Lənkərana gələn turistlərin gəzinti üçün nəzərdə tutulmuş Turizm marşrutu



Yüklə 25,07 Kb.
tarix25.06.2018
ölçüsü25,07 Kb.
#51869

Lənkərana gələn turistlərin gəzinti üçün nəzərdə tutulmuş

Turizm marşrutu


Bir tərəfdən dağlarla digər tərəfdən dənizlə əhatə olunan, zəngin mədəniyyəti, bənzərsiz mətbəxi olan olan bu bölgə geni. Turizm potensialına malikdir. Lənkəran şəhəri ilə Bakı arasında məsafə 268 km təşkil edir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə əhatə olunub. İqlimi subtropikdir. Havanın orta illik temperaturu +14 dərəcə olur ən soyuq ay yanvar ən isti ay isə iyul ayıdır. Bütün bunları nəzərə alaraq rayonda bir neçə istiqamətdə tərəfimizdən turizm marşrutları hazırlanmışdır:

İ. Lənkəran şəhəri üzrə


1. Rayonun girəcəyi olan Göyşaban dairəsindən başlayaraq “Xalq sənətkarlığı şəhərciyi” gəzinti, rəmzi “Simovar”ın önündə fotoşəkillərin çəkilməsi və Lənkəran çayından dadmaq.

2. “Sahil parkı” ilə tanışlıq.

3. Lənkəran Mədəniyyət Mərkəzində tətbiqi sənət otağı ilə tanışlıq.

4. Azərbaycanlıların soyqırım abidəsininin ziyarəti.

5. İki dəfə SSSR qəhrəmanı tank qoşunlarının general mayoru Həzi Aslanovun parkı ilə tanışlıq.

6. Lənkəran mayakı ilə tanışlıq.

7. Lənkəran Tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq.

8. Heydər Əliyev xatirə parkı və Heydər Əliyev mərkəzi ilə tanışlıq.

9. Gənclər Mərkəzi ilə tanışlıq.

10. Tarixi abidə olan “Dairəvi Qala” ilə tanışlıq.

11. H.Aslanovun ev muzeyi ilə tanışlıq.

12. Lənkəran şəhərində gəzinti


İİ. Lənkəran rayonu üzrə Astara istiqamətində.

1. Rayonun girəcəyi olan Göyşaban dairəsindən başlayaraq “Xalq sənətkarlığı şəhərciyi”ndə qarşılama.

2. “Palıdlı sahil” turizm istirahət mərkəzi ilə tanışlıq.

3. Tatixi abidə Şeyx Zahid türbəsinə ziyarət, Şıxəkəran kəndi ilə tanışlıq.

4. Hirkan Milli Parkında gəzinti.

5. Narıngi plantasiyası ilə tanışlıq.

6. Xanbulan dəryaçası ilə tanışlıq və dəryaça kənarında çay süfrəsi.
İİİ Lənkəran rayonu üzrə Lerik istiqamətində

1. Rayonun girəcəyi olan Göyşaban dairəsindən başlayaraq “Xalq sənətkarlığı şəhərciyi”ndə qarşılama.

2. Çay plantasiyası ilə tanışlıq.

3. İsti su termal vannalarda istirahət 4. Lerik istiqamətinə Bəlləbur kəndində olan qədim abidələr Sığon daş qutu nekropolu və Bəlləbur qalasının qalıqları ilə tanışlıq, 5. “Bəşəru” turizm istirahət mərkəzində istirahət.

Bunlar standart turlardır, turlarda turistlərin istəyinə və marağına əsasən dəyişiklik etmək mümkündür.

Lənkəranla yanaşı turistlərin istəyin və marağına görə Astara və Lerik rayonlarınada turlar təşkil edirik. Astara rayonnda qədim Sım kəndinə turlar xarici turistlər üçün böyük maraq oyadır. Turistlər üçün yüksək kəyfiyyətdə fotoşəkillərin çəkilişi təmin edilir.

Bələdçi və tərcümə xidmətləri vardır (ingilis və rus dillərində) . Transfer xidməti, fərdi gəzintilərin təşkili.

Turpaketə turistlərin istəyindən asılı olaraq bələdçi (qid) və tərcüməçi xidmətidə (ingilis, rus dilləri) təşkil olunur, maşın xidməti Sifariş olarsa turistlərin sayından asılı olaraq avtobuslar təşkil olunur. Ödənişsiz olaraq məlumatlar və çap materialları təqdim olunur, buklet, xəritə, flayer və s. Turistlərin istəyinə görə otel və istirahət mərkəzlərində endirimlə (standart qiymətdən aşağı) rezervasiya olunur (otelin qiyməti əlavə ödənilir). Turistlərin istəyi ilə əyləncə proqramları təşkil olunur (konsert, sərgi, sənətkarlarla tanışlıq, Nənələr folklor qrupu ilə tanışlıq və s. əlavə təşkil olunur).

Birinci gün

Lənkəranda qarşılanma və oteldə yerləşdirmə

Lənkəran şəhəri daxilində tarix və məd abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Həzi Aslanovun ev muzeyi)

Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (gunorta yeməyi).

Şəhərlə tanışlıq davam (Dairəvi qala, Mayak, Mədəniyyət mərkəzi, Dram teatr və s.).

Otelə qayıdış və şam yeməyi.



İkinci gün

Səhər yeməyi

Hirkan Milli Parkına səyahət

Xanbulan dəryaçasına səyahət və fotosessiya.

İstirahət mərkıəzində nahar.

İsti su vannalarının qəbulu.

Otelə qayıdış və şam yeməyi.
Turistlərin istəyindən asılı olaraq proqramda əlavələr ola bilər.

Turpaketə turistlərin istəyindən asılı olaraq bələdçi (qid) və tərcüməçi xidmətidə (ingilis, rus dilləri) təşkil olunur. Sifariş olarsa turistlərin sayından asılı olaraq avtobuslar təşkil olunur. Ödənişsiz olaraq məlumatlar və çap materialları təqdim olunur, buklet, xəritə, flayer və s. Turistlərin istəyinə görə otel və istirahət mərkəzlərində endirimlə (standart qiymətdən aşağı) rezervasiya olunur (otelin qiyməti əlavə ödənilir). Turistlərin istəyi ilə əyləncə proqramları təşkil olunur (konsert, sərgi, sənətkarlarla tanışlıq, Nənələr folklor qrupu ilə tanışlıq və s. əlavə təşkil olunur).
Birinci gün

Lənkəranda qarşılanma və oteldə yerləşdirmə

Lənkəran şəhəri daxilində tarix və məd abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Həzi Aslanovun ev muzeyi)

Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (gunorta yeməyi).

Şəhərlə tanışlıq davam (Dairəvi qala, Mayak, Mədəniyyət mərkəzi, Dram teatr və s.).

Otelə qayıdış və şam yeməyi.



İkinci gün

Səhər yeməyi

Lerik rayonuna səyahət

Lerik şəhəri ilə tanışlıq

İstirahət mərkıəzində nahar.

Dağlara səyahət

Otelə qayıdış və şam yeməyi.
Üçüncü gün

Səhər yeməyi

Astara rayonuna səyahət

Dənizkənarı parkda gəzinti.

İstirahət mərkıəzində nahar.

Yanar bulağa səyahət.



Otelə qayıdış və şam yeməyi.
Yüklə 25,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə