Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 

15 


 

çoxları  bir-birini  düşmən  hesab  edir,  hər  tərəfin  keçmişə  dair  qarşı  tərəfin  təsəvvürünə  qətiyyən  uyğun 

gəlməyən  öz  narrativi  var.  Demək  olar  ki,  nəticədə  Şimali  İrlandiya  probleminin  necə  həll  edilməli  olduğu  ilə 

bağlı  təsəvvürlər  də  eyni  cür  ziddiyyət  təşkil  edir.  Həmsöhbətlərimizdən  birinin  dediyi  kimi,  katoliklərin 

əksəriyyəti  hələ  də  inanır  ki,  nə  vaxtsa  şimal  cənubla  birləşəcək,  protestantların  çoxu  üçün  isə  bu  perspektiv 

dünyanın  sonu  kimi  bir  şeydi.  Amma  20-30  il  əvvəl  mövcud  olmuş  vəziyyətdən  fərqli  olaraq,  bu  gün  dövlət 

özünü İrlandiya  ilə identifikasiya  edənləri düşmən hesab etmir və onlar  da  öz  növbələrində dövlət  aparatı və 

orada çalışanlara bu gözlə baxmırlar. 

 

Qeyd  etmək  lazımdır  ki,  Şimali  İrlandiya  idarəetmə  sistemi  yetərincə  mürəkkəbdir  və  çətin  ki,  onu  səmərəli 



idarəetmənin ideal modeli hesab etmək olar. Amma o ən əsas məsələdə effektlidir: bu gün Şimali İrlandiyada 

partlayış  və  atışma  çox  nadir  hallarda  baş  verir.  Əlbəttə,  regionda  siyasi  zorakılığın  bitdiyini  iddia  eləmək, 

yumşaq  desək,  çox  tezdir,  amma  Şimali  İrlandiyada  siyasi  zorakılıq  səviyyəsi  Saziş  imzalanana  qədərki  dövrlə 

heç müqayisə oluna bilməz. Əlbəttə, indi də zorakılıqla bağlı toqquşmalar baş verir, bəzən isə məsələ arxasında 

sülh Sazişi ilə barışmayan təşkilatların (yəni “dissidentlərin”) dayandığı terror aktlarına qədər gedib çıxır. 2013-

cü ilin yazında olduğu kimi, ara-sıra kütləvi iğtişaşlar baş verir. Amma ümumilikdə bu gün zorakılıq səviyyəsinə 

görə Şimali İrlandiya Avropanın istənilən başqa regionundan çox da fərqlənmir. 

 

Hazırda  Şimali  İrlandiyada  qanunverici  hakimiyyət  Qanunverici  Assambleyaya  (Legislative  Assembly) 



məxsusdur. Baxmayaraq ki, Qanunverici Assambleya  da  1920-ci illərin qanunverici hakimiyyətinin  iqamətgahı 

olan  Stormont  qəsrində  oturur,  amma  bugünkü  Stormont  Şimali  İrlandiyanın  yaranışından  1972-ci  ildə 

Londondan birbaşa idarəetmə tətbiq edilənə qədər onilliklər ərzində mövcud olan rejimdən tamamilə fərqlidir 

(qanunverici  orqanı  oturduğu  iqamətgahın  adı  ilə  adlandırmaq  qəbul  olunub,  analoji  olaraq  Britaniya 

Parlamentini  “Vestminster”  adlandırırlar).  Hakimiyyətin  katoliklər  və  protestantlar  arasında  bölgüsünün 

mürəkkəb  sistemindən  ibarət  olan  bugünkü  Stormont  –  onilliklərlə  sürən  münaqişənin  və  elə  o  qədər  uzun 

sürən sülh prosesinin nəticəsidir.  

 

Şimali İrlandiyada  bu gün çoxları demokratik institutların işindən narazıdır.  İdarəetmə  sistemini mürəkkəb  və 



qeyri-çevikliyinə  görə,  hakim  partiyanı  isə  hər  iki  icmanın  daha  azsaylı  partiyalarını  marginallaşdıraraq  Şimali 

İrlandiyada  hakimiyyətini  inhisara  aldığına  görə  qınayırlar.  Çoxları  yeni  siyasi  sistem  çərçivəsində  keçmiş 

silahlıların (həmçinin qətl və digər ağır cinayətlərə görə həbs cəzası çəkmiş insanların) mötəbər siyasətçi olmaq 

imkanı  əldə  etməsindən  narazıdır.  Nəhayət,  bəziləri  Şimali  İrlandiya  idarəetmə  sistemini  cəmiyyətin  dini 

əlamətinə  görə  parçalanmasını  əks  etdirdiyinə  və  bu  vəziyyəti  konservasiya  etdiyinə  görə  tənqid  edirlər.  Bu 

narazılığı anlamaq mümkündür. Amma hətta bu institutların dövlət idarəçiliyində yetərincə səmərəli olmadığını 

qəbul  etsək  də,  onların  münaqişənin  transformasiyası  vasitəsi  kimi  səmərəli  olduğunu  etiraf  etmək  lazımdır. 

Beləliklə, Şimali İrlandiyada münaqişəni siyasi zorakılıq müstəvisindən demokratik partiyalı siyasət müstəvisinə 

keçirmək necə mümkün oldu? 

 

Kim kimdir: münaqişənin əsas aktorları və onların mövqeləri 



Məlum olduğu kimi, Şimali İrlandiyanın əhalisi yalnız dini əlamətinə görə deyil, həm də siyasi baxışlarına görə 

fərqlənən  icmalara  bölünüb.  Özlərini  protestant  kimi  identifikasiya  edənlərin  çoxu  Birləşmiş  Krallıqların 

tərkibində  Şimali  İrlandiyanın  statusunun  saxlanmasının  tərəfdarıdır.  Bu  mövqeni  yunionizm,  onun 

tərəfdarlarını  isə  yunionistlər  (“union”  sözündən  götürülüb,  yəni  Birləşmiş  Krallıqla  ittifaq)    və  ya  loyalistlər 

(“loyal”  sözündən  götürülüb,  yəni  Britaniya  tacına  loyal)  adlandırırlar.  Protestant-yunionistlərin  əksəriyyəti 

ənənəvi olaraq Ulster  Yunionist  Partiyasına  (UUP)  səs veriblər. Münaqişə gedişatında  bir sıra  başqa yunionist 

siyasi  təşkilatlar  da  ortaya  çıxdı,  onlar  bir  qayda  olaraq  bir-birindən  daha  radikal  olmaları  ilə  seçilirdilər. 

Onlardan biri keşiş İen Peyslinin rəhbərlik etdiyi Demokratik Yunionist partiyası (DUP) nəticədə populyarlığına 

görə Ulster Yunionist partiyasını geridə qoydu və hazırda yunionist icmasını təmsil edən əsas siyasi qüvvədir. 



 

16 


 

Siyası  partiyalardan  başqa  protestantları  birləşdirən  bu  və  ya  digər  dərəcədə  formal  strukturlar  mövcuddur. 

Onların  arasında  Narıncılar  Ordeni  (Orange  Order)  xüsusi  yer  tutur.  Ordenin  nüfuzu  əsrlərin  ənənəsinə  və 

həmçinin  ən  müxtəlif  protestant  təşkilatlarının  –  siyasi  partiyalardan  tutmuş  silahlı  dəstələrə  qədər  - 

nümayəndələrini özündə cəmləşdirməsinə əsaslanır. Nəhayət, münaqişədə loyalistlərin silahlı dəstələri xüsusi 

rol  oynayib.  Onların  arasında  ən  məşhurları  Ulster  Könüllü  Qüvvələri  (UVF,  Ulster  Volunteer  Force),  Usterin 

Mübafiə Assosiasiyası (UDA, Ulster Defense Association) və s. idi. 

Əgər  protestantların  çoxu  yunionist  siyasi  ideologiyasının  daşıyıcıları  idisə,  özlərini  katolik  sayanların  çoxu 

“millətçi”  idi  və  Şimali  İrlandiyanın  İrlandiya  Respublikasının

5

 birləşməyini  istəyirdilər.  Katoliklər  siyasi 



mübarizənin leqal (“konstitusion”) metodlarının və silahlı mübarizə tərəfdarlarına bölünürdülər.  

Leqal  mübarizə  yolunun  tərəfdarı  olan  əsas  katolik  partiyası  Şimali  İrlandiya  yaranandan  1960-cı  illərə  qədər 

mövcud olmuş Millətçi partiya idi, amma onun dövlət idarəçiliyinə təsiri minimaldır. 1960-cı illərin sonlarında 

onun yerini vətəndaş haqları uğrunda hərəkatda fəal olan Sosial-Demokrat Leyborist partiyası (SDLP) tutdu. 

Münaqişənin  eskalasiyası  dərəcəsinə  görə  getdikcə  hərbləşmiş  qruplaşmalar  daha  nüfuzlu  mövqe  tuturdular. 

Bu  cür  qruplaşmalar  arasında  isə  ən  nüfuzlusu  tezliklə  İrlandiya  Respublika  Ordusu  oldu  (Irish  Republican 

Army).  1970-ci  illərin  əvvəlində  bu  qruplaşma  iki  qanada  ayrıldı:  silahlı  mübarizəni  dayandıran  Rəsmi  IRA  və 

mübarizəni terrorçu üsullarla davam etdirən “Müvəqqəti” IRA (Provisional IRA). 

Tədricən Müvəqqəti IRA münaqişənin əsas aktorlarından oldu, Rəsmi IRA-nın nüfuzu isə yox dərəcəsinə endi. 

Adətən,  1970-ci  illərin  ortalarından  başlayaraq,  hadisələrin  təsvirində  IRA-nın  adı  çəkildiyi  zaman  məhz 

“Müvəqqəti” IRA nəzərdə tutulur.  Nəticədə hərbləşmiş qruplaşmalar  siyasi mübarizə  metoduna  keçdikcə IRA 

ilə bağlı olan Şinn Feyn partiyasının nüfuzu artdı. Onun liderləri arasında ən tanınmışları Cerri Adams və Martin 

Makqinness

6

 idi. 



Gördüyümüz kimi, siyasi partiyaların əksəriyyəti açıq-aşkar icma xarakteri daşıyırdı. İcma siyasəti çərçivəsindən 

çıxmağa  can  atan  katolik  və  protestantları  özündə  birləşdirən  alyansın  Liberal  partiyası  bu  baxımdan  istisna 

təşkil edirdi. Britaniya partiyalarının – mühafizəkarlar, leyboristlər və liberal-demokratlar – Şimali İrlandiyadakı 

rolu  məhdud  idi.  Şimali  İrlandiyanın  əhalisi  sağçılara  və  ya  solçulara  səs  vermirdilər,  onlar  “yaşıllara”  (yəni 

bütöv İrlandiya tərəfdarları) və ya “narıncılara” (yəni yunionistlər) səs verirdilər. Ümumilikdə “yaşıllar” özlərini 

siyasi spektorun sol qütbünə aid edir, “narıncılar” isə özlərini daha çox sağçılarla identifikasiya edirlər. Amma 

bəzən  sosial-iqtisadi  məsələlərlə  bağlı  partiyaların  mövqeləri  Şimali  İrlandiyanın  statusu  ilə  bağlı  mövqeləri 

qədər seçicilər üçün önəmli rol oynamırdı. 

Yerli  aktorlardan  başqa  təbii  ki,  münaqişənin  tərəflərindən  biri  də  Birləşmiş  Krallıq  hakimiyyəti  idi.  Londonla 

loyalistlərin  mövqelərindəki  aşkar  korrelyasiyaya  baxmayaraq,  Britaniya  hakimiyyəti  neytrallığını  qorumağa 

çalışırdı.  London  rəsmi  olaraq  bəyan  edirdi  ki,  Şimali  İrlandiya  əhalisinin  öz  müqəddəratını  həll  etmə  haqqını 

tanıyır  və  region  əhalisinin  istənilən  demokratik  iradə  ifadəsinin  nəticəsini  qəbul  etməyə  hazırdır.  Londonun 

rəğbəti həmçinin Vestminsterdə hansı partiyanın hakimiyyətdə olmasından asılı olaraq dəyişirdi. Hesab olunur 

ki, mühafizəkarlar yunionistləri dəstəkləməyə meylli idilər, leyboristlər isə neytrallıqlarını qorumağa çalışırdılar, 

hətta  müəyyən  dərəcədə  mülayim  millətçilərə  rəğbət  duyurdular.  Amma  bu  sxem  heç  də  həmişə  işləmirdi. 

Londonun  hər  iki  icma  ilə  balanslı  münasibət  saxlaması  Şimali  İrlandiyanın  özündə  birmənalı  qarşılanmırdı. 

                                                           

5

“Millətçi” termini İrlandiya kontekstində postsovet kontekstində olduğu kimi radikalizm çaları daşımır;  



irlandlarda “millətçi” adlandırılanlar ölçülü baxışlara sahib ola bilirlər. 

6

“Şinn Feyn” və “IRA” adları əsrin əvvəllərində mövcud olmuş analoji təşkilatların adlarını ifadə edir. 



Amma onlarla bilavasitə geneoloji əlaqəsi yoxdur, hərçənd özlərini ideoloji planda onların davamçıları 

hesab edirlər. 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə