Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 

17 


 

Millətçilərin çoxu hələ də Britaniya hakimiyyətində düşmən görürdü və bu cəhdləri hiylə, ikiüzlülük kimi qəbul 

edirdi. Yunionistlərin çoxu isə Londonun balansı qorumaq cəhdini qorxaqlıq və ya satqınlıq kimi yozurdu. 

İrlandiya  Respublikasının  hakimiyyətinə  gəlincə,  onu  birmənalı  şəkildə  münaqişə  tərəfi  adlandırmaq  çətindir. 

Düzdür, XX əsr boyu Dublində İrlandiyanın bölünməsini çəkinmədən tarixi ədalətsizlik adlandırırdılar və bir gün 

bu  ədalətsizliyin  bərpa  olunacağına  ümid  edirdilər,  hətta  bu,  respublikanın  konstitusiyasında  da  öz  əksini 

tapmışdı.  Amma  bu  yöndə  heç  kim  heç  vaxt  real  addım  atmamışdı:  hamı  anlayırdı  ki,  İrlandiya  silahlı 

münaqişəyə  qarışmaq  niyyətində  deyil.  İrlandiyanın  Şimalda  yaşayan  katoliklərə  dəstəyi  əsasən  mənəvi  və 

humanitar  yardımla  məhdudlaşırdı.  İrlandların  hərbləşdirilmiş  təşkilatları  İrlandiya  Respublikasının  ərazisində 

rəsmi  Dublinin  razılığı  olmadan  fəaliyyət  göstərirdi.  Əksinə,  Dublin  Şimali  İrlandiyanın  SPLP  kimi  dinc 

“konstitusiya” millətçilərini dəstəkləyirdi və IRA kimi qrupların terrorçu metodlarını birmənalı şəkildə pisləyirdi. 

Amma  bununla  belə,  İrlandiya  hakimiyyəti,  heç  şübhəsiz  ki,  Şimali  İrlandiya  sülh  prosesinin  ən  önəmli 

aktorlarından biridir: onun iştirakı olmadan münaqişənin həlli mümkün olmazdı. 

Güman  ki,  Şimali  İrlandiya  münaqişəsini  digərlərindən  fərqləndirən  əsas  cəhət  dünya  və  regionun  böyük 

dövlətlərinin  bu  ərazidə  hər  hansı  geosiyasi  maraqlarının  toqquşmamasında  idi.  Adətən,  böyük  dövlətlərin 

toqquşan  maraqları  etnosiyasi  münaqişələrin  ayrılmaz  hissəsi  kimi  qəbul  edilir.  Şimali  İrlandiyanın  Qərbi 

Avropadakı coğrafi mövqeyi  ondan xəbər verirdi ki, buranın  əhalisi nə  soyuq müharibə zamanı,  nə də ondan 

sonra supergüclərin geosiyasi maraqlarının girovuna çevrilməyəcək. Dünya supergüclərindən ancaq ABŞ Şimali 

İrlandiyadakı  vəziyyətə  fəal  maraq  göstərirdi.  Bu  da  iki  amillə  şərtlənirdi:  ABŞ  və  Birləşmiş  Krallıq  arasındakı 

tərəfdaşlıq əlaqələri və ABŞ-da çoxmilyonluq irland diasporunun mövcud olması ilə. Üstəlik müəyyən dərəcədə 

bir-birini  tarazlayan  bu  iki  amilin  mövcudluğu  ABŞ-a  öz  neytrallığını  qorumağa  imkan  verirdi  və  bu  ölkəni 

praktiki olaraq ideal vasitəçiyə çevirirdi. Amerikalı vasitəçi Corc Mitçellin iştirakı və 1995-ci ildə ABŞ prezidenti 

Bill  Klintonun  Şimali  İrlandiyaya  səfəri  Şimali  İrlandiya  sülh  prosesinin  Müqəddəs  Cümə  Sazişi  ilə  bitməsinə 

xidmət etmiş əsas amillərdən idi.   

Hər şey nədən başladı: parçalanmış cəmiyyətdə tarix və identiklik 

Məşhur irland qrupu “Krenberiz”in bir mahnısında belə bir sətir var: “Sənin başında 1916-nın havası var” («It's 

1916 in your head»). Bu sətrin mənası 90-cı illərin əvvəllərində bütün dünyada bu qrupu dinləyən tineycerlər 

üçün o qədər də anlaşılan deyildi. Amma İrlandiyanın özündə “Krenberiz” dinləyiciləri üçün hər şey yetərincə 

aydın  idi:  1916-cı  ildə  pasxa  qeyd  olunan  bazar  günündə  Dublində  Pasxa  Üsyanı  baş  vermişdi.  Bu  üsyan 

İrlandiyanın  müstəqillik  əldə  elədiyi  prosesin  başlanğıcı  olmuşdu.  Üsyan  gözlənildiyi  kimi  uğursuzluqla 

nəticələndi. Amma Britaniya hakimiyyətinin həyata keçirdiyi edam əks-effekt verdi: hərbi məğlubiyyət “mənəvi 

qalibiyyətə”  çevrildi.  Güllələnmələri  üsyan  liderlərini  qəhrəmana  çevirdi  və  İrlandiyanın  müstəqilliyi  uğrunda 

mübarizə nəhəng stimul qazandı. Demək olar ki, bu döyüş İngiltərədə hakimiyyət uğrunda mübarizənin tərkib 

hissəsi idi. Bununla belə, bu tarix əksər protestantlar üçün qəhrəmanlıq səhifəsi, əksər katoliklər üçün isə faciə 

idi. Hər halda əgər siz İrlandiyada yaşayırsınızsa, bu tarixləri unutmanız mümkün deyil. Şimali irlandiyalı müəllif 

Ferqal  Kokreyn  1690  ədədini  bank  kartının  şifrəsi  kimi  istifadə  edən  bir  şimali  irlandiyalı  professor  haqda 

danışır, professor əmin idi ki, rəqəmlərin bu kombinasiyasını heç vaxt unutmayacaq

7



London taxtında protestant  sülaləsinin möhkəmlənməsi o demək  idi ki, bir neçə əsr ərzində protestantlar bir 

sıra üstünlüklərə malik idilər, katoliklər isə İrlandiyada çoxluq təşkil etmələrinə rəğmən diskriminasiyaya məruz 

qalırdılar.  Bununla  belə,  “millətçi-katoliklər”lə  “yunionist-protestantlar”ın  nisbəti  heç  də  həmişə  ötən  əsrin 

ikinci yarısında olduğu kimi bu qədər birmənalı olmurdu. Beləliklə, diskriminasiya yalnız katoliklərə qarşı deyil, 

həm də rəsmi anqlikan kilsəsinə mənsub olan protestant denominasiyalarına qarşı da tətbiq edilirdi. Şübhəsiz 

ki,  ümumilikdə  katoliklər  əksərən  Londona  müxalifətdə  idilər,  protestantların  əksəriyyəti  isə  Britaniya 

                                                           

7

 F. CochraneNorthern Ireland: the Reluctant Peace, New Haven and London: Yale University Press, 2013, p.7. 




 

18 


 

hakimiyyətini dəstəkləyirdi. Hərçənd iki qrup arasındakı sosial və dini fərqlərə baxmayaraq, bəzi protestantlar 

İrlandiyada  XVIII-XIX  əsr  milli  hərəkatlarında  önəmli  rol  oynayırdılar.  Məsələn,  Britaniya  hakimiyyətinə  qarşı 

1798-ci  il  üsyanında  həm  protestantlar,  həm  də  katoliklər  iştirak  edirdilər.  Hətta  XX  əsrin  əvvəllərində 

İrlandiyanın müstəqilliyinin tərəfdarları arasında protestantlar da vardı: məsələn, ən məşhur irland şairlərindən 

biri olan Yeyts protestant idi, amma bu onun milli hərəkatı dəstəkləməyinə mane olmurdu

8

.

 



Amma  tədricən  irland  milliyyətçiliyi  çərçivəsində  milli  kimliyin  etnomədəni  və  dini  interpretasiyasına  dair 

tendensiya  daha  aydın  oldu:  yeni  formalaşmış  respublikada  milli  identikliyi  təşkil  edən  əsas  sütunlar  kimi 

katoliklik və irland dili qəbul edildi. Bunlardan heç biri müxtəlif dinlərə tapınan irlandları birləşdirmək üçün əsas 

ola  bilməzdi,  üstəlik  irland  identikliyinin  bu  cür  yozumu  katolik  irlandlar  tərəfindən  birmənalı  qarşılanmırdı. 

İrland  milliyyətçiliyini  araşdıran  Riçard  İnqliş  qeyd  edir  ki,  irland  dilini  canlandırmaq  cəhdi  və  katolik 

identikliyinin  vurğulanması  adanın  cənub  hissəsində  onsuz  da  özünü  rahat  hiss  eləməyən  protestantları 

getdikcə daha çox qorxudurdu

9



Öz növbəsində protestantların əksəriyyəti XIX əsrin sonu, XX əsrin əvvəllərində özlərini muxtar və ya müstəqil 

İrlandiyanın bir hissəsi kimi görmürdülər. İrlandiyanın müstəqilliyi uğrunda hərəkat rəsmi və aqressiv xarakter 

aldıqca  Olster  protestantları  da  qüvvələrini  səfərbər  etməyə  başladılar.  Onlar  aydın  şəkildə  Britaniya 

hakimiyyətinə göstərdilər ki, əgər İrlandiya avtonom və ya müstəqil dövlət olsa, onlar da əllərinə silah alıb öz 

haqlarını  qorumaq  niyyətindədirlər.  Bu  proseslərin  nəticəsində  Olster  protestant-yunionistlərin  liderləri  yeni 

formalaşmış Şimali İrlandiyada siyasi institutların nəzarətini tamamilə ələ keçirdilər. 

İcmalardan  birinin  nəzarəti  onilliklər  boyunca  1960-cı  illərin  sonuna  qədər  davam  elədi.  Münaqişənin 

eskalasiya  dərəcəsinə  görə  aydın  oldu  ki,  siyasi  sistem  daha  işləmir,  amma  bu  sistemi  hər  iki  icmanın 

maraqlarını ifadə edəcək daha açıq və inklüziv sistemlə əvəzləmək cəhdləri uğursuz oldu. Regionda Londonun 

bilavasitə idarəetməsi tətbiq olundu. Faktiki olaraq ancaq 1998-ci ildə imzalanan Müqəddəs Cümə Sazişindən 

sonra Şimali İrlandiyada regionda yaşayan bütün icmaların maraqlarını ifadə edən siyasi sistem formalaşmağa 

başladı. 

Sülh prosesi: ilk cəhd 

Müqəddəs  Cümə  Sazişinin  imzalanması  ilə  yekunlaşan  sülh  prosesi  münaqişənin  sülh  yolu  ilə  həlli 

istiqamətində  ilk  cəhd  deyildi.  70-ci  illərin  əvvəllərində  də  belə  bir  cəhd  olmuşdu:  Müqəddəs  Cümə  Sazişinin 

əsasını  təşkil  edən  3  prinsipdən  bəziləri  1974-cü  ilin  Sanninqdeyl  Sazişində  artıq  tətbiq  olunmuşdu.  Bununla 

belə, Sanninqdeyl Sazişi müvəffəqiyyətsizliyə uğradı, bundan sonra münaqişə 25 ilə yaxın davam etdi. 

Sanninqdeylə  qədər  də  Şimali  İrlandiyada  hər  iki  icmanı  razı  salacaq  dövlət  quruluşunun  formalaşdırılması 

istiqamətində  cəhdlər  olmuşdu.  1960-cı  illərin  sonlarında  münaqişənin  eskalasiyası  məhz  baş  nazir  Terens 

O’Nilin cəhd elədiyi islahatların ardınca başladı. O başa düşürdü ki, katoliklərin idarəetmə prosesinə təsir etmək 

imkanlarını  əllərindən  alan  bu  sistem  ümidsizcə  köhnəlmişdi.  Amma  elə  onun  öz  seçiciləri  –  protestantlar 

qorxdular ki, katoliklər üçün nəzərdə tutulan güzəştlər İrlandiya Respublikası ilə birləşmək istiqamətində atılan 

ilk  addım  olacaq.  İslahatlar  baş  tutmadı,  bu  da  öz  növbəsində  katoliklər  düşərgəsində  müvafiq  reaksiya 

doğurdu:  leqal  siyasi  mübarizə  tərəfdarları  olan  mülayim  millətçilər  katolik  kvartallarının  dəstəyini  itirməyə 

başladılar.  Yaranmış  boşluqları  hərbləşdirilmiş  təşkilatlar  doldurmağa  başladılar  ki,  onların  da  önündə  IRA 

gedirdi.  Katoliklərin  radikallaşdığını  görən  protestantlar  da  öz  növbəsində  silahlanmağa  başladılar,  onsuz  da 

loyalların hərbləşdirilmiş təşkilatları çoxdan mövcud idi. Şimali İrlandiya barıt çəlləyini xatırlatmağa başlamışdı. 

Siyasi zorakılıq ocağı hələ közərirdi, amma asta-asta alovlanmağa başlayırdı. 

                                                           

8

 R. English, Irish Freedom: the History of Nationalism in Ireland, London: Pan Books, 2007, p. 237. 



9

Yenə orada  




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə