklərin reallığa çevrilmə imkanlarını aşağıdakı faktlar əyani nümayiş etdirir:



  • Azərbaycan höküməti ölkədə bədən tərbiyəsi və idmanı daha geniş formada kütləvi şəkildə inkişaf etdirməkdə qərarlıdır.

  • Azərbaycan dövlətinin bədən tərbiyəsi və idmanın inkişafı üzrə xüsusi Qanun qəbul etməsi, bu sahədə qanunvericilik əsasları yaratması, hüquqi-normativ və digər direktiv sənədlər işləyib hazırlamışdır.

  • Ölkədə bədən tərbiyəsi və idmanın bütün sahələr və ayrı-ayrı təbəqələr, həmçinin yaş qrupları üzrə inkişafının təmin edilməsi sistemi yaradılmış, bu sahənin idarəedilməsi üzrə müvafiq struktur müəyyən edilmişdir.

  • Ölkədə bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin həcminin ildən-ilə artması. Bu sahə ilə məşğul olan ictimai, qeyri-hökümət orqanları,eləcədə özəl qurumların da bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində konkret tədbirlər həyata keçirirlər.

  • “Regionların sosial-iqtisadi inkişaf Proqramı”na uyğun olaraq bütün şəhər və rayonlarda yeni idman obyektlərinin, qurğularının, olimpiya komplekslərinin inşasının dövlət səviyyəsində planlaşdırılması,həmin obyektlərin müəyyən olunmuş müddətlərdə istifadəyə verilməsi.

  • Azərbaycan Respublikasında hər növbəti 4 illik müddətə (Olimpiya dövrünə) bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət Proqramının qəbul və icrasının təmin edilməsi.

Beləliklə cəmiyyətin ən vacib sosial sahəsi kimi bədən tərbiyəsi və idmanın qarşısında duran dövlət səviyyəli vəzifələrin və ümumxalq məsələlərin həlli bu problemlərə təkcə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli müasir tələblər səviyyəsində yanaşmanı tələb edir.

Məhz bu baxımdan Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə uzun müddətə nəzərdə tutulmuş Milli Strategiyanın olması günün tələbi və zərurətidir.

İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi göstərirki, bədən tərbiyəsi və idmanın tələb olunan səviyyədə inkişaf etdirilməsinin optimal yolu məsələyə kompleks yanaşmanı tələb edir. Yalnız belə bir yanaşmanın nəticəsində vətəndaşların və ölkənin ümumi inkişafına nail olmaq mümkündür.


  1. Cari vəziyyəti xarakterizə edən əsas amillər

Ölkədə bədən tərbiyəsi və idmanın hazırki vəziyyətinin təhlili bu sahənin gələcək inkişafının təmin edilməsində dövlət səviyyəsində yaradılmış imkanlarla yanaşı, bir sıra problem və çətinliklərin mövcudluğunu da əks etdirir.


Cari vəziyyəti müsbət xarakterizə edən amillər


  • Fəal yaş qruplarından (5-39 yaş) olan insanların əhalinin ümumi sayının 60%-ni təşkil etməsi;

  • Əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması (90-95%);

  • İnsanların, xüsusən yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğulluğa kütləvi surətdə maraq göstərmələri;

  • İlin çox hissəsinin açıq havada bədən tərbiyəsi və idmanla ölkə ərazisində məşğul olmağa imkan verən əlverişli iqlim şəraiti;

  • Kütləvi informasiya vasitələrinin, xüsusən televiziyanın, bədən tərbiyəsi və idmanın təbliği sahəsindəki fəaliyyətlərinin fəallaşması;

  • Dövlət, qeyri-hökümət və özəl qurumlar tərəfindən bədən tərbiyəsi və idmanla məşğulluğa yaradılmış imkanlar;

  • Yüksək səviyyəli idmançıların, o cümlədən sağlamlıq imkanlar məhdud olan və əlil idmançıların sosial müdafiəsinin yaxşılaşdırılması, məişət məsələlərinin həlli, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılması;

  • Regionlarda Olimpiya Idman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması;

  • İdman növlərinin inkişafına diqqətin artırılması;

  • Hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi;

  • Sağlamlıq (əqli) imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya və Deflimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi;

  • Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlar;

  • Dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək.


Cari vəziyyətimənfi xarakterizə edən amillər


  • “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun, Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramının, eləcədə bu sahədəki digər hüquqi-normativ, direktiv qərar və sərəncamların yerlərdə icrasında ləngimələr, buraxılan səhvlər, çatışmamazlıqlar;

  • Şəhər və rayonlarda idman obyektlərinin əhalinin sayına olan nisbətdə son dərəcə az olması;

  • Regionlarda idman yönümlü təşkilatların, o cümlədən gənclərin idmana cəlb edilməsini təmin edən gənclər ictimai təşkilatların məhdud sayda olması;

  • Bədən tərbiyəsi və idman təşkilatlarının maddi-texniki bazasının son dərəcə zəif olması, regionlarda, xüsusən kənd rayonlarında onların fəaliyyətlərinin dayandırılması;

  • Qızlar və qadınlar, eləcədə sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanın təbliğinin tələb olunan səviyyədə aparılmaması;

  • Ayrı-ayrı idman növləri, xüsusən idmanın oyun növləri üzrə yerlərdə peşəkar klubların yaradılmaması, idmanda rəqabətin zəif olması;

  • Yerlərdə mövcud imkanlardan tam istifadə olunmaması;

  • Bədən tərbiyəsi və idman işlərinin təşkili və idarə edilməsinə yerli bələdiyyə orqanlarının, qeyri-hökümət təşkilatlarının (QHT), gənclər təşkilatlarının cəlb olunmaması;

  • Bədən tərbiyəsi və idman sahəsi üzrə elmi-tədqiqat işlərinin lazımı səviyyədə aparılmaması. Respublikada bu sahə üzrə elmi-tədqiqat institutunun olmaması;

  • Bədən tərbiyəsi və idmanın təbliği işlərinin zəif aparılması. İdman jurnalistikası üzrə peşəkar mütəxəssislərin hazırlanması sisteminin olmaması;

  • Ölkədə bədən tərbiyəsi və idman sahəsində kadr çatışmamazlığı. Yüksək ixtisaslı peşəkar mütəxəssislərin və Idman menecerlərinin son dərəcə az sayda olması;

  • Orta məktəblərdə fiziki tərbiyə fənninə lazımi diqqətin yetirilməməsi, dərslərin keçirilməsi səviyyəsi və metodlarının müasir tələblərə cavab verməməsi, bəzi hallarda bədən tərbiyə dərslərinin digər ixtisas müəllimlərinə həvalə olunması;

  • Bədən tərbiyəsi və idman sahəsində könüllülərin fəaliyyətinin tələb olunan səviyyədə təşkil olunmaması;

  • Uşaq-yeniyetmə idmanının inkişafının aşağı səviyyədə olması. Uşaq-gənclər idman məktəblərinin maddi-texniki bazalarının son dərəcə zəif olması və ya olmaması, fəaliyyətlərinin qarşılarında duran vəzifə və tapşırıqlara uyğun qurulmamaları;




  1. Milli Strategiyanın əsas məqsəd və vəzifələri

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya (BTİİMS) ölkədə bədən tərbiyəsi-sağlamlıq və idman sahəsində Dövlətin uzun müddətli siyasətini, əsas məqsəd və vəzifələrini əks etdirir. Bu sənəd Azərbaycanı 2020-ci ilədək dünyada fəal və uğurlu idman dövlətinə çevirmək öhdəliyinin yerinə yetirilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün təşkilatların idman fəaliyyətini bir tam halda birləşdirən strateji istiqamətləri və siyasət prioritetlərini müəyyən edir.

Milli Strategiyanın əsas məqsədi – fiziki, əqli və maddi imkanlarından asılı olmayaraq ölkədə əhalinin bütün təbəqələri üçün öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə, bununlada həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarında, hərtərəfli uğurlu inkişafa nail olmalarına şərait və imkanlar yaratmaqdan ibarətdir. Eyni zamanda Milli Strategiyanın məqsədi insan haqları, həmçinin idmana dair beynəlxalq və milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrini (sosial qrupları), qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, cəmiyyətin hərtərəfli inkişafına, demokratik ölkə quruculuğuna, Azərbaycanın dünyaya və Avropaya inteqrasiya olunmasının sürətləndirilməsinə, həmçinin onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etməkdir.

BTİİMS-nin uzunmüddətli məqsədi – 2020-ci ilədək idmanı ölkədə və ölkəni idmanda lider etməkdir.



BTİİMS-nin vəzifələri əsasən aşağıdakılardan ibarətdir:

  • Ölkədə bədən tərbiyəsi və idmanın uzun müddətə kütləvi inkişafının planlaşdırılması;

  • Bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına və insanların gündəlik məişətinə daxil edilməsinə nail olunması;

  • Bədən tərbiyəsi və idman vasitəsilə bütün yaş qruplarından olan insanların, o cümlədən uşaq, yeniyetmə və gənclərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin olunması;

  • Yeniyetmə və gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onların orduya xidmətə fiziki cəhətdən hazır olmalarının təmin edilməsi, “Vətənin Müdafiəsinə Hazıram” bədən tərbiyəsi və idman kompleksinin ölkədə yeniyetmə və gənclər arasında daha geniş formada tətbiqi;

  • Hərbi hissələrin və hüquq mühafizə orqanlarının fiziki tərbiyə və idman hazırlığı üzrə maddi-texnki bazalarının möhkəmləndirilməsi, hərbi fiziki hazırlığın təmin olunmasına tələb olunan bütün imkan və şəraitlərin yaradılması, hərbi hissələrdə “Hərbi İdman Kompleksi”nin (HİK) şəxsi heyətlərin bütün üzvləri arasında bir qayda olaraq tətbiq edilməsi və müvafiq yaş qruplarına uyğun normativlərin ödənilməsinin təmin edilməsi;

  • Bütün yaş qruplarından olan insanların, o cümlədən uşaq, yeniyetmə və gənclərin idman və fiziki fəaliyyətlərdə kütləviliyin təmin edilməsi məqsədilə icmalarda, xüsusən təhsil müəssisələrində və yaşayış yerlərində imkan və şəraitin yaradılması;

  • Əmək məşğuliyyətindən asılı olaraq əhalinin ayrı-ayrı təbəqələri və yaş qrupları arasında bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi məqsədilə xüsusi fiziki hərəkətlər kompleksinin hazırlanması və geniş formada tövsiyə edilməsi;

  • Uşaq və yeniyetmələrin xüsusən qızların idmanla məşğuliyyətə həvəs və marağını yüksəldənişlək mexanizmlərin hazırlanması və tədbirlərin artırılması;

  • Bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında daha əsaslı və geniş inkişafına nail olunması;

  • Bədən tərbiyəsi və idmanın sistemli inkişafının elmi əsaslarla dəyərləndirilməsi və təsdiqi, bədən tərbiyəsi və idman üzrə elmi-tədqiqat institutunun yaradılması;

  • Bədən tərbiyəsi və idman sahəsi üzrə kadr hazırlığı məsələlərinin təkmilləşdirilməsi, Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasına qızların qəbulu üzrə faizin artırılması və müəyyən edilmiş faizin təmin olunması;

  • Müxtəlif tipli bütün idman məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu məktəblərdə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması;

  • Kadrların davamlı peşəkar inkişafı və fiziki tərbiyə sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkili işinin yaxşılaşdırılması;

  • Bədən tərbiyəsi və idmanın təbliği işlərinin genişləndirilməsi, bu məqsədlə idman jurnalistikası üzrə peşəkar kadrların hazırlanması;

  • Cinsindən, yaşından, fiziki və ya əqli imkanlarından asılı olmayaraq hər kəsin bütün səviyyələrdə bədən tərbiyəsi və idmanla məşğul ola bilməsinə və uğur qazanmasına münbit şəraitin yaradılması;

  • Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi ilə məşğulluğa cəlb edilmələri üzrə əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;

  • Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə fiziki tərbiyə və idmanın inkişafı sisteminin təkmilləşdirilməsi, bədən tərbiyə dərslərinin metodoloji və maddi-texniki bazasının möhkəmləndirilməsi;

  • Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə idman klublarının, uşaq-idman klublarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi;

  • Əhalinin ayrı-ayrı təbəqələri (istehsalat sahələri üzrə) və yaş qrupları üçün onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və əmək qabiliyyətinin saxlanılmasını təmin edə biləcək 6 saatdan az olmayaraq həftəlik hərəki fəallıqla bədən tərbiyəsi və idman vasitəsilə məşğulluqlarına nail olmaq;

  • Əhalinin ayrı-ayrı yaş qrupları və kateqoriyaları arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına nail olunması;


a) Məktəbəqədər yaşlı uşaqlar arasında

  • Məktəbəqədər təhsil müəssisələrinin idman qurğuları və xüsusi avadanlıqlarla təmin edilməsi üzrə dövlət səviyyəli kompleks proqramın hazırlanması və qəbulu;

  • Məktəbəqədər yaşlı uşaqların yaşı, sağlamlıq vəziyyəti və inkişaf səviyyəsi nəzərə alınmaqla onların hərtərəfli inkişafını təmin edə bilən elmi cəhətdən əsaslandırılmış fiziki tərbiyə proqramı və normativlərinin hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiqi;

  • Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi və idman vasitələrindən də istifadə olunmaqla 6-10 saat həcmində həftəlik hərəki rejimini təmin edən müasir sanitar-epidemoloji qaydalar və normaların işlənib hazırlanması və 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiq edilməsi;

  • Bu sahə üzrə müvafiq ali təhsil müəssisələrində mütəxəssislərin hazırlanması və xüsusi təyinatla məktəbəqədər təhsil və uşaq müəssisələrində aylıq əmək haqqı orta məktəblərdəki bədən tərbiyəsi müəllimlərinin əmək haqqı səviyyəsində müəyyən edilməklə fiziki tərbiyə üzrə pedaqoq ştat vahidlərinin təsdiqi;

  • Məktəbəqədər yaşlı uşaqların, o cümlədən məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bədən tərbiyəsi və idmanla məşğulluğu məsələləri üzrə ixtisaslaşdırılmış məsləhət mərkəzlərinin təşkil edilməsi;

  • Məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların 2020-ci ilə kimi hamısının (100%) fiziki tərbiyə proqramına uyğun olaraq –bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunmasının təmin edilməsi;



b) Şagirdlər və tələbələr arasında

  • Fiziki tərbiyə təhsilinin məcburi forması kimi bədən tərbiyə dərslərinin həftəlik saatının şagird və tələbələr üçün aşağıdakı həftəlik minimum həcmdə təmin edilməsi:

  • Ümumtəhsil orta məktəblərində - 3 saat

  • ali təhsil və orta ixtisas müəssisələrində - 4 saat

  • Həftə ərzində orta məktəb şagirdlərinin ən azı 6 saat, tələbələrin isə 8 saat həcmində bədən tərbiyəsi və idmanla məşğulluğuna şərait yaratmaq və təmin etmək ;

  • Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin müasir tələblər və normativlər səviyyəsində effektiv formada təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq vəziyyətləri nəzərə alınmaqla təşkili. Bu sahədə yeni effektiv metod və üsullardan istifadə edilməsi;

  • Təhsil müəssisələrində işləyən bədən tərbiyəsi müəllimlərinin, təlimatçı və digər mütəxəssislərin peşə səviyyələrinin mütəmadi olaraq təkmilləşdirilməsi və artırılması, onların fəaliyyətlərini stimullaşdıran mexanizmlərin müəyyən edilməsi;

  • Şagird və tələbələrin maraq göstərdikləri idman növləri üzrə daima məşğul ola bilmələrinə imkan və şəraitin yaradılması. Bu məqsədlə 2016-cı ilə kimi bütün təhsil müəssisələrində, müəssisənin strukturunda uşaq-idman və idman klublarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi;

  • Şagird və tələbələrin kütləvi surətdə tədris ili ərzində və tətil günlərində bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilməsi;

  • Azərbaycan respublikasında tələbə idmanının inkişafı üzrə Dövlət Proqramının hazırlanması və 2015-ci ildə qəbulunun təmin olunması;

  • Bədən tərbiyəsi və idmanın inkişafı üzrə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi;

  • 2014-cü ilə kimi təhsil müəssisələrinin istifadəsində olan idman qurğuları və obyektlərinin dövlət reyestrinin aparılması və pasportlaşdırılması;

  • Təhsil müəssisələrində inşa və əsaslı təmir ediləcək idman qurğuları və obyektlərinin ünvanlı siyahisinin hazırlanması. Bu işlərin həyata keçirilməsinin müəyyən edilmiş müddətlərdə təmin olunması. 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində idman qurğuları və obyektlərinin fəaliyyətinə nail olunması;

  • Hər iki ildə bir dəfə məktəblilərin ümumrespublika spartakiadasının təşkili və keçirilməsinin təmin edilməsi;

  • Tələbə idmanının inkişafının təmin edilməsi məqsədilə Respublika səviyyəli dövlət təyinatlı vahiq bir qrumun yaradilması və onun maddi və texniki bazasının ildən ilə möhkəmləndirilməsi;

  • Tələbələrin respublika universiadasının Təhsil nazirliyi, Gənclər və İdman nazirliyi və Milli Olimpiya Komitəsi səviyyəsində iki ildə bir dəfə geniş proqram üzrə yüksək səviyyəli təşkili və keçirilməsi;


c) Əhalinin digər yaş qrupları arasında

  • Bədən tərbiyəsi və idmanın insan həyatında və cəmiyyətdə xüsusi rol oynaması və sosial-iqtisadi inkişafın ən vacib sahələrindən biri olması barədə ölkədə aparılan təbliğat və təşviqat işlərinin genişləndirilməsi və daha effektiv formada təşkil edilməsi;

  • Gənclərin, orta və yaşlı insanların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün yaşayış yerlərində, təhsil müəssisələrində, idarə və təşkilatlarda şərait və imkanların yaradılması. Bu məqsədlə əhalinin maraq və sağlamlıq səviyyələri nəzərə alınmaqla mənzil – istismar idarələrində, müəssisə və təşkilatların, istehsal sahələrində sağlamlıq – idman qrupları, sağlamlıq zonaları və idman növləri üzrə idman bölmələrinin fəaliyyətlərini təmin edən müvafiq strukturlar tərəfindən maliyyələşdirilən idman yönümlü qurumların yaradılması;

  • İdarə və təşkilatlarda, xüsusən istehsal müəssisələrində istehsalat gimnastikasının tətbiq edilməsi üzrə əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi. İstehsal sahələrinin spesifikasına uyğun olan fiziki hərəkətlər kompleksləri və normativlərinin müasir elmi texnologiyalar əsasında yeni nümunələrinin hazırlanması və müvafiq sahələrə rəsmi qaydada tövsiyyə edilməsi. 2015-ci ilə qədər istehsalat gimnastikasının bütün sahələrdə iş günü rejimində məcburi tədbir kimi tətbiqinin təmin edilməsi;

  • 2016-cı ilə kimi bütün nazirliklər, komitə və şirkətlərdə, idarə və müəssisələrdə ictimai əsaslarla fəaliyyət göstərəcək Bədən tərbiyəsi və idman Şuralarının yaradılması və fəaliyyətlərin təmin edilməsi;

  • Bədən tərbiyəsi və idman məsələlərinin (o cümlədən bu sahənin maliyyələşdirilməsi) Həmkarlar İttifaqları təşkilatları ilə İcra Hakimiyyəti orqanları arasında bağlanan Kollektiv müqavilələrə müstəqil bölmə (yaxud maddə) kimi daxil edilməsi. Bu sahənin icrasına ciddi və mütəmadi nəzarətin həyata keçirilməsi;

  • Əhalinin müxtəlif yaş qrupları ilə işləmək üçün kadrların hazırlanması və onların peşə səviyyələrinin artırılması;

  • Müxtəlif yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanlar üçün onların maraq və sağlamlıq səviyyələrinə uyğun bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin sayının artırılması. 2015-ci ildən başlayaraq hər iki ildə bir dəfə üç yaş qrupu üzrə (18-35, 36-50, 50 və yuxarı) Respublika Sağlamlıq Spartakiadalarının təşkili və keçirilməsi;

  • Əhalinin say nisbətinə olan təlabata uyğun ölkədə bədən tərbiyəsi-sağlamlıq və idman təyinatlı geniş infrastrukturun yaradılması. Bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının bütün sahələrdə o cümlədən idarə, təşkilat və istehsal müəssisələrində, yaşayış yerlərində, sanatoriya–kurort müəssisələrində və turizm obyektlərində yaradılması, möhkəmləndirilməsi və inkişaf etdirlməsi;

  • 2020-ci ilə kimi ölkədə təhsil alan və işləyən vətəndaşların 30%-nin, yaşlı əhalinin isə 20%-nin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunmasını təmin etmək;




Dostları ilə paylaş:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə