Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   ...   33

 

13 


 

nəşr  olunan  ən  yaşlı  qəzetinin  -  “Belfas  xəbərçisi”nin  adını  çəkmişdik.  Bu  qəzet  XVIII  əsrin  sonunda  Belfastın 

radikal  ənənəsinə  sadiq  dissenterlər  tərəfindən  yaradılmışdı.  Amma  bu  icma  uğur  qazanıb,  qeyri-stabillikdən 

çəkinən  isteblişmentin  bir  hissəsinə  çevrildikcə  qəzet  məhz  bu  nöqteyi-nəzəri  işıqlandırmağa  başladı  və 

nəticədə  yunionizmin  orqanına  çevrildi.  Digər  tərəfdən,  “Irish  News”  1891-ci  ildə  yepiskop  tərəfindən 

yaradılmışdı  və  şəxsi  həyatında  qalmaqal  baş  vermiş  home  rule  uğrunda  hərəkatın  liderinə  qarşı  mübarizəyə 

xidmət  edirdi.  Bu  gün  də  bu  qəzetdə  katoliklərin  digər  qəzetlərdə  əks  olunmayan  maraqlarını  ifadə  edən 

informasiyalar yer alır. “Belfast teleqrafı” adlı axşam qəzeti də vardı, hansı ki, hazırda səhərlər nəşr olunur və 

kommersiya  maraqlarına  uyğun  olaraq  bütün  cəmiyyətin  maraqlarını  təmin  etməyə  çalışır  (yəni  hər  iki 

icmanın).  Kommersiya  nəşrlərindən  başqa  tərəflər  öz  qəzetlərini  də  çap  edirdilər.  Məsələn,  respublikaçılar 

hərəkatının  orqanı  olan  “An  Phoblacht”  onların  nöqteyi-nəzərlərini  oxuculara  çatdırırdı.  İrlanddilli  icma  isə 

irland  dilində  “Lá”  qəzetinin nəşrini  dəstəkləyirdi.  Yerli  icmalarda  həmçinin  qraffiti  ənənəsi  inkişaf  etdi,  onlar 

bundan  yerli  əhalinin  düşüncəsinə  və  əhvalına  təsir  etmək  üçün  istifadə  edirdilər.  Eyni  zamanda  Şimali 

İrlandiyada ümumilikdə “Daily Mail” vəDaily Mirror” kimi London qəzetləri yerli nəşrlərdən daha çox satılır.  

Yayım KİV-nin vəziyyəti bir qədər fərqli idi, çünki BBC və “Telefis Eireann” radioları uyğun olaraq Britaniya və 

İrlandiya  hakimiyyətləri  tərəfindən  yaradılmışdı.  Dövlət  şirkətləri  olaraq  onlar  hadisələrin  işıqlandırılmasına 

qərəzsiz yanaşmanı tələb edən Nizamnaməyə əsasən fəaliyyət göstərirdilər. Qərəzsiz deyəndə, bütün tərəf və 

aspektlərin işıqlandırılmasını təmin edən balanslaşdırılmış yanaşma nəzərdə tutulur. Şimali İrlandiyada “Ulster 

Television”  müstəqil  televiziyası  təsis  ediləndə,  onun  da  üzərinə  hadisələrin  tərəfsiz  işıqlandırılması  öhdəliyi 

qoyuldu.  İrlandiya  Respublikasında  hakimiyyət  respublikaçılığı  ciddi  təhlükə  kimi  qəbul  edən  hakimiyyət 

senzura tətbiq edirdi, buna görə də respublikaçılar hərəkatının liderlərinin ictimai çıxışları qadağan olunmuşdu. 

1988-ci  ildən  1994-cü  ilə  qədər  hakimiyyət  tərəfindən  Britaniya  televiziya  və  radiosunda  hər  iki  münaqişə 

tərəfinə aid silahlı qruplaşmaların tərəfdarlarının çıxışlarına qadağa qoyulmuşdu, buna görə də tele-raidioyayım 

zamanı onlara aid sitatları aktyorlar səsləndirirdi.  

RTÉ  radiosu  öz  növbəsində  Şimali  İrlandiyanın  böyük  hissəsini  əhatə  edirdi,  amma  televiziyanın  gəlişindən 

sonra  hadisələrin  radioda  işıqlandırılması  qeyri-bərabər  oldu.  Bu  o  demək  idi  ki,  bütün  “iğtişaşlar”  dövründə  

cəmiyyət eyni xəbərləri dinləyib, izləmək və hər bir tərəfin liderlərinin şərhlərilə tanış olmaq imkanına malik idi.  

Bir  çox  başqa  münaqişə  vəziyyətlərindən  fərqli  olaraq,  Şimali  İrlandiya  münaqişəsində  xarici  amillərin  təsiri 

həlledici  deyildi,  qismən  ona  görə  ki,  İrlandiya  strateji  əhəmiyyəti  olmayan  periferiya  regionudur.  Buna 

baxmayaraq,  onun  ehtimal  olunan  strateji  əhəmiyyəti  Britaniyanın  maraqlarını  izah  etmək  üçün  arqument 

olaraq  göstərilirdi.  Böyük  Britaniya  üçün,  həqiqətən,  qonşu  adada  qeyri-stabillik  və  ya  xarici  qüvvələrin  təsiri 

arzuolunmaz idi. Və yalnız İkinci Dünya Müharibəsi zamanı, qismən də soyuq müharibə zamanı Şimali Atlantika 

hərbi  əməliyyatlar  səhnəsi  oldu.  Son  “iğtişaşlar”  zamanı  Avropa  Birliyi  və  ABŞ  Şimali  İrlandiya  probleminin 

həllinə yardım etməkdə maraqlı idi, polkovnik Qəddafinin rəhbərliyi altında Liviya kimi dövlətlər isə üsyançılara 

yardım etməyə hazır idilər. Amerikadakı millətçi lobbi nəinki ABŞ hakimiyyətini münaqişənin nizamlanmasına 

cəlb etməyə, hətta onun bu məsələdə tutmalı olduğu mövqeyi müəyyən etməyə çalışırdı. ABŞ administrasiyası 

irland lobbisinin ölkənin daxili siyasətindəki vacib mövqeyini nəzərə alaraq, onun analiz və strategiyası ilə razı 

olmadığı hallarda da tələblərini təmin etməyə çalışırdı. 

Millətçilər və yunionistlər xaricdən gələn hər hansı dəstəkdə maraqlı idilər, Birləşmiş Krallıq isə istənilən, hətta 

ən xeyirxah dəstəyi də daxili işlərinə müdaxilə kimi qəbul edirdi və kənardan yardım etmək imkanlarını mənəvi, 

maliyyə və ekspert dəstəyinə qədər məhdudlaşdıracaq qüdrətə sahib idi. Nəticədə Birləşmiş Krallıq və İrlandiya 

öz aralarında münasibətlərin yaxşılaşdırılması haqda qərar qəbul etdilər, heç bir xarici qüvvə onları buna vadar 

edə  bilməzdi.  Yunionistlər  və  millətçilər  də  münasibətlərin  normallaşdırılması  ilə  bağlı  qərarı  özləri  qəbul 

etdilər  və  baxmayaraq  ki,  bu  proses  zamanı  onlar  xaricdən  yardım  alırdılar,  amma  nə  Böyük  Britaniya,  nə 

İrlandiya, nə də dəgər maraqlı tərəflər sülh prosesində uğur qazana bilməmişdilər, o zamana kimi ki, münaqişə 

tərəfləri özləri bu cür addıma hazır olduqlarını hiss etdilər. 




 

14 


 

1.  Bombalardan  bülletenlərə:  siyasi  institutlar  və  Şimali 

İrlandiyada münaqişənin transformasiyası

 

Mikael Zolyan 

Şimali İrlandiya  münaqişəsinin öyrənilməsi digər  münaqişələrin həlli üçün nə  verə bilər? Məlum olduğu kimi, 

Tolstoy hesab edirdi ki, hər bədbəxt ailənin bədbəxtliyi digərinə bənzəməz. Bu qənaəti etnosiyasi münaqişələrə 

də  aid  eləmək  olar:  hər  bir  etnosiyasi  münaqişə  unikaldır.  Üstəlik  yaddan  çıxarmaq  lazım  deyil  ki,  tarixi 

kontekstlərdən  qaynaqlanaraq,  postsovet  məkanındakı  münaqişələrlə  Qərbi  Avropadakı  münaqişələr  bir-

birindən prinsipial olaraq fərqlənir. Şimali İrland münaqişəsi və postsovet məkanındakı münaqişələr arasındakı 

çoxsaylı fərqlər münaqişənin  konkret  həll yollarına  dair  sxemləri bir kontekstdən digərinə  daşımaq cəhdlərini 

tamamən  mənasızlaşdırır.  Münaqişənin  konfiqurasiyası  və  tərəflərin  mövqeyinə  dair  struktur  analogiyalar 

aparmaq  cəhdləri  (məsələn,  “tərəflərin  biri  üçün  öz  müqəddəratını  təyin  etmə  prinsipi,  digəri  üçünsə  ərazi 

bütövlüyü  prinsipi  daha  önəmlidir”)  real  vəziyyətlə  səsləşmir.  Odur  ki,  münaqişənin  həlli  ilə  bağlı  irland 

təcrübəsindən  hansısa  konkret  reseptin  digər  münaqişəyə  tətbiqi  haqda  bəri  başdan  unutmaq  olar.  Amma 

struktur fərqlərinə baxmayaraq (bəlkə də məhz onların sayəsində), Şimali İrlandiya münaqişəsinin öyrənilməsi 

sülh prosesinin  əsasını təşkil  etməli olan bəzi  prinsipləri ortaya  çıxarmağa  imkan verir.  Bu prinsiplər prosesin 

uğurlu olması üçün şansı aptıra bilər. 

Demokratiya fəaliyyətdə: siyasi institutlar münaqişənin transformasiyası 

vasitəsi kimi  

Belfast  ətrafındakı  Stormont  qəsrinin  zallarından  birində  Qafqazdan  olan  araşdırmaçılarla  Şimali  İrlandiya 

qanunvericilik  orqanının  deputatları  arasında  görüş  baş  verir.  Qanunvericilik  Assambleyasının  deputatları 

danışır.  İlk  kəlmələrindən  onların  hansı  icmaları  və  hansı  partiyaları  təmsil  etdiklərini  anlamaq  mümkündür. 

Onlardan biri  – bəstə boylu, qarayanız, qara saçlı,  dərin baxışlı adam müstəmləkəçilikdən və işğaldan danışır: 

“Təqribən  800  il  əvvəl  Britaniya  işğalçıları  İrlandiyaya  soxuldular  və  o  zamandan problemlər  başladı”.  Burada 

söz oyunu var: o, “troubles” sözündən istifadə edir, adətən, Şimali İrlandiya münaqişəsini bu sözlə ifadə edirlər, 

odur ki, onun sözlərini münaqişənin 800 ildir davam etdiyi kimi anlamaq olar. Cüssəli, yumru sifətli, mavi gözlü 

sarışın  olan  digər  deputat  yüngül  istehzalı  təbəssümlə  cavab  verir:  “Siz  necə  də  məharətlə  800  illik  tarixi  bir 

cümləyə yerləşdirə bildiniz”. 

Şinn Feyn partiyasından olan birinci deputat danışır ki, döyüşlərdə iştirak edib və 18 il Britaniya həbsxanasında 

cəza  çəkib.  Onun  Demokratik  yunionist  partiyasından  olan  həmkarının  keçmişi  də  az  təlatümlü  deyil:  o, 

Britaniya  ordusunda  könüllü  olub,  həyat  yoldaşı  isə  Olster  polisində  xidmət  edib  və  respublikaçılarla 

qarşıdurma zamanı yaralanıb. Amma indi onlar Şimali İrlandiya parlamentinin bir otağında oturublar, çay içir, 

yağlı,  cemli  kökə  yeyirlər.  Onlardan  biri  birinci  dəfə  deyil  ki,  səsləndirdiyi  çıxışda  Britaniya  rejimini 

müstəmləkəçi  siyasətdə  günahlandırır,  digəri  də  birinci  dəfə  deyil  ki,  bu  cür  çıxışa  istehza  ilə  cavab  verərək 

İrlandiya  Respublikasını lağa  qoyur və deyir ki, respublika ona  görə uzun müddət  Londondan ayrılıb  müstəqil 

olmaq  uğrunda  mübarizə  apardı  ki,  Brüsselə  tabe  olmaq  üçün  ondan  imtina  eləsin.  Hiss  olunur  ki,  onların 

istinad etdikləri siyasi mövqelər tamamilə ziddir. Üstəlik çox mümkündür ki, iyirmi il əvvəl döyüş meydanında 

üz-üzə gələ biləcək bu insanlar ürəklərinin dərinliyində hələ də bir-birilərini düşmən hesab edirlər. Amma buna 

rəğmən,  bahalı  kostyumlu  orta  yaşlı  bu  hörmətli  kişilərin  nə  vaxtsa  əllərində  avtomat  dalanda  düşmən 

güddüyünü təsəvvür eləmək mümkün deyil.  

 

Stormont  qəsrindəki  bu otaqda  baş verənlər son on  illiklər  ərzində Şimali İrlandiya  siyasətində baş  verənlərə 



metafora ola bilər. Münaqişə heç yana getməyib: cəmiyyət yenə də parçalanmış vəziyyətdədir, hər iki tərəfdən 


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə