Lecture 9 A. Aristotelin əxlaq fəlsəfəsi (Etika)



Yüklə 65,88 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü65,88 Kb.
#12060


        Lecture 9 

A.

 

Aristotelin əxlaq fəlsəfəsi (Etika) 

Aristotelin əxlaq fəlsəfəsinin baş əsəri “Nikomaxos əxlaqı”dır. Doğru iş 

görmək, doğruya can atmaq...Doğru nədir? Elmdə bu elmi həqiqətdir, 

sənətdə gözəllikdir, əməldə isə yaxşılıq və ya fəzilətdir. “İnsan siyasi 

heyvandır” ifadəsi ilə Aristotel cəmiyyətin insan həyatında mühüm rolunu

onun insanın xoşbəxt və ya xoş həyat sürməsini təmin etmək vəzifəsini  

vurğulayır.Yəni Aristotel cəmiyyətin, siyasətin, dövlətin yaxşılığı ilə fərdin 

xoşbəxt olması arasında sıx əlaqə olduğunu deyir.  

Aristotel əxlaqda məqsəd və vasitə arasında fərqi mühüm sayır, özü məqsəd, 

amac olan şeyə əxlaqı baxımdan üstünlük verir. Ən son məqsəd adətən 

xoşbəxt olmaq üçün qarşıya qoyulan məqsəddir.. Xoşbəxt olmaq insanın 

son məqsədidir (Epikurosda bu mötədil həzzdir), insan ondan o tərəfə bir 

şey istəmir. Aristotel insan qarşısında heç bir xüsusi bir vəzifə və ya borc 

qoymur, ancaq son məqsədi vurğulayır ( bu “son məqsəd” onun metafizikası 

ilə səsləşir). Kant`ın əxlaq fəlsəfəsində son məqsəd deyil, gedilən yoldakı 

yaxşı niyyət mühüm sayılır. 

Aristotel hər insanın öz məsləyinə, sənətinə, bacarığına uyğun işləri bir 

kənara qoyanda onun bir insan kimi işinin nə olduğu sualını qoyur. Sadəcə 

yaşamaq bütün canlılara xasdır, insan isə ağıllı, düşünən heyvan olduğu 

üçün, onun işi “ruhun ağla uyğun fəaliyyətidir” və bunu ömrü boyu 

etməlidir. Bəs pislik necə izah oluna bilər? Əməlin qaynağı ağıl və arzudur, 

daha doğrusu bir məqsədə can atan arzu və ağıldır (təkcə, ayrıca ağıl və 

təkcə, ayrıca arzu gücsüzdür). Ağıllı arzu fəzilətə, ağılsız arzu isə pisliyə 

aparır.  

Aristotel iki cür fəziləti fərqləndirir: düşüncə (zəka) fəzilətləri və əxlaqi 

fəzilətlər. Birinciyə ağıllı ruhdan (elm, sənət, praktik müdriklik/hikmət, 

fəlsəfə, ...) , ikinciyə arzu və ya iştahdan qaynaqlanan fəzilətlər (comərtlik, 

qürur, cəsarət, ədalət, mötədillik, dostluq, sevgi,...) daxildir. Düşüncə 

fəzilətləri öyrənmə yolu ilə qazanılır, əxlaqi fəzilətlər isə adət və 

alışqanlığın, onları həyatda tətbiq etmənin nəticəsində əldə edilir, yəni 

xarakteri, xasiyyəti əməl və fəaliyyət formalaşdırır. Əxlaq nəzəri bilik deyil, 

praktika mühümdür; fəzilətin nə olduğunu bilmək azdır, əsas fəzilətli 

olmaqdır. Əxlaqlı əməlin məcburi deyil, şüurlu olaraq baş verməsi 

mühümdür. İnsan seçir, tərcih edir; bu, məqsəd deyil, vasitədir. İnsan 

mümkün olanlardan seçir. 



Sokrates: heç kim bilərək pislik etməz. Pisliyin səbəbi bilgisizlikdir. 

Aristotel buna qarşı çıxır, yaxşı iş də, pis iş də əlimizdədir. Pislik edənlər 

ona görə qınanırlar ki, pislik etməyə bilərdilər. Sərxoş adam pis iş görərkən 

ola bilər ki, bilmədən etsin, lakin sərxoş olmamaq onun əlində idi, sərxoş 

olarkən pis iş görə biləcəyini bilirdi. Yəni pislik etmənin səbəbi bilgisizlik 

deyil.  


Aristotel`in əxlaq fəlsəfəsini səciyyələndirən cəhətlərdən biri “qızıl orta”dır. 

Həzz almaq, pul xərcləmək (xəsis və pulu göyə sovuran), qorxmaq kimi 

keyfiyyətlərin çox az olması da, həddindən çox olması da yaxşı deyil. 

Əlbəttə ki, qızıl orta deyilən şey mütləq deyil, müxtəlif səbəblərə görə nisbi, 

dəyişəndir (və bəzən çətin tapılandır-H.İ.). Qızıl orta həmçinin pis şeylər 

üçün deyil (“orta oğru” kimi).  

Aristotel ədalət anlayışına xüsusi önəm verir, onu hər şeydən üstün tutur, 

hər şeyin onun içində olduğunu deyir. Ədalət anlayışı əxlaqla siyasət 

arasında yaxın əlaqə olduğunu vurğulayır. Ədalət cəmiyyətə, siyasətə ən 

çox bağlı olan xüsusiyyətdir. Adil insan qanuna və haqqa (doğruya) uyandır. 

Aristotel ədaləti bölüşdürücü və düzəldici/mübadiləçi deyə iki sinfə ayırır. 

Bölüşdürücü sərvətin və şərəfin düzgün bölüşdürülməsidir. Düzgün-

demokratik quruluşda, yəni insanların azad və bərabər sayıldığı yerdə 

cəmiyyət üzvləri arasında bərabər bölüşdürmə deməkdir, oliqarx quruluşda 

isə cəmiyyətdəki mövqeyə, “səviyyə”yə mütənasib bölgüdür. Bu ədaləti 

dövlət təmin etməlidir. Düzəldici ədalət vətəndaşlar arasında zərər və 

haqsızlıqların aradan qaldırılmasıdır, bu, bəzən orta yolu tapmaqla deyil

bərabərsizliyin cəza tətbiq etməklə aradan qaldırılma cəhdidir (məsələn, 

adam öldürənə cəza verilir). Bu ədaləti isə məhkəmə təmin edir.  

Aristotel insanların öz aralarında iş bölümü (ixtisaslaşma) və mübadilədə 

olduqlarını deyir (mübadilə ədaləti). Uyğun, yəni iki malın, iqtisadi dillə 

desək, tələb və təklif əsasında bərabər dəyərinə görə mübadilə olunmasını 

mübadilə (alış-veriş) ədaləti adlandırır. Burada tam ədaləti təmin etmək 

olmur, ədaləti təmin edən şəxs və ya qurum yoxdur.  

Övlad valideyni ilə, arvad əri ilə bərabər deyil, ikincilər birinciləri daha çox 

sevməlidirlər. “Qul canlı alət” olduğuna görə ağa ilə qul dost ola bilməzlər, 

ancaq insan kimi qulla dost olmaq olar (?). Aristotel məğrur, qürurlu, 

əzəmətli insanın ləyaqətindən, mənəvi kamilliyindən söz açır; o, səsi və 

nitqi ilə seçilir, demək olar ki, ehtiyac hiss etmir, amma başqalarına 

xeyrxahlıq edir, xasiyyəti və davranışı açıqdır - dostluqda da, zəhləsi 

getmək və nifrətdə də, lakin kütlə qarşısında sünilik və ya hiyləgərlik 



istisnadır (burada siyasət mənəviyyatı üstələyir-H.İ.).

 

Həzz və xoşbəxtlik 



üçün bir mühit olmalıdır, bədbəxtliyə düçar olan adamın həzz alması çətin 

işdir. Ən böyük həzz zəka fəaliyyətinin verdiyi həzzdir, ən yüksək səadət 

ağlın məhsuludur. Seyrçilik hər növ fəaliyyətdən, o cümlədən siyasət və 

əməli işlərdən üstündür, o, xoşbəxtlik üçün zəruri olan asudə vaxt bəxş edir. 

Ümumiyyətlə, Aristotel`in etikası sanki nikbin və həyatın üst təbəqəsində 

yerləşmiş insanlara ünvanlanıb. 

Aristotel nəzəri biliyi, elmi praktik bilikdən (o cümlədən siyasətdən) üstün 

sayır və xoşbəxtliyi nəzəri fəaliyyətlə bağlayır. Praktik fəzilətlərin faydası 

onların nəzəri fəzilətlərə yardımçı olmasındadır. Nəzəri düşüncə sahibinin 

öz düşüncə və seyretmə həyatında başqa insanlara və şeylərə ehtiyacı 

yoxdur. Düşüncə həyatı ən mükəmməl və xoşbəxt həyat, filosof ən 

mükəmməl və xoşbəxt insandır. Əxlaqi fəzilətlər də xoşbəxtliyi artırır 

(ikinci dərəcədən olsa da). Maddi və fiziki şərtlər, dostların olması da 

lazımdır. Ümumiyyətlə isə, “xoşbəxt insanın çox şeyə ehtiyacı yoxdur”.  



B.

 

Aristotelin siyasət fəlsəfəsi 

Aristotel öz dövlət və insan problemini “Politika” və həmçinin “Nikomax 

etikası” əsərində şərh etmişdir (əslində “Nikomax etikası” və “Politika” bir 

əsərin 1-ci və uyğun olaraq 2-ci hissəsi kimi düşünülmüşdü). Əxlaq fəlsəfəsi 

və siyasət fəlsəfəsi qarşıya qoyduğu suallar baxımından doğrudan da bir-biri 

ilə sıx bağlıdırlar. İnsan cəsur, ağıllı, ədalətli və fərasətli olmalıdır. Ədalət 

ümumi xoşbəxtlik deməkdir, bunu əldə etmək üçün qanunlara əməl etmək 

və hakimiyyətə tabe olmaq zəruridir. Ünsiyyət arzusu və ondan daha önəmli 

olan ehtiyacların qarşılanması üçün qarşılıqlı köməyin zəruriliyi insanları 

növbə ilə ailə, kənd və dövlət qurmağa gətirib çıxarır. İnsan təbiəti etibarilə 

ictimai/ siyasi heyvandır. İctimai olmayan ya insanlıqdan aşağıdadır (yəni 

heyvandır), ya da insanlıq üstündədir (yəni Tanrıdır). İnsanlar birlikdə 

ancaq yaxşı dövlətdə xoşbəxt ola bilərlər. Bu səbəbdən dövlət ailə və 

fərdlərdən üstündür, öndədir –tam hissədən üstündür. Qanunsuzluqda insan 

heyvanlardan ən pisidir. Bununla yanaşı dövlət gəlirlərin ədalətli 

paylanmasını təmin etməlidir. “Dövlətin əsası birlik deyil, çoxluqdur”.  

Aristotel şəhər dövlətini dövlətin ən düzgün forması sayır 

(mərkəzləşdirilmiş dövləti deyil).Yaxşı dövlət (dövlət başçısı) vətəndaşların 

ortaq maraqlarına xidmət edən, yəni ədalətli dövlətdir (adil dövlət 

başçısıdır). Dövlətin məqsədi vətəndaşlarına yaxşı həyat qurmaq, onların 

xoşbəxt olmasına çalışmaqdır; məqsəd həlledicidir. Dövlətə ən yaxşı xidmət 

edənlər dövlətdən ən çox pay almalıdırlar. Hakimiyyət məsələsində 




Aristotel bərabərliyi deyil, ləyaqəti (layiq olmağı), azadlığı deyil, fəziləti 

əsas sayır. 

Aristotelin nəzərincə siyasi quruluş üç hissədən ibarət olmalıdır: 

qanunverici, icraçı və məhkəmə sistemi. Hakimiyyətin kimin və ya kimlərin 

- bir adamın, azlığın və çoxluğun əlində olmasından asılı olaraq üç 

“düzgün”, ümumi maraqlara xidmət edən quruluş – monarxiya(şahlıq), 

aristokratiya (nəcib insanların hakimiyyəti) və politiya/politeia (respublika) 

əmələ gəlir. Bunlar hər biri məqbuldur, hərçənd ki, monarxiya 

aristokratiyadan, aristokratiya politiyadan yaxşıdır. Aristokratiyada orta 

təbəqə mühüm yer tutur. Dövlətin idarəedilməsində orta təbəqə 

zənginlərdən və yoxsullardan yaxşıdır, çünki, lazım gəldikdə, zənginlərdən 

fərqli olaraq itaət etməyi və eyni zamanda, yoxsullardan fərqli olaraq əmr 

etməyi bacarır. Sərvətə əsaslanan hakimiyyət oliqarxiya, azadlığa əsaslanan 

hakimiyyət isə demokratiyadır. 

“Düzgün olmayan”, xüsusi maraqların əsas götürüldüyü halda isə uyğun 

olaraq tiranlıq, oliqarxiya (kasıbları nəzərə almayan zəngin azlığın 

hakimiyyəti) və demokratiya (zənginləri nəzərə almayan çoxluğun 

hakimiyyəti) alınır. Tiraniya Oliqarxiyadan pisdir. Aristotelin tiraniyaya 

münasibəti çox kəskindir - “oğrunu deyil, tiranı öldürənə eşq olsun”! Tiran 

hakimiyyətdə qalmaq üçün xüsusi qabiliyyətə malik insanların 

yüksəlməsinə hər cür (məhv etmək daxil olmaqla) mane olmalı (!?), 

xəfiyyələr saxlamalı, insanların bir yerə toplaşmasına mane olmalı, insanlar 

arasına nifaq salmalı, onların ictimai həyatını nəzarətdə saxlamalı, onların 

öz gündəlik qayğılarına bağlanmaları üçün və başqa düşüncələrə (məsələn, 

silahlanmaq fikrinə) qapılmamaları üçün yoxsul saxlamaqla və ya böyük 

miqyaslı işlərlə başlarını qatmalı olur. Tiran fəxri adları, şərəfləri özü 

paylayır, cəzaları isə başqalarının əli ilə edir. 

“Düzgün olmayan” üçlüyün arasında demokratiyaya dözmək olar (yəni o, 

oliqarxiyadan yaxşıdır), bir şərtlə ki, hakimiyyət kütlənin deyil, qanunun 

əlində olsun (vətəndaşların toplusu qanundan üstündür; bu yaxşı deyil). 

Qanunların işləmədiyi çoxluğun hakimiyyəti ilə tiranlığın fərqi yoxdur. 

Oliqarxiyada hakimiyyətin atadan oğula keçməsi də mümkündür. 

Oliqarxiyada sərvət, Aristokratiyada fəzilət önə keçir. Demokratiyaya 

tənqidi münasibəti anlamaq üçün bir cəhəti nəzərdə tutmaq lazımdır: o 

dövrün yunan demokratiyası əsil seçkiyə deyil, püşkatmaya əsaslanırdı. Bu 

siyasi quruluş növlərinə bir qədər başqa deyilişdə Platonda da rast gəlinir. O 

dövr Yunanlı şəhər-dövlətlərə xas olan dövlət növləri oliqarxiya və 

demokratiya idi; ikinci daha geniş yayılmışdı. 




Platonun dövlət modelində Aristotel birinci növbədə xüsusi mülkiyyətə 

qadağanı tənqid edir: “mülkiyyət haqqında adi fikir belə görünməmiş həzz 

verir”. Mülkiyyətin xüsusi olması ilə yanaşı insanları xeyriyyəçilik etməyə 

çağırmaq olar. İnsani sifət olan xeyriyyəçilik və comərdlik xüsusi 

mülkiyyətsiz necə mümkün ola bilər?! Platonda ailənin ümumləşdirilməsi 

də Aristoteli əsəbiləşdirir; hamıya məxsus olana (mülkiyyət olsun, ya qadın 

və uşaqlar) kim qayğı göstərəcək?! Qohumluğun bilinmədiyi cəmiyyətdə 

cinayətlər, o cümlədən adam öldürmə, oğurluq qat-qat çox olardı. Platonun 

ortaqlıq cəmiyyətində güclü sevgi duyğuları ola bilməz, “ata”, “oğul” kimi 

müraciətlər çox hərarətli ola bilməz. Aristotel “qadınlar ümumi olsa 

təsərrüfatı kim idarə edər” kimi bir qədər qəribə əsaslandırmalara da baş 

vurur. Mülkiyyət məsələsində bir şeydən istifadə olunma dəyəri əsasdır, 

onun başqa şeyə dəyişdirilməsi isə (yəni ticarət) ehtiyacla bağlı və ikinci 

dərəcəlidir.Lakin Aristotel qul məsələsində Platona nisbətən daha radikal 

mövqe tutur: “aydındır ki, öz təbiətinə görə bəziləri qul, digərləri azaddır”,  

“bəzilərinə qul, digərlərinə ağa olmaq faydalıdır”. Bəziləri anadan idarəetmə 

üçün, digərləri tabe olmaq üçün doğulublar. Təbiətlərinə görə tabe olmaq 

üçün yarananlar tabe olmayanda onlara qarşı savaş açmaq və onları məğlub 

edib qula çevirmək ədalətli işdir. Qulları yunan olmayanlar arasından almaq 

doğrudur (yunanlar təbiət etibarilə qul deyillər). 

Varlanmaq üçün doğru yol torpaqları və ev təsərrüfatını idarə etməkdir. 

Ticarət və sələmçilik zənginləşmək deyil, pul yığmaq üçündür, bu səbəbdən 

də tacirləri haqlı olaraq sevmirlər.  

Aristotel ideal dövlət (şəhər) üçün müəyyən kəmiyyət və keyfiyyətin 

vacibliyini deyir; əhalisi (nə çox az, nə həddindən çox), coğrafi və təbii 

şərtləri, xarakteri (yunanlar avropalı və asiyalılardan daha uyğun) barədə 

fikir söyləyir. İdeal dövlətin vətəndaşları savaşçılar, din adamları və 

idarəedənlərdir. Əkinçilər, sənətkarlar (işçilər) və tacirlər vətəndaş deyillər 

(!?). Torpaq üzərində mülkiyyət hüququ hərbçilərə və idarəedənlərə verilir, 

onları işçilər və qullar işlədəcək.  

İnsanın təbiəti, alışqanlıqları və ağlı var. Doğuşdan yaxşı olma və ağıl 

alışqanlıqlara məruz qalıb pozula bilərlər. Bu səbəbdən vətəndaşların təhsili 

çox mühümdür. Bətəndaş tərbiyəsində həm qanunlara uymaq, həm də 

qanunlar yaratmaq və idarəetmək vərdişləri nəzərdə tutulmalıdır. Əvvəl 

bədən tərbiyəsi, sonra ruhun tərbiyəsi, daha sonra ağlın tərbiyəsinə fikir 

vermək lazımdır. Təhsil vacib olduğu üçün ailənin deyil, dövlətin işidir. 

Platon kimi Aristotel də təhsildə və dövlətdə nə zaman, harada və necə işlər 

görəcəklərini təfsilatı ilə təsvir etməyə çalışmışdır (oxu materialları; rəsm və 




musiqi növləri; kimin nə vaxt kiminlə evlənəcəyi-kişilər 37-də, qadınlar 18-

də; uşaqların nə vaxt doğulması və onların hansılarını öldürməyib sağ 

saxlamaq, dövlətin ölçüləri-nə çox böyük, nə çox kiçik -əslində isə 

Aristotelin dövlət ölçüləri kiçikdir: bir təpənin başından baxanda 

görünsün...).  

İnqilabların qarşısını almaq üçün üç şeyə fikir vermək zəruridir: dövlət 

təbliğatı, qanuna (xüsusilə konstitusiyaya) böyük hörmət və ədalət (“hər 

kəsə ləyaqətinə görə”). İdarəedənlərin uzun zaman hakimiyyətdə olmaları 

və hədsiz güc qazanmaları təhlükəlidir. Demokratik quruluş oliqarxiya ilə 

müqayisədə inqilablara qarşı daha dayanıqlıdır (xalq deyilən çoxluq onun 

tərəfindədir). İnqilabın səbəbi aşağıda olanların bərabərlik arzusu, bərabər 

olanların isə üstün olmaq (bərabərsizlik) arzusudur. İnqilabın baş verməsi 

müxtəlif hisslərlə bağlıdır: qazanc, qorxu (haqsızlıq ediləcəyi və ya 

cəzalandırılmaq qorxusu), aşağılanmaya qarşı müqavimət, dövlətin 

müəyyən təbəqəsinin ifrat dərəcədə böyüməsi. Bərabərsizlik duyğusu 

insanları üsyana çağıran ən böyük qüvvədir. Ən böyük cinayətlər ehtiyacdan 

deyil, artıqlıq/bolluq üzündən baş verir.  

C.

 

Aristotelin sənət fəlsəfəsi 

Əvvəlcə Platonun sənət haqqında fikirlərinə baxaq (əsasən “Dövlət”dən). 

Platon sənəti (təsviri, ədəbi, digər...) təqlid və ya təmsil olaraq şərh edir. 

Hisslər dünyasında var olan insan və ya əşyalar ideyaların surəti, təqlidi, 

təmsili olduğu kimi, insanın yaratdığı əsər də hisslər dünyasında var 

olanların surəti, təqlidi, təmsilidir. Beləliklə, sənət əsəri təqlidin təqlididir. 

Sənətçi/sənətkar təqlidçidir, hətta bir hoqqabazdır, bir oyunçudur; o, gerçək 

bir bənzər və ya saxta bir bənzər yarada bilir. Bu, Homeros da daxil olmaqla 

şair və yazıçılara da aiddir. Sənətin faydası yoxdur, sənət insanları 

həqiqətdən uzaqlaşdırır. Sevgi isə, Platona görə, sənətdən fərqlidir, sevginin 

kökündə ölümsüzlük dayanır; Sevgi dünyaya yeni insan gətirməklə 

ölümsüzlüyə (insan növünün davamlılığına) töhfə verir. Elm yaradıcı 

fəaliyyətin, arzunun daha üstün növüdür. Amma sənət də maraq doğurur, 

çünki ağlımıza deyil, duyğularımıza təsir göstərir, dəyişkən, coşub-daşan, 

iradəsiz, qorxaq, gülünc, süst tərəfimizə təsir edir. Şair və yazıçıların təsvir 

etdikləri əxlaqsız davranışlar, tanrılara və qəhrəmanlara qarşı 

hörmətsizliklər xalqın tərbiyəsini pozur. Sənət əxlaqa xidmət etməlidir. 

Aristotel sənəti, xüsusilə şeir, tragediya və komediyanı təhlil etdiyi 

“Poetika” əsərində sənətin təqlid olduğunu deməklə Platonu izləsə də, o, 

sənəti aşağılamır, onun gözəl və faydalı olduğunu irəli sürür. Aristotelə görə 




sənət tək maddi həqiqətin deyil, bir çox hallarda insan duyğularının əksidir, 

təqlididir, daha doğrusi təmsilidir. İnsan ilk bilikləri təqlid yoluyla alır, 

təqlid sayəsində bilik qazanır. Tarixlə şeir arasındakı fərq birinin nəsrlə, 

digərinin nəzmlə yazılması deyil, tarixin olmuş şeyi, şairin isə mümkün ola 

biləcək şeyi təsvir etməsidir. Şeir daha fəlsəfi və daha faydalıdır; tarixçi 

fərdi (ayrı-ayrı adamları və hadisələri), şair isə daha bütöv, daha ümumi 

olanı təsvir edir. Bu səbəbdən şeir tarixlə müqayisədə daha bilik yönlüdür, 

hərçənd ki, bu bilik fəlsəfə və ya elmi bilikdən daha aşağı səviyyədədir. Şair 

tarixi hadisəni və ya şəxsi tarixdə olduğu kimi təsvir etməyə məcbur deyil, 

o, tarixçi deyil, şairdir.  

Sənətin məzmun qədər forma gözəlliyi də vacibdir və onun cəlbediciliyi bu 

gözəlliyə də borcludur. Sənətin əxlaqi tərəfi, ruhlandıran, zövqü oxşayan 

həyəcanlı tərəfi də var. Aristotel musiqini digər sənət növlərindən ayırır 

(həqiqətən, var olanların təqlidi`ndən), onu duyğuların, ruh hallarının təqlidi 

sayır. Nəzəriyyənin məqsədi elm, praktik (praksis; əxlaq və siyasət) 

fəaliyyətin məqsədi yaxşı həyat sürmək, sənət əsərini meydana çıxaran 

poeisis`in (və ya texne`nin) məqsədi isə gözəl və faydalı şeylər yaratmaqdır. 

Uşaqlara keçilən dərslər dörd növdür: oxuma-yazma, bədən tərbiyəsi, rəsm 

və musiqi. Oxuma-yazma və hesab kimi şeylər faydalı, oyun və əyləncələr 

həzzvericidir. Musiqi isə həzz versə də, əsas xüsusiyyəti xarakter və zehnə 

güclü təsir etmə qabiliyyətidir. Musiqi həm də ehtiraslardan təmizləmə 

(katarsis) işi görür, könül xoşluğu və rahatlıq duyğusu, estetik həzz verir 

(musiqinin bu saflaşdırma xüsusiyyətini “Politika”da göstərib). Musiqi və 

digər sənətlər insana insani hissləri yaşamaq imkanı verir, bu mənada onu 

təmizləyir, insaniləşdirir. Platon tragediyanın insanı duyğulu edib 

zəiflətdiyini deyirdi, göründüyü kimi Aristotel bunu tərsini irəli sürmüşdür. 

“Poetika” əsərində Aristotel tragediyanın təhlil üzərində xüsusi 

dayanmışdır. 

Aristotel Platon Akademiyasında ritorika/xitabət (gözəl və təsirli danışma 

sənəti) dərsləri verirdi. “Ritorika” kitabını da, yəqin ki, bu dərslərin təsirilə 

yazmışdı. Demokratik Afinanın həyatında ritorika (inandırma vasitələrindən 

istifadə, danışıq, xitabət sənəti, məharət - Aristotel) önəmli yer tuturdu. 

İsokrates`in ritorika məktəbi ilə Akademiya arasında bir rəqabət də vardı. 

Ritorikada induktiv və deduktiv yanaşma, misallara, örnəklərə dayanan və 

müqayisələrə əsaslanan üsullar tətbiq olunur. Ritorikanın bir önəmi də 

xüsusi təhsili olmayan insanları da məlum anlayışlardan istifadə etməklə 

inandırmaq, həmçinin ağıl vasitəsilə müdafiə olunmaqdır. Natiq inandırmaq 

üçün məntiq və etika üzrə biliklərə sahib olmalıdır. Aristotel üç növ xitabət 

var deyir: siyasi, hüquqi, mərasimlə bağlı nitqlər. O, həmçinin natiqin 



xarakteri, dinləyicilərin ruhi vəziyyəti və xitabət mövzusunun 

xüsusiyyətlərini araşdırmışdır. Həm də psixoloji bir əsər olan “Ritorika”da 

Aristotel yaş psixologiyasına baş vurur, gənc, orta yaşlı və yaşlıların 

xarakteristik cizgilərini verir. O, kübarlar (soylu doğum; məğrur), zənginlər 

(saymazyana, özünügöstərmə, başqalarına qarşı həssas olmayan,...) və 

güclülərin də surətlərini cızır. Nitq inandırıcı olmaq üçün ölçülü və təbii 

olmalıdır. 

D.

 

Makedoniyalı Aleksandr. Hellenizm  

Makedoniyalı Aleksandr (-356, -323) və ya Böyük Aleksandr güclənməkdə 

olan Makedoniya hökmdarı II Filip`in oğludur. 3 il Aristotel ona (və onun 

yaxın ətrafında olanlara) dərs vermiş, Aleksandr 16 yaşa çatanda dərs 

dayandırılmışdı.  

Aleksandr 20 yaşa çatanda atası öldürüldü və o, hakimimiyyətə gəldi (“-

334”). Təqribən iki il sonra dünyanın, daha doğrusu Şərqin və qismən 

Cənubun fəthinə girişdi. Kiçik Asiya və Persiya yürüşü, Orta Asiya və 

Hindistan hərbi səfərləri 10 il sürdü. Bu müddətdə təqribən 20 şəhər təsis 

etdi, o cümlədən (və ən mühüm olan) Aleksandriya şəhərinin, həmçinin 

indiki Qəndəhar`ın əsasını qoydu” bu şşəhərlərin hamısını Aleksandriya 

adlandırmışdı... Baktriyalı bir kübarın qızı Roksana ilə, həmçinin 

öldürülmüş Persiya şahı Darius`un qızı ilə evləndi. Get-gedə Persiya 

monarxlarının həyatına bənzər yaşamağa başladı, özünü Şahənşah 

adlandırdı, əl öpmək adətini tətbiq etdi. Bu yunan-makedoniya 

aristokratlarının etirazına səbəb oldu, xüsusilə tarixçi Kallisfen (onu 

Aleksandra Aristotel təqdim etmişdi) açıq etiraz etdi. Həbsxanaya düşən 

Kallisfen orada öldü, mümkündür ki, Aleksandr`ın əli olmadan. Aleksandr 

pers qızları ilə evlənin siyasətini həyata keçirməyə çalışırdı; bir dəfəyə 

sərkərdə və əyanlardan təqribən 80 nəfərini bu qayda ilə evləndirdi. Orduda 

da bu meyl vüsət aldı (kişilərdən ibarət ordu yerli qadınlarla evlənməkdən 

qaçmaq istəmirdi...). Babildə Aliksandr 33 yaşında ikən öldü. Ölümü 

haqqında çox rəvayətlər danışıldı, bəlkə  ona zəhər verilmişdi (?!). Bu gün 

də bu məsələ tədqiqat mövzusu kimi ortadan qalxmayıb. Aleksandrın 

sevimli sərkərdələrindən Ptolomey (Soter) tabutu oğurlatdı, Memfisə, 

sonunda Aleksandriyaya aparıb orada dəfn etdirdi. Bir sıra Romalı 

məşhurlar Aleksandrın qəbrini ziyarət etdikləri barədə yazmışlar. Sonra 

Aleksandrın qəbrinin harada olduğu haqqında məlumat yox oldu... 

  



Aleksandr Qərbi və Şərqi birləşdirdi, Hellenistik dövr başlandı. 

Aleksandrdan sonra onun sərkərdələri imperiyanı idarə etmək uğrunda 

savaşa qalxdılar. Diodoxların-bu sərkərdələrin səyi nəticəsində İmperiya 

dörd hissəyə parçalandı: Selevklər, Ptolomeylər, Perqamum və Yunanıstanı 

içinə alan Makedoniya. Hellenizm/Helenistik dövr-təqribən 3 əsr davam etdi 

”-330”-dan Romanın bu əraziləri fəth etdiyi ”-30”-a qədər.  



Hellenizm dövrü elmin çiçəklənməsi dövrü kimi səciyyələndirilə bilər. 

Yüklə 65,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə