Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 



Bütün  bunları  kətilin  üç  ayağı  kimi  təsəvvür  etmək  olar.  Əgər  ayaqlardan  biri  olmasa,  kətil  yıxılacaq.    Amma 

münaqişə anlayışı daha dinamikdir. Əgər bir ayağı götürüb digər iki elementi saxlasaq, onda tezliklə yeni ayaq 

əmələ  gələcək  və  münaqişənin  qalmasına  kömək  edəcək.  Əgər  cari  problemlər  həll  olunursa,  amma  tərəflər 

arasındakı münaqişəli münasibət olduğu kimi qalır və onların davranışı yenə də düşmənçilik xarakteri daşıyırsa, 

o zaman köhnə problemlərin yerinə yeniləri gəlir. 

Bu  yanaşmanı  nəticədə  Şimali  İrlandiya  münaqişəsinə  yol  açmış  vəziyyətə  tətbiq  etdikdə,  1969-cu  ildən 

başlayaraq “iğtişaşlar” dönəminə qədər tendensiyaların necə inkişaf etdiyini anlamaq olar. 

Bəlkə də hər bir maraqlı tərəfin öz marağı kimi qəbul etdiyi şeyləri necə müdafiə etdiyini göstərərək, bunu daha 

yaxşı anlatmaq mümkün olar. Aşağıda münaqişə tərəflərinin, onların maraqlarının və bu maraqların təşviqi və 

müdafiəsinə yönəlmiş davranışlarının təhlili təqdim edilmişdir.  Bu mənim öz təhlilimdir və mövcud olan heç bir 

münaqişə narrativi ilə üst-üstə düşmür. 

Münaqişənin tarixi zəmini 

Münaqişənin  əsas  tərəfləri  İrlandiyanın  yerli  əhalisi  keltlər,  Britaniya  dövləti,  İngiltərə  və  Şotlandiyadan 

köçənlər idi ki, sonuncuları da mənşələrindən, xristianlığın hansı təriqətinə tapınmalarından, iqtisadi və siyasi 

vəziyyətlərindən asılı olaraq müxtəlif qruplara bölmək olar.  

Onların  maraqlarının  təşviq  olunması  çox  vaxt  digər  qrupların  maraqlarının  məhdudlaşdırılması  hesabına  baş 

verirdi. Hərçənd bəlkə də bu heç də həmişə məqsədyönlü şəkildə olmurdu. Tərəflər çox vaxt qorxunun və ya 

şəxsi rahatlıq istəyinin diqtəsilə hərəkət edirdilər və bu addımların digər qruplara necə təsir edəcəyi haqda az 

düşünür, ya da heç düşünmürdülər. Amma qavrayış – çox vaxt isə reallıq da ondan ibarət idi ki, “sıfır məbləğilə” 

rəqabət  münasibətləri  çərçivəsində  hər  bir  qrupun  maraqları  digər  qrupların  maraqlarıyla  münaqişə  təşkil 

edirdi, bu da kin və qorxu yaradırdı. 

Bugünkü münaqişənin kökü 1169-cu ildə anqlo-norman baronları tərəfindən İrlandiyanın fəth edilməsinə gedib 

çıxır.  Onlar  1066-cı  il  norman  fəthindən  sonra  İngiltərədə  məskunlaşmışdılar  və  hakimiyyətə  gəlmişdilər. 

İngiltərə kralı öz sərhədlərini genişləndirməkdə maraqlı idi və Roma Papası 1155-ci ildə krala İrlandiya ərazisinə 

soxulmağa  haqq  verən  Laudabiliter  fərmanı  imzaladı,  hərçənd  sonuncu  bu  fərmanın  imkanlarından  dərhal 

yararlanmadı. Baronlar kralın onların idarə etdikləri ərazilərə çox da qarışmaması şərtilə torpaq və var-dövlət 

qazanmaqda maraqlıydılar.  

Sürgün olunmuş irland qəbilə başçısı Dermot Makmurro baronlara digər qəbilə başçıları ilə mübarizədə kömək 

üçün  müraciət  edəndə,  onlar  məmnuniyyətlə  razılaşdılar.  Onların  addımları  qələbə  ilə  nəticələndi,  amma 

alternativ hakimiyyət mərkəzlərinin yaradılmasında maraqlı olan ingilis kralı İrlandiyaya getdi və tezliklə orada 

İngiltərə tacının aliliyini elan etdi.  

Nəticədə anqlo-norman baronları yerli qəbilə başçılarını sıxışdıraraq İrlandiyaya yerləşdilər. Hərçənd əksər yerli 

əhali  üçün  bu  sadəcə  bir  ağanın  digəri  ilə  əvəz  olunması  demək  idi.  Məlum  yerdəyişmə  onların  vəziyyətinə, 

demək  olar  ki,  təsir  etməmişdi.  Bu  zaman  İngiltərədə  dövlət  hakimiyyətinin  kralın  əlində  cəmləşməsi  prosesi 

gedirdi,  İrlandiya  isə  əvvəlki  kimi  milli  kimlik  hissi  olmayan  feodal  mülkləri  və  qəbilə  ittifaqlarından  ibarət 

mozaika parçaları halında mövcud idi. İngiltərə kral sarayından uzaqda anqlo-normanlar yerli əhali ilə qaynayıb-

qarışmış,  irland  adətlərini  qəbul  etmiş,  irland  dilində  danışmağa  başlamışdılar.  Onlar  ingilis  monarxına  fikir 

vermirdilər. Hətta belə bir deyim yaranmışdı - onlar irlandların özündən daha böyük irland olublar. 

Tezliklə ingilis monarxının nəzarətində ancaq Dublin yaxınlığındakı Peyl adlı kiçik bir ərazi qaldı. Bu toponimdən 

törəyərək  ingilis  dilində  «beyond  the  pale»  ifadəsi  yarandı  ki,  bunun  da  mənası  müəyyən  edilmiş  çərçivələri 

aşmaq  deməkdir.  İrlandiyadan  cüzi  gəlir  toplaya  bilən  kral  bu  vəziyyətdən  narazı  idi.  Digər  tərəfdənsə  Peyl 



 

 



daima  qonşu  klanların  basqın  təhdidi  altında  idi.  Kral  torpaqların  müsadirəsi  və  insanların  bu  torpaqlardan 

köçürülməsi yolu ilə ölkənin ayrı-ayrı hissələrini müstəmləkə altına almaq istədi: 1556-cı ildə Kinqs-kauntidəki 

Lenster  plantasiyalarında  (hazırda  Offali  qraflığı)  və  Kvins-kauntidə  (hazırda  Liiş  qraflığı),  1586-cı  ildən 

başlayaraq Mansterdə və 1606-cı ildən başlayaraq Ulsterdə. 

Lenster  və  Mansterdəki  plantasiyalar  işgüzar  mülkədar-zadəganlara  torpaqların  pay  verilməsi  nəticəsində 

ərsəyə  gəlmişdi.  Onların  öz  ardlarınca  İngiltərədən  ticarətçi-fermerləri  gətirəcəkləri  nəzərdə  tutulmuşdu. 

Səyləri  öz  bəhrəsini  vermədi,  yəqin  ona  görə  ki,  onlar  bu  məqsədə  yetəri  qədər  sadiq  deyildilər.  Nəhayət, 

mülkədarların yeni təbəqəsi yarandı, hərçənd əhalinin qalan hissəsinin tərkibi dəyişməmişdi. Nəticədə Ulsterdə 

plantasiyaları  başqa  prinsiplər  üzərində  formalaşdırmağa  başladılar.  Burada  torpaqlar  London  gildiyaları 

vasitəsilə  sərfəli  işgüzar  şərtlər  əsasında  tacirlərə  təklif  olunurdu.  Gildiyalar  iqtisadi  uğurlu  plantasiyaların 

yaradılmasında daha çox maraqlıydılar və buna görə də region iqtisadiyyatının transformasiyası ilə fəal məşğul 

olmağa, öz planlarını reallaşdırmaq üçün icarədarları cəlb etməyə başladılar.    

İngiltərədə  dini  İslahatların  aparılması  nəticəsində  yeni  plantatorlar  protestantlar  idi  ki,  bu  da  onları  yerli 

katolik əhalidən fərqləndirirdi. Bu vəziyyət əlavə amil rolunu oynadı. Onlar anqlo-norman baronlarından fərqli 

olaraq, yerli əhali ilə qaynayıb-qarışmağa meylli deyildilər və əgər Manster və Lensterdə yeni mülkədarlar  və 

peşəkar  təbəqələr  zamanla  anqlo-irlandlar  adlandırılmağa  başlayan  ingilis  protestantlarından  ibarət  idilərsə, 

Ulsterdə təkcə hakim təbəqə deyil, həmçinin fermerlər, sənətkarlar da protestantlar idilər. 

Başqa bir vacib amilsə şotland köçkünlərinin mövcudluğu idi. İrlandiyanın şimal-şərqi Şotlandıyanın müşahidə 

həddindəydi  və  uzun  əsrlər  boyunca  iki  vilayətlərin  xalqları  arasında  mübadilə  baş  verirdi.  İndi  İrlandiyanın 

şimal-şərqinə getdikcə daha çox şotland ailəsi köç edib, burada məskunlaşırdı. Onlar da protestant idilər, amma 

Şotlandiyada  islahatlar  başqa  forma  –  kilsə  müxalifəti  forması  almışdı.  Bu  köçkünlərin  öz  adətləri,  özlərinin 

daha  eqalitar  sosial  sistemləri  vardı,  üstəlik  onlar  şotland  gel  dilində,  Şotlandıyanın  aşağı  hissələrindən  köç 

edənlərsə  aşağı  şotland  lalan  dialektində  danışırdılar.  Odur  ki,  onlar  mədəniyyətlərinə  görə  həm  ingilis 

köçlərindən, həm də yerli irlandlardan fərqlənirdilər. 

Ənənəvi kelt klan strukturları yeni sistemlərlə rəqabət apara bilmirdilər,  bununla belə, irlandlar müstəqil icma 

olaraq  qalırdı.  Bəziləri  yeni  sistemlərə  inteqrasiya  etməyə  və  zamanla  ayaqlaşmağa  çalışırdılar,  nəticədə 

müəyyən  zaman  kəsiyində  klan  rəhbərlərinin  qəsrləri  və  plantator  iş  adamlarının  inkişaf  etdirdiyi  fermalar 

mövcudluqlarını  yanaşı  sürdürürdülər.  Amma  ənənəvi  qəbilə  başçılarının  çox  az  hissəsi  dəyişiklikləri  uğurla 

adlada bildilər; əksər hallarda onlar ingilis mülkədarları ilə rəqabətə tab gətirə bilmirdilər. Çünki sonuncular o 

zamanlarda daha varlı idilər və hakimiyyətlə sıx əlaqələri vardı. Bir çox irland fermerləri isə bataqlıqlara tərəf 

sıxışdırılmışdılar  və  o  ərazilərdə  ailə  dolandırmaq  çətin  idi.  Mülkədarlar  müvəffəqiyyətlərinin  səbəbini  malik 

olduqları  üstünlüklərdə  deyil,  riayət  etdikləri  zəhmətsevərlik  və  qənaətcillik  etikasında  görürdülər.  Onlardan 

fərqli olaraq, Ulsterdəki irlandlar getdikcə daha çox ədalətsizliyə uğradıqlarını hiss edir və onların narazılıqları 

gündən-günə artırdı. XVII əsr ərzində baş vermiş bir sıra üsyanlar bir-birinə zidd olan tarixi versiyalarda öz əksini 

tapıb: bir versiyada ingilislər zülümkardırlarsa, digərində irlandlar məkrli kimi göstərilib.  

İngilis hökmdarları da rəsmi anqlikan kilsəsi də dini ayrı-seçkiliyin qabardılmasında maraqlı idilər. Dini rəhbərlik 

katolik  kilsəsinin  “yolunu  azmasından”  narahat  idi,  nüfuzunun  ləkələnməməsinə  və  hakimiyyətini  qorumağa 

çalışırdı.    O  həmçinin  şotland  köçkünlərinin  anqlikan  kilsəsinin  hakimiyyətini  inkar  edən  dissenter  ənənəsinə 

şübhə  ilə  yanaşırdı.  Hakimiyyət  rəsmi  kilsəni  və  protestantlığı  köçkünlərin  loyallığının  təminatı  kimi  qəbul 

edirdi.  Hakimiyyət  həmçinin  yeni  irland  üsyanlarından  çəkinirdi  və  katolik  irland  əhalidən  gələn  təhlükənin 

qarşısını  almağa  çalışırdı.  Digər  dini  qruplardan  fərqli  olaraq,  anqlikanlara  xüsusi  imtiyazlar  verən  qanunlar 

qəbul  olunmuşdu.  XVII  əsrdə  katolik  dininə  etiqad  etmək  qadağan  olunmuşdu  və  dini  ayinlər  meşənin 

dərinliyində  və  ya  dağlarda  gizlincə  icra  olunurdu.  Hətta  XVIII  əsrin  əvvəllərində  bu  qadağa  ləğv  ediləndən 

sonra  katolik  rahiblərini  dövlət  qeydiyyatından  keçməyə  məcbur  edirdilər,  bir  müddət  sonra  isə  onlara  qarşı 

“cəza qanunları” adı ilə məlum olan bir sıra iqtisadı və siyasi məhdudiyyətlər tətbiq olunmağa başladı. Katolik 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə