Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
  1   2   3   4   5   6   7   8   9   ...   26



BAKI - 2017


Layihənin rəhbəri: 
Elxan Süleymanov - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına 
Yardım Assosiasiyasının Prezidenti, Şamaxının millət vəkili
Müəllif:
Məhərrəm Zülfüqarlı - tarix üzrə fəlsəfə doktoru, dosent
Elmi redaktor: 
Fuad Babayev – siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist
Rəyçi: 
Kərim Şükürov- tarix üzrə elmlər doktoru, professor, Dövlət 
Mükafatı laureatı  
Kitab  Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Yardım  Assosiasiyasının   
layihəsi çərçivəsində nəşr olunub. Kitabda bolşevik, erməni-daşnak hərbi birləşmələ-
rinə qarşı 1918-ci ilin iyun-iyul aylarında Göyçay qəzasında Qafqaz İslam Ordusu 
və Azərbaycan döyüşçülərinin  qəhrəman mübarizəsindən bəhs olunur.
Cildin dizaynında Mustafa Görüryılmazın 2006-cı ildə Bakıda işıq üzü görmüş “Qafqaz İslam 
Ordusu və ermənilər”  kitabından götürülmüş xəritədən istifadə olunmuşdur.  
ISBN 978-9952-514-77-3
©AVCİYA, 2017


3
Bu kiçik kitabda az qala 100 il bundan əvvəl baş vermiş hadisələr-
dən bəhs edilir.
Bəli, bu hadisələr əslində çoxdan baş verib.  Onilliklər boyu sovet 
reallıqları bu hadisələr barədə təsəvvürlərimizin formalaşmasını ən-
gəllədiyindən adama elə gələ bilər ki, lap çox vaxt keçib...
Amma, biz 1918-ci ildə yaşanan hadisələri unutmamışıq. Və mən 
tarixçi Məhərrəm Zülfüqarlının əlyazmasını vərəqləyə-vərəqləyə bir 
daha əmin oldum ki, heç nə unudulmur, heç nə yaddan çıxmır. Hök-
mən şahidlər, xatirələr, sənədlər, xəritələr qalır. 
Hökmən, biz qalırıq və biz bu torpaqlarda yaşananları öyrənmək, 
bilmək istəyirik.
İndi  çox  uzaq  görünən  1918-ci  ilin  iyun-iyul  aylarında  yaşanan-
lar haqqında yazılanları siz də oxuyacaqsınız. Əlbəttə, sizin Qafqaz 
İslam Ordusunun bizim könüllülərlə birlikdə, bir əsr bundan qabaq 
bu  torpaqlarda  bolşevik-daşnak  işğalçılarına  qarşı  apardığı  müba-
rizədən xəbəriniz var. Bu kitab bəzi məqamların üzərinə bir daha işıq 
salacaq...
Mən  Göyçayda  anadan  olmuşam,  göyçaylıyam  və  bununla  fəxr 
edirəm. Böyük ziyalı, din xadimi, böyük maarifçi Hacı Rəhim Əfən-
dinin  nəvəsiyəm  və  mənim  babam  bu  döyüşlərin  iştirakçılarından 
olmuşdur. 
Çox xoşbəxtəm ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişa-
fına Yardım Assosiasiyası (AVCİYA) indiki müstəqil Azərbaycanımı-
zın varisi olduğu ilk müstəqil Azərbaycanın qorunub saxlanmasında, 
ermənilərin  azərbaycanlılara  qarşı  növbəti  soyqırımının  qarşısının 
alınmasında mühüm rol oynayan Göyçay döyüşlərindən bəhs edən 
belə bir vacib layihəni həyata keçirib. Rəhbərlik etdiyim AVCİYA-nın 
və millət vəkili olaraq fəaliyyətimin əsas istiqaməti hər zaman ermə-
ni tapdağı altında inildəyən torpaqlarımızın işğaldan azad olunması 
Dəyərli Oxucu!


4
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
uğrunda beynəlxalq aləmdə gərgin və davamlı mübarizənin aparıl-
masına yönəlmişdir. 
Və mən indi bu sətirləri bu mövzuda yeni-yeni əsərlərin yaranaca-
ğına inamla yazıram.
Biz tariximizi yaxşı bilməliyik.
Biz dostumuzu düşmənimizdən ayırmağı bacarmalıyıq. 
Biz  torpaqlarımızın  erməni  işğalçılardan  azad  ediləcəyi  günləri 
görməliyik.
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım 
Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili


5
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Azərbaycanın beş min illik dövlətçilik tarixi Vətənimizin istiqlalı 
uğrunda mübarizələrlə, qəhrəmanlıqlarla zəngindir. XX əsrin əvvəl-
lərində baş vermiş belə qəhrəmanlıqlardan biri  Göyçay döyüşləridir. 
Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən olan “Göyçay dö-
yüşləri” mövzusu bu gün öz aktuallığı ilə diqqəti cəlb edir. Göyçay 
döyüşləri haqqında sovet dövründə obyektiv kitab və məqalələr yaz-
maq qadağan olunduğundan, yalnız  Azərbaycanın dövlət müstəqil-
liyinin  bərpasından  sonra  bu  mümkün  olmuşdur.  Göyçay  döyüş-
ləri  haqqında  əhaliyə  obyektiv  məlumatların  verilməsi Azərbaycan 
Respublikası ərazisinin 20 %-nin işğal altında qaldığı hazırkı dövr-
də xalqın qələbəyə inamının artırılmasında müstəsna rola malikdir. 
Qafqaz  İslam  Ordusu  və  bu  ordunun  əsgərlərilə  birgə  döyüşmüş 
azərbaycanlı hərbçilər haqqında obyektiv tədqiqatlar bu qəhrəman-
lıqlara  kölgə  salmağa  çalışan  bəzi  üzdəniraq  qüvvələrin  saxtakar-
lıqlarının ifşasında mühüm əhəmiyyət daşıyır.  Azərbaycan xalqını 
bolşevik-erməni soyqırımından xilas etmiş Qafqaz İslam Ordusunun 
fəaliyyətinin  obyektiv  tədqiqi  Azərbaycan-Türkiyə  qardaşlığının 
daha da möhkəmlənməsinə kömək göstərə bilər.
Göyçay döyüşləri haqqında ayrıca kitab və məqalələr yazılmasa 
da  həm  sovet  dövründə,  həm  də  dövlət  müstəqilliyinin  bərpasın-
dan sonra yazılmış bir sıra kitab və məqalələrdə bu döyüş haqqında 
müəyyən  məlumatlar  verilmişdir.  Göyçay  döyüşünün  tarixşünaslı-
ğını şərti olaraq iki yerə bölmək olar: sovet tarixşünaslığı və dövlət 
müstəqilliyinin bərpasından sonrakı tarixşünaslıq.
  Sovet  dövrü  tarixçilərindən  P.Ə.Əzizbəyova,  Ə.S.Sumbatzadə, 
C.B.Quliyev,  X.O.Əlimirzəyev,  N.Əlizadə,  A.Dadaşlı,  M.H.Hüsey-
nov,  Z.İ.İbrahimov, S.M.İsgəndərov, Y.A.Tokarjevski, M.K.Rüstəm-
bəyli,  K.Şahgəldiyev,  T.S.Miralayev,  İ.A.Hüseynov  və  başqalarının 
kitablarında  (5,6,11,12,13,17,18,19,20,22,24,33,34,39,58,62,66,70,73  və 
MÖVZUNUN TARIXŞÜNASLIĞI


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə