LayiHƏLƏRİ İdarəetmə MƏKTƏBİ (LİM) Ümumi məlumat



Yüklə 12,33 Kb.

tarix08.11.2018
ölçüsü12,33 Kb.

background image
 

 

LAYİHƏLƏRİ İDARƏETMƏ MƏKTƏBİ (LİM) 

Ümumi məlumat

 

Layihələri  İdarəetmə  Məktəbi  (LİM)  2011-ci  ilin  yanvar 

ayında 

ölkədə 


potensialların 

yaradılması 

səylərini 

dəstəkləmək  öhdəliyinin  bir  hissəsi  kimi  BP  və  onun 

tərəfdaşları tərəfindən yaradılıb. 

LİM  layihələrin  idarə  olunması  üzrə  beynəlxalq  səviyyədə 

qəbul  edilmiş  geniş  bir  təlim  proqramı  təmin  etməklə  həm 

özəl,  həm  də  dövlət  sektorundakı  şəxslərin  layihələri 

idarəetmə  bacarıqlarını  təkmilləşdirmək  üçün  nəzərdə 

tutulub.  Bu  təşəbbüsdə  əsas  diqqət  bilavasitə  layihələrin 

idarə  edilməsində  icranın  təkmilləşdirilməsinə  və  ölkədə 

layihələri  idarəetmə  üzrə  uzunmüddətli  bacarıqların 

yaradılmasına yönəldilib. 

LİM  Xəzər  Universiteti  və  “ESİ  İnternational”  şirkəti  ilə 

əməkdaşlıqda yaradılıb. Xəzər Universiteti layihənin icraçısı, 

layihələri  idarəetmə  və  onunla  bağlı  məsələlərin  həlli 

sahəsində aparıcı təlim şirkəti olan“ESİ İnternational” şirkəti 

isə təlim proqramını həyata keçirən tərəfdir.  

Proqramın  tədris  planı  yeddi  moduldan  ibarətdir  və  Corc 

Vaşinqton  Universiteti  (CVU)  tərəfindən  verilən  beynəlxalq 

səviyyədə  qəbul  edilmiş  “Layihələrin  İdarə  Edilməsi  üzrə 

Magistr  sertifikatı”nın  alınmasını  təmin  edir:  Layihələrin 

İdarə  edilməsi,  Layihəyə  Rəhbərlik,  İdarəetmə  və  Əlaqə, 

Risklərin  İdarə  Edilməsi,  Planlaşdırma  və  Xərclərə  Nəzarət, 

Layihə  Menecerləri  üçün  Keyfiyyət,  Layihənin  İdarə 

Edilməsinin  Tətbiqi  Mexanizmi  və  Layihələri  idarəetmə 

mütəxəssisi (LİEM) imtahanına hazırlıq. Təlim proqramı “ESİ 

İnternational”  şirkətinin  Fransa,  Böyük  Britaniya,  İsveç  və 

ABŞ-dan olan müəllimləri tərəfindən həyata keçirilir. 


background image
İndiyədək layihə üç fazada həyata keçirilib. LİM-in 2014-cü 

il üçün məzun buraxılışı sayca 3-cüdür. 28 noyabr 2014-cü il 

tarixində  keçiriləcək  tədbirdə  80  məzun  sertifikat  alacaq. 

Builki  məzunlar  hökumət,  neft  və  qaz,  sığorta, 

telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil 

də  daxil  olmaqla  dövlət  və  özəl  sektordan  olan  müxtəlif 

təşkilatları təmsil edir. 

Fəaliyyətə  başladığı  vaxtdan  etibarən  LİM  ilə  bağlı 

əsas faktlar:

 

 



Bu  vaxtadək  xərclənmiş  vəsaitlərin  ümumi  həcmi:  2 

milyon  dollardan  artıq  (BP  və  onun  tərəfdaşlarının 

maliyyəsi) 

 



İştirakçıların ümumi sayı: 298 nəfər  

 



Verilmiş Bakalavr sertifikatlarının ümumi sayı: 122 

 



Verilmiş Magistr sertifikatlarının ümumi sayı: 176 

 



Proqramda iştirak etmiş təşkilatlar: 109 

 



BP-dən olan məzunlar: 55 nəfər 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə