Lecture 10 A. Dörd Afina məktəbi



Yüklə 64,68 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü64,68 Kb.
#12397


                                                   Lecture 10 

A.

 

Dörd Afina məktəbi  

Afinada ilk elm-fəlsəfə məktəbi Platonun başçılıq etdiyi 

Akademiya

, ikinci 

məktəb Aristotelin təsis etdiyi Liseum idi. Sonra daha iki məktəb-Epikur və 

Stoa məktəbləri fəaliyyətə başladı. 

Platondan sonra Platonun seçimi ilə Akademiyaya onun bacısı oğlu olan 

filosof Speusippus (“-408”-“-339/8) başçılıq etmişdi (scholarch). 

Aristotel`in bundan incidiyi və Akademiyanı biryolluq tərk etdiyi deyilir. 

Speusippus`un ölümündən sonra başçılığa üç namizəd irəli sürülmüşdü: 

Heraklides, Xenocrates və Menedemus. Cüzi səs çoxluğu ilə Ksenokrates 

(Xalkedonlu filosof; Chalkedon - indiki Kadıköy, İstanbul) başçı olmuş, bu 

vəzifəni təqribən 25 il daşımışdır (“-339/8”-“-314/3”). Ksenokrates Platon 

təlimini sistemləşdirmək üçün çalışmışdı.Bu hər iki başçı əsasən Platonun 

görüşlərini müdafiə edir, o cümlədən onun İdeyalarını riyazi obrazlarla ifadə 

etməyə çalışırdılar. Ksenokrates kainatı Ay-altı, Göy və Göy-üstü kimi üç 

hissəyə ayırır, sakinlər arasında xeyir və şər ilahi varlıqlar`ın (daimon) 

olduğunu vurğulayırdı.Ksenokrates`in tələbəsi Poleman Akademiyanın 

növbəti və uzun müddətli başçısı oldu (“-314/3”-“-270/269”). O, mücərrəd 

(metafizik) fəlsəfədən daha çox praktik, əxlaq fəlsəfəsinə maraq göstərirmiş 

(Laertli Diogenes).Akademiyanın başçısı olaraq Poleman`ı (ölümündən 

sonra) onun tələbəsi Afinalı Krates əvəz etdi (ölümü “-268/264?). Krates`in 

başçılıq fəaliyyəti o qədər də uzun sürməmişdi; Poleman`ın xəttini davam 

etdirdiyi güman olunur. Bu dövr Akademiya başçıları elmə və ya fəlsəfəyə 

ciddi töhfə vermiş şəxslər dyildi. Bu dövr Platon ideyalarının inkişafı ilə 

deyil, Epikurçuluq və Stoaçılıqla aparılan mübahisə və münaqişə ilə 

səciyyələndirilə bilər. 

Platon Akademiyasında çalışan məşhurların heç də hamısı başçı (skolarx) 

olmayıb, məsələn, Aristotel, Evdokus (Eudoxus), Heraklides, Opuslu Filip 

(Philip), Krantor (Crantor),...  

 “-264”-də Arkesilaos/Arcesilaus ( “-316/5”-“-241/0”) Akademiyanın yeni 

- Orta Akademiya və ya İkinci Akademiya adlandırılan dövrünün başçısı 

oldu. O, skeptisizmi (şübhəçiliyi) əsas proqrama çevirdi, Platonizmin 

skeptik dövrü və ya Akademik skeptisizm dövrü başlandı (iki əsrə yaxın). 

Bu dövr  

Liseum/Likey

 Aristotelin başçısı olduğu peripatetik məktəbini inkişaf 

etdirdi. Aristotelin ölümündən sonra Theophrastus (-371, -286/7) uzun 




müddət, 36/37 il ərzində Liseum`un başçısı oldu (adı əslində ona verilmiş 

ləqəbdir, mənası “İlahi nitqə malik” deməkdir). Böyük nüfuz sahibi bu 

şəxsin mühazirələri çox populyar olub, çox tələbə cəlb edib. Onun çoxsaylı 

yazılarından (qeyri-adi dərəcədə məhsuldar olub, Laertli Diogenes onun 227 

kitab yazdığını deyir) yalnız botanika (2) və mineralogiya/geologiya (1) 

üzrə əsərləri qalıb(“Xarakterlər” Afina sakinləri tiplərinin təsviri?!). Bu 

əsərlər Aristotel ideyaları, o cümlədən geniş təsvir və təsnifat cəhdi üzərində 

qurulub; bəzi məsələlərdə isə o, Aristotellə razı olmadığını göstərir. 

Theophrastus`u “Botanikanın Atası” da adlandırırlar. O, Aristotelin 

zoologiyada gördüyü işlərə bənzər şəkildə botanika üzrə araşdırmalar 

aparmış, 500 növ ətrafında bitkinin təsvirini vermişdi (Aristotelin də 

botanika sahəsindəəsəri olubmuş, lakin itmiş sayılır). O, bitki və aqrar iş 

əlaqəsini, bitkilərin insan ehtiyaclarına görə yetişdirilməsi, həmçinin 

bitkilərin böyüməsi və çoxalması, çiçək quruluşu kimi məsələri tədqiq və 

şərh etmişdir. Theofrastus hava haqqında öncədən məlumat vermə üzrə 

“İşarələr kitabı” adlı əsər yazmış, yağış, külək, tufan, yaxşı hava və bu kimi 

hadisələrin baş verəcəyini göstərən təqribən 200 əlaməti təsvir etməyə 

çalışmışdı. Bu kitab iki min ilə yaxın bir dövr ərzində populyar olmuşdur. 

Theofrastusun aşağıdakı cümləsi məşhurdur (və bir çox hallarda özünü 

doğruldur): axşama yaxın külək əsirsə, dənizçi heç nədən qorxmaz, əgər 

külək səhər əsirsə, dənizçinin döşünə yatmaz 

(К.С. Лосев. Климат: Вчера, 

сегодня… и завтра. Лениниград, Гидрометеоиздат, 1985; səh. 4-6).

Feofrastus 

dövründə Afina vətəndaş savaşı məkanına çevrilmiş, müstəqillyini və 

gücünü itirməkdə idi, elmi mühit zəifləməyə başlamışdı.  

Theophrastus`un tələbələri arasında Phalerum/n`lu Demetrius da vardı 

(onun Lyseum`da müəyyən vaxt keçirdiyi deyilir). Bu görkəmli siyasətçi, 

dövlət xadimi (Afina hökumət başçısı olmuşdu) və yaradıcı şəxs böyük 

nüfuz qazanmış, xidmət etmiş, islahatlar aparmışdır. Siyasi səbəbdən 

Afinanı tərk edib Aleksandriyaya getmiş, orada xeyli yaşamış, Ptolomey 

Soterin müşaviri olmuş, sonunda yenə siyasi səbəbdən oranı tərk edib 

Afinaya qayıtmışdı. Theophrastus`un ölümündən sonra onun tələbəsi 

Strato/Straton (Lampsacus`lu; Hellespontdakı) Liseum böyüklərinin iştirak 

etdiyi seçki ilə başçıtəyin olundu və 18 il (-286, -268) bu vəzifəni daşıdı. 

Aristotel məktəbində dərs aldıqdan sonra Aleksandriyaya getmiş, 

Ptolomey`ə (və Samoslu Aristarxa) dərs demişdi. Theoprastus öləndə 

Afinaya qayıtmış və Likey`ə başçılıq etmişdi. Straton əsasən Aristotel 

fizikasını inkişaf etdirməklə yadda qalıb, bir neçə məsələdə (hərəkət, təcil, 

məkan) Aristoteldən fərqli nəticələrə gəlib. Məsələn, aşağı düşən cisimlərin 

təcil alması/sürətinin artmasını müşahidə etmişdir (Simplicius bunu belə 




şərh edir: yüksək damdan aşağı tökülən suyumüşahidə edəndə yuxarıda axın 

bütöv, arasıkəsilməz görünür, aşağıda isə kəsik-kəsik hissələrə ayrılır. Su 

aşağı getdikcə sürəti artmasaydı belə olmazdı). Stratonun adına sonrakı 

nəsillərdə “Fizik” ləqəbi əlavə etmişdilər (Laertli Diogenes). Straton 2-ci 

Ptolomey`ə (Filadelfus) dərs deyib. Straton`dan sonra Lyseum zəiflədi

onun yaradıcı gücü çox aşağı endi, sanki olanları qorumaqla məşğul idi (?!). 

Platon Akademiyası, o cümlədən sonrakı dövrdə geniş yayılan neoplatonik 

məktəb, eləcə də Stoisizm və Epikurçuluq daha canlı, çağdaş və yaradıcı 

məktəblər idi. Digər tərəfdən Neoplatonik məktəb Aristoteli Platonla yanaşı 

öyrənir, Aristotelə şərhlər yazırdılar.  



Rodoslu Eudemus (?“-370”-?“-300”) Aristotelin istedadlı tələbələrindən 

biri olub (Theophrastusdan sonra ikinci?). Aristotelin bir sıra əsərlərini 

redaktə edib, onları başa düşülən oxunaqlı hala salıb. Aristotelin təklifi ilə 

elm tarixinə aid əsərlər yazıb (hesab tarixi, həndəsə tarixi, astronomiya 

tarixi). Bu əsərlər qalmamış, lakin sonrakı alimlərin əsərlərindəonlardan 

mühüm alıntılar edilmiş və bu yolla bu günə gəlib çıxmışdır. Aristotel 

ölümündən əvvəl Theofrastusu Lyseum`un başçısı təyin etmiş, Eudemus 

Lyseumu tərk edib öz vətəninə qayıtmış və orada öz məktəbini açmışdı. 

Teofrastus və Eudemus`u Aristotelin tələbələri deyil, yoldaşları, həmkarları 

adlandırmışlar.  

Rodoslu Eudemus`la yanaşı Tarentli (?) Aristoxenus`un (musiqi 

nəzəriyyəsi və təcrübəsi, fəlsəfə) Aristotel`in istedadlı tələbəsi kimi Likey`ə 

başçı təyin olunmaq iddiası olduğu və bu baş vermədikdə qəlb rahatsızlığı 

keçirdiyi deyilir. Aristoxenus`un 453 əsəri varmış; Bu günə yalnız 

“Harmoniyanın elementləri” əsərinin bir hissəsi və musiqi haqqında bəzi 

fraqmentlər gəlib çatmışdır. Aristoxenus`a görə eşitmə qabiliyyəti əsasdır, 

Pifaqorun riyazi intervalları üzərində qurulan hesablar deyil.  

Epikuros


 (-342/-341, -271/-270) təqribən (-307/6)-ci illərdə Afinada Platon 

Akademiyası yaxınlığında, Melite adlanan yerdə ev və bağ almış, bu bağda 

öz məktəbini yerləşdirmişdi. Bu səbəbdən Epikuros məktəbini sadəcə 

“Bağ”


 

adlandırmışdılar. 

Stoa məktəbi`

nin banisi Kitiumlu (Kıprıs adası) Zeno(n) dur (-?334, -

270/261) Epikuros`un müasiridir

.

O, Afinanın şimal hissəsində toplantı 



(bazar) məkanında (Aqora`da) öz məktəbini açmışdı (-300-cü il ərtafında). 

Epikuros və Stoa məktəbləri bir-birinə yaxın illərdə fəaliyyətə 

başlamışdılar. Stoa məktəbi Platon Akademiyası ilə Aristotel Liseumu 

arasında (Epikurus Baği ilə Liseum arasında) yerləşirdi.  




 

 

 



 

 



B.

 

Ptolomeylər. Aleksandriya Akademiyası

 

B.e.ə. 3-cü əsrdə Yunanıstan öz zəka liderliyini itirmişdi. Yunanıstandan 

(Hellin dövründən və ya Klassik dövrdən)sonra Antik dünyada, Hellenistik 

(Ellinistik) dövrdə riyaziyyat və astronomiya, biologiya və tibb, 

mühəndislik, fəlsəfə və filologiya, fizika və kimya, coğrafiya və tarixin, 

mühəndislik, filologiya və kitabxana işinin, fəlsəfə və ilahiyyatın, tərcümə 

və mətnşünaslığın inkişafında Aleksandriya məktəbi həlledici rol 

oynamışdı. Fəlsəfə öz zirvəsinə Afina dövründə, elm isə Aleksandriya 

dövründə qovuşdu. Daha doğrusu, bu dövrdə elm daha sürətli, təbii inkişaf 

yoluna qədəm qoydu. Elmlər sistemli şəklə salındı (Evklid, Arximed, 

Ptolomey, Strabon-coğrafiya). Əsas elmi mərkəz isə Aleksandriyada 

yerləşən və Ptolomey sülaləsinin himayəsində fəaliyyət göstərən 



Aleksandriya Mouseion`u və Aleksandriya kitabxanası idi. Şərq və Qərbi 

birləşdirən Makedoniyalı Isgəndər “-322”-ci ildə (ölümündən 1 il əvvəl) Nil 

çayı deltasında Aleksandriya şəhərininəsasını qoydu. Aleksandriya qədim 

dünyanın iqtisadi və ticari cəhətdən ən böyük mərkəzlərindən olmaqla zəka 

gücündə də ən böyüklərdən idi (Çin xaricində qalan dünyada xeyli müddət 

birinci və bənzərsiz olmuşdur). O zaman “bütün yollar Aleksandriyaya 

gedirdi” deyə bilərik. Burada sanki Yunan elmi-rasional düşüncəsi, 

mücərrəd nəzəri yanaşması ilə Misir (və Babilistan və digər şərq) elmi və 

praktik sənətləri (tibb, astronomiya, dini-fəlsəfi baxışlar,...) birləşmişdi. 

Makedoniyalı Aleksandrın ölümü ilə onun imperiyasının parçalanması 

başlanıldı. İmperiyanın yerində əmələ gələn qüvvələrdən ikisi seçildi: 

Mərkəzi Misirdə olan Ptolomeylər sülaləsi (3 əsrə yaxın davam etdi), 

mərkəzi Suriyada olan və Asiyada yerləşən Selevkidlər (Seleucus) sülaləsi. 

Üçüncü dövlət-Perqamon Kiçik Asiyanın şimal-qərbində və qismən də 

Avropa yaxasında yerləşmişdi. Və Makedoniya ilə birlikdə Yunanıstan öz 

yerində idi. Hind, Persiya, Orta Asiya kimi yerlərlə tanışlıq yunan 

düşüncəsinə bir genişlik və çeviklik gətirdi. İqtisadi-ticari fəaliyyət 

genişləndi və siyasi-mədəni-intellektual həyata təsir etdi. Yunanıstanın özü 

Afina istisna olmaqla zəiflədi, zəka gücünü, demək olar ki, itirdi.  

Mouseion (Musaeum) muzaların (ilham pərilərinin) məbədi, pənahgahı, sığınağı 

deməkdir. Muzey sözü məhz bu Museion`dan əmələ gəlib. Böyük ehtimalla 

Makedoniyalı Aleksandrın uşaqlıq dostu və ən etibarlı sərkərdələrindən biri(və 

bioqrafı!), satrap, Misir/Hellen dünyası Ptolomey hökmdarlar sülaləsinin banisi,  

Ptolomey Soter (Xilaskar/Savior) adı ilə tanınan 1-ci Ptolomey ([-367]-[-283]) 

tərəfindən təsis edildiyi deyilir (hakimiyyəti:[-323]-[-283], “-305”-də özünü 

müstəqil hökmdar elan etdi).  




1-ci Ptolomey Makedoniyalı kübar xanım Arsinoë`nin oğludur, atası tam 

bilinmir, hətta 2-ci Filip`in oğlu ola biləcəyi variantı da var - yəni 

Aleksandrın anaayrı qardaşı?! Bunun sonradan geniş hakimiyyət  

iddiasına əsas kimi uydurulması ehtimalı böyükdür. Hər halda, o, 

Aleksandrın uşaqlıq dostu olmuş, onun ən yaxın adamı sayılmış, 

cangüdəni, məsləhətçisi, istedadlı sərkərdəsi olmuşdur. Çoxsaylı 

arvadlardan olan çoxsaylı qızlarını siyasi məqsədlə müxtəlif 

hökmdarlara ərə vermişdi. [-285]-də oğlunu -2-ci Ptolomey`i hökmdar 

(ortaq hökmdar elan etdi).  

Mouseion`un təsisini bəzən Ptolomey Soter`in oğlu və davamçısı 2-ci Ptolomey`ə 

də (hakimiyyəti: [-283]-[-246]) aid edirlər. Hər halda 2-ci Ptolomeyin Mouseion`u 

güclü inkişaf etdirdiyi məlumdur. Aleksandriyada elm və sənət dövlətin (geniş 

miqyasda ilk dəfə) birbaşa dəstəyi ilə inkişaf etmiş, irəliləmişdir. 

Mouseion çoxcəhətli elm və sənət kompleksi idi (Strabon Museion`un saray 

komleksində yerləşdiyini deyir). Burada çalışan alimlər yüksək maaş alır, vergi 

vermir, ev və qulluqçularla təmin olunurdular (əlbəttə, alimlərin həyatını 

ideallaşdırmaq olmaz, onların başına bəla da gəlirdi –çox zaman dilləri 

ucbatından). Min nəfərdən artıq Museion üzvləri və əməkdaşlar maaş alırdı! 

Burada antik dünyanın ən zəngin kitabxanası – Aleksandriya kitabxanası (yəni 

kitabxana Museion`un tərkibində, onun ən qiymətli hissəsi idi!?), mühazirə zalları, 

bir arada yaşayan Mouseion üzvləri üçün evlər, teatr, bioloji-tibbi tədqiqat və 

astronomik müşahidə yerləri, geniş bağ (botanika və zoologiya bağı!?) hamısı bir 

yerdə bugünkü universitet kampusunun bənzəri sayıla bilər. Museion və 

kitabxanada çalışanlar vergilərdən azad idi. Burada elm adamları arasında qadınlar 

yoxdu. Museion`un daha öncə mövcud olduğu, Aristotel Likeion`nunun təsiri 

altında fəaliyyətə başladığı da söylənilir (və bu, heç də əsassız deyil). Burada 

təbiətşünaslar, filosoflar və filoloqlar yan-yanaşı çalışırdılar. Hərçənd ki, sonralar 

öz fəlsəfi (və filoloji)yönünə görə Museion Platon Akademiyasına daha çox 

bənzəmişdi.Məqsəd Aleksandriyanı Hellenistik dünyanın elmi-mədəni mərkəzinə 

çevirmək idi; məhz bu səbəbdən nüfuzlu Aristotel peripatetik məktəbini burada 

davam etdirmək, Aristotelin kitabxanasını bura köçürmək məqsədi qoyulmuşdu. 

Aristotel kitabxanasının bir qismi gətirildi (belə güman edilir), lakin bura 

peripatetik məktəbin davamı sayılmadı, əslində daha orijinal və geniş elm və sənət 

ocağına çevrildi. Lampsakuslu Straton (“fizik”) “-300”-ətrafında Ptolomey 

sülaləsinin gələcək davamçısı 2-ci Ptolomeyin təhsili üçün Aleksandriyaya dəvət 

edilmiş, “-288”-ə qədər burada qalmışdı.(Teofrastın dəvət edildiyi və nə səbəb 

görə isə gəlmdiyi deyilir). Afina şəhəri hökumət başçısı olmuş Faleronlu Dimitrios 

qaçmağa məcbur olmuş, 1-ci Ptolomey ona sığınacaq vermişdi (“-307”). Aristotel 

Liseum`unda oxumuş Dimitrios Aleksandriya kitabxanasının qurulmasında böyük 



rol oynamış, hökmdarın ona verdiyi geniş səlahiyyətdən istifadə edərək dünyanın 

hər tərəfindən mümkün olan kitabları gətirtmişdir. Homer dövründən başlamış 

bütün yunan əsərlərini yığmağa çalışdılar. Baş Kitabxanaçı`nı və ya Kitabxanaçı`nı 

hökmdar (Prolomeylər) təyin edirdi. Dimitrios`un ilk baş kitabxanaçı olduğu və bu 

vəzifəni “-284”-ə qədər daşıdığı deyilir (Straton`dan sonra da bir müddət 

Aleksandriyada qalmışdı). Aristotel və Feofrastın kitablarının 2-ci Ptolomey 

tərəfindən Aleksandriyaya gətirildiyini deyirlər. Qalen Aleksandriya yaxınlığından 

keçən bütün gəmilərdə olan kitablar gömrükçülər tərəfindən alınır, ən yaxşı halda 

surətləri çıxardılıb sahibinə qaytarılırdı. Orijinal nüsxələr “Gəmilərdən” adı ilə 

kataloqlaşdırılırdı.  

2-ci Ptolomey öz bacısı ilə evlənmişdi, daha doğrusu, Makedoniya saray 

intriqalarında bişmiş olan doğma bacısı Arsinoë üçüncü ər olaraq 

hakimiyyətdə olan özündən 8 yaş kiçik qardaşını seçmişdi. O, qardaşının 

mövcud arvadı 1-ci Arsinoë`ni 1-ci Ptolomeyə qəsd hazırlamaqda 

suçlandırıb öldürtdürmüş, 2-ci Arsinoë kimi böyük nüfuza sahib olmuş, 

hakimiyyəti qardaşı-əri ilə ortaq idarə etmişdi.Misirdə, xüsusən 

Faraonlarda qəbul edilmiş bu cür evlənmə yunanları heyrətə gətirmişdi. 

Bu barədə yazan şair Sotad həbs edilmiş, qaçmış, tutulub öldürülmüşdü. 

“Filadelfiya”–qardaşını/bacısını sevən deməkdir. 2-ci Ptolomey öz 

valideynlərini və bacısı-arvadını ölümlərindən sonra ilahiləşdirmişdi 

(uyğun qayda və mərasimlə). 2-ci Ptolomey çeşidli vəhşi heyvanlardan 

ibarət zoopark qurmuşdu. 

3-cü Ptolomey Aleksandriyada,Serapis məbədində daha bir kitabxana və ya böyük 

kitabxananın filialını – Serapeum və ya Serapeion`u da qurmuş, artan kitabların 

daha əlverişli şəraitdə yerləşməsini təmin etmişdi.   

Burada bir sıra sahələr üzrə mühazirələr oxunduğu məlumdur. Aleksandriya 

kitabxanasında lülələnmiş papirus kitabların nə qədər olduğu məlum deyil, 

müxtəlif rəqəmlər arasında tədqiqatçılar 400 minlə 700 min arasında 

dayanırlar (eyni dərəcədə elm-sənət himayəçisi olan 3-cü Ptolomey 

hakimiyyəti zamanı). Kitabxananın kataloqu 120 kitabdan ibarət imiş. Daxil 

olan xarici kitablar yunancaya tərcümə edilirdi. Kitab rəflərinin üstündə, 

divarda “ruhun müalicə olunduğu yer” yazıldığı söylənilir. “Dünyanın yeddi 

möcüzəsi”nə aid müxtəlif fikirlər vardı, Aleksandriya kitabxanasını da bu 

siyahıya daxil edənlər olub (məsələn, Foros mayağı əvəzinə). Hündürlüyü 

100 metrdən artıq olan Faros mayağı (Faros adasında) Aleksandriya 

körfəzində 2-ci Ptolomey dövründə tikilmişdi. Başında yanan alov 

gəmilərin uzaqdan görməsi üçün güzgü vasitəsilə dəniz tərəfə 

yönləndirilirdi.  




C.

 

Aleksandriya: Kitabxana işi. Filoloji mərkəz. Əlkimya. Tibb.  

Məşhur filoloqlardan (bəziləri şair, yazıçı) Zenodotus (b.e.ə. 3-cü əsr; “-

283”-“-245”?), Kirenli Kallimaxus (b.e.ə. 3-cü əsr), onun tələbəsi Rodoslu 

Apollonius (b.e.ə. 3-cü əsrin 1-ci yarısı), Somofrakiyalı Aristarxus (?“-

216”-?“-144”), Bizanslı Aristophanes (“-257”-“-180/85”) və digərlərinin 

burada çalışdığı məlumdur. Eratosfen və yuxarıda adları çəkilən 4 filoloq 

(R. Apollonius istisna olmaqla) baş kitabxanaçı olublar (Kallimaxus 

şübhəlidir). Zenodotusun başladığı kitabxananın elmi təşkili işini 

Kallimaxus davam etdirmiş, külli miqdarda kitabların (120 min!?) müəllif 

və mövzu üzrə təsnifatını vermiş, nəhəng kataloq sistemi hazırlamışdı. Bəzi 

qaynaqlar Rodoslu Apollonius`un “-270”-də kitabxanaçı təyin edildiyini və 

onun dövründə Arximedes`in Aleksandriyaya gəldiyini  deyirlər. Sonra “-

235”-də Eratosfen kitabxanaçı oldu (ölümünə qədər). Onun Evdoksu, 

Evklidin ən istedadlı tələbəsini öz yanına dəvət etdiyi deyilir. İşçilər 

arasında tərcüməçilər sayca çoxluq təşkil edirdilər. Eratosfeni Bizanslı 

Aristofanes əvəz etdi. Qeydə keçmiş son kitabxanaçı (“-175”) 7-ci Ptolomey 

dövründə Samofrakiya`lı Aristarxus olmuşdur (Bizanslı Arisofanes`i əvəz 

etmişdi?!); o, Homerçi filoloq olub, Homer əsərlərinin standartlaşdırılmış 

mətni əsasən onun işi olaraq qəbul edilir. Son dövrlərdə təbiət elmləri və 

riyaziyyat üzrə araşdırmalar çox zəifləmiş, yunan ədəbiyyatı, redaktə işi və 

başqa dillərdən tərcümələr əsas fəaliyyət meydanı olmuşdur.  

Aleksandriya filologiya mərkəzinə çevrildi. Eratosfen filoloq olmayan 

yeganə baş kitabxanaçı olub! Bir sıra yunan mif və əfsanələri yazıya alınır, 

onlar şərh edilir, yunan ədəbiyyatı öyrənilirdi. Burada ədəbi tənqid və 

mətnşünaslıq elmləri əmələ gəlirdi. Homer, eləcə də Hesiodun əsərlərinin 

toplanması, qaydaya salınması, redaktə edilib kanonik versiyalarının 

hazırlanması məhz burada baş vermişdi. Aristofan, Sofokl, Evripid, Esxil, 

Platon, Pindar kimi şair, dramaturq və filosofların əsərləri də burada tədqiq 

olunmuş, tənqidi mətnlər hazırlanmışdır. Aleksandriya filoloqları yunan 

ədəbi mətnlərini oxuna bilən hala gətirdilər. 2-ci Ptolomey dövründə 

Bibliya, daha doğrusu “Əhdi-ətiq” (“Köhnə saziş”/Ветхий Завет) 

ibranicədən yunancaya burada tərcümə edilmişdi (Septuagint). 

Aleksandriyada güclü və böyük yəhudi icması olub, deyilənə görə 1-ci 

əsrin əvvəllərində bu icma şəhər əhalisinin təqribən 2/5-ni təşkil etmişdir. -

2-ci Ptolomey`in tapşırığı ilə başlanıldığı deyilən bu tərcümə (ibrani`cədən 

yunancaya) və tərtib işi [-132]-ci ildə bitdi. Bu mətnə 5-ci əsrdən başlayaraq 

latınca Septuagint deyilir; Septuaginta interpretum 70 şəxsin tərcüməsi 

deməkdir (bu tərcümə işi üçün 70 adam ayrılıbmış, 72 deyənlər də olub).   



 

Aleksandriyada əlkimya məktəbi də fəaliyyət göstərirdi, onun üzvləri 

arasında qadınlar da vardı. Aleksandriyalı Klement əfsanəvi Misir-yunan 

simbiozu olan (Misir allahı Thoth, yunan allahı Hermes) Hermes 

Trismegestus`un (üçqat güclü Hermes) adı ilə bağlanmış və möcüzəli 

tərəfləri ilə cəlb edən kimya (əlkimya) və astrologiya, eləcə də fəlsəfə və 

tibb haqqında məlumatlar küllisi - Hermeticum Corpusu`ndan ətraflı söhbət 

açmışdı (“Stromata” adlı əsərində).

 

B.e.ə. 3-cü əsrdə Herophilosvə onun tələbəsi sayılan Erusistratus kimi 



həkim və bioloqlar Aleksandriyanı anatomiya və tibb məktəbi kimi 

məşhurlaşdırdılar. Herofilus hiss üzvləri arasındakı, həmçinin müəyyən 

dərəcədə vena və arteriya arasındakı fərqləri vurğulamış, müxtəlif 

orqanların təsvirini vermişdi.Erasistratus beynin böyük (yarımkürə) və kiçik 

hissəyə (beyincik) ayrılmasını anlamış, beyindəki qırışların zəka ilə əlaqəli 

olduğunu düşünmüş, insan beyninin heyvanların beynindən böyük olduğunu 

demişdi.  

1-ci əsrdə yaşamış Anazarbus`lu (Kilikiyalı) Pedanius Dioscorides (?40-

?90) Aleksandriyada oxuyub təlim görmüş, imperatorlar Neron`un 

hakimiyyəti dövründə (54-68) Roma ordusunda həkimlik etdiyi məlumdur. 

1000-ə yaxın dərman və 600 ətrafında tibbi əhəmiyyəti olan bitkilərin 

təsvirini vermiş ensiklopedik “Tibbi materiallar haqqında” (yunanca 

yazılmış, ərəbcəyə və latıncaya çevrilmiş bu əsər indi daha çox latınca “De 

Materia Medica” adı ilə tanınır) əsəri ilə Dioscorides farmakologiyanın 

banisi sayılır. 

Aleksandriya, sözsüz ki, uzun müddət dünya elmi fikrinin mərkəzi idi. 

Deyilənə görə Romada Yulian təqviminin qəbul edilməsində Aleksandriya 

astronomlarının fikri mühüm rol oynamışdı. Aleksandriya ədəbiyyatı da 

Roma ədəbiyyatına ciddi təsir göstərdi.  

 

 



 

 

Yüklə 64,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə