Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.01.2018
ölçüsü0,9 Mb.
#20738
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 

19 


 

Sanninqdeyl  Sazişi  O`Nil  Sazişinin  həll  edə  bilmədiyi  problemi  çözmək  cəhdi  idi:  Şimali  İrlandiyanın  idarə 

olunmasında  katolik  icmasına  bərabər  haqları  təmin  etmək.  Yunionistlər  SDLP  ilə  birlikdə  katolik  hökuməti 

yaratmağa razı olmuşdular. Həmçinin İrlandiya Respublikasının iştirakı da nəzərdə tutulmuşdu ki, bu da “irland 

ölçüsü”(«Irish  dimension»)  termini  ilə  ifadə  olunmuşdu:  hər  iki  İrlandiya  hökumətlərinin  və  qanunverici 

orqanlarının təmsil olunduğu konsultativ funksiyalara malik İrland Şurası yaradılırdı. Sanninqdeyil Sazişinin və 

daha  sonrakı  Müqəddəs  Cümə  Sazişinin  əsasını  eyni  prinsip  təşkil  edirdi:  hər  iki  icmanın  təmsil  olunması  və 

konsensus  razılaşmasının  qəbulu  prinsipi.  Amma  çoxsaylı  problemlərə  rəğmən,  münaqişənin  effektiv 

transformasiyasının əsasına çevrilmiş Sanninqdeyl Sazişi Müqəddəs Cümə sazişindən fərqli olaraq uğursuzluğa 

uğradı.  

Sanninqdeyl Sazişinin  əsas çatışmayan cəhəti ondan ibarət idi ki, sülh prosesinə  münaqişənin bütün  aktorları 

cəlb  edilməmişdi.  Danışıqlarda  Birləşmiş  Krallıq  və  Olsterin  Yunionistər  Partiyası,  SDLP  və  Alyans  Partiyası  ilə 

təmsil olunan İrlandiya iştirak edirdi. Hər iki tərəfin radikal və hərbləşdirilmiş təşkilatları sülh prosesində iştirak 

etmirdilər və onun nəticələrini tanımadılar. Nəticədə yunionistlərin əksəriyyəti razılaşmalardan narazı qaldı. Ən 

çox narazılığı “irland ölçüsü” doğurdu: baxmayaraq ki, “İrland Şurası”  əsasən konsultativ funksiyaya malik idi, 

Cənub  hakimiyyətinin  Şimalın  idarəetməsinə  qarışmaq  hüququ  əldə  etməsi  bir  çox  yunionistlərin  xoşuna 

gəlmədi. Radikallar istisna olmaqla katolik icması sazişlə bu və ya digər dərəcədə razı idi, amma yunionistlərin 

düşərgəsində  narazılıq  baş  qaldırırdı.  Görünür,  yunionistlərin  lideri  Brayan  Folkner  güzəştlər  məsələsində  öz 

seçicilərinin  qəbul  edə  biləcəyi  həddi  aşmışdı.  Son  nəticədə  yunionistlərin  narazı  həmkarlar  ittifaqları  tətil 

qərarı  verdilər  və  hərbləşdirilmiş  dəstələr  bu  qərarı  dəstəklədilər.  Britaniya  hakimiyyəti  hadisələrin  bu  cür 

inkişafına  hazır  deyildi  və  tətil  təşkilatçıları  Şimali  İrlandiyanı  uçurumun  kənarına  sürüklədilər.  Sanninqdeyl 

Sazişi pozuldu, Şimali İrlandiyada yenidən Londondun bilavasitə idarəetmə sistemi tətbiq olundu.  

Niyə  Müqəddəs  Cümə  Sazişi  çətinliklə  də  olsa  zamanın  sınaqlarına  tab  gətirdiyi  halda,  Sanninqdeyl  Sazişi 

uğursuzluğa  uğradı?  Əlbəttə,  müəyyən  dərəcədə  Sanninqdeyl  Sazişinin  uğursuzluğu  situativ  və  subyektiv 

amillərlə  bağlı  idi.  İstisna  deyil  ki,  1970-ci  illərin  əvvəllərində  tərəflər  zorakılıq  məntiqinə  və  intiqam  hissinə 

daha çox aludə olduqları üçün çətin güzəştləri qəbul edəcək vəziyyətdə deyildilər.  Bununla belə, Sanninqdeyl 

Sazişinin uğursuzluğu müəyyən dərəcədə sülh prosesinin struktur çatışmazlığı ilə şərtləndirilə bilər, əsasən də 

sülh prosesinə bütün təsiredici qüvvələrin deyil, yalnız  “konstitusion” partiyaların cəlb olunması ilə. Nəticədə 

hərbləşdirilmiş  təşkilatlar  sülh  sazişində  təmsil  olunmadılar  və  özlərini  bu  sazişə  bağlı  hesab  etmədilər. 

“Terrorçuların”  danışıqlara  cəlb  olunmaması  haqda  qərar  sazişin  bağlanmasını  rahatlaşdırdı,  amma  son 

nəticədə  onu  uğursuzluğa  uğratdı.  Bundan  başqa  tərəflərin  liderləri  öncədən  öz  tərəfdarlarının  dəstəyini 

almadan, onların hazır olmadıqları güzəştlərə getdilər. 

Sanninqdeyl Sazişinin digər uğursuzluq səbəbi seçicilərin dəstəyinin olmaması ilə bağlı idi. Saziş üzrə səsvermə 

proseduru  nəzərdə  tutulmamışdı  və  sazişin  taleyi  onu  bağlayan  partiyaların  seçicilərinin  dəstəyinə  bağlı  idi. 

Amma  Sanninqdeyldən  sonra  baş  tutan  Vestminster  seçkilərində  saziş  tərəfdarları  növbəti  dəfə 

müvəffəqiyyətsizliklə üz-üzə qaldılar. Nəticədə saziş demokratik legitimliyini itirdi və buna görə də qısamüddətli 

oldu. 

Sülh prosesi: ikinci cəhd 



“Bir çox siyasətçilərin səhvi ondadı ki, onlar insanların həmişə öz rasional, əsasən də sosial-iqtisadi maraqlarına 

uyğun  hərəkət  etdiyini  düşünürlər”,  -  Şimali  İrlandiya  Qanunverici  Assambleyasının  sabiq  spikeri,  hazırda 

Birləşmiş Krallıqlar Parlamentinin Lordlar Palatasının üzvü Con Olderdays belə deyir. 

“Elə şeylər var ki, - o davam edir, - insanlar üçün müqəddəsdir və müzakirə mövzusu ola bilməz, 

xüsusən  də  əgər  bu  insanlara  maddi  maraqlar  naminə  onlardan  vaz  keçmək  təklif  olunursa... 

İnsanlara tələbləri qarşılığında maddi yardım təklif edin və əvəzində qəzəb görəcəksiz, daha çox 

pul  təklif  edin,  daha  böyük  qəzəb  görəcəksiz.  Amma  deyin  ki,  qarşı  tərəf  törədilmiş  zorakılığa 



 

20 


 

görə üzr istəməyə hazırdır və “bu, danışıqlar üçün əsas ola bilər” cavabını alacaqsız. Əgər ortada 

terror  hadisəsi  varsa,  bu  o  deməkdir  ki,  özünü  təhqir  olunmuş,  alçaldılmış  hiss  edən  bir  qrup 

insan var, çox vaxt isə hər iki tərəf özünü alçaldılmış və təhqir olunmuş hiss edir. Münaqişənin 

həllini mümkün etmək üçün tərəflər bir-birini klişelər və stereotiplər çərçivəsindən kənar görməli 

və qarşı tərəfin motivasiyasını heç olmasa müəyyən qədər anlamağa çalışmalıdır”

10

Beləliklə,  yunionistlərin  sülh  prosesini  qəbul  etmələri  üçün  respublikaçıları  heç  bir  istisnasız  terrorist  və  cani 

kimi  qəbul  etmələrinə  son  qoymaq  lazım  idi.  Yunionistlər  anlamalıydılar  ki,  onların  terrorizm  kimi    qəbul 

etdikləri  (əksərən  ədalətli  olaraq)  uzun  illər  katoliklərə  qarşı  tətbiq  olunan  diskriminasiyanın  nəticəsi  idi. 

Yunionistlərin lideri Devid Trimbl Nobel mükafatı aldığı zaman səsləndirdiyi çıxışında etiraf etdiyi kimi, “[O]lster 

yunionistləri... möhkəm divarlı ev tikdilər, amma katoliklər üçün bu, ev soyuq idi” (Trimbl və katoliklərin SDLP 

partiyasının  lideri  Con  Xyum  Müqəddəs  Cümə  Sazişinin  əldə  edilməsində  oynadıqları  rola  görə  Nobel  Sülh 

Mükafatına layiq görülüblər). Katoliklər özlərini nəinki alçaldılmış hiss edirdilər, həmçinin onlar öz vəziyyətlərini 

leqal yolla dəyişməyin yollarını görmürdülər: “konstitusion” partiyalar stormont  sistemində effektli deyildilər. 

Nəticədə  onların  “silahlı  mübarizə”  adlandırdığı  siyasi  məqsədlərə  çatmaq  üçün  tək  çıxış  yolu  kimi  qəbul 

edilirdi.  Həmçinin  zorakılıq  və  təhdidlərin  işə  yaradığını  göstərən  presedentlər  də  vardı:  nəinki  İrlandiya 

Respublikasının,  eləcə  də  Şimali  İrlandiyanın  yaranışı  əsasən  zorakılığın  və  ya  zorakılıq  təhdidinin  nəticəsi  idi. 

Üstəlik  əsrin  əvvəllərinə  aid  hərbləşdirilmiş  dəstələrin  liderləri  zamanla  hörmətli  siyasətçilərə  və  dövlət 

xadimlərinə çevrildilər: respublikaçılar Cənubda, yunionistlər isə Şimalda.  

Katoliklər  də  öz  növbələrində  klişe  və  stereotiplərindən  imtina  etməli  idilər.  İllərlə  respublikaçılar  hesab 

edirdilər  ki,  onların  bütün  bəlalarının  mənbəyi  Britaniya  imperializmidir.  Silahlı  mübarizə  Britaniya 

hakimiyyətinin Şimali İrlandiyaya olan iddialarından əl çəkməsinə gəririb çıxarmalı və bununla da İrlandiyanın 

birləşməsi  problemi  çözülməli  idi.  Labüd,  amma  narahatverici  bir  sualdan  yan  ötülürdü  –  “belə  olduğu  halda 

protestant  icması  necə  olacaqdı?”:  hesab  olunurdu  ki,  yunionistlər  gec-tez  vəziyyətlə  barışmalı  olacaqlar. 

Yunionistlərin münaqişə subyekti kimi funksiyaları tanınmırdı: danışıqlar ancaq Londonla aparılırdı .  

Millətçilər  düşərgəsində  münaqişəyə  yanaşma  paradiqmasının  dəyişməsini  SDLP  lideri  Con  Xyumun  adı  ilə 

bağlayırlar. Sülh prosesinə eyni zamanda IRA rəhbərliyinin və İrlandiya hakimiyyətinin cəlb olunmasında onun 

böyük xidməti olmuşdu. Nüfuzlu siyasətçiləri terror təşkilatının rəhbərlərilə birgə danışıqlar masasının arxasına 

oturtmaq o qədər də asan deyildi. Bundan sonrası isə daha mürəkkəb idi: IRA-nı Britaniya hakimiyyəti və Şimali 

İrlandiya  yunionistlərilə  danışıqlara  sövq  eləmək,  ümumiyyətlə,  mümkünsüz  bir  şey  kimi  görünürdü.  Amma 

sülh prosesi gedişatında Şimali İrlandiyada məhz bu baş verdi. 

Bu  qədər  çox  iştirakçının  olduğu  sülh  prosesini  strukturlaşdırmaq  lazım  idi.  Danışıqlar  prosesi  3  səviyyədə 

davam etdirilirdi: İrlandiya Respublikası və Birləşmiş Krallıqların mərkəzi hakimiyyəti arasında; Şimali İrlandiya 

və  İrlandiya  Respublikası  arasında;  Şimali  İrlandiyanın  icmaları  arasında.  Ən  çətini  Şimali  İrlandiyada  müxtəlif 

təşkilatlar arasında  aparılan danışıqlar  idi. Bəzi loyallar IRA nümayəndələrinin qatıldığı danışıqlarda  iştirakdan 

imtina  edirdilər.  Odur  ki,  IRA-nın  danışıqlar  masası  arxasında  yer  alması  özlüyündə  böyük  nailiyyət  idi. 

Xatırladığımız kimi, sülh prosesində ilk cəhdin uğursuzluğa uğramasının əsas səbəbi danışıqlarda hərbləşdirilmiş 

dəstələrin iştirak etməməsi olmuşdu. 

70-ci illərdə IRA, daha doğrusu, “Müvəqqəti” IRA Britaniya hakimiyyətilə ünsiyyət saxlasa da, siyasi proseslərdə 

iştirak etmək niyyətində deyildi. 90-cı illərin əvvəllərinə doğru IRA-nın mövqeyində ciddi dəyişikliklər oldu. Bu, 

uzun  bir  proses  idi  və  bu  prosesdə  1980-ci  illərin  əvvəllərində  IRA-nın  həbsdə  olan  üzvlərinin  məşhur  aclıq 

aksiyası vacib rol oynadı. Formal olaraq əsas hədəfi dustaq respublikaçılara xüsusi statusun verilməsi olan aclıq 

aksiyası  məqsədinə nail olmadı:  Marqaret  Tetçerin rəhbərlik  etdiyi Britaniya  hakimiyyəti bəyan etdi ki, onları 

                                                           

10

Lord Olderdaysla görüş, 21 iyun 2013-cü il (London). 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə