Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 

30 


 

 



“təsdiqlənirdi ki, Şimali İrlandiyanın statusunun dəyişməsi ancaq bunu Şimali İrlandiya əhalisinin böyük 

əksəriyyəti istəyərsə baş verə bilər ”; 

 



etiraf  edilirdi  ki,  bu  gün  Şimali  İrlandiya  əhalisinin  böyük  əksəriyyəti  mövcud  statusun  dəyişməyini 

istəmir; 

 



bəyan  edilirdi  ki,  əgər  gələcəkdə  Şimali  İrlandiya  əhalisinin  əksəriyyəti  öz  arzusunu  və  vahid 

İrlandiyanın yaradılmasına dair razılığını aydın bildirsə, onda hər iki hökumət bu arzunu dəstəkləyəcək 

və  bu  qərarın  həyata  keçirilməsi  üçün  müvafiq  qanun  layihəsini  hər  iki  parlamentin  müzakirəsinə 

verəcək

41

Bu  razılaşma  əsasında  hökumətlərarası  konfransın  keçirilməsi  nəzərdə  tutulurdu.  Konfransda  İrlandiya  və 

Britaniyanın  rəsmi  şəxsləri  Şimali  İrlandiyaya  aid  olan  siyasi  və  digər  məsələləri  müzakirə  edə  bilərdilər, 

İrlandiya hökuməti isə Şimali İrlandiya katoliklərinin maraqlarını təmsil edərdi. 

Bu  saziş  Birləşmiş  Krallıq  və  İrlandiya  Respublikası  hökumətlərinin  gələcək  uğurlu  tərəfdaşlığı  üçün  möhkəm 

zəmin  yaratdı.  İrlandiya  hökumətinə  Şimali  İrlandiyanın  işlərində  formal  məşvərət  rolunu  oynamaq  imkanı 

verməklə Britaniya hökuməti təsdiqlədi ki, Şimali İrlandiya münaqişəsi yalnız Birləşmiş Krallığın daxili problemi 

deyil, o həm də İrlandiya Respublikasına dərin təsir göstərir. Eyni zamanda İrlandiya hökuməti də qəbul etdi ki, 

region  əhalisinin  əksəriyyətinin  razılığı  olmadan  Şimali  İrlandiyanın  Birləşmiş  Krallığın  tərkib  hissəsi  kimi 

konstitusion statusunu dəyişmək mümkün deyil

42



Buna  baxmayaraq,  bu  sənəd  yunionistlərin  və  IRA  nümayəndələrinin  etirazına  səbəb  oldu.  Yunionistlər 



İrlandiya hökumətinin Şimali İrlandiyanın daxili işlərinə qatılmasında maraqlı deyildilər, IRA isə Böyük Britaniya 

və  İrlandiya  Respublikası  hökumətləri  arasındakı  əməkdaşlıqdan  ehtiyatlanır,  bunda  müəyyən  təhlükə 

görürdü

43

.  Sənədi  olduqca  neqativ  qarşılayan  yunionistlər  hətta  bir  müddət  Britaniya  hökumətilə  qarşılıqlı 



fəaliyyəti dayandırdılar. Lakin sonralar onlar Şimali İrlandiyanın digər partiyaları ilə birgə 1991-ci ildə Britaniya 

hökuməti  tərəfindən  üç  ölçüyə    -  Şimali  İrlandiya  daxilindəki  siyasi  strukturların  münasibətlərinə,    bütün 

İrlandiya  adasını  əhatə  edən  Şimal  və  Cənub  arasındakı  münasibətlərə  və  Böyük  Britaniya  və  İrlandiya 

Respublikası  arasındakı  münasibətlərə  dair  təşkil  edilmiş  danışıqlarda  iştirak  etməyə  razılıq  verdilər.  Həmin 

dövrdə  bu  danışıqlar  müsbət  nəticə  vermədi,  amma  müzakirə  olunan  ideyalar  sonradan  öz  əksini  1998-ci  il 

Belfast Sazişində tapdı. 

İllər  keçdikcə  Birləşmiş  Krallıq  daha  çox  neytral  olmağa  çalışırdı.  Heyrətamiz  tezliklə  dəyişən  Britaniya 

hökumətləri  “sazişin  həlledici  konsepsiyasına  ciddi  əməl  edirdilər:  Şimali  İrlandiya  öz  taleyini  özü  müəyyən 

etməlidir. Eyni zamanda heç vaxt belə bir fikir yaranmırdı ki, Britaniya hökuməti yunionistləri “dilə tutmalı” və 

onları İrlandiya ilə  birləşməyə təhrik etməlidir”

44



Digər tərəfdən, İrlandiya Respublikasında IRA qeyri-leqal təşkilat hesab olunurdu, bu isə İrlandiya və Britaniya 



hökumətlərinin  mövqelərinin  yaxınlaşmasına  imkan  yaradırdı.  Onların  ortaq  rəqibləri  vardı  və  bu  amil  Şimali 

İrlandiya  münaqişəsinin  nizamlanmasında  önəmli  rol  oynadı.  80-cı  illərin  əvvəllərindən  fərqli  olaraq  (1980-

1981-ci  illərdə  Meyz  həbsxanasında  keçirdikləri  aclıq  aksiyası  nəticəsində  10  IRA  üzvünün  vəfat  etməsi 

millətçilər tərəfindən onların dəstəklənməsi ilə nəticələnmişdi), növbəti illərdə həm Şimali İrlandiyada, həm də 

İrlandiya Respublikasında əhalinin təhlükəsizliklə bağlı narahatlığı artırdı.  

                                                           

41

Yenə orada.  



42

S. Farren, p.164. 

43

Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi, s. 24. 



44

Tarazlıq axtarışında. Şimali İrlandiyada sülh prosesi, s. 40. 




 

31 


 

“İrlandiya  Respublikasının  hakim  partiyası  Fianna  Fayl  Şinn  Feynlə  apardıqları  ikimərhələli, 

yardımçı,  əsasən  yoxlayıcı,  lakin  eyni  zamanda  gizli  xarakter  daşıyan  danışıqların  gedişatında 

Cənub  əhalisinə  qarşı  zorakılığın  yolverilməz  olduğu  fikrini  aşılamağa  çalışırdı.  Zorakılıq  nəinki 

şimaldakı  millətçilər  arasında  ictimai  fikri  parçalayırdı  ,o,hətta  sərhəddən  şimala  və  cənuba 

doğru bütün millətçilər,eləcə də irland mənşəli amerikalılar arasında parçalanma yaradırdı”

45

1989-cu ilin iyulunda Şimali İrlandiya məsələləri üzrə dövlət katibi vəzifəsinə Piter Bruk gəldikdən sonra Böyük 

Britaniya  bir  sıra  önəmli  sülh  təşəbbüslərilə  çıxış  etməyə  başladı.  Zorakılıq  aktlarına  son  qoyulduğu  təqdirdə 

Bruk  Şinn  Feynlə  birbaşa  danışıqların  mümkünlüyünü  istisna  etmirdi  və  1990-cı  ildə  “Britaniya  kəşfiyyatının 

əməkdaşı Maykl Outli və Şinn Feyn üzvü Martin Makqinnessin etibar etdiyi Derridən olan keşiş Denis Bredlinin 

iştirakı ilə qeyri-formal əlaqə kanalının təkrar olaraq açılmasına icazə verdi”

46



Bir  ildən  sonra  Bruk  həmçinin  bəyan  etdi  ki,  “Britaniya  Şimali  İrlandiyada  öz  mənfəətini  güdən  strateji  və  ya 



iqtisadi marağa sahib deyil və əgər əhalinin razılığı olarsa İrlandiyanın birləşməsi ilə razılaşmağa hazırdır”

47

. Bu 



çox  önəmli  bəyanat  idi  və  Sosial-demokratlar,  Leyborist  Partiyası  və  Şinn  Feyn  arasındakı  ən  əsas 

ziddiyyətlərdən  birini  aradan  qaldırırdı.  Piter  Bruk  həmçinin  bütün  məsələlər  ilə  üzrə  konstitusion  partiyalar 

arasında danışıqların başlanmasına kömək etdi

48



1991-ci  ilin  oktyabrında  Böyük  Britaniya  və  İrlandiya  Respublikasının  hökumətləri  müştərək  bəyannamənin 

konsepsiyasını hazırlamağa başladılar və bu sənəd 1993-cü il 15 dekabrda bu ölkələrin baş nazirləri Con Meycor 

və  Albert  Reynolds  tərəfindən  imzalandı.  “Dauninq-strit  Bəyannaməsi”

49

 adlanan  bu  bəyannamə  sülhün  əldə 



edilməsi və Şimali İrlandiyada barışığın bərqərar olmasının əsasını qoymuş sənədlərdən biridir. Öz məzmununa 

əsasən o, Sosial-Demokratlar, Leyborist Partiyası və Şinn Feyn arasında əldə edilmiş razılaşmaları təkrar edir və 

IRA-nı zorakılıqdan əl çəkib, siyası mübarizə vasitələrinə keçməyə sövq etmək məqsədi daşıyırdı.   

Şinn  Feyn  bu  bəyannaməni  dəstəkləyərək  zorakılıq  əməllərindən  əl  çəkdi,  1994-cü  ilin  avqustunda  isə  IRA 

birtərəfli  atəşkəs  elan  etdi.  Aparıcı  protestant  yarıhərbi  qruplaşmaları  də  öz  növbəsində  1994-cü  ilin 

oktyabrında atəkəs elan etdilər.  

Bu  ərəfədə  ən  mürəkkəb  məsələlərdən  biri  yarıhərbi  qruplaşmaların  tərk-silah  edilməsi  idi,  çünki  belə 

qruplaşmaların danışıqlara buraxılmasından əvvəl onlar silahlarını təhvil verməli idilər. Yeri gəlmişkən, Britaniya 

hökuməti  ilkin  olaraq  israr  edirdi  ki,  danışıqlara  buraxılmazdan  əvvəl  Şin  Feyn  qanunsuz  silah  və  partlayıcı 

maddələrin  böyük  hissəsini  təhvil  verməlidir

50

.  Amma  heç  də  bütün  qruplaşmalar  bununla  razı  deyildi  buna 



görə  də  bu  məsələ  irland  respublikaçıları  və  Britaniya  hökuməti  arasındakı  siyasi  dialoq  istiqamətində  əsas 

maneə olaraq qalırdı. 

1995-ci  il  22  fevralda  Britaniya  və  İrlandiya  hökumətləri  yeni  Çərçivə  sənədini

51

 ictimaiyyətin  müzakirəsinə 



çıxardılar.  Bu  müştərək  təşəbbüsün  müsbət  tərəflərindən  biri  də  iki  hökumətin  işləyib  hazırladığı  üç  səviyyəli 

qarşılıqlı  fəaliyyət  sistemi  oldu:  a)  Şimali  İrlandiyanın  daxilində  (Şimali  İrlandiya  Assambleyası  );  b)  bütün 

İrlandiya adası ərazisində (Şimal və Cənubun münasibətləri üzrə Nazirlər Şurası); c) Böyük Britaniya və İrlandiya 

                                                           

45

Yenə orada, s. 28 



46

Yenə orada,s. 29. 

47

Yenə orada. 



48

Yenə orada. 

49

The Joint Declaration of 15 December 1993 (Downing St. Declaration).Department of Foreign Affairs and 



Trade. Ireland. URL: 

http://www.foreignaffairs.gov.ie/home/index.aspx?id=8734

 

50

Yenə orada, s. 34. 



51

Тhe Framework Documents. 22 February 1995. A New Framework for Agreement. URL: 

http://cain.ulst.ac.uk/events/peace/docs/fd22295.htm

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə