Lerik Rayonu İcra Hakimiyyətinin Başçısı cənab Rövşən Bağırova



Yüklə 10,1 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü10,1 Kb.
#43524

background image
Lerik  Rayonu  İcra  Hakimiyyətinin 

Başçısı 

cənab 

Rövşən Bağırova

  

 

İnformasiya sorğusu 

 

                                  Tarix: 07 mart 2014  

 

Hörmətli 

Rövşən

 müəllim! 

Aşağıdakı suallarımızın cavablandırılmasını Sizdən xahiş edirik!  

 

1)  Satınalan  təşkilat  Lerik  rayon  İcra  Hakimiyyəti  olan  «Abadlıq,  təmir-tikinti  işlərinin  satın 



alınması» ilə bağlı (109856,25 manat) tender 2012-ci ilin hansı tarixində (ay, gün) keçirilib? 

2) Həmin tenderdə neçə şirkət iştirak edib, onlar hansı şirkətlərdir? 

3)  Həmin  tenderdə  iştirak  edən  şirkətlər  tender  təkliflərində  bu  işi  hansı  qiymətə  icra  edə 

biləcəklərini göstəriblər?  

4)  Satınalan  təşkilat  Lerik  rayon  İcra  Hakimiyyəti  olan  «Abadlıq,  təmir-tikinti  işlərinin  satın 

alınması» ilə bağlı tenderin  qalibi hansı şirkət olub? 

5) Həmin işlər tam başa çatdırılıbmı və görülən işlər hansı səviyyədə yerinə yetirilib? 

 

Məlumat üçün bildirim ki, bu məsələ ilə bağlı 17 fevral 2014-cü ildə Satınalmalar üzrə Dövlət 



Agentliyinə informasiya sorğusu göndərmişik.  İnformasiya sorğusuna Satınalmalar üzrə Dövlət 

Agentliyinin Aparat rəhbəri Ələkbər Quliyevin imzası ilə verilən  28 fevral 2014-cü il tarixli 82 

saylı  cavabda  yuxarıda  göstərdiymiz  sualların  cavabını  Lerik  rayon  İcra  Hakimiyyətindən 

almağımız  tövsiyyə  edilib.  Bu  səbəbdən  yuxarıda  göstərdiyimiz  suallarımıza  cavab  verilməsini 

xahiş edirik.. 

Məlumat  üçün  bildirmək  istərdim  ki,  «İnformasiya  əldə  etmək  haqqında»  qanunun  2.1-ci 

maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 

«İnformasiya  əldə  etmək  haqqında»  qanunun  10.1-ci  maddəsində  informasiya  sahibinin  öz 

informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya 

əldə etmək hüququnu təmin etməsi nəzərdə tutulur. 

«İnformasiya  əldə  etmək  haqqında»  qanunun  21.3.-cü  maddəsinə  əsasən,  informasiya 

sorğusunun  təmin  edilməsindən  imtina  barədə  cavab  Azərbaycan  Respublikası 

qanunvericiliyinin  müvafiq  maddələri  də  göstərilməklə,  aydın  və  əsaslandırılmış  şəkildə  tərtib 

edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət  etmək hüququnun olduğu 

öz əksini tapmalıdır. 

«İnformasiya əldə etmək haqqında» qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən 

qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 

«İnformasiya  əldə  etmək  haqqında»  qanunun  49.1-ci  maddəsinə  əsasən  sorğuçu  sorğunun 

icrasından  imtina  edilməsi,  yaxud  lazımınca  icra  olunmaması  barədə  məhkəməyə  və  ya 

Müvəkkilə şikayət etmək hüququna malikdir. 



Əvvəlcədən təşəkkürümü bildirirəm! 

 

Kataloq: images -> documents

Yüklə 10,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə