Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   ...   26

19
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
mala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə 
rus qoşunlarında olan çoxsaylı erməni hərbçilərinin təhriki ilə silahla-
rını Bakıda S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə 
təhvil verirdilər. Daşnak millətçiləri rus hərbi eşelonlarından pul ilə 
də    xeyli  silah  alırdılar.  Bununla  yanaşı,  cəbhədən  qayıdan  Rusiya 
əsgərləri erməni zabitlərinin təhriki ilə yol boyu müsəlman kəndlə-
rini talayır, əhalinin var-yoxunu silah gücünə qarət edirdilər. Buna 
görə də Qafqazdan keçən hərbi eşelonların silahlarını təhvil vermə-
sindən ötrü qəti tədbirlərin həyata keçirilməsi qərara alındı.  1918-ci il 
yanvarın əvvəllərində Şamxor dəmiryolu stansiyasında 10-dan artıq 
hərbi eşelon toplaşmışdı.  Yanvarın 6-8-də aparılan danışıqlarda öz 
gücünə arxalanan rus hərbçiləri Zaqafqaziya Komissarlığının imza-
ladığı müqaviləyə məhəl qoymadıqlarını və güc hesabına yolu açıb 
Bakıya keçəcəklərini bildirmişdilər. Yanvarın 8-də, nəhayət, silahların 
təhvil verilməsi barəsində razılıq əldə edildi, lakin yanvarın 9-da rus 
hərbçiləri nəinki Şamxor stansiyasına, həmçinin ətrafdakı müsəlman 
kəndlərinə  atəş  açdılar.  Nəticədə  döyüş  baş  verdi,  hər  iki  tərəfdən 
böyük  itkilər  oldu.  F.Xoyski,  X.Xasməmmədov,  X.Məlikaslanovun 
səyləri ilə toqquşmalar dayandırıldı. Yaradılan komissiya eşelonların 
silahları təhvil verib keçməsinə nail oldu.(3,s.13)
1918-ci il yanvarın 8-10-da baş vermiş Şamxor (Şəmkir) hadisəsin-
də polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yeli-
zavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Gəncə Müsəlman 
Şurasının şəhərdə olan keçmiş çar ordusunun 219-cu alayını, həm-
çinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşelonu 
tərksilah etməsi nəticəsində 15 min tüfəng, 70-ə yaxın pulemyot və 20 
top əldə edildi. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına Zaqafqazi-
ya Komissarlığının göndərdiyi zirehli qatar kömək etdi.(7, 241)
Şamxor (Şəmkir) hadisəsindən sonra Bakıya gələn, tərkibində er-
mənilərin  çoxluq  təşkil  etdiyi  rus  hərbi  birləşmələri,  S.Şaumyanın 
başçılıq  etdiyi  Bakı  Soveti  və  daşnak  hərbi  qüvvələri  ilə  birləşərək 


20
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
1918-ci  ilin  martında  yerli  əhaliyə  qarşı  soyqırım  həyata  keçirməyi 
planlaşdırdı. 
Həmin vaxt yerli müsəlman əhali müdafiə məqsədilə təcili olaraq 
ordu quruculuğuna başladı ki, bu da bolşevik və daşnakları təşvişə 
saldı. 1918-ci il martın 9-da azərbaycanlılardan ibarət “Vəhşi divizi-
ya”nın qərargahı Tiflisdən Bakıya köçürülərkən, qərargahın rəhbəri 
general Talışinski Şaumyanın göstərişi ilə Bakı Soveti adından birbaşa 
vağzalda həbs edildi. Bu hadisə təkcə Bakıda deyil, bütün qəzalarda 
azərbaycanlı əhalinin böyük narazılığına səbəb oldu.  Azərbaycanlı 
siyasi xadimlərin, o cümlədən N.Nərimanovun işə qarışması ilə mü-
naqişə həll olundu, bolşeviklərin və ermənilərin təxribatının qarşısı 
alındı. S.Şaumyan Bakıda milli ordunun formalaşdırılmasını dayan-
dırdıqdan  sonra  bu  proses  Lənkəranda  davam  etdirildi.  Bunun  da 
qarşısını almaq və soyqırım həyata keçirmək üçün bolşevik-daşnak  
qüvvələri yeni  məkrli planlar hazırlamağa başladılar.
Mart  ayının  27-də  müsəlman  diviziyasının  zabit  və  əsgərlərdən 
ibarət kiçik bir dəstə, müsəlman diviziyasının zabiti-Hacı Zeynalab-
din Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkil-
də həlak olmuş oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisində 
Lənkərandan Bakıya gətirdilər. Dəfndən sonra martın 29-da Lənkə-
rana geri qayıtmağa hazırlaşan 48 nəfərdən ibarət dəstə guya şəhərdə 
silahlı  qarşıdurmanın  və  qan  tökülməsinin  qarşısını  almaq  istəyən 
bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi. Buna müsəlman 
əhalinin etiraz  etməsi kütləvi şəkildə müsəlmanların qırğınının baş-
laması üçün bolşevik-daşnakların əlində bəhanə oldu. (7, s.247)
Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin 
tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918-ci ilin mart-aprel 
aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Hacıqabul, Kürdə-
mir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, Qarabağ, Ağstafa və s. 
ərazilərdə baş vermişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  tərəfindən  yaradılmış 


21
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvü  N.M.Mixaylov  1918-ci  il 
oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər 
olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında 
məlumat verib. O, məlumatda göstərirdi ki, bu müddət ərzində 500 
nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və 
Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Musta-
falı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir.
Göyçay qəzasının Ərəb-Mehdibəy kəndində 84 mülk darmadağın 
edilib, yandırılıb, 83 nəfər, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşa-
ğı qətlə yetirilmişdi. (2)
1918-ci  ilin  noyabr  ayının  22-də  Fövqəladə  Təhqiqat  Komissiya-
sının  sədri  Ə.Xasməmmədov  Azərbaycan  Cümhuriyyəti  Ədliyyə 
Nazirliyinə  yazdığı  məruzələrdə  Bakı  quberniyası,  Göyçay  qəzası-
nın Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində azər-
baycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti 
haqqında ətraflı məlumat vermişdi.
Ə.Xasməmmədov 1919-cu il iyunun 4-də ədliyyə nazirinə yazdığı 
məktubunda xəbər verirdi ki, müsəlmanlara qarşı törədilmiş cinayət-
lərin  iştirakçılarını  məsuliyyətə  cəlb  etmək  məqsədilə  128  qərar  la-
yihəsi hazırlanmışdır ki, bunlardan da 18-i Göyçay qəzasına aiddir. 
1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü 
Ç.Klassovski  tərəfindən  komissiyanın  fəaliyyəti  ilə  əlaqədar  tərtib 
edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış ma-
teriallar 36 cild və 3500 vərəqdən ibarətdir. Göyçay qəzasının Kür-
dəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq material toplanıb. (75)
Son illər 1918-ci il soyqırımı ilə bağlı yeni faktlar üzə çıxarılma-
ğa  başlanılıb.  Göyçay  və  Cavad  qəzalarının  sənədləri  1919-cu  ildə 
Azərbaycan  Xarici  İşlər  Nazirliyi  Fransaya,  Paris  sülh  konfransın-
dakı Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Top-
çubaşova göndərib. Həmin sənədlər tədqiqatçılar tərəfindən aşkara 
çıxarılaraq vətənə qaytarılıb. (54, 31 Mart 2015)


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə