1
Ləğv prosesində olan bankların
əsas vəsaitlərinin icarəyə
verilməsinə dair Qaydalara
3 nömrəli əlavə
Auksionun keçirilməsi
Q a y d a s ı
1.
Auksion komissiya üzvlərinin iştirakı ilə hərracçı tərəfindən keçirilir. Auksionun
əvvəlində hərracçı auksion iştirakçılarını auksionun keçirilməsi qaydaları və
proseduru ilə tanış edir. Hərracçı icarə obyektinin adını və yerləşdiyi yeri, onun əsas
xüsusiyyətlərini, o cümlədən müəyyən edilmiş auksion addımının həcmini elan edir.
2.
Hərracçı icarə obyektinin start aylıq icarə haqqının məbləğini və hər qiymət artımı
üçün addımın məbləğini elan edir.
3.
Əgər 2 və ya daha artıq iştirakçı biletini qaldırarsa, hərracçı bir addım qiyməti artırır.
Hərracçı biletini qaldıran bir iştirakçı qalana kimi qiyməti artırır. Hərracçı təxminən
20 saniyə fasilə ilə son qiyməti üç dəfə təkrar edir.
4.
Son qiymətin üç dəfə təkrarlanmasından sonra da heç bir iştirakçı biletini qaldrmadığı
halda hərracçı çəkici vurmaqla, elan olunmuş son qiymətə biletini qaldırmış
iştirakçının auksionun qalibi olduğunu elan edir.
5.
Auksionun qalibi bilet nömrəsi və təklif etdiyi qiymət hərracçı tərəfindən sonuncu
səsləndirilən iştirakçı hesab olunur.
6.
Hərracçı icarə obyektinin aylıq icarə haqqının məbləğini və auksionun qalibinin bilet
nömrəsini elan edir və auksionu başa çatdırır.
7.
Auksionun qalibinin təklif etidyi qiymət auksionun nəticələri barədə yekun protokola
daxil edilir.