52
Münaqişələr zamanı jurnalistikanın missiyası mübahisəli məsələ olaraq qalır. Bir çox hökumətlərarası institutlar
və beynəlxalq jurnalist təşkilatları öz deklarasiyalarında dəfələrlə münaqişələrin konstruktiv həllində və
millətlərarası nifrətin qarşısının alınmasında KİV-in rolunu xüsusi qeyd ediblər (UNESKO-nun 16 noyabr 1995-ci
il Əsas Konfransının təsdiqlədiyi 5.61 saylı Qətnaməsinin Tolerantlıq Prinsipləri haqda Deklarasiyası; BMT Baş
Assambleyasının Dünya Mədəniyyəti haqda Deklarasiyası
154
). Duşan Reljic
155
bu missiyanın ayrıca bəndini qeyd
etdi. Bu bənd “Konsensus (konsosiativ) demokratiyası və “konstruktiv jurnalistika” adlanır ”. O belə yazır:
“İdealda kütləvi informasiya vasitələri məsələnin sülh yolu ilə həllinə ən azından şərait
yaratmağa çalışmalıdırlar, əksinə, münaqişəni gərginləşdirən önyarğıları şişirtməməlidirlər.
Konsensus demokratiyasının konsepsiyasında bu cür ideal jurnalistikaya münaqişələrin
qarşısının alınması və həllində önəmli yer ayrılır... Bununla belə, KİV-in bütünlükdə sülh və
vətəndaş cəmiyyətinin dəyərlərini fəal şəkildə qorumağı öz peşə borcu hesab edəcəyinə ümid
bəsləmək sadəlövhlük olardı”
156
.
Jurnalistin neytrallığının sərhədi hardan keçir?
Jurnalistin neytrallığı və qərəzsizliyi ətrafında diskussiyalar həmişə aktualdır, sadəcə bu və ya digər hadisə
kontekstində bu aktuallıq azalıb-arta bilər. Jurnalistika “ağsaqqalları” hesab edirlər ki, jurnalist və KİV istənilən
halda qərəzsizliyini qorumalıdır. Bu yanaşma jurnalistin çiyninə böyük məsuliyyət yükləyir, onu öz insani və
vətəndaş rəğbətlərinin fövqündə durmağa məcbur edir və jurnalistin də bəni-insan olduğu, üstəlik onun da öz
zamanının və ölkəsinin “məhsulu” olduğu həqiqətinin üzərindən xətt çəkilir.
Mənə elə gəlir ki, neytrallıq və qərəzsizlik haqda tezis adi şərtlərdə keçərli ola bilər, bu zaman həqiqətən də
güzəştlər yersizdir, amma fövqəladə durumlarda vəziyyət fərqlidir. Klem Makkartni isə hesab edir ki, jurnalistin
qərarını müəyyən edən amil onun hamıdan yaxşı edə bildiyi şey olmalıdır:
“Ola bilər ki, həyat hekayələrinin işıqlandırılması ancaq jurnalistlərin öhdəsindən gələ biləcəyi
bir işdir. Məsələn, lektor öz nəzəri biliklərini böhran anında tətbiq edə biləcək durumda deyil,
buna görə də jurnalistin müdaxiləsi gərəkdir. Bu, əsasən jurnalistin hadisə yerində olan yeganə
şəxs olub-olmamasından asılıdır. Əgər orada hücuma məruz qalan insana yardım edəcək və ya
müəyyən məsələ ilə bağlı mübahisə edəcək başqa birisi varsa, o zaman jurnalist bu hadisəni
işıqlandırıb-işıqlandırmayacağı ilə bağlı qərar verməkdə azaddır. Yox, əgər yaxınlıqda heç kim
yoxdursa, o zaman vəziyyətə müdaxilə etməsilə bağlı jurnalistin üzərinə daha ciddi öhdəlik
düşür. Bundan başqa elə şərait yaranır ki, jurnalist çox sayda insana qarşı tək qalır, o zaman
onun üçün tək mümkün davranış baş verənləri yazmağa və ya çəkməyə çalışmaqdır”
157
.
Klem Makkartni haqlıdır, amma düşünürəm ki, ictimai qavrayış daha önəmli amildir. Jurnalistin neytrallığı və
“vətəndaş hərəkətsizliyi” ictimai təfəkkürdə necə qəbul olunacaq? Vəziyyətdən asılı olaraq, jurnalist peşə
vəzifəsinə xələl gətirmədən vətəndaş borcunu yerinə yetirməyi üstün tuta bilər, məsələn, əgər hadisə onsuz da
yetərincə işıqlandırılırsa, digər KİV-də yer alan məsələləri təkrar etməklə o, mahiyyət etibarilə heç nəyi
dəyişməyəcək. Amma əksər peşəkarlar hesab edirlər ki, vətəndaş aksiyasında iştirak edən jurnalistin həmin
hadisəni işıqlandırmağa haqqı yoxdur, çünki bu, “rollar münaqişəsi” və ya maraqlar münaqişəsi olacaq.
154
http://www.tolz.ru/library/?id=440
155
Duşan Reljic, «Kütləvi informasiya vasitələri və etno-siyasi münaqişələrin transformasiyası», səh. 375,
http://www.berghof-handbook.net/documents/publications/russian_reljic_handbook.pdf
156
D.Reljic, «Kütləvi informasiya vasitələri və etno-siyasi münaqişələrin transformasiyası», s. 375. URL:
http://www.berghof-handbook.net/documents/publications/russian_reljic_handbook.pdf
.
157
Müəllifin Klem Makkartni
ilə müsahibəsi, 26 iyun 2013-cü il (Belfast).
53
Bu mövzuya bir zamanlar yuxarıda adını çəkdiyimiz Deniz Mürrey də müraciət edib, o, şəxsi təcrübəsi və
neytrallıq haqda söz açıb.
“1998-ci il Omda baş verən terror aktı
158
zamanı mənim və ITN-in müxbiri Con İrvinin
hazırladıqlarımız reportajları diqqətlə analiz etsəniz, emosiyaların ifadəsini və şəxsi mülahizələri
tapmayacaqsınız. Amma düşünürəm ki, ən diqqətsiz tamaşaçı da sadəcə səsimizin tonundan
həmin anlarda bizim nələr hiss etdiyimizi anlaya bilər. Məndən tez-tez soruşurdular ki, siz necə
“neytral” və ya “qərəzsiz” qala bilirdiz və həmişə eyni cavabı verirdim: siyasi cəhətdən neytral
olmaq çətin deyil. Doyl (İrlandiya Parlamenti), Vestminster (Böyük Britaniya Parlamenti) və ya
istənilən şaqa ölkənin parlament iclasını işıqlandıran istənilən bir jurnalistdən soruşsanız təsdiq
edərlər ki, hər birimiz istənilən partiyanın tərkibində rəğbət bəslədiyimiz, hörmət etdiyimiz,
həmçinin də bizdə antipatiya doğuran, hörmət hissi oyatmayan şəxslərə rast gəlirik. Mən
anladım ki, zorakılıq əməllərindən sonra neytrallığımı qorumaq daha çətindir, xüsusən də silahlı
güc tətbiq etməyin mənasızlığı yaraqlılar üçün gün kimi aydın olduğu hallarda/.../ Mən qəti
şəkildə inanıram ki, bu adalarda ictimai yayım üçün neytrallıq ideyası hədsiz dərəcədə vacibdir.
Faktları analiz edən reportyorların dürüstlüyü, həmçinin televiziya proqramları ilə tamaşaçı
arasındakı etimad əvəzedilməz amillərdir”
159
.
Bununla bağlı Klem Makkartni qeyd edir ki, Mürreyin haqqında danışdığı BBC Böyük Britaniyanın KİV
dünyasında qeyri-adi rol oynayır.
“BBC-nin Nizamnaməsində müəyyən edilib ki, yayım “müstəqil, qərəzsiz və vicdanlı” olmalıdır.
BBC əməkdaşları əslində “neytrallıq” haqda danışmırlar. Onlar daha çox başqa sözdən –
balanslaşdırılmış sözündən istifadə edirlər. Bundan fərqli olaraq, əksər kütləvi informasiya
vasitələrində redaksiya xətti mövcuddur ki, bu da onların balansa can atmadıqlarını göstərir.
Arqumentlərdən biri ondan ibarətdir ki, çoxsaylı nəzər nöqtələrini əks etdirmək üçün
informasiya agentliklərinin müxtəlifliyinə ehtiyac var. Denis Mürrey həmçinin göstərir ki,
jurnalistlərin əksəriyyəti kütləvi konsensusun iştirakçısıdırlar və bu mənada qərəzsiz deyillər.
Problem müəyyən qədər ondan ibarətdir ki, jurnalistlər özləri qərəzli olduqlarının fərqində
olmurlar və bu da özünü tez-tez nəinki faktların seçimilə bağlı qərarın qəbulunda, sadəcə hər
hansı bir sözdə, və ya səs tonunda göstərir (burada mən Denis Mürreyin Omdakı çəkilişlər
zamanı öz səs tonu ilə bağlı dediklərini nəzərdə tutmuram)”.
Qiymətləndirmə və özünüqiymətləndirmə
Denis Mürrey həmçinin Şimali İrlandiya təcrübəsinin unikal xüsusiyyətlərini ifadə etməyə çalışdı:
“Əgər bütün dünyadakı münaqişələrin sülh yolu ilə nizamlanması prosesləri bizə nəsə öyrədibsə,
o da onların hər birinin unikal olmasıdır. Münaqişələrdə oxşarlıqlar, səsləşmələr və rezonans ola
bilər, amma onlardan heç biri digəri ilə identik deyil. Amma bu və ya digər vəziyyətdən dərs
götürmək mümkün deyil demək yanlış olar. Məsələn, Şimali İrlandiya sülh prosesində bir neçə
element var ki, onları universal mütlət tələb hesab etmək olar: bütün tərəflərin razılığa gəlmək
və ya heç olmasa münaqişəyə son qoymaq istəyi; beynəlxalq nümayəndələrin arbitr qismində
158
Omda (Tiron qraflığı, Şimali İrlandiya) avtomobilin partladılması nəticəsimdə 29 nəfər həlak olmuşdu.
Buterroraktı IRA-dan qopan Real IRA qrupu tərəfindən Müqəddəs Cümə Sazişinə etiraz olaraq törədilmişdi.
159
D. Murray, p. 22.