Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa
əməkdaşlığı (EPNK) tərəfindən həyata keçirilib.
SÜLH PROSESLƏRİNƏ İCTİMAİ MÜDAXİLƏ
VƏ ÇOXKANALLI DİPLOMATİYA
MEXANİZMLƏRİ:
Şimali İrlandiya nümunəsi
May 2014-cü il.
Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir
2
International Alert təşkilatı Avropa Birliyinə bu araşdırmanın aparılmasına dəstək olduğu üçün
minnətdarlığını bildirir. International Alert həmçinin adları sadalanan strateji sponsorlara
göstərdikləri dəstəyə görə minnətdarlığını bildirir: Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinə
(UKAID); İsveçin İnkişaf Sahəsində Beynəlxalq Əməkdaşlıq Agentliyinə (SIDA); Niderland Xarici İşlər
Nazirliyinə; İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinə.
Bu hesabatda ifadə olunmuş fikirlər yalnız müəlliflərə aiddir və International Alert, EPNK,
sponsorlarımızın mövqeyi və ya siyasətilə üst-üstə düşməyə bilər.
© International Alert 2014-cü il.
Bütün müəlliflik hüquqları qorunur. Bu nəşrin istənilən hissəsi müəllifin tam adı və götürüldüyü ilkin mənbə
göstərilmədən yayımlana, ya da istənilən formada və istənilən vasitə ilə, o cümlədən elektron, mexaniki,
surətçıxarma, köçürmə vasitələri, istənilən digər yaddaş sistemləri və informasiya ötürücüləri vasitəsilə və ya
istənilən başqa yollarla istifadə oluna bilməz.
Üz qabığındakı foto: Parlament binaları, Stormont, Şimali İrlandiya Assambleyasının yeri © Mike
Boyland/iStockphoto
3
Mündəricat
Müəlliflər haqda
4
Giriş
5
Biz necə bu vəziyyətə düşdük?
6
1. Bombalardan bülletenlərə: siyasi institutlar və Şimali İrlandiya münaqişəsinin transformasiyası
14
2. Rəsmi diplomatiya və xarici aktorların Şimali İrlandiya münaqişəsinin nizamlanmasında rolu
25
3. Şimali İrlandiyadakı qarşıdurmalarda diasporun rolu və münaqişənin transformasiyasına
onun cəlb olunma mexanizmi
38
4. Şimali İrlandiya münaqişəsində KİV-in rolu
51
5. Şimali İrlandiyanın vətəndaş cəmiyyəti sülh axtarışında
64
4
Müəlliflər haqda
Qeqam Baqdasaryan jurnalistika və siyasətlə məşğul olub. 1998-ci ildə yaradılan və Dağlıq Qarabağda azad
KİV-in mərkəzinə çevrilmiş qeyri-hökumət təşkilatı olan “Stepanakert Press-Klubu”nun rəhbəridir. 2004-2008-ci
illərdə populyar “Demo” müstəqil qəzetinə rəhbərlik edib. Hazırda erməni və rus dillərində nəşr olunan
“Analitikon” aylıq analitik jurnalının baş redaktorudur.
Əvəz Həsənov – “Humanitar Araşdırmalar” Cəmiyyətinin direktorudur. Bu qeyri-hökumət təşkilatı insan haqqı
və azadlıqlarının qorunması yolu ilə demokratik dəyişikliklərə nail olmağa və vətəndaş cəmiyyəti
quruculuğunda vətəndaşların bilavasitə iştirakına yardımçı olmağa çalışır. Vətəndaş cəmiyyətinin ən fəal
nümayəndələrindən biri olan Əvəz Həsənov “Azərbaycanda insan haqları” jurnalının redaktorudur. O həmçinin
Ermənistandan olan tərəfdaşlarla görüş və dialoqlarda mütəmadi iştirak edir.
Mikael Zolyan – Ermənistandan olan tarixçi və siyasi analitik, Henri Bell Fondunun Cənubi Qafqaz üzrə regional
proqramının təqaüdçüsüdür. Hazırda V.Bryusov adına Yerevan Dövlət Linqvistika Universitetində dərs deyir və
QHT olan “Yerevan Press-Klubu”nda işləyir. Mikael Zolyanın elmi maraq dairəsinə millətçilik, etnik qruplar,
etno-siyasi münaqişələr, demokratikləşmə prosesləri və ictimai hərəkatlar daxildir. O, Ermənistan və ölkə
hüdudlarından kənarda nəşr olunmuş bir sıra məqalələrin müəllifidir.
Masis Mailyan – Dağlıq Qarabağda qeyri-hökumət tərəfdaşlığının və analitik mərkəzin xarici siyasət və
təhlükəsizlik üzrə İctimai Şurasının (FSPC) sədridir. Böyük siyasi və diplomatik təcrübəyə malik olan Masis
Mailyan Track I danışıqlarında, Track II forumlarında, siyasi ekspertlərin iştirakı ilə Qafqaz regionuna və erməni-
türk münasibətlərinə həsr olunmuş diskussiyalarda iştirak edib. Dağlıq Qarabağ münaqişəsi və regional
problemlərə həsr olunmuş çoxsaylı məqalələrin və analitik hesabatların müəllifidir.
Gülşən Paşayeva – Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor
müavinidir. Əvvəllər BMT-nin Azərbaycan Respublikasındakı missiyasında işləmiş, YUNİFEM-in (hazırda BMT-
Qadınlar) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional
layihəsinin milli əlaqələndiricisi (2001-2006) və BMT-nin İctimai İnformasiya Departamentinin İctimai əlaqələr
üzrə məsul şəxsi vəzifəsində çalışmışdır (2007–2009). Gülşən Paşayeva 1996-cı ildən 2001-ci ilə qədər QHT olan
“Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi"nə rəhbərlik edmiş və Azərbaycanın müxtəlif dövlət və özəl
universitetlərində dərs demişdir. Dr. Paşayeva münaqişələrin həlli və təhlükəsizlik, gender və dil siyasəti
məsələləri üzrə ixtisaslaşmışdır. 70-dən çox nəşrin müəllifidir.