Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   25   26   27   28   29   30   31   32   33

 

68 


 

icmanın  işində  əsasən  pasifistlər  iştirak  etdiyi  üçün  onun  təşəbbüsləri  millətçilər  tərəfindən  kəskin  tənqid 

olunurdu.  Təşkilat  Belfastın  katolik  və  protestant  icmalarının  qonşuluqda  yaşadığı  rayonunda  yerləşirdi  və 

qonşu  kvartalların  sakinləri,  əsasən  də  cavanlar  və  yaşlılar,  qarışıq  ailələr  və  keçmiş  hərbçilər  onların 

məkanından  istifadə  edə  bilirdilər.  Bu,  insanlarda  müştərək  əməyin  mümkünlüyünə  inam  yaratmışdı,  onlara 

bir-birinə alışmaq və bir-birilə ünsiyyətdən qorxmamaq imkanı vermişdi

204

. Ən maraqlı tədbirlərdən biri qonşu 



yaşayış  məntəqələrindən  olan  gənclər  üçün  təşkil  olunan  düşərgələr  oldu,  orada  gənclər  icmalararası 

münasibətlərin  yaradılmasını  öyrənirdilər.  Qeyd  etmək  lazımdır  ki,  “Korrimila”nın  fəaliyyəti  siyasi  partiyalarla 

dialoqun qurulmasına və vətəndaş cəmiyyətinin sülhməramlı potensialının yüksəldilməsinə yönəldilmişdi.  

Məlum olduğu kimi, istənilən münaqişədə qarşıdurmanın və zorakılığın kəskinlik dərəcəsindən asılı olaraq, bu 

cür faktları cəmiyyətin bütün təbəqələrinə çatdırmaq istəyən kütləvi informasiya vasitələri bu məlumatlardan 

miflərin yaradılması üçün istifadə edirlər. Beləliklə, KİV gündəlik xəbər bülletenini hazırlayan zaman bura silahlı 

və  silahsız  qarşıdurmalar  haqda  məlumatları  yerləşdirirdilər  və  bununla  da  Şimali  İrlandiyanın  müxtəlif 

regionlarında  aqressiyanın  artmasına  səbəb  olurdular.  Amma  80-ci  illərdən  sonra  münaqişə  ilə,  xüsusən  də 

küçə  davaları  ilə  bağlı  xəbərlər  insanları  bezdirməyə  başladı.  İnsanlar  bir-birinin  problemini  dinləyə  biləcək, 

onlardan  çıxış  yolu  axtarıb  tapa  biləcək  məkanlara,  auditoriyalara  ehtiyac  duyurdular.    Ən  populyar  ünsiyyət 

kanalları məhz vətəndaş cəmiyyəti nümayəndələrinin təklif etdikləri kanallar oldu. Amma münaqişənin qızışdığı 

və  terrorçu  qruplar  tərəfindən  zorakılıqların  yenidən  baş  verdiyi  proqnozlaşdırmaq  çətin  idi.  Sülhməramlı 

fəaliyyətə cəlb olunmuş vətəndaş cəmiyyəti nümayəndələri bu məqamlarda nə edəcəklərini bilmirdilər. Alim və 

ekspertlərlə işin təşkilinə ehtiyac vardı. Onlar icmalar arasında gərginliyin azalmasına və silahlı qarşıdurmaların 

polemika  vasitəsilə  çözülməsinə  gətirib  çıxaracaq  alternativ  nəzər-nöqtələri  irəli  sürə  bilərdilər.  Bu  sahədə 

Olster  Universitetinin  Konfliktologiya  sahəsində  Araşdırmalar  Mərkəzinin

205

 xüsusi  əməyi  var.  Əsasən  elmi 



birliklə  işləyən  mərkəz  münaqişə  tarixinin  və  təbiətinin  analizinə  dair  dəyərli  materiallar  hazırlayıb  çap 

etdirmişdi. 

Sülh təşəbbüslərinin dəstəklənməsində Şimali İrlandiyanın İcma Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. 

Yerli  fəallar  tərəfindən  yaradılan  bu  fond  sülh  prosesi  haqda  cəmiyyəti  məlumatlandırmağı  qarşısına  məqsəd 

qoymamışdı.  Üstəlik  fondun  təsisçiləri  adlarının  hər  hansı  siyasi  institutla  əlaqələndirilməsini  istəmirdilər. 

Fondun əsas məqsədi katolik və protestant icmalarının fikir mübadiləsi edə biləcəkləri ab-havanın yaradılması 

idi.  İstənilən  münaqişə  vəziyyətində  olduğu  kimi,  silahlı  qarşıdurmalar  və  qarşılıqlı  ittihamlar  mərhələsində 

bütün  sülhməramlı  təşəbbüslər  mətbuatın  diqqətindən  kənarda  qalır,  buna  görə  də  KİV  vətəndaş  cəmiyyəti 

nümayəndələrinin  fəaliyyətini  işıqlandırmır

206


.  Bu  təşkilatın  maliyyələşdirdiyi  layihələr  əsasən  siyasi  dialoqun 

qurulması,  partiya,  bələdiyyə  quruluşları  və  vətəndaş  cəmiyyəti  nümayəndələrinin  Şimali  İrlandiyadakı  siyasi 

proseslərdə  fəal  iştirakının  təmin  olunması  istiqamətindədir.  Qeyd  etmək  lazımdır  ki,  bu  təşkilat  Qafqaz 

regionuna  da  maraq  göstərir.  Təşkilat  yerli  tərəfdaşı  olan  Avrasiya  Fondunun  vasitəçiliyi  ilə  Azərbaycan, 

Ermənistan və Gürcüstanda “Gənclər Bankı” layihəsini həyata keçirir. 

Post münaqişə dönəmlərində fəaliyyət göstərən təşkilatların rolunu gözdən keçirsək görərik ki, onlar yaxşı, ya 

pis  olmağından  asılı  olmayaraq,  keçmiş  təcrübənin  öyrənilməsi  və  ötürülməsi  üçün  əllərindən  gələni  edirlər. 

Onlardan  biri  də  “Yaddaş  Vasitəsilə  Şəfa”  («Healing  Through  Remembering»)  təşkilatıdır.  Bu  təşkilat  əsasən 

silahlı hücum və terror aktları zamanı yaxınlarını itirmiş insanlar tərəfindən təsis edilib. İnsanlara qarşıdurmanı 

xatırladan  əşyaları  toplayıb  canlı  yaddaş  muzeyi  yaratmaqla,  bu  əşyaları  həmin  muzeydə  sərgiləməklə 

populyarlıq qazanıb. Katolik və protestant icmalarının nümayəndələri münaqişəni xatırladan əşyaları verərkən 

öz  xatirələrini  də  yazırlar,  həmçinin  əşyaların  kataloqa  salınmasında,  müxtəlif  ölkə  və  şəhərlərdə  sərgilərin 

                                                           

204


The History of Corrymeela. URL: 

http://www.corrymeela.org/about-us/history-of-corrymeela.aspx

 

205


 

http://www.incore.ulst.ac.uk/

  

206


The history of the Community Foundation for Northern 

Ireland.URL:

http://www.communityfoundationni.org/About-Us/History-of-the-Foundation

 



 

69 


 

təşkil  edilməsində  də  iştirak  edirlər.  Təşkilat  münaqişədən  əziyyət  çəkmiş  və  onun  həllində  iştirak  etmiş 

insanları birləşdirən “Öz hekayəni danış” layihəsini həyata keçirir. Bu layihə münaqişə dövründə zorakılığa ikrah 

formalaşdırır və yeni baxışları tərbiyə edir

207



Qeyd etmək lazımdır ki, Şimali İrlandiya cəmiyyətində sülhməramlı fəaliyyətin həyata keçirilməsi üçün icmalarla 



əlaqədə  olan  yüzlərlə  təşkilat  və  hərəkat  vardı  və  onlar  artıq  öz  funksiyalarını  yerinə  yetiriblər.  Münaqişənin 

həll  yollarının  axtarışında  onların  zəhməti  danılmazdır.  Misal  olaraq  “Sülh  Şahidləri”

208

 adlanan  belə 



hərəkatlardan birini göstərmək olar. Onun yaradıcısı kiçik oğlu Belfastda partlayış zamanı həlak olmuş keşiş Co 

Parker  idi.  Qısa  zaman  müddətində  o,  sülhün  lehinə  8  mindən  çox  imza  toplamışdı.  Bundan  başqa,  hərəkat 

qarşıdurmalar zamanı həlak  olan insanların məzarları üçün xaçlar və Belfastın mərkəzində həyatını itirənlərin 

adlarının  yazıldığı  lövhələr  hazırlamışdılar.  Az  sonra  Parkerin  Kanadaya  köçməsinə  baxmayaraq,  kilsə  onun 

fəaliyyətinə  qarşı  idi,  bu  hərəkat  insanlar  arasında  müəyyən  dəstəyə  sahib  idi.  Bu  rəğbət  həm  də  ona  görə 

artırdı ki, keşiş bütün məzarlara, istər katoliklərə, istər protestantlara aid olsun, eyni cür yanaşırdı.  

Təsadüfi deyil ki, 80-ci illərdə silahlı toqquşmalar nəticəsində həlak olmuş günahsız insanların dəfn və matəm 

ayinləri  zamanı  katolik  və  protestant  kilsələrinin  nümayəndələri  bu  mərasimlərdə  birgə  iştirak  edirdilər  və 

bununla  da  kilsənin  həyatlarını  itirənlərin  arasında  milli  və  dini  ayrı-seçkilik  salmadığını  nümayiş  etdirirdilər. 

Bəzən  kilsələrin  bu  vasitəçilik  rolundan  hakimiyyət  və  siyasi  partiyalar  da  yararlanmağa  çalışırdılar.  Dini 

qrupların  nümayəndələri  öz  icmalarının  yaraqlı  dəstələr  və  siyasi  partiyaları  ilə  asanlıqla  dil  tapa  bilirdilər  və 

onların müraciətlərini siyasətçilərə və dövlət nümayəndələrinə çatdırmaq imkanları vardı.   

Mühüm  vətəndaş  təşəbbüsü  həyata  keçirən  daha  bir  qrup  vətəndaş  araşdırmaları  aparan  “Təşəbbüs-92” 

(«Initiative  ‘92»)  təşkilatıdır.  Bu  təşkilat  1992-1993-cü  illərdə  işləyən  komissiya  yaratmışdı.  Onun  tərkibinə 

Britaniya  və  İrlandiyadan  olan  nüfuzlu  insanlar  daxil  idi.  Komissiya  isə  münaqişənin  mümkün  həll  yolları  və 

gələcəkdə birgə yaşamın alternativ vasitələrini müzakirəyə çıxarmışdı. 

Bəzən  vətəndaş  cəmiyyəti  nümayəndələri  siyasi  proseslərə  təsir  edə  bilmək  üçün  geniş  ictimal  dəstək 

axtarırdılar.  Onlar  seçkilərdə  öz  nümayəndələrini  irəli  sürür,  danışıqlar  prosesində  iştirak  etməyə  cəhd 

göstərirdilər.  Məsələn,  Şimali  İrlandiya  qadınlarının  Koalisiyası  1996-cı  il  ümumi  seçkilərində  iştirak  edib, 

səslərin  bir  faizini  toplamışdı.  Bundan  başqa,  vətəndaş  cəmiyyətinin  onlarla  nümayəndəsi  Şimali  İrlandiyada 

siyasi dialoqun möhkəmləndirilməsi məqsədilə yaradılan vətəndaş forumunun tərkibinə daxil olmuşdu. Belfast 

Sazişinin  şərtlərinə  əsasən,  vətəndaş  cəmiyyəti  və  siyasi  partiyalar  arasında  əlaqələrin  möhkəmləndirilməsi 

məqsədilə yaradılan bu forum qısa müddət ərzində onlar arasında səmərəli əməkdaşlığın əsasını təşkil etdi. 

35 ildən artıq fəaliyyət göstərən “Falls Community Council” ictimai təşkilatı zərər çəkmişdi və təqiblərə məruz 

qalmışdı.  Əsasən  loyalistlərin  dəstəklədiyi  və  əsasən  loyalist  icması  ilə  işləyən  bu  təşkilat  münaqişənin  həlli 

prosesinə  icma  nümayəndələrini  siyasi  nizamlamanın  nəticələrindən  asılı  olmayaraq  cəlb  edə  bilmişdi

209



Üzvlərinin  əksəriyyəti qadınlardan ibarət  olan bu təşkilat  ev-ev dolaşıb insanların hekayələrini toplayır, onları 



audio  və  video  arxivlər  halına  salırdılar.  Bu  təşkilat  qadınların,  azlıqların  haqlarını  fəal  şəkildə  qoruyur,  daha 

konservativ icmalara katolik kilsəsinin göstərdiyi təsirə baxmayaraq, onların səslərinin cəmiyyətdə eşidilməsinə 

nail olurdular. Cəmiyyəti insanları ayıran divarların artıq öz mənasını itirdiyinə inandırmağa çalışan bu təşkilatın 

əəsas  məqsədi  cəmiyyətdə  iqtisadi  əməkdaşlığa  və  sosial-iqtisadi  problemlərin  həllinə  inamı  aşılamaqdan 

ibarət idi

210


                                                           

207

 URL: 


http://www.healingthroughremembering.org/

  

208



 R. Fairmichael,The Peace People Experience. URL: 

http://www.innatenonviolence.org/pamphlets/peacepeople1.pdf

 

 

209



URL:

www.fallscouncil.com

 

210


 R. Fairmichael, op. cit.

 



 

70 


 

Vətəndaş  cəmiyyəti  təşəbbüslərinin  genişlənməsi  və  möhkəmlənməsində  Avropa  Birliyinin  xüsusi 

rolunu qeyd etmək lazımdır. Məhz Avropa Birlyinin dəstəklədiyi layihələrdən müsbət münasibətlərin 

formalaşdırılmasında  və  vətəndaş  cəmiyyəti  nümayəndələrinin  səylərinin  möhəmləndirilməsində 

istifadə olunmuşdu. 

Nəticələr və təkliflər 

Şimaqli İrlandiya münaqişəsinin dərindən öyrənilməsi və fəal müzakirəsi hələ də  həllini gözləyən digər mövcud 

münaqişə  ocaqları  üçün  maraqlı  nümunə  təşkil  edir.  Bu  baxımdan  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinə 

yönəlmiş  ideyaların  formalaşması  zamanı  Şimali  İrlandiyada  vətəndaş  cəmiyyətinin  qazandığı  uğurları  və 

gəldikləri nəticələri öyrənmək əhəmiyyətli olardı. 

 

Şimali İrlandiya  münaqişəsinin həllində qonşuluqda  yaşayan katolik və protestant  kilsələrinin fəalları 



tərəfindən münasibətlərin bərpası və qarşıdurmanın qarşısının  alınması  istiqamətində öz  imkanlarını 

səfərbər  etmələrinin  böyük  rolu  oldu.  Dini  müxtəlifliyin  Şimali  İrlandiyadakı  həyatın  əsas 

elementlərindən biri olduğu üçün onlar sosial qruplara ciddi təsir gücünə malikdirlər. Bu cür qarşılıqlı 

fəaliyyət misalı digər münaqişələrdə münasibətlərin yumşaldılmasına xidmət edə bilər. 

 

Şimali  İrlandiya  əhalisinin  inteqrasiyaya  meylli  olmasi  sakinlərə  qısa  müddətdə  aralarındakı 



münaqişəni  çözməyə  imkan  verdi  ki,  bununla  da  inteqrasiya  imkanlarını  daha  da  artırmış  oldular. 

Məhz  Avropa  institutlarına  güclü  inteqrasiya  meyllərinin  olması  sayəsində  Şimali  İrlandiyada 

münaqişənin həlli prosesi və ölkənin demokratikləşməsi paralel baş verirdi. 

 



Siyasi  institutların  fəallığı  və  onların  öz  potensialını  seçkilərdə  istifadə  etmək  bacarığı  onları 

möhkəmləndirdi və münaqişənin silahlı müqavimət və kvartallararası qarşıdurma mərhələsindən siyasi 

partiyaların  və  vətəndaş  cəmiyyəti  nümayəndələrinin  fəal  qatıldığı  danışıqlar  mərhələsinə  gətirib 

çıxardı. Cəmiyyətin siyasi qüvvələri tərəfindən bu təcrübənin Dağlıq Qarabağ münaqişəsinin siyasi həll 

yollarının axtarışı üçün istifadə olunması hazırkı  vəziyyəti dəyişə bilərdi. Siyasi partiyaları bu prosesə 

cəlb  etmədən  onlar  öz  məsuliyyətlərini  hiss  etməyəcəklər  və  həmişə  münaqişənin  həllinə  çalışan 

hakimiyyətə qarşı ittihamlar irəli sürəcəklər. Əksinə, Şimali İrlandiya münaqişəsində siyasi partiyalar və 

cəmiyyətlər bu prosesin iştirakçılarına çevrilmişdilər. 

 

Münaqişənin  müxtəlif  mərhələlərində  yaraqlı  qruplaşmalar  və  ya  siyasi  partiyalar  tərəfindən 



dəstəklənən hərbləşmiş qruplar atəşkəs elan edib, silahlı mübarizəyə yox dediklərini bəyan etdilər ki, 

bu  da  onların  danışıqlar  prosesinə  cəlb  olunmasına  şərait  yaratdı.  Bu  sıraya  daxil  olmayan  silahlı 

qruplaşmalar cəmiyyətin boykotuna məruz qaldılar. 

 



Şimali  İrlandiya  forumunda  yer  almağa  can  atan  cəmiyyətin  aparıcı  qüvvələrinin  əksəriyyətinin 

seçkilərdə  iştirakı  cəmiyyətdə  legitimliyin  artması  ilə  yanaşı,  onlara  daha  stabil  siyasi  mübarizə 

aparmaq bacarıqlarını əldə etməyə imkan verdi. 

 



Böyük  Britaniya  hökuməti  danışıqların  başlanması  ilə  bağlı  qərar  qəbul  etdikdən  sonra  münaqişə 

tərəflərinin  törətdikləri  cinayətlərin  və  terror  aktlarının  araşdırılması  ictimai  etimadın 

yüksəldilməsində böyük rol oynadı.  

 



Böyük  Britaniya  və  İrlandiya  Respublikası  hökumətləri  tərəfindən  sülhün  əldə  edilməsi  üçün  atılan 

addımların ardıcıllığı və qətiliyi Şimali İrlandiyada qarşılıqlı etimadın yüksəlməsinə gətirib çıxardı ki, bu 

da öz növbəsində qərarların qəbulunu sürətləndirdi. 



 

71 


 

 



Amerika  Birləşmiş  Ştatlarının  göstərdiyi  ciddi  maraq,  həm  siyasi,  həm  xeyriyyə  sahəsində  vətəndaş 

cəmiyyətinin  fəallığına  ayrılan  investisiyalar  çox  sayda  yeni  ideya  və  yanaşmaların  ortaya  çıxmasına 

şərait yaratdı. 

 



Diaspor  nümayəndələrinin  vətənə  qayıdıb  öz  təcrübəsi  ilə  böyüşmək  imkanının  yaranması  Şimali 

İrlandiyanın  böyük  şəhərlərində,  xüsusən  də  Belfastda  insanlar  arasında  münasibətlərin 

mülayimləşməsinə gətirib çıxardı. 

 



Akademik institutlar tərəfindən münaqişənin analizi və geniş müzakirəsinə yönəlmiş layihələrin həyata 

keçirilməsi nəticəsində qısa müddət ərzində münaqişə diqqət mərkəzinə daxil oldu. Universitetlər və 



araşdırma mərkəzləri də öz növbəsində münaqişənin aradan qaldırılması yollarını axtarırdılar.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə