Leksikologiya adlanır. Leksikologiya yunanca iki sözdən



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,49 Mb.
#76717


LEKSİKA 

 

 

Leksika  dildə  olan  sözlərin  cəminə  deyilir.  Dildə  olan  bütün  sözlər  birlikdə  dilin 



leksikasını əmələ gətirir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksikologiya 

yunanca iki sözdən (lexikos – söz, loqos – təlim) ibarət olub, dilin müasir vəziyyətində və eləcə 

də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir.  

 

Leksikologiyada  sözlərin  mahiyyəti,  mənası,  mənşəyi,  inkişaf  qanunları,  mənaca  qrupları 



öyrənilir.  Leksikologiya,  həmçinin  dilin  lüğət  tərkibinin  aktiv  və  passiv  fondunu,  frazeoloji 

vahidləri və s. tədqiq edir. 

 

Söz    dilin  əsas  vahididir.  Sözün  mahiyyəti  dedikdə  ona  xas  olan  üç  cəhət  nəzərə  alınır. 

Birinci, söz müəyyən səs kompleksinə malikdir. Yəni hər bir sözün fonetik tərkibi var. Məsələn, 

“Azərbaycan” sözü fonetik tərkibinə görə [a],[z],[ə],[r],[b],[a],[y],[c],[a],[n] səslərindən ibarətdir. 

İkinci,  hər  bir  sözün  müəyyən  bir  mənası  vardır.  Sözün  mənası  dedikdə,  həmin  sözün 

şüurumuzda yaratdığı məzmun nəzərdə tutulur. Üçüncü, hər bir sözün mənası müəyyən mənbəyə 

istinad  edir.  Yəni  mənanın  mənbəyi  dedikdə,  sözlə  adlandırılan  predmet  nəzərdə  tutulur. 

Məsələn, “Azərbaycan” dedikdə, doğma vətənimizi xatırlayırıq.  

Deməli, səs kompleksi, məzmun və məna sözün  üç əsas cəhətidir.  

Sözlər  əşya,  hərəkət,  əlamət,  miqdar,  zaman,  məkan,  tərz  və  s.  ifadə  etməyə  xidmət  edir. 

“Söz – ünsiyyət  məqsədlərinə xidmət etmək üçün işlədilən… fonetik tərkib vasitəsilə ifadə edən 

dil vahididir” (S. Cəfərov, 

 “Müasir  Azərbaycan  dili”,  Bakı,  2007).  Hər  bir  sözün  həm  leksik,  həm  də  qrammatik  mənası 

vardır. 

 

Sözün leksik və qrammatik mənası 



 

Hər  bir  söz  müəyyən  məna  ifadə  edir.  Sözün  əsas  vəzifəsi  əşya,  hadisə,  hərəkət  və  s. 

adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil 

sözlərdir.  

Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə 

tutulur.  Leksik  məna  konkret  predmet  barədə  olan  məlumat,  həmin  sözü  deyərkən  nəyi  başa 

düşməyimizdir.  

Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: 



1.

 

Həmin  sözə  yaxın  mənalı  söz  seçməklə  (zəngin  –  varlı  –  dövlətli,  aramla  –  sakit  – 

tələsmədən ). 

2.

 

Sözün məzmun, əlamət və  xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl 

). 

3.

 

Mürəkkəb  sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq  – bucaqlarının sayı  üç olan 

fiqur, enliyarpaqlı – yarpaqları enli olan ). 

4.

 

Sözə əks mənalı söz seşməklə (yaxşı-pis, düz - əyri, irəli – geri ) və s.  

Sözün  qrammatik  mənası  dedikdə,  sözün  hansı  nitq  hissəsinə  aid  olması  və  həmin  nitq 

hisəsinə  aid  xüsusiyyətlərin  daşıması  nəzərdə  tutulur.  Məsələn,  “dərzi”  sözü  leksik  mənasına 

görə  “paltar  biçib-tikən  usta”  deməkdirsə,  qrammatik  mənasına  görə  isimdir,  adlıq  haldadır  və 

təkdədir.  

Sözün  lüğəvi  mənasının  dəyişməsi  qrammatik  mənanın  dəyişməsinə  də  səbəb  ola  bilər. 

Məsələn, yaz – fəsil (isim), yaz – yazmaq 

hərəkət (feil) . 

 

Sözün həqiqi və məcazi mənası 



 

Söz özündə müəyyən mənanı daşıyır. Bu məna  əşyaları, hadisələri bir-birindən ayırmağa, 

onları fərqləndirməyə, eyniləşdirməyə və s.  imkan verir. Bütün sözlər müəyyən məna ifadə edir, 

mənalar  isə  sözlərdə  yaşayır.  Cəmiyyətin  dəyişməsi,  əşya  və  hadisələrin  dəyişməsi,  dini  və 




ictimai qaydalardakı dəyişikliklər və s. səbəbilə zaman – zaman bəzi sözlərin mənası da dəyişir. 

Belə  ki,  sözlərin  mənası  genişlənə  bilir  və  darala  bilir.  Sözlərin  yeni  törəmə  mənalarının 

yaranması, sinonimlərinin əmələ gəlməsi ilə söz öz mənasını genişləndirir (imtahan, yoldaş və s). 

Sözün mənaca daralması isə əvvəllər bir neçə məna ifadə edə bilən sözlərin zamanla  yalnız bir 

mənada  işlədilməsidir  (aş,  tütün  və  s.).  Deməli,  tarixi  inkişaf  prosesində  bəzi  sözlər  əlavə  yeni 

mənalar  kəsb  etməklə  yanaşı,  bəzilərinin  mənaları  unudulur.  Sözün  törəmə  mənalarından  yeni 

məcazi mənalar yaranır. 

Dilimizdəki  sözlər  həm  həqiqi,  həm  də  məcazi  mənada  işlədilir.  Söz  tələffüz  edilərkən 

ağıla  gələn  ilk  məna  həqiqi  mənadır.  Həqiqi  məna  sözdə  əsasdır.  İnsanlara  məxsus  müəyyən 

hərəkətləri  əşyalara,  hadisələrə  və  s.  aid  etmək  nəticəsində  meydana  çıxan  sonrakı  məna  isə 

məcazi mənadır: insanın ayağı ( həqiqi) – kəndin ayağı ( məcazi),  insanın qolu ( həqiqi) – çayın 

qolu ( məcazi), uşaq yatdı ( həqiqi) – külək yatdı (məcazi). Məcazi məna sözdə qeyri - əsasdır. 

Sözün  əsas  mənası  olmasa,  məcazi  mənası  da  ola  bilməz.  Yəni  məcazi  məna  həqiqi  məna 

vasitəsilə predmetə aid olur.  

Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur. 

Məsələn,  soyuq 



hava,  soyuq  su  ifadələrində  soyuq  sözü  həqiqi  mə`nasında,  soyuq  adam,  soyuq  münasibət 

ifasəsində isə məcazi mə`nada işlənmişdir. 

 

Təkmənalı və çoxmənalı sözlər 

 

Sözlər müxtəlif əşya, əlamət, kəmiyyət, hərəkət, zaman, məkan və s. mənaları ifadə edir. 

Bu sözlər dildə birdən-birə yaranmır, onlar dildə müəyyən ictimai hadisə, əlaqə və münasibətləri 

ifadə edərək yaranır. Sözlər səs tərkibinə, mənalarına və digər xüsusiyyətlərinə görə fərqlənirlər. 

Dilimizdə eyni  səs tərkibinə malik  olub müxtəlif mənaları  ifadə edən, eyni  səs tərkibinə malik 

olub  bir  sözün  müxtəlif məna  çalarlarını  ifadə  edən,  həm  də  müxtəlif  səs  tərkibinə  malik  olub 

yaxın mənaları bildirən çoxlu sayda sözlər vardır.   

Öz  əsas  mə`nasından  əlavə  məcazi  mə`nasında  işlənə  bilməyən,  y

аlnız  bir  leksik  mənası 

olan sözlərə 



təkmə`nalı sözlər deyilir. Məsələn; metro, alma, sarı, doqquz, sığırçın və s.  

Sözün ilk mənasından müxtəlif yeni məna çalarları əmələ gələ bilir.  

Eyni leksik məna ilə bağlı olub bu və ya digər cəhətdən bir – birilə oxşar əlamətlərə malik 

əşyaları,  yaxın  mənaları  bildirən  sözlərə  çoxmə`nalı  sözlər  deyilir.  Eyni  leksik  məna  ilə  bağlı 

olub bu və ya digər cəhətdən bir – birilə oxşar əlamətlərə malik əşyaları, yaxın mənaları bildirən 

sözlərə çoxmə`nalı sözlər deyilir.   

Məsələn: 

GÖZ  (əsas mə`nada): insanın gözü, balığın gözü, quşun gözü.  

GÖZ  (törəmə  mə`nada):  bulağın  gözü,  yaranın  gözü,  şikafın  gözü,  yeddi  göz,  gözə 

gəlmək, göz oxşamaq, göz qoymaq.

 

BAŞ  (əsas mə`nada): insanın başı, balığın başı, quşun başı.  

BAŞ (törəmə mə`nada): kəndin başı, arxın başı, şkafın başı, baş nazir, baş mühəndis, baş 

məsələ, məclisin başı və s.

 

DÜŞMƏK (əsas mə`nada): yerə düşmək, maşından düşmək, nərdivandan düşmək. 

 DÜŞMƏK    (törəmə  mə`nada):  başa  düşmək,  göydən  düşmək,  işə  düşmək,  dilə  düşmək, 

əsir düşmək, eşqə düşmək, dərdə düşmək, əldən düşmək, gözdən düşmək və s.

 

Söz  əvvəl  təkmənalı  kimi  işlədilir,  sonra  mənasını  genişləndirir  və  çoxmənalı  söz  kimi 



işlənir.  Çoxmənalı  sözlərin  əsas  əlaməti  odur  ki,  onlar  hansı  məqamda  və  hansı  mənalarda 

işlənməsindən  asılı  olmayaraq,  hamısını  ümumi  bir  məna  birləşdirir,  hər  hansı  bir  sözün  ifadə 

etdiyi mənalar bir məfhumun ətrafında toplanır, onlar oxşar əlamət bildirir, törəmə mənalar əsas 

məna ilə bağlı olur.  

 

                                              Əllərində çiçək var. 

 

 

 

 

Bircə əl oynadım. 



 

Əl 

 

 

Belə bir fürsət əldən çıxdı. 

 

 

 

 

Əldən qalan əlli il qalar. 

 

 

 

 

Onun əlindən gələn işdir. 

 

Çoxmə`nalı sözlərin dildə geniş yaylıması dili zənginləşdirir. Çoxmənalı sözlər bütün nitq 



hissələrində  təsadüf  olunur.  Lakin  Azərbaycan  dilində  daha  çox  isimlər, sifətlər və fe`llər

 

çoxmə`nalı sözlər kimi çıxış edir. Məsələn; baş, göz, qaş, qol, dil, diş, ağız, burun, boğaz, ayaq, 



maşın, acı, şirin, kök, güclü, dolu, yumşaq, bərk, ağır, yüngül, getmək, qaçmaq, qalmaq, baxmaq, 

düşmək, bişmək, çıxmaq və s. 

Çoxmənalılıq  sözlərin  törəmə  mənalarının  məcazlaşması  və  əsas  məna  ətrafında 

birləşməsinin nəticəsidir. Çoxmənalı sözlər həmişə  eyni  nitq hissəsinə  aid olur.  Dilimizdə daha 

çox çoxmənalı söz kimi işlənən sözlər bunlardır: dil, göz, baş, qol, ağız, burun,baş, boğaz, qaş, 

yol,əl, ayaq, acı, şirin, kök, dolu, atmaq, qaçmaq, baxmaq, kəsmək, getmək və s.  

Didəki bütün sözlər çoxmənalı ola bilmir. Çoxmənalı sözlərdən da- 

ha çox bədii üslubda istifadə olunur.   

  

Omonimlər 



Omonim sözü yunanca homos (oxşar) və onyama (ad) sözlərindən əmələ gəlib, dlimizə rus 

dili  vasitəsilə  keçmişdir.  Fonetik  tərkibinə  görə  eyni  olub,  tələffüz  və  yazılışca  fərqlənməyən, 

lakin  müxtəlif  leksik  məzmun  daşıyan,  bir  birindən  fərqli  mə`nası  olan  sözlərə  omonimlər 

deyilir.  Məsələn,  əqrəb  -  (saatın  əqrəbi,  isim),  əqrəb  –  (heyvan,  isim);  at  (  atmaq,  feil)  –  at 

(heyvan adı,isim) və s.  

Omonimlik  yalnız  iki  muxtəlif  məfhum  arasında  deyil,  daha  artıq  məfhumları  bildirən 

sözlər arasında da ola bilər. Məsələn, “bal” və “qaz” sözlərinin ifadə etdiyi mənalara nəzər salaq. 

Bal:  1.  Arıların  hasil  etdiyi  maddə;  2.  Qiymətlərin  cəmi;  3.  Küləyin,  dalğanın  gücünü 

bildirən ölçü vahidi; 4. Musiqi ilə keçiriləcək gecə, şənlik.  



Qaz: 1. Ev quşlarının biri; 2. Fiziki maddə; 3. Metan qazı;  4. Yeri qazmaq və s.   

Оmоnimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər: Məsələn:  bağ (isim, 

isim); yol (isim, feil); sarı (sifət, feil) və s. 

Omonimlər çoxmənalı sözlərə bənzəyir.  İstər çoxmənalı sözlərdə, istərsə də omonimlərdə 

eyni səs tərkibinə malik olan sözlər müxtəlif mənalar ifadə edir. Lakin onlar arasında fərq vardır:  

 



Çoxmənalı sözlərdə mənalardan biri əsas olur, digərləri isə ondan tö- 

rəmə  olub  əsas  mənanın  ətrafında  birləşir.  Yəni  çoxmənalılıq  sözün  əsas  mənasının 

məcazlaşması  yolu  ilə  əmələ  gəlir  (həyat  yoldaşı,  tələbə  yoldaşı,  yol  yoldaşı  və  s.).  

Omonimlər  isə  tələffüzünə  görə  eyni  olsa  da,  tamamilə  müxtəlif  leksik  mənaları  ifadə  edir. 

Omonimlərin çoxmənalı sözlərdən  əsas fərqi də  budur ki,  ifadə  etdiyi  mənalar arasında heç 

bir bağlılıq yoxdur. Məsələn: top, qan, en, dağ, gül, daş və s.  

 

Çoxmənalı sözlərin əlavə mənaları yalnız mətn daxilində konkretləşir, omonimlərin mənaları 



isə mətnsiz də məlum olur.  

 



Çoxmənalı sözlərin bütün üzvləri eyni bir nitq hissəsinə, omonimlik  

təşkil edən sözlər isə müxtəlif nitq hissələrinə aid olur.  

 

Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada işlənir. 



 

Çoxmənalı sözlər obrazlılıq, omonimlər isə cinas yaradır. 



Deməli,  omonim  sözlər  tələffüzünə  görə  eyni  olsa  da  onlar  tamamilə  müxtəlif  leksik 

mənaları  ifadə  edir.  Omonimlərin  çoxmənalı  sözlərdən  əsas  fərqi  də  məhz  budur  ki,  ifadə 

etdiyi mənalar arasında heç bir bağlılıq yoxdur.  



Elə sözlər vardır ki, onlar həm omonim, həm də çoxmənalı söz kimi işlənə bilir: at, tut, 

boğaz, yar, yay, say, аl, quru, аğrı, кöк, dil, tut, bel, qaş, qol, yol və s.  

                                     KÖK (çoxmənalı söz) 

                                                                           ağacın kökü 

                                                                             nəsil, şəcərə 

      mənbə                                                             bir işin kökü, əsası 

                                                         KÖK (omonim) 



                

                                            şişman (sifət)            

                  

                                             yerkökü (isim) 

Dilimizdə təsadüfi  omonimləşən - əslində omonim olmayan leksik vahidlər də vardır. Bu 

sözlər  müəyyən  morfoloji  dəyişmələrə  məruz  qaldıqdan  sonra  omonim  sözlərə  oxşayır. 

Omoqraflar  (yazılışı  eyni,  səslənməsi  müxtəlif  olan  sözlər),    omofonlar  (yalnız  səslənməsinə 

görə  oxşar  olan  sözlər),  omoformlar  (müxtəlif  qrammatik  şəkilçilər  qəbul  etdikdən  sonra  oxşar 

olan  sözlər)  omonimlərə  oxşar  söz  qruplarıdır.  Bunlar  təsadüfi  omonimləşən,  əslində  omonim 

olmayan sözlərdir. Aşağıdakı sözlər omonim kimi götürülə bilməz:  

 



Ümumi və xüsusi isimlər: Lalə (gül) və Lalə (аd) 

 



Xüsusi isimlər: Savalan (dağ adı) və Savalan (şəxs аdı) 

 



Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli`n, alı`n  (isim),  gə`lin, a`lın (feil) və 

s. 


 

Yazılışı,  tələffüzü  eyni,  lakin  kökləri  müxtəlif  olan  sözlər:  [biç+i`n]  –  [bi`ç+in],  [əsi`r  – 



[əs+i`r], [a`l+ma] – [alma`], [mədəni`] – [mə:də+ni`] və s. 

 



Səzlənməsinə  görə  eyniləşən,  yazılışı  fərqli  olan sözlər    (paronimlər):  mətn  –  mətin,  kəsr  – 

kəsir, əmr - əmir və s.   

 

Dilimizdə omonimlər



in yaranmasının bir çox yolları vardır. Omonimlər ən çox

 çoxmə`nalı 

sözlərin  və  alınmaların  hesabına  əmələ  gəlir.  Çoxmə`nalı  sözün  törəmə  mə`nalarından  biri 

zaman  keçdikdə  əvvəlki  əsas  mə`nasından  uzaqlaşır,  əvvəlki  mə`na  ilə  əlaqəsini  itirir  və 

tamamilə yeni mə`na kəsb edir. Məsələn: Yer kürəsi peykinin adını bildirən “Ay” sözündən 30 

gün mə`nasında işlənən “ay” sözü törənmişdir.   

Alınma  sözlər  hesabına  omonimlərin  yaranması  o  zaman  baş  verir  ki,    başqa  dillərdən 

dilimizə keçən sözün fonetik tərkibi dilimizdə olan hər hansı  bir sözün fonetik tərkibi ilə  eyni 

olur. Məsələn: qol – futbol oyununda topun darvazadan keçirilməsi, qol  – insanın bədən üzvü; 

divan –  taxt, divan – külliyyat; zər – qızıl, zər – nərd daşı və s.  

Alınma sözlər hesabına əmələ gələn omonimlərin ya hamısı alınma və yaxud biri alınma, 

biri isə milli söz olur: bürc (ər.) – qüllə, bürc (ər.) –  ulduzlar qrupu; həlim (ər.) – sakit, həlim 

(azərb.) – düyü bişmişi və s.  

 

Sinonimlər  



 

Dilimizdə  elə  əşya,  hadisə,  hərəkət,  və  s.  adları  vardır  ki,  onlar  bir  sözlə  deyil,  bir  neçə 

sözlə ifadə oluna bilir. Məsələn: uca – hündür – yüksək, zəngin – varlı – dövlətli – imkanlı və s. 

Eyni  anlayışın,  məfhumun,  məzmunun  bir-birinə  yaxın  mə`nada  bildirən  sözlər  sinonimlər 




deyilir. Sinonim  yunan sözü olub, eyni adlı deməkdir. Sinonimlər bir anlayışın muxtəlif mə`na 

incəliklərini bildirir.  

Bir  ümumi  məna  ilə  əlaqədar  olub,  bir  məfhumu  müxtəlif  şəkildə  adlandıran,  leksik  – 

semantik  variantlarına  görə  eyniləşən,  mənaca  yaxın  sözlərə  sinonim  deyilir  (H.  H.  Həsənov, 

“Müasir Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 64). 

Sinonimlərin əsas xüsusiyyətləri bunlardır: 

 

Sinonimlərdə mənaca yaxınlıq və ya məna ümumiliyi olmalıdır: nəm 



 – yaş – islanmış, отурмаг -  əyləşmək və s. 

 



Sinonimlər  mənaca  bir-birilə  qarşılıqlı  əlaqədə  olub  sinonim  cərgə  yaradırlar.  Biri  biri  ilə 

sinonim münasibətdə olan sözlərə “sinonim cərgə” deyilir. Sinonim cərgədə iki və daha artıq 

söz olur: bərk - möhkəm,  arxa – dal – geri, vahid – tək – bir – yalqız – yeganə, igid – cəsur – 

qoçaq – qəhrəman – qorxmaz – mərd – şücaətli və s.   

 

Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur: yaş –nəm – sulu (sifət), nə vaxt 



– haçan - nə zaman (əvəzlik),  amma – ancaq – lakin - fəqət (bağlayıcı) və s. 

 



Sinonimlər quruluşca müxtəlif ola bilirlər: gözəl – göyçək – yaraşıq+lı və s.  

 



Daha çox isim, sifət və feillər sinonim olurlar: dünya  – cahan – aləm – kainat, sıx – kip – 

möhkəm,  tutmaq – saxlamaq və s. 

 

Sinonimlərə daha çox bədii üslubda rast  gəlinir. Hər hansı  bir ifadənin  tə`sirini, bədiiliyini 



artırmaq üçün sinonim sözlərdən geniş istifadə olunur. 

 



Dilimiz  sinonimlərlə  zəngindir.  Sinonimlər  fikri  daha  dəqiq  ifadə  edir  və  yersiz  təkrarın 

qarşısını alır. Bəzən fikrin daha quvvətli çıxması üçün sinonimlər təkrar işlənir. 

 

Eyniköklü sözlər sinonim ola bilmir: biçarə - çarəsiz, bikef – kefsiz  və s. 



Dilimizdə  elə  sözlər  də  var  ki,  onlar  müxtəlif  səs  tərkibinə  malik  olsalar  da  mənaca 

tamamilə eyni məfhumu bildirir. Belə sözlərə dublet deyilir. Bu sözlərin biri öz dilmizə, digəri 

isə  başqa  dilə  məxsus  olur.  Məsələn:  çeşmək,  gözlük,  eynək;  qara,  siyah;  ürək,  qəlb;  səksən, 

həştad və s.  

Sinonimlər eyni nitq hissəsinə aid olur.  

 

Antonimlər  

 

 

Antonim  yunanca  anti  -  əks,  onyma  –  ad  sözlərindən  əmələ  gəlib,  mənaca  bir-birinə  əks 

olan sözlərə deyilir. Məsələn: yaxşı - pis, gecə -  

gündüz, tez – gec, yaxın – uzaq, az- çox və s.

 

Antonimlik kəmiyyət, keyfiyyət, zaman, məkan və s. məzmunlu müxtəlif sözlərin mənaca 



qarşı-qarşı qoyulmasıdır. Antonimləri təşkil edən sözlər müxtəlif fonetik tərkibə malik olmalıdır 

(gəl – get, sus – danış və s.),  inkarlıq şəkilçiləri əlavə etməklə əmələ gələn qarşılaşdırma ( gəl – 

gəlmə, sus – susma və s.) antonim yaratmır. Antonimlər müxtəlif 

 köklü sözlər olmalıdır.  

Dilimizin lüğət tərkibində mənşəyinə görə həm  milli, həm də alınma sözlər vardır. Bunu 

nəzərə alaraq əmələgəlməsinə görə antonimləri üç cür qruplaşdırmaq olar:  

1) öz sözlərimizdən ibarət olan antonimlər (tez – gec, yaxın – uzaq, gəl – get və s.);  

2) biri milli, digəri alınma olan antonimlər (sağlam – xəstə, varlı – kasıb və s.);  

3) hər ikisi alınma olan antonimlər ( daxili – xarici, şad – məyus   və s.).   

Antonimlər eyni nitq hissəsinə aid olur. Əsas nitq hissələrinin,  demək olar ki, hamısında 

antonimlər vardır: gecə - gündüz, ağ – qara, az – çox,  ağlamaq – gülmək və s. Lakin antonimlərə 

isim, sifət, feil və zərflərdə daha çox rast gəlinir.  

Antonim sözlərin hər birinin ayrılıqda bir neçə omonimi və sinonimi olur. Məsələn, yaman 

sözü (yaxşı və pis mənalarda işlənərək omonim, yaman (yaraşdı) - yaxşı (yaraşdı), yaman (söz) – 

pis (söz) sinonim olur.  

Antonimlər  çox  mə`nalı  sözlər  arasında  da  vardır.  Çox  mə`nalı  sözlərin  əsas  mə`naları 

antonim ola bilir. Məsələn: Ayaq - baş, almaq – vermək və s.  



Antonimlər, əsasən, qoşa işlədilir: kök – arıq, cılız – pəzəvəng və s. 

Antonimlər quruluşca müxtəlif olur: ac – tox (sadə, sadə), dolu – boş (düzəltmə və sadə), 

giriş – çıxış, (düzəltmə - düzəltmə), tez-tez – gec-gec ( mürəkkəb, mürəkkəb) və s.  

Antonimlər sözün və ifadənin mənasını qüvvətləndirməyə xidmət edir. 

Bədii ədəbiyyatda 

antonimlərdən  çox  istifadə  olunur.  Məsələn:  İgid  ömründə  bir  yol  ölər,  qorxaq  gündə  yüz  yol 

(atalar sözü).   

Antonimlər dilimizin lüğət tərkibinin zənginləşməsində də rol oynayır. Bir çox mürəkkəb 

sözlər məhz antonimlərdən yaranmışdır: az – çox, baş – ayaq, sual – cavab və s.   

Antonim sözlər məcazi məna kəsb edib substantivləşən zaman antiteza olur. Məsələn, göz 

yaşı  içində  gülüş,  ölü  dirilər,  zülmətli  gündüz    və  s.  Antitezalar  aydın  və  təsirli  mənzərə, 

müqayisə səciyyəli obrazlar yaratmaq üçün işlədilir.  



 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə