Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   ...   26

16
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
       GÖYÇAY DÖYÜŞLƏRI ƏRƏFƏSINDƏ 
ICTIMAI-SIYASI VƏZIYYƏT
Rusiyada  baş  vermiş  1917-ci  il  fevral-burjua  inqilabından  sonra 
Romanovlar sülaləsinin son nümayəndəsi olan II Nikolayın devril-
məsi və Müvəqqəti hökumətin qurulması ilə ictimai-siyasi vəziyyət 
kökündən dəyişdi. Bir sıra müsəlman siyasi təşkilatları leqal fəaliy-
yətə keçdilər. Belə vəziyyət  müsəlman əhalinin milli şüurunun daha 
da inkişafına və siyasi cəhətdən təşkilatlanmasına təkan verdi ki, bu 
da düşmənləri qorxuya saldı. Yerli müsəlman əhalinin fəallaşmasına, 
vətəninə,  sərvətinə sahib çıxmaq istəyinə düşmən olan qüvvələr bu-
nun qarşısını almaq üçün müxtəlif fitnə-fəsad törətməyə başladılar. 
Bu tendensiya 1917-ci ilin oktyabrında Peterburqda çevriliş nəticəsin-
də bolşeviklərin hakimiyyətə gəlməsindən sonra  xüsusilə gücləndi. 
Bolşeviklərin  Rusiyanın  paytaxtında  hakimiyyətə  gəlməsindən 
sonra  onların    Qafqazda  mövqeyi  güclü  deyildi.  Regionda  ikihaki-
miyyətlilik hökm sürürdü. Bakıda Şaumyanın rəhbərlik etdiyi bolşe-
viklərdən ibarət Bakı Soveti, Tiflisdə isə Müvəqqəti hökumətin 9 mart 
1917-ci il tarixdə yaratdığı  Zaqafqaziya Xüsusi Komitəsi mövcud idi. 
Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Bakıda S.
Şamuyanın rəhbərlik etdiyi Bakı Sovetinin M.Ə.Rəsulzadənin rəhbər-
lik etdiyi “Müsavat” partiyasına uduzması ziddiyyətləri daha da kəs-
kinləşdirdi.  1917-ci  il  oktyabrın  22-də  keçirilən  seçkilərin  nəticələri 
bolşeviklər üçün gözlənilməz oldu: “Müsavat” - 9617, eserlər - 6305, 
bolşeviklər - 3823, menşeviklər - 687, daşnaklar - 528 səs topladılar. 
Beləliklə, Zabrat rayonu istisna olmaqla, bütün neft-mədən rayonla-
rında keçirilmiş seçkilərdə “Müsavat” partiyası qalib gəldi (7, s.233). 
Bolşeviklər  seçkilərdə  uduzduqlarına  görə      Müəssislər  Məclisinin 
Bakıda fəaliyyətə başlamasına imkan vermədilər.
Cənubi  Qafqazdan  Ümumrusiya  parlamenti  -  Müəssislər  Məcli-
sinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar 


17
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
14 fevral 1918-ci ildə Tiflisdə toplaşaraq bolşeviklərdən asılı olmayan 
Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratdılar. Seymin 44 nəfərlik 
müsəlman fraksiyası Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçici-
ni təmsil edirdi.
Şimali Azərbaycan Çar Rusiyasının  müstəmləkəsinə çevrildikdən 
sonra digər müsəlman əhali kimi azərbaycanlılara da etbar edilmədi-
yindən onlar orduya çağırılmırdılar. Bu ögey münasibət nəticəsində 
xristianlara nisbətən müsəlman əhalinin hərbi hazırlığı aşağı səviy-
yədə qalmaqda idi. Lakin Rusiya imperiyası çoxlu müharibələr apar-
dığından və buna görə də çoxlu sayda hərbçiyə ehtiyacı olduğundan 
istisna  hal  kimi  müsəlman  zadəganlarının  övladlarından  könüllü 
alaylar  yaratmağa  məcbur  olmuşdu.  1914-cü  ilin  avqustunda  azər-
baycanlılardan ibarət yeganə milli hərbi hissə olan “Tatar atlı alayı” 
yaradıldı ki, bunun da tərkibində 22 zabit, 400 əsgərin olacağı nəzər-
də tutulurdu. Bir həftə ərzində 400 nəfər əvəzinə 2 min nəfərin alaya 
Tatar polku. Soldan ikinci Maqalov, sağdan 5-ci Feyzulla xan Qacar
Mənbə: https://ru.wikipedia.org/wiki/Каджар,_Фейзулла_Мирза#/media/File:Divi-
sionSauvage.jpg


18
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
müraciət etməsi çar hakimiyyətini qorxuya saldı və bir alayla kifayət-
lənməli  oldu.  Bu  alayda  Şahverdi  xan  Ziyadxanov,  general-mayor 
Feyzulla  Mirzə  Qacar,  polkovniklər  Məmmədov,  Süleymanov  və 
digər  azərbaycanlı  zabitlər  var  idi. Alay  Qafqazın  digər  müsəlman 
əhalisindən təşkil olunmuş  başqa müsəlman alayları ilə birləşdirilib 
döyüş qabiliyyətinə görə “Vəhşi diviziya” adını almış “Qafqaz Yer-
li  Atlı  Diviziyası”nın  tərkibinə  qatılmışdı.  Bu  alay  Göyçay  döyüşü 
ərəfəsində, 1918-ci 26 iyununda yaradılan Azərbaycan milli ordusu-
nun əsasını təşkil etmişdir. (47,12 may  2014; 56) 
Birinci Dünya müharibəsi (1914-1918-ci illər) zamanı hərbi əmə-
liyyatların ən çox getdiyi cəbhə rus-türk cəbhəsi idi. Bolşeviklər haki-
miyyətə gələndən sonra müharibədən çıxmaq üçün Türkiyə ilə müt-
təfiq olan Almaniya ilə danışıqlara başladı. Ənvər paşanın təlimatı ilə 
hərəkət edən III Ordu komandiri Vəhib Paşa rus ordusunun baş ko-
mandanlığına atəşkəs təklif etdi. Türk ordusunun sülh təklifinə cavab 
hakimiyyətdə olan bolşeviklər tərəfindən deyil, Zaqafqaziya Komis-
sarlığından gəldi. Komissarlıq 21 noyabr (4 dekabr) 1917-ci il tarixdə 
4 maddəlik bir qərarla türk ordusunun müraciətinin qəbul edildiyini 
və ingilis ordusuna zərər verməmək şərti ilə təcili Qafqaz Cəbhəsində 
hərbi əməliyyatların dayandırılmasının vacib olduğunu bildirmişdi. 
Bundan sonra 5 (18) dekabr 1917-ci il tarixdə 14 maddəlik Ərzincan 
müqaviləsi imzalandı. (3,s.76; 7, s. 241;21, s.20-21)
Ərzincan müqaviləsinə əsasən rus hərbi hissələri Cənubi Qafqazı 
tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələ-
rin təchiz olunmasına yönəldilməli idi. Zaqafqaziya Komissarlığının 
qərarına əsasən, keçmiş imperiya ordusunun 5-ci və 7-ci piyada divi-
ziyalarının silahları 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissar-
lığı tərəfindən yaradılmış Müsəlman Korpusuna təhvil verilməli idi. 
Lakin rus qoşun hissələrinin çoxu silahı təhvil vermək istəmir, tərxis 
olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya 
aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, Şi-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə