Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   2   3   4   5   6   7   8   9   10   ...   26

22
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Yerli  müsəlman  əhaliyə  qarşı  baş  verən  soyqırımların  qarşısını 
almaq  üçün  Zaqafqaziya  Seyminin  Azərbaycan  fraksiyası  2  aprel 
(yeni stillə) 1918-ci ildə Seymdən müsəlman əhalini qorumaq üçün 
qoşun göndərilməsini tələb etdi.  1918-ci il aprelin əvvəllərində kn-
yaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və 
Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni 
zamanda şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməd-
din Qotsinskinin qüvvələri hücuma keçmişdi. (7,s.253)
Bolşevik-daşnak qüvvələrindən yerli müsəlman əhalini qorumaq 
üçün Müsəlman korpusunun knyaz Maqalovun rəhbərliyi ilə Ucar, 
Müsüslü, Kürdəmir istiqamətində hərəkət edərək Hacıqabula daxil 
olmasına, N.Qotsinskinin dağlılardan ibarət dəstələrinin qubalı Əli 
bəy  Zizinskinin  döyüşçüləri  ilə  birlikdə  Xırdalana  kimi  gəlməsinə 
baxmayaraq,  qüvvələr nisbətinin qeyri-bərabər olması onları geri çə-
kilməyə məcbur etmişdi.
Bu dövrdə Göyçay-Şamaxı istiqamətində İsmayıl xan Ziyadxano-
vun kiçik bir dəstəsinin irəliləməsi ermənilərin Şamaxının Qozluçay 
kəndi istiqamətində geri çəkilməsinə səbəb oldu. İsmayıl xan Qoz-
luçay kəndində toplaşmış ermənilərin təslim olmasını tələb edərək 
onlara  iki gün vaxt vermişdi.  Bundan sonra ermənilərə əlavə kömək 
gəldiyindən onlar təslim olmaqdan imtina etmiş və  İ.Ziyadxanovun 
dəstəsi də qüvvələr nisbəti qeyri-bərabər olduğundan geri çəkilməyə 
və elə həmin gün axşamüstü Şamaxını tərk etməyə məcbur olmuşdu. 
Bundan altı gün sonra yenidən Şamaxıya daxil olan ermənilər əvvəlki 
vəhşiliklərini davam etdirmişlər. (44,s.21)
Sual oluna bilər ki, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrin-
də nə qədər əhali soyqırımın qurbanı olmuşdur? Soyqırıma məruz 
qalanların dəqiq sayı barədə məlumatlar varmı?  Britaniya briqada 
generalı R. Qortonun 8 dekabr 1918-ci il Londona göndərdiyi sənəd-
də  20  min,  R.Mustafazadənin  kitabında  20  min, A.  Balayevin  kita-
bında  30  min,  Fövqəladə  İstintaq  Komissiyasının  sənədlərində  30 


23
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
min, Azərbaycan  Respublikası  Milli  Məclisinin  nəşr  etdiyi  kitabda 
isə 50 mindən çox müsəlmanın 1918-ci ildə soyqırıma məruz qaldığı 
göstərilir.(44,s.28) Lakin faktlar sübut edir ki, gələcəkdə tədqiqatları 
davam etdirməklə daha çox insanın soyqırıma məruz qaldığını üzə 
çıxarmaq olar.
Tədqiqatlardan görünür  ki, 1918-ci ildə Azərbaycanın demək olar 
ki, əksər bölgələrində ermənilər qırğınlar törətmişlər. Həmin qırğın-
ların  bir  hissəsi  araşdırılsa    da,  bir  çoxu  hələ  də  öyrənilməmişdir. 
Buna  görə  də  gələcəkdə  Bakı,  Şamaxı,  Quba,  Zəngəzur,  Qarabağ, 
Naxçıvanla  yanaşı,  Göyçay,  Kürdəmir,  Hacıqabul,  Salyan,  Neftçala 
kimi nisbətən az tədqiq olunmuş və ümumiyyətlə tədqiq olunmamış 
ərazilərdə  ermənilərin  törətdikləri  cinayətlərin  araşdırılmasına  cid-
di ehtiyac var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış 
Fövqəladə  Təhqiqat  Komissiyası  Göyçay  qəzasının  yalnız  bir  neçə 
yaşayış  məntəqəsi  üzrə  təhqiqat  apararaq  qırğınlara  məruz  qalmış 
müsəlman kəndlərinin yalnız bir hissəsinin adlarını müəyyənləşdirə 
bilib. Buna görə də Göyçay qəzasının digər ərazilərində də ermənilə-
rin törətdikləri vəhşiliklərin tədqiqi aktual olaraq qalır. 
 Seymdə olan gürcü və erməni nümayəndələrin müsəlman əhali-
sinin müdafiəsində maraqlı olmamaları və müdafiə üçün daxili im-
kanların zəifliyi Azərbaycan fraksiyası yerli müsəlman əhalisini yeni 
soyqırım təhlükəsindən qorumaq üçün qardaş Türkiyəyə hərbi yar-
dımla bağlı müraciət etməyə məcbur oldu.
S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəl-
man əhaliyə qarşı həyata keçirilən bu soyqırımın əsas məqsədi neft və 
digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə isə 
Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu 
əraziləri Sovet Rusiyasına tabe etməkdən ibarət idi.
Yerli müsəlman əhaliyə qarşı qatı düşmən mövqe tutan Bakı So-
vetinin qoşunlarının əsas hissəsini ermənilər təşkil edirdi.  1918-ci 
ilin fevral və mart aylarının əvvəllərində keçmiş Rusiya ordusunun 


24
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
generalları İvan Baqramyan və Akop Baqratuni, həmçinin “Daşnak-
sütyun” partiyasının yaradıcılarından biri Stepan Zoryan (Rostom) 
Bakıya gəlirlər. Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxla-
mağa və hazırlanan silahlı vuruşmalarda onlardan istifadə etməyə 
çalışan Erməni Milli Şurası 1918-ci il mart ayının əvvəllərində “Er-
məni əsgərlərinə” müraciət edir və üstü örtülü şəkildə onları silahla-
rını özlərində saxlamağa, erməni millətinin mənafeyinin müdafiəsi 
üçün tələb olunan hər yerdə tətbiq etmək üçün hazır olmağa çağırır. 
5 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Beləliklə, 
“Qırmızı  qvardiya”  adı  ilə  yaradılan  10-12  minlik  ordunun  da  70 
faizi ermənilərdən ibarət olur. Əsasən ruslardan ibarət olan Xəzər 
donanmasında da xüsusi təbliğat işi aparılmışdı. (7,s.247, 49, 9 okt-
yabr 1918-ci il.)
Bakıda anti-azərbaycan mövqedə olan S.Şaumyanın rəhbərlik et-
diyi Bakı Kommunası, Tiflisdə azərbaycanlı, erməni və gürcü depu-
tatlarından təşkil olunmuş Zaqafqaziya Seyminə düşmən münasi-
bət bəsləyirdi. Bolşevik-daşnak qüvvələri Bakıdan Göycaya, habelə 
Bakıdan  şimal  sərhədlərinə  qədər  olan  əraziləri  nəzarət  altına  ala 
bilmişdilər, amma Lənkəran bölgəsi ağqvardiyaçı rus qüvvələrinin 
nəzarəti altında idi. Zaqafqaziya Seymi dağıldıqdan sonra 28 may 
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini məhv et-
mək, Azərbaycanın digər ərazilərini işğal etmək və yerli müsəlman 
əhaliyə  qarşı  növbəti  soyqırımı  həyata  keçirmək  məqsədilə  bolşe-
vik-daşnak qüvvələri 1918-ci ilin iyun ayında Göyçay istiqamətində 
hücuma keçdilər.
Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918-
ci  il  tarixdə    bağlanmış  Batum  müqaviləsinə  əsasən  Qafqaz  İslam 
Ordusu Azərbaycana köməyə gəldi. Qafqaz İslam Ordusuna Nuru 
paşa, Ənvər paşa, Nazim paşa, Mürsəl paşa və başqa komandanlar 
rəhbərlik edirdi.  
Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə