Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   ...   33

 

 



və  dissenterlər  bir  çox  dövlət  vəzifələrindən,  seçkilərdə  iştirakdan  və  təhsil  sistemindən  uzaqlaşdırıldılar. 

Onların  torpaq  üzərindəki  mülkiyyət  haqları  da  məhdudlaşdırıldı,  əlavə  olaraq  digər  iqtisadi  və  ticari 

məhdudiyyətlər  də  tətbiq  olundu.  Qanunlara  heç  də  həmişə  ciddi  riayət  edilmirdi,  amma  onlar  insanların 

imkanlarını həddən artıq məhdudlaşdırırdı və böyük narazılıqlara səbəb olurdu. 

Cəza qanunları həmçinin katoliklər və dindar dissenterlər arasında ortaq mövqeyin yaranmasına təkan verirdi 

və  XVIII  əsrin  ortalarında  Şotlandiya  əsillilər  arasında  yeni  radikal  nonkonformist  ənənə  formalaşdı.  Bu 

ənənənin  ardıcıllarını  anqlikan  hakimiyyəti  tərəfindən  haqlarının  məhdudlaşdırılması  narahat  edirdi,  amma 

onlar məhdudiyyətlərdən qurtulmaq üçün Şimali Amerikaya mühacirət edib, müstəqillik uğrunda müharibədə 

iştirak  edən  soydaşları  kimi  daha  yüksək  ideallar  üçün  mübarizə  aparırdılar.  Müstəqillik  Deklarasiyasının  ilkin 

mətni Birinci Kontinental  Konqresin katibi Çarlz  Tomson tərəfindən yazılmışdı  və  Con Danlap tərəfindən nəşr 

olunmuşdu – hər ikisi şotland mənşəli idi. Amerikalıların Müstəqillik Deklarasiyasının tam mətnini çap edən ilk 

Avropa qəzeti “Belfast xəbərçisi” (Belfast Newsletter) olduDeklarasiya imzalanandan təqribən üç həftə sonra 

qəzetin 23-27 avqust 1776-cı il nömrəsində çap olunmuşdu. Bu qəzet fransız inqilabının azadlıq, bərabərlik və 

qarlaşlıq ideyalarından təsirlənmiş radikallar tərəfindən yaradılmışdı.  

Ölkənin şimalında 1798-ci ildə baş vermiş üsyanın əsas hərəkətverici qüvvəsi Ulsterin protestant şotlandları idi. 

Bu  zaman  onların  katolik  qardaşları  İrlandiyanın  cənubundakı  Ueksford  və  digər  vilayətlərdə  fəallaşmışdılar. 

Üsyan yatırıldı; o zamana qədər cəza məhdudiyyətləri aradan qaldırılmışdı və Ulsterli şotlandlar siyasət əvəzinə 

kommersiya ilə məşğul olmağa başladılar. 

İrlandiyanın  şimalı  bir  sıra  səbəblər  üzündən  güclənməyə  başlayan  sənaye  inqilabının  yaratdığı  imkanlardan 

yararlanmaq üçün ən səmərəli vəziyyətə çatmışdı. Katolik və protestantların yanaşı yaşadığı kənd yerlərindən 

şəhərlərə  kütləvi  axın  başladı.  Onlar  adətən  ailələrinin,  doğma  yerlərdən  olan  dostlarının,  öz  kilsələrinin 

yaxınlığında məskunlaşırdılar. Protestant və katolik rayonlarının bu günə qədər gəlib çatmış “qurama yorğan”  

anlayışı da elə bu cür yaranıb. 

XVIII əsrin ikinci yarısında kənd ərazilərində silahlı protestantlar və katoliklərdən ibarət quldur dəstələri əmələ 

gəldi  və  onlar  arasında  tez-tez  toqquşmalar  baş  verirdi.  1796-cı  ildə  bu  cür  toqquşmaların  birindən  sonra 

protestant əhalinin haqlarının qorunması və təşviqi məqsədilə Narıncılar Ordeni adlanan yeni protestant qrupu 

formalaşdı. Bu yeni qrup növbəti iki yüz il ərzində protestant icamasının ən qüdrətli səfərbərlik silahına çevrildi 

və  katoliklərin  nəzərində  protestant  hökmranlığının  ən  dözülməz  rəmzi  oldu.  Gərginlik  miqrantlarla  birlikdə 

kəndlərdən şəhərlərə keçdi, orada da toqquşmalar və iğtişaşlar baş verirdi. 

Cəza  qanunları  artıq  protestantlara  qarşı  tətbiq  olunmasa  da,  katoliklər  hələ  də  səsvermə  hüququndan 

məhrum idilər ki, bu da XIX əsrin birinci yarısında ciddi problemlərə yol açdı, çünki hesab olunurdu ki, səsvermə 

hüququ  və  cəmiyyətdə  böyük  nüfuzu  olmadan  katolik  əhalinin  maraqlarının  təmin  olunması  mümkün 

olmayacaq. 

Katoliklərin emansipasiya tərəfdarı olan lideri Daniel O’Konnel anladı ki, katolik kilsəsi insanları səfərbər etmək 

üçün əla vasitədir: demək olar ki, bütün camaat hər həftə kilsədə keçirilən dini ayinlərdə iştirak edirdi, bu da 

onlarla  ünsiyyət  yaratmaq  üçün  yaxşı  imkan  idi.  Ola  bilər  ki,  protestantlar  istənilən  halda  katoliklərin 

emansipasiya  uğrunda  hərəkatına  qoşulmayacaqdılar, amma  səfərbərliyin kilsə vasitəsilə həyata  keçirilməsi o 

demək  idi  ki,  onlar  bu  prosesdən  xəbərsiz  idilər,  bu  da  onların  iştirak  ehtimalını  daha  da  azaldırdı.  İcmalar 

arasında uçurum bir az da dərinləşirdi. 

Katoliklərin emansipasiyası  1829-cu  ildə baş verdi,  amma  15 il  sonra katolik icması daha  bir ağır zərbə aldı – 

kartof xəstəliyi olan fitoftoroz nəticəsində Böyük aclıq başladı. Bu aclıq 1845-ci ildən 1848-ci ilə qədər davam 

etdi.  Aclıq  nəticəsində  milyon  nəfərə  yaxın  insan  öldü,  daha  milyon  nəfər  əsasən  Amerika  Birləşmiş  Ştatlar 

olmaqla xaricə emiqrasiya etdilər. Yaranmış bu diaspora daha bir münaqişə tərəfi oldu. Kartof fitoftorozu təbii 



 

10 


 

fəlakək olsa da, o vaxt mövcud olad struktur amilləri məhz irland kəndlilərinin ən çox zərbə altında qalmasına 

səbəb  oldu.  Üstəlik  dövlət  və  əksər  mülkədarlar  aclıq  çəkənlərə  yardım  etmək  üçün,  demək  olar  ki,  heç  bir 

addım atmırdılar. Bu da İrlandiyada olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da etiraz dalğaları doğurdu. 

Biz artıq XVIII əsrdə Osterdən olan şotlandların emiqrasiyası haqda yazmışdıq, dəyərləndirmələrə görə, onların 

sayı  250  min  nəfər  təşkil  edirdi.  Bu  emiqrasiya  davam  edirdi,  həm  də  təkcə  ABŞ-a  yox,  həmçinin  Kanadaya, 

Avstraliyaya və Yeni Zelandiyaya. Adətən, mühacirlər yerli əhaliyə tam inteqrasiya olurdu və İrlandiyada davam 

edən  münaqişə  onları  o  qədər  də  maraqlandırmırdı.  Sonra  1840-cı  ildən  başlayaraq,  İrlandiyanı  əsasən 

katoliklər,  kasıblar,  birlik  olmağa  çalışan  marginallaşdırılmış  təbəqələr  tərk  edirdilər.  Onlar  özlərini  məcburən 

vətənini tərk etmişlər hesab edirdilər və bu ədalətsizlik hissi nəsildən nəslə ötürülürdü. Sonralar onların çoxu 

varlandı, bəziləri hədsiz var-dövlət sahibi oldu və ABŞ-da nəhəng siyasi lobbiyə çevrildi. Ailə təcrübəsi və tarix 

onları güclü millətçilik hissinə yoluxdurmuşdu, bəzilərində isə bu hiss döyüşkən millətçiliyə qədər inkişaf edirdi 

və onlar milli azadlıq hərəkatlarını – XIX əsrdə “feni qardaşlığı”ndan tutmuş son “iğtişaşlar” dövründə İrlandiya 

Respublika  Ordusuna  qədər  -  dəstəkləyirdilər.  Hazırda  ABŞ-da  40  milyona  yaxın  irland  əsilli  insan  yaşayır, 

onların təqribən yarısı protestant, digər yarısı isə katolik ənənələrinin davamçılarıdır.  

XIX  əsrin  sonuna  doğru  milli  kimlik  məsələsi  ön  plana  keçdi.  Ümumi  “gel  dirçəlişi”  adı  ilə  tanınan  müxtəlif 

hərəkatlar irland mədəniyyətinin fərqli aspektlərini: idman, ədəbiyyat, musiqi və rəqs, təsviri incəsənət, tarix, 

folklor  və  mifologiya,  dil  və  s.  populyarlaşdırmaqla  məşğul  idilər.  Qeyd  eləmək  lazımdır  ki,  bu  hərəkatların 

fəallarının çoxu protestant idi, onların təhsili və vaxtı imkan verirdi ki, elmi fəaliyyətlə məşğul olub, traktatlar 

yazsınlar.  Gel  dirçəlişi  irlandlara  öz  əsillərinə  görə  qürur  hissini  geri  qaytarmağa  can  atırdı  və  həmişə  siyasi 

xarakter  daşımasa  da  irland  millətçiliyi  hissi  ilə  bağlı  idi  ki,  bu  da  ümumilikdə  Avropada  millətçi  əhvalın 

artmasından qaynaqlanırdı. Bu, Britaniya hakimiyyətilə İrlandiya arasındakı münasibətlərin xarakterini dəyişdi: 

irəli sürülən tələblər irland muxtariyyatı, özünüidarəsi və ya “home rule”ilə bağlı idi. 

Sonralar  İrlandiya  Parlament  Partiyası  adını  almış  yeni  irland  milli  liqası  katolik  iyerarxiyasının  qətiyyətli 

dəstəyilə  formalaşdı  və  tezliklə  İrlandiya  parlamentində  ölkənin  şimal-şərqi  istisna  olmaqla  yerlərin  çoxunu 

qazandı.  Həmin  ərəfədə  İrlandiyanın  şimal-şərqində  stabillik  və  inkişaf  hökm  sürürdü.  Odur  ki,  bir  vaxtların 

radikal dissenterləri və dövlət kilsəsinə mənsub anqlikan icmaları İrlandiyanın qalan hissəsində baş verənlərdən 

narahatlıq  ifadə  edirdilər,  çünki  bunlar  regionun  stabilliyi  üçün  ciddi  təhlükə  yaradırdı.  Onlar  həmçinin 

qorxurdular  ki,  home  rule  İrlandiya  katolik  kilsəsinin  hökmranlığına  gətirib  çıxaracaq.  Halbuki  onların  iqtisadi 

maraqları Böyük Britaniya imperiyası ilə sıx əlaqələrin olmasını tələb edirdi. Onlar İrlandiya Yunionist partiyasını 

yaratdılar. Şimalın iqtisadiyyatı sənaye istehsalına və ticarətə əsaslanırdı, odur ki, Britaniya imperiyasının açıq 

bazarlarına  ehtiyac  duyurdu. İrlandiyanın qalan hissəsinin  iqtisadiyyatı  əsasən  natural  təsərrüfata  əsaslanırdı, 

buna  görə  də  əhali  imperiya  ölkələrindən  ucuz  məhsulların  importundan  ehtiyat  edirdi.  Bu  minvalla 

protestantların və katoliklərin maraqları getdikcə daha çox ziddiyyət təşkil edirdi və öz ifadələrini millətçilik və 

yunionizm terminlərində tapırdı. Bu mərhələdə adanın bölüşdürülməsi müzakirə mövzusu deyildi; amma home 

rule  tərəfdarları  adanı  Birləşmiş  Krallığın  tərkibində  özünüidarəetmə  dövlət  quruluşuna  malik  görmək 

istəyirdilər, yunionistlər isə adanın Böyük Britaniya ilə ittifaqa tam inteqrasiyasının tərəfdarı kimi çıxış edirdilər. 

Britaniya  Parlamentindəki  Liberal  partiyası  İrlandiya  Parlament  partiyasının  dəstəyilə  İrlandiyada  home  rule 

haqqında  Aktı  üç  dəfə  parlamentdən  keçirməyə  cəhd  göstərib.  Amma  hər  dəfə  Mühafizəkarlar  partiyası 

yunionistlərin  dəstəyilə  bu  cəhdlərin  qarşısını  ala  bilib.  Son  nəticədə  isə  hadisələrə  Birinci  Dünya  Müharibəsi 

mane oldu, Britaniya Ordusunun tərkibində cəbhəyə yollanan millətçilər və yunionistlər Flandriya döyüşlərində 

hərbi əməliyyatlarda iştirak edən digər ölkələrin hərbçilərilə birlikdə ağır itkilərə məruz qaldılar. 

İrlandiya  əhalisinin  əksəriyyəti  hələ  də  müstəqilliyə  maraq  göstərmirdi,  amma  müstəqil  respublikanın  qatı 

tərəfdarlarından ibarət kiçik bir qrup 1916-cı ildə Pasxa üsyanını təşkil elədi. Görünən o idi ki, üsyanın liderləri 

müvəffəqiyyət  gözləmirdilər,  sadəcə  onların  verdiyi  qurbanın  irland  xalqını  müstəqil  respublika  ideyası 

ətrafında  birləşdirəcəyinə  ümid  edirdilər.  Üsyan  tezliklə  yatırıldı,  amma  onun  nəticələri  təşkilatçıların 

gözləntilərini  aşdı.  Böyük  Britaniya  müharibə  şəraitində  olduğu  zamanda  ona  olan  hücum  Britaniya  əhalisini 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə