Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   ...   26

9
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
ci ilin 20 aprelində bolşevik-daşnak qüvvələri Hacıqabul stansiyası 
istiqamətində  hücuma  keçən  zaman  onların  qarşısında  polkovnik 
L.Maqalovun komandirlik etdiyi müsəlman və gürcü korpuslarının 
müştərək qüvvələrinin dayanması və s. faktlar deməyə əsas verir ki, 
bu insanlar yerli müsəlman əhalini düşməndən müdafiə etmək üçün 
çox böyük qəhrəmanlıqlar göstərmişlər. (3, 7, s.253; 36, 41, 44) Onlar 
haqqında tədqiqat işlərinin aparılması bu gün aktual olaraq qalır.
Mövzu    ilə  bağlı  ayrıca  kitab  və  məqalə  yazılmasa  da  müxtəlif 
KİV-də Göyçay döyüşlərinə aid bir neçə  məlumat  xarakterli yazı-
lar dərc olunub. Bunlardan H.Abdullanın “1918-ci il qırğınlarının izi 
ilə Göyçay qırğınları” məqaləsini (2), “Göyçayda Türk Qafqaz İslam 
Ordusunа məxsus maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır” 
(46, 01 Aprel 2012 ), “Şəhid məzarları ziyarət edilib”(54) , “Göyçay-
dakı çinar ağacı tarixə sübutdur. Göyçaydakı maddi-mədəniyyət nü-
munələri 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilik-
lərə şahidlik edir”(48, 31 mart 2015), “Göyçaydakı türk əsgərlərinin 
məzarları 1918-ci ilin qanlı hadisələrinin tarixi nişanəsidir”. (48,  30 
mart 2016-cı il) və s. yazıları qeyd etmək olar.
Azərbaycanın yerli müsəlman əhalisinə qarşı 1918-ci ilin mart və 
iyun  qırğınları,  Azərbaycan  Xalq  Cümhuriyyətinə  qarşı  iyun-iyul 
1918-ci  il  döyüşləri,  o  cümlədən  Göyçay  döyüşünün  baiskarı  olan 
Bakı Sovetinin fəaliyyəti sovet tarixşünaslığında tamamilə saxta şə-
kildə xalqa təqdim olunmuşdur. 
Bu  saxtakarlığın  aradan  qaldırılmasında  akademik  Z.  Bünyado-
vun fəaliyyəti əvəzsizdir. Akademik Z.Bünyadovun  “Əfsanə və əf-
sanə  yaradanlar”,  “Bir  qədər  Bakı  və  Bakı  komissarları  haqqında”, 
“Bir  daha  uydurma  26  rəqəmi  haqqında”  və  s.  başlıqlı  məqalələri 
Bakı  Kommunası  ilə  bağlı  sovet  tarixşünaslığında  yazılmış  fikirləri 
təkzib edərək, bunların saxta olduğunu faktlarla sübut etmişdir. (49, 
6 noyabr 1989; 53, 15 noyabr 1990, 10 aprel 1992)
Həmin məqalələrdə akademik faktlarla sübut edirdi ki, bu qurum 


10
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Sovet  Rusiyasının  mənafeyinə  xidmət  edərək  Azərbaycan  xalqına, 
onun müstəqil dövlətçiliyinə düşmən olub. Z.Bünyadov faktlarla sü-
but etmişdir ki, Bakı Kommunasında ümumiyyətlə  26 komissar ol-
mamışdır. Kommunada cəmi 12 komissar olmuşdur ki, bunların da 
əksəriyyətinin adları xalqa təqdim olunan saxta 26 komissarın tərki-
bində yoxdur. Xalqa təqdim olunan saxta 26  komissarın rəhbərləri, o 
cümlədən S. Şaumyan 1918-ci ilin 20 sentyabrında Ağcaqum çölündə 
güllələnməmiş, ingilislər tərəfindən Hindistana aparılmışlar.  Onun 
fikrincə sovet rejimi tərəfindən 70 il ərzində 26 rəqəmi və komissarlar 
haqqında saxta tarixi əfsanələr yaradılaraq xalqın beyninə yeridilib. 
A.İsgəndərovun “Bakı Kommunası və onun tarixşünaslığı haqqın-
da”, “Bakı Xalq Komissarları Sovetinin mühacir tarixşünaslığı”, M.
Zülfüqarovun  “Akademik  Ziya  Bünyadov  və  çağdaş    Azərbaycan 
tarixşünaslığı” məqalələrində və başqa  müəlliflərin yazılarında bu 
fikirlər daha da inkişaf etdirilib. (25, 26, 27, 28, 29, 51, 15 aprel 1997)
Mart qırğınlarının təşkilatçısı olmuş Bakı Kommunası (25 aprel-31 
iyul  1918-ci  il)  Azərbaycan  xalqına  qarşı  düşmən  siyasət  yeritmiş-
dir. Kommunanın başçısı S.Şaumyan nəinki Azərbaycan xalqının öz 
müqəddəratını təyin etmək hüququnu, hətta “Azərbaycan” sözünü 
belə qəbul etmirdi. Əmiryanın redaktoru olduğu “Bakinski raboçi” 
qəzeti  bu  sözü  məsxərəyə  qoymaqdan  belə  çəkinmirdi.  (49,  №  11, 
mart 1993)
Tarixi  ədəbiyyatda  1918-ci  ildə  baş  vermiş    Göyçay  döyüşü  de-
dikdə əsasən 1918-ci ilin 27-30 iyununda baş vermiş döyüş nəzərdə 
tutulur.  Fikrimizcə  Göyçay  qəzası  uğrunda  baş  vermiş  ölüm-dirim 
savaşını konkret bir tarixlə, qəza mərkəzinin müdafiəsi ilə  məhdud-
laşdırmaq düzgün deyil. 
Hadisənin baş verdiyi 1918-ci ilin iyun ayında Göyçay qəzasına 
Zərdab,  Qaraməryəm,  Kürdəmir,  Mollakənd,  Müsüslü,  Suraxanı 
(mərkəzi İsmayıllı kəndi), Ucar nahiyələri daxil idi. Hazırda bu əra-
zidə 7 şəhər, 5 qəsəbə, 436 kənd (rəqəmlər müəllif tərəfindən hesab-


11
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
lanıb – M.Z.) olduğunu nəzərə alsaq, bu döyüşün miqyası haqqında 
düzgün təsəvvür yarada bilərik. Döyüşlər Göyçay qəzasının bir his-
səsində baş versə də, qəzanın bütün əhalisi bu döyüşlərin ağırlığını, 
faciəsini öz üzərində hiss etmişdir. Əgər  Göyçay döyüşü məfhumu 
altında  Göyçay  qəzasında  baş  vermiş  döyüşlərin  hamısını  nəzərdə 
tutsaq, onda demək olar ki,  bu döyüşlər 11 iyun-14-iyul 1918-ci il ta-
rixində, yəni 11 iyun Sığırlının işğalından, 14 iyul Karrar və Sığırlının 
azad edilməsinə qədər davam etmişdir. Qəza mərkəzi kimi Göyçay 
uğrunda 27-30 iyun 1918-ci il tarixində baş vermiş döyüşlər də bu dö-
yüşün tərkib hissəsini təşkil edir. Bu tarixi dövr isə fikrimizcə Qafqaz 
İslam  Ordusunun Azərbaycanda  olduğu  dövrdəki  qəhrəmanlıq  ta-
rixinin (6 iyun-3 dekabr1918-ci il) şərəfli səhifələrindən biridir.
Rus tarixşünaslığının verdiyi məlumata görə  XIX əsrin ortaların-
da  Bakı  quberniyasının  Göyçay  qəzasında  9990  həyət  mövcud  idi, 
50.053 nəfər əhali (onlardan 27.509 nəfəri kişi, 22.544 nəfəri isə qadın 
idi) yaşayırdı. Göyçay qəzasında (şəhərsiz) 1 həyətə orta hesabla 5 
nəfər düşürdü. Qəzanın sahəsi 4,156 kvadrat verst və ya 86 kvadrat 
mil idi ki, bu da bütün quberniyanın 12,22%- ni təşkil edirdi. (16,68)   
“Göyçay” sözü əsl türk mənşəli söz olub, Göyçay çayının adından 
götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy 
(mavi)  rəngə  çaldığına  görə  belə  adlandırılmışdır.  Bəzi  tarixi  mən-
bələrə görə rayon əhalisi, əsasən XI əsrdə bu əraziyə köçmüş Qara-
manlı  tayfasının  hesabına  formalaşmışdır.  XIX  əsrin  50-ci  illərində 
Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi bura 
köçmüş və bununla əlaqədar olaraq yaşayış məntəqəsi genişlənməyə 
başlamışdır. Çar hökumətinin Qafqazdakı inzibati islahatına əsasən 
1867-ci ilin dekabrında Bakı Quberniyasının tərkibində Göyçay qə-
zası yaradıldı. Göyçay məntəqəsi 1916-cı ildə şəhər adlandırılmışdır. 
Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu ildə Göyçay ra-
yonu təşkil edilmişdir.
Göyçay  rayonunun  ərazisində  XII-XIVəsrlərdə  inşa  edilmiş  və 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə