Leyla abasova bakı Dövlət Universitetinin “ Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi



Yüklə 170,7 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü170,7 Kb.
#11406


65 

 

Leyla ABASOVA 



Bakı Dövlət Universitetinin 



Kitabşünaslıq və nəşriyyat işi” 

kafedrasının müəllimi 

 

AZƏRBAYCAN KİTABININ  

FORMALAŞMASINDA VƏ İNKİŞAFINDA  

“AZƏRNƏŞR”İN REDAKTORLARININ FƏALİYYƏTİ 

 

Açar sözl

ər: kitab, “Azərnəşr”, nəşriyyat işi, redaktor. 

Ключевые слова: книга, «Азернешр», издательское дело, редактор. 

Keywords:

  book ,



 

“Azernashr”, Publishing, editor. 

 

 

 



Az

ərbaycan  kitabının  nəşrə  hazırlanmasında,  redaktə  edilməsində 

“Az

ərnəşr”də  müxtəlif dövrlərdə  işləmiş  redaktorların  fəaliyyəti 



unudulmazdır. Çünki onlar kitabın dil və üslubunun formalaşmasında gərgin 

əmək sərf edirlər.  Bunu  respublikamızdakı,  xüsusilə  “Azərnəşr”də  fəaliyyət 

göst

ərən redaktorların nümunələrində aydın görürük. 



“Az

ərnəşr”də  işləyən  redaktorlar  sırasında  vaxtilə  baş  redaktor 

v

əzifəsində  işləmiş  M.Əfəndiyevin xüsusi yeri və  rolu  olmuşdur.  O, 



“Az

ərnəşr”in  fəaliyyəti  haqqında  dəfələrlə  respublika mətbuat  orqanlarında 

maraqlı  yazılarla  yadda  qalmışdır.  Bu  mənada  M.Əfəndiyevin “Kommunist” 

q

əzetində (1972-ci il 25 yanvar) “Azərnəşr” – 72” başlıqlı yazıda Azərbaycan 



Teleqraf Agentliyinin müxbirinin suallarına cavab verdiyi diqqəti cəlb edir. O, 

1972-ci ild

ə  K.Marksın,  F.Engelsin  bir  sıra  əsərlərinin, N.Nərimanovun 

m

əqalə  və  nitqlərindən ibarət ikicildliyinin çap ediləcəyini qeyd edir. 



“Az

ərnəşr” – 72” adlı yazıdan məlum olur ki, “Azərnəşr”in 1972-ci il tematik 

planında ictimai-siyasi, istehsalat-texniki, kənd təsərrüfatı, bədii ədəbiyyat və 

ədəbiyyatşünaslıq, rus klassik yazıçılarının, şairlərinin əsərlərinin Azərbaycan 

dilind

ə nəşrinə geniş yer verilir.   



Bu cür s

əmərəli işlədiyinə görə redaktorların fəaliyyəti respublikamızın 

hökum

əti tərəfindən daim diqqət mərkəzində  olmuş,  vaxtaşırı  onların  əməyi 



yüks

ək qiymətləndirilmişdir. Məsələn, 1975-ci ildə  respublikada kitab nəşri 

işinin  inkişafında  xidmətlərinə  görə  və  Azərbaycan Dövlət Nəşriyyatının  50 

illiyi il

ə  əlaqədar olaraq nəşriyyatının  işçilərinə  Azərbaycan SSR Fəxri 

adlarının  verilməsi  haqqında  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 

F

ərmanı  olmuşdur.  Fərmanda deyilir: “Respublikada kitab nəşri  işinin 



inkişafında xidmətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə 

əlaqədar olaraq aşağıdakılara fəxri adlar verilsin: 




66 

 

Az



ərbaycan SSR Əməkdar Mədəniyyət işçisi: Ağayev Əsgər Şərbətəli 

oğlu – böyük redaktor, Əliyeva Əminə Pirəli qızı – korrektor şöbəsinin müdiri, 

Əliyeva  Ariadana  Sergeyevna  –  redaktor,  Balakişiyev  Məzahir  Əbdülsəlim 

oğlu  –  texniki tərtibat  şöbəsinin müdiri, Azərbaycan  SSR  Əməkdar 

poliqrafçısı  –  Hüseynov Sabir Həsən  oğlu  –  26  Bakı  komissarı  adına 

m

ətbəənin stereotipçisi.  



N

əşriyyat  işçilərinin fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Məsələn, 

Əsgər  Şərbətəli  oğlu  Ağayevin  fəaliyyəti bu mənada diqqəti cəlb edir. O, 

1959-cu ild

ən “Kommunist” qəzetində  məsul katibin müavini, 1968-ci ildən 

“Az


ərnəşr”də  məsləhətçi redaktor, Böyük redaktor vəzifələrində  çalışmışdır. 

Kamil t


ərcüməçi olan Əsgər Ağayev bir sıra məqalələrin müəllifi, bədii, siyasi, 

ictimai kitabların tərcüməçisi və redaktoru olmuşdur. Təkcə 1975-ci ildə onun 

redakt

əsi ilə  15 adda, təxminən 100 ç.v. həcmində  kitab nəşr  edilmişdir. 



Yüks

ək  əmək göstəriciləri  əldə  etdiyinə  görə  ona 1973-cü ildə  “Sosializm 

yarışının qalibi” döş nişanı, Dövlətnəşrkomun iki “Fəxri Fərmanı” və bir sıra 

pul mükafatları verilmişdir. Əsgər Ağayeveyni zamanda respublika kitab nəşri 

işinin inkişafında xidmətlərinə görə, Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi 

il

ə  əlaqədar  olaraq  Əməkdar mədəniyyət  işçisi  kimi  fəxri ada layiq 



görülmüşdür.  

Respublikada kitab n

əşri  işinin  inkişafı  sahəsində  çoxillik səmərəli 

f

əaliyyətlərinə görə və Azərbaycan Dövlət Nəşriyyatının 50 illiyi ilə əlaqədar 



olaraq  aşağıdakılar  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri 

f

ərmanı ilə təltif edilmişdir: Hüseynova Səkinə Məmmədsadıq qızı – redaktor, 



Gülüşova Münəvvər Ağası qızı korrektor, İsgəndərzadə Mustafa Namaz oğlu 

–  redaksiya müdiri, Kamenova Tamara Alekseyevna – 

Qızıl  Şərq Mətbəəsi 

istehsalat  şöbəsinin rəisi, Quliyev Məmmədhəsən Mütəllib  oğlu  –  bədii 

redaktor, Kuramşina -Güləhmədova Rasimə Şükürovna – istehsalat şöbəsinin 

müdiri, N

əsirov Nəriman Qüdrət oğlu – redaksiya müdiri, Rüstəmzadə Vilayət 

M

əmməd oğlu – redaksiya müdiri və s.  



Araşdırmalar göstərir ki, “Azərnəşr”də redaktorlar, korrektorlar böyük 

h

əvəs və  səylə  çalışmışlar.  Onların  hər birinin öz əmək yolu, çap olunan 



kitablarda  adları  və  nəcib zəhmətləri  vardır.  Belələrindən biri də  Zenfira 

Ağayevadır.  O,  1959-cu ildən “Azərnəşr”də  işləməyə  başlamışdır.  İlk  dəfə 

Zenfira Ağayeva mətn oxucusu kimi qəbul olunmuşdur. Bir neçə il işlədikdən 

s

onra  onu  korrektor  keçirmişlər. Azərbaycan Dövlət  Pedaqoji  İnstitutunu 



bitirmiş  Zenfira  Ağayeva  neçə-neçə  kitabların  səhvsiz və  nəfis  çıxmasında 

xidm


əti  az  deyildir.  O,  söz  düşəndə  deyirdi:  “Bizim  işimiz  maraqlı  və 

m

əsuliyyətlidir. Hər  bir  kitabın  səhvsiz,  təmiz, səliqəli  çıxması  üçün  biz 



hamıdan çox diqqətli olmalıyıq. Hər dəfə hazır kitabı ələ alarkən biz nə qədər 

h

əyəcan keçiririk [1, 23]. 




67 

 

N



əşriyyatın  çap  məhsulunun keyfiyyətli  olması,  oxucuların  rəğbətini 

qazanması redaktorların fəaliyyəti ilə sıx əlaqədardır. Araşdırmalar göstərir ki, 

“Az

ərnəşr”də çox zəhmətkeş, təcrübəli, savadlı, bilikli redaktorlar çalışmışlar. 



Bel

ə  qabiliyyətli  redaktorlardan  biri  Əkbər Mirzəyev hesab edilir. 

“Az

ərnəşr”in  Böyük  redaktoru  Əkbər Mirzəyev yüksək biliyə,  bacarığa,  iş 



t

əcrübəsinə  malik olan redaktorlardan biridir. Məlumdur ki, bu mühüm 

keyfiyy

ətlər  obyektivlik  meyarının  ayrılmaz  tərkib hissələridir. Redaktor bu 



meyarın komponentlərinə nə qədər dərindən yiyələnərsə, bir o qədər onun iş 

üsulu t


əkmilləşər.  Əlyazması  keyfiyyətli  işlənər. Müəllifi  inandırma  metodu, 

m

əntiqi güclü olar. “Azərnəşr”in  böyük  redaktoru  Əkbər Mirzəyev bu 



keyfiyy

ətləri uzun illərin təcrübəsi sahəsində qazanmışdır. 1980-ci illərdə o, öz 

bilik v

ə  təcrübəsini gənclərdən  əsirgəmir, gündəlik  iş  prosesində  onlara 



yaxından kömək edirdi. Araşdırmalar göstərir ki, redaktor Əkbər Mirzəyev 50 

il

ə yaxındır ki, mətbuat sahəsində fəaliyyət göstərmişdir. Onun müxtəlif illərdə 



“Yeni yol”, “G

ənc  işçi”,  “Azərbaycan kolxozçusu”, “Müəllim qəzeti”, 

“Kommunist”,  “Şərq  qapısı” qəzetlərində  saysız-hesabsız  məqalələri  çıxır. 

Vaxtil


ə, 1930-cu illərin  əvvəllərində  gənc müxbir kimi fəaliyyətə  başlayır, 

“Ə.Hicri”,  “Ə.Tehrani”,  “Ə.M.”,  “Ə.Heydəroğlu”  kimi  gizli  imzalarla 

q

əzetlərdə müntəzəm çıxış edən Ə.Mirzəyev, sonralar “Kommunist” qəzetinin 



“M

əktublar”, “Sənaye”, “Kənd təsərrüfatı”,  “Mətbuat xülasəsi”  şöbələrinə, 

“Şərq  qapısı”  qəzetinə, “Azərbaycan məktəbi”  jurnalına,  Azərbaycan 

Kommunist  Partiyası  Mərkəzi Komitəsi Təbliğat  və  Təşviqat  şöbəsinin 

m

ətbuat bölməsinə başçılıq edib. O, ayrı-ayrı illərdə keçmiş SSRİ-nin paytaxtı 



Moskva  şəhərində  mərkəzi qəzet  redaktorları  kurslarında,  Sov.İKP  MK 

yanında,  Ali  Partiya  Məktəbində  və  Sovet  İttifaqı  Kommunist  Partiyası 

M

ərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsil almışdır [2, 



22-23]. 

...Ə.Mirzəyev əlyazma üzərində işlərkən vaxtla hesablaşmır. O, sanki 

əlyazması  üçün  daxili  bir  narahatlıq  duyur,  onun  üzərində  redaktor 

əməliyyatlarını  tez  başa  çatdırmağa  çalışır.  Bir  dəfə  gənc bir redaktor kimi 

onun s

əbəbini ondan soruşduqda bildirdi ki, orijinal əsər üzərində redaktə işi 



n

ə  qədər  tez  başa  çatdırılsa,  əsərin məzmunu,  ümumi  kompozisiyası  bir  o 

q

ədər keyfiyyətli  olar.  Çünki  redaktor  yaddaşı  korşalmamış  əlyazmasındakı 



t

əkrarları  bu  zaman  tez  tapıb  təshih edə  bilər.  Əlyazması  üzərində  iş 

uzadıldıqda, yaxud əlyazması yarımçıq qaldıqda isə redaktorun özündən asılı 

olmayaraq  qarşıya  müəyyən çətinliklər  çıxır,  ya  təkrarlar gözdən və 

hafiz

əsindən yayınır, ya da əlyazmasının keyfiyyəti nisbətən aşağı səviyyədə 



olur [2, 22-23]. 

Əkbər Mirzəyev  nəşriyyatda  orijinal  ədəbiyyata nisbətən tərcümə 

kitabları  üzərində  daha  çox  işləyirdi. Məlumdur ki, tərcümə  ədəbiyyatını 

redakt


ə etmək zəngin bilik və təcrübə ilə yanaşı, həm də xüsusi məharət tələb 


68 

 

edir.  Əgər bədii  ədəbiyyat tərcüməsi  zamanı  redaktordan  tam dəqiqlik tələb 



olunmursa, burada yalnız tərcümə olunacaq cümlənin bu və ya digər şəkildə 

müxt


əlif  variantlarını  vermək olursa, ictimai-siyasi  ədəbiyyatın  tərcüməsi 

ondan tamamil

ə  fərqlənir. Belə  ki, redaktor ictimai-siyasi mətn üzərində 

işlərkən hər  şeydən  əvvəl tərcümə  dilini mükəmməl bilməli, həmin mətnin 

t

əhrif  olunmasına,  terminlərin  qarşılıqlarının  tapılmasına,  cümlə  daxilində 



sözl

ərin  düzülüşünə, konkretliyə  çalışmalıdır.  Ə.Mirzəyev məhz bu 

keyfiyy

ətləri  əsas tutaraq tərcümə  ədəbiyyatı  üzərində  xüsusi səylə  çalışır. 



M

əhz elə buna görə də, ən çətin əsərlərin redaktəsi ona həvale olunurdu. Onun 

redakt

əsi ilə 1980-ci illərdə nəşr olunmuş akademik Lebedevin “SSRİ dünya 



siyas

ətində”, “Partiya təhsilinin  metodikası”,  N.Tixinovun  “Nitqləri və 

m

əqalələri” kitabları buna misal ola bilər [2, 22-23]. 



1970-1980-ci ill

ərdə  “Azərnəşr”də  çalışan  redaktorlar  öz  ixtisaslarını 

sevir, bilik v

ə  bacarıqlarını  nəşriyyatın  çapdan  buraxdığı  nəşrlərdə  ifadə 

etm

əyə  səy göstərirdilər.  Apardığımız  tədqiqatlardan məlum olur ki, 1970-



1980-ci ill

ərdə “Azərnəşr”də çox işgüzar, tanınmış redaktorlar işləmişdir.  

“Az

ərnəşr”də  böyük zəhməti olan redaktorlardan biri də  Mehdiyeva 



H

əlimə  Kazım  qızıdır.  O,  Xaçmaz  rayonunun  Xudat  kəndində  dünyaya göz 

açıb.  1975-ci ildə  Bakı  Dövlət Universitetinin Jurnalistika fakültəsinə  daxil 

olur. 1980-ci ild

ə  Radio-televiziya  ixtisası  üzrə  təhsilini bitirib, təyinatını 

1981-ci ild

ə  Azərbaycan Dövlət Nəşriyyatı  –  “Azərnəşr”ə  alır.  Əvvəlcə 

Korrektura  şöbəsində  təcrübə  toplamaq  üçün  işləyir və  altı  aydan  sonra 

H

əlimə Mehdiyevanı İctimai-siyasi şöbəyə kiçik redaktor təyin edirlər. O vaxt, 



y

əni 1981-ci ildə İctimai-siyasi şöbəyə Tofiq Quliyev rəhbərlik edirdi. Həlimə 

Mehdiyeva o ill

əri belə xatırlayır: 

M

ən “Azərnəşr”ə  təyinat  alıb  gələndə  nəşriyyatın  direktoru  Mustafa 



Əfəndiyev idi. Amma sonralar Nazim Novruzov, Əjdər Xanbabayev və Azər 

Mustafazad

ə  kimi  tanınmış  insanların  direktorluq  etdiyi  “Azərnəşr”də 

çalışaraq zəhmətimlə ucalmağa başladım.    

Universiteti yenic

ə  bitirib təyinatla “Azərnəşr”ə  işləməyə  gələn 

Mehdiyeva H

əlimə  Kazım  qızı  nəşriyyatın  tanınmış  redaktorlarları  ilə  çiyin-

çiyin

ə çalışır. Bunlardan Əsgər Ağayev (redaktor), Əkbər Ağayev (redaktor), 



Ağababa  Rzayev  (redaktor),  Xasay  Vəzirov  (redaktor),  Əmir  Mustafayev 

(B

ədii  ədəbiyyat  şöbəsinin müdiri), Tofiq  Quliyev  (İctimai-siyasi  şöbənin 



müdiri),  Şamil  Rasizadə  (redaktor), Mirzəyeva Səyyarə  (redaktor), Nəriman 

N

əsirov (Bədii tərtibat şöbəsinin müdiri) və s.  



1980-ci il

ərdə  “Azərnəşr”də  əsas redaksiyalardan “Siyasi ədəbiyyat” 

(müdir: Tofiq Quliyev, sonralar is

ə Tofiq Babayev), “Bədii ədəbiyyat” (müdir: 

Əmir Mustafayev, sonralar Əlfi Qasımov), “Elmi-kütləvi”: səhiyyə, tibb və s. 

(müdir:  Aişə  Tahirova), “Kənd təsərrüfatı”  (Fərhad Fərəcov),  “Sifariş 

ədəbiyyatı” (pullu) və s. fəaliyyət göstərirdi.  



69 

 

H.Mehdiyeva 1986-



cı  ildən 1993-cü ilə  kimi “Kitablar aləmində” 

jurnalının  müxbiri  və  həm də  bu illərdə  jurnalın  “Kitab  nəşri  məsələləri” 

şöbəsinə müdir təyin olunub. 

İctimai-siyasi  şöbədə  1980-ci illərdə  kitablar müxtəlif seriyalarla 

çapdan  buraxılırdı.  Bunlardan  misal  olaraq:  “Böyük  Vətən müharibəsi”, 

“Az


ərbaycanın  maarifpərvər  qadınları”,  “Represiya  qurbanları”,  “Sosialist 

əməyi qəhrəmanları”,  “Sovet  qəhrəmanları”  və  s. göstərmək mümkündür. 

M

əhz bu seriyada nəşrə  hazırlanan  kitabların  hər birində  Həlimə 



Mehdiyevanın zəhməti böyük olmuşdur.  

   H.Mehdiyeva 1993-cü ild

ən 2002-ci ilə qədər “Azərnəşr”də Ümumi 

şöbənin və  Kadrlar  şöbəsinin müdirini vəzifəsində  çalışıb;  2002-ci ildən 

Az

ərbaycan Milli Elmlər  Akademiyasının  Rəyəsət Heyətinə  Baş  mütəxəssis 



(bu gün

ə kimi orada çalışır) təyin olunur.       

“Az

ərnəşr”də  böyük zəhməti olan redaktorlardan biri Solmaz 



Mirkişiyeva  hesab  edilir.  O,  Azərbaycan Dövlət Universitetinin Jurnalistika 

fakült


əsində təhsil aldığı illərdə işləmək arzusunda olmuşdur. Onun bu arzusu 

h

əyata  keçmiş,  təhsil ala-ala “Azərnəşr”də  texniki redaktor vəzifəsində 



çalışmışdır.  Solmaz  Mirkişiyevanın  texniki  redaktor  olduğu  kitablar  saysız-

hesabsızdır.  Məlum olur ki, 1967-ci ildən etibarən  Solmaz  Mirkişiyeva 

mük

əmməl bir texniki redaktor kimi fəaliyyətə başladı. Həmin il onun ömür 



kitabında  yeni  bir  səhifə  açdı.  O  il  görkəmli Azərbaycan  şairi  Molla  Pənah 

Vaqifin  anadan  olmasının  250  illiyi  keçirilirdi.  Şairin  əsərlərinin texniki 

redaktorluğu  Solmaz  Mirkişiyevaya  tapşırıldı.  Yüksək bədii və  texniki 

t

ərtibatına  görə  həmin  kitablar  şairin  yubileyi  münasibətilə  keçirilmiş 



Zaqafqaziya müsabiq

əsində diploma layiq görüldü. Sonralar onun redaktəsi ilə 

çapdan  çıxmış  “Sovet  Sosialist  Respublikaları  İttifaqı  Konstitutsiyası”  və 

“Az


ərbaycan  SSR  Konstitutsiyası”  kitabları  da  Respublika  müsabiqəsində 

mükafata layiq görüldü. Onun redakt

əsi ilə bir sıra miniatür kitablar da çapdan 

buraxılmışdır.  Miniatür  kitabların  redaktəsinə  görə  o, Azərbaycan SSR 

R

əyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur [3, 33-34].   



B

əli,  Böyük  texniki  redaktor  Solmaz  Mirkişiyeva  30  ildən  artıq 

Az

ərbaycan Dövlət Nəşriyyatında  çalışmışdır.  Bu  illər  onu  çox  sınaqlardan 



çıxarıb. Çətinliklərdən qorxmayıb, sənətinin vurğunu olub. Gözlərindən zərrə-

z

ərrə nur, həyatından günlər, illər bəxş edib kitablara [3, 34].   



 “Az

ərnəşr”də  çalışan  böyük  redaktorların  əksəriyyəti müxtəlif 

redaksiyalarda işləsə də, məqsədləri bir olub: nəşriyyatın kitabları keyfiyyətli, 

m

əzmunlu,  oxucuların  rəğbətini  qazanan  olsun.  Bu  cür  redaktorlar  sırasında 



“Az

ərnəşr”in  “Bitkiçilik  ədəbiyyatı  redaksiyası”nın  müdiri  (1984)  Qasım 

F

ərəcov, “Azərnəşr”in   “Bitkiçilik  ədəbiyyatı  redaksiyası”nın  redaktoru Adil 



Abdullayev, “K

ənd təsərrüfatı  ədəbiyyatı  redaksiyası”nın  böyük  redaktoru 

Elman  Əliyev  belə  redaktorlardan hesab edilir. Bu cür zəhmətkeş,  bilikli, 



70 

 

t



əcrübəli redaktorlar öz fikir və ideyalarını, iş təcrübələrini yaymaq məqsədilə 

d

ə, müxtəlif dövri mətbuat səhifələrində, xüsusilə  “Kitablar aləmində” 



jurnalında  məqalələrlə  çıxış  edirdilər. Məsələn,  Elman  Əliyevin  “Kitablar 

al

əmində”  jurnalının  1982-ci il 3-cü  sayında  (səh. 23-24) “Müəllif, rəyçi, 



n

əşriyyat” başlıqlı məqalə ilə çıxış edir. O, bu məqaləsində müəllif, rəyçi və 

n

əşriyyat  münasibətlərinə  dair  öz  maraqlı  fikir  və  mülahizələrini  yazır. 



M

əsələn, onun aşağıdakı fikri maraq doğurur: 

Ölk

əmizdə bütün kitablar üçün qabaqcadan (satışı gözləmədən) dövlət 



(ümumxalq) v

əsaiti  hesabına  müəllif  qonorarı  verilir.  Bu  vəsait mücərrəd 

pullar deyil

dir, el demişkən “yerdən çıxmır” deməli, oxucuya yaxşı olmayan 

kitab verm

əyə  və  ya  buraxılmasında  iştirak  etməyə  bizim sadəcə  olaraq 

ixtiyarımız  yoxdur.  Müəllif də, rəyçi də, nəşriyyat  da  bunu  daim  diqqət 

m

ərkəzində saxlamalıdırlar [4, 23].  



 “Az

ərnəşr”in  redaktorları  sırasında  Azərbaycanın  çox  görkəmli 

yazıçıları,  şairləri,  pedaqoqları  da  olmuşdur.  Bu  cür  yüksək səviyyəli 

redaktorlardan biri d

ə  Cəmil  Əlibəyov hesab edilir. Cəmil  Əlibəyov 

Az

ərbaycan Dövlət Nəşriyyatının baş redaktoru vəzifəsində səmərəli fəaliyyət 



göst

ərmiş,  Azərbaycan  kitabının  təbliği  və  yayılmasına  kömək məqsədilə 

dövri m

ətbuat səhifələrində  maraqlı  və  əhəmiyyətli elmi-təcrübi xarakterli 



m

əqalələrlə çıxış etmişdir. Məsələn, onun “Görən göz və döyünən qəlb” [5, 2-

3]  adlı  məqaləsi bu mənada  maraq  doğurur.  O,  məqaləsində  yazır  ki,  kitaba 

olan t


ələbat, həmçinin bu tələbatın  operativ  surətdə  ödənilməsi, ideya və 

praktik istiqam

ətin tamamilə  sinfi mövqedən müəyyən edilməsi, hər cür 

şüarçılığın  və  boşboğazlıqdan  uzaq,  əməli  əhəmiyyət kəsb edən  əsərlər 

buraxılması nəşriyyatın idarə mexanizmini yenidən qurmağı tələb edir” [5, 2-

3]. Vaxtil

ə  “Azərnəşr”in  Aqrosənaye  ədəbiyyatı  redaksiyasının  redaktoru 

işləmiş  (indi  “Gənclik” nəşriyyatının  direktoru),  Adil  Abdullayevin  redaktor 

kimi redaktor v

əzifəsi, kitab nəşri  problemlərinə  aid də  maraqlı  məqalələri 

d

ərc  edilmişdir.  Bu  mənada A.Abdullayevin “Kitablar aləmində”  jurnalında 



“K

ənd və  kitab”  rubrikasında  iqtisadçı  və  ərzaq  proqramı  adlı  məqaləsi 

resenziya xarakteri daşıyır. Qarşıda duran əzəmətli vəzifələrin müvəffəqiyyətlə 

yerin


ə  yetirilməsi  işində  digər mütəxəssislərlə  bərabər,  iqtisadçıların  da 

üz

ərinə böyük məsuliyyət düşür. Bu baxımdan iqtisad elmləri doktoru Ramil 



Əliyevin  Azərbaycan Dövlət Nəşriyyatı  tərəfindən  çap  edilmiş  “İqtisadçı  və 

ərzaq proqramı”  kitabının  aktual  bir  məsələyə  həsr edilməsi,  kitabın  ideya 

istiqam

əti  haqqında  Adil  Abdullayevin  yazdığı  məqalə  maraq  doğurur. 



M

əqalədə oxuyuruq: diqqətəlayiq haldır ki, kitabda şərh edilmiş məsələlər biri 

dig

ərini tamamlayır, irəli sürülən faktlar nəzəri cəhətdən əsaslandırılır” [6, 3-



4].  

 “Az


ərnəşr”  ölkədə  baş  verən ictimai-siyasi hadisələr, yubileylər, 

ədəbiyyat və incəsənət ongünlükləri və s. tədbirlərdə iştirak edir, bu tədbirlərə 




71 

 

öz münasib



ətini kitab nəşri  ilə  bildirirdi. Məsələn, Moskvada keçiriləcək 

Az

ərbaycan incəsənəti və  ədəbiyyatı  ongünlüyü  münasibətilə  nəşriyyat 



Az

ərbaycan yazıçılarının əsərlərinin tərcümə və nəşr edib paytaxtımızın geniş 

oxucu kütl

əsinə  çatdırmaq  vəzifəsini üzərinə  götürmüş  ən böyük nəşriyyat 

idar

əsi kimi fəaliyyət göstərirdi. “Azərnəşr”in  xəttilə  ongünlüyə  müasir 



Az

ərbaycan yazıçılarının 47 kitabının getməsi nəzərdə tutulurdu. Şeir, poema, 

hekay

ə, roman və pyeslərdən ibarət bu kitabların ümumi həcmi 460 ç.v. idi. 



H.Oruc

əlinin “Azərnəşr”  ongünlüyə  necə  hazırlaşır  adlı  məqaləsində 

göst

ərilirdi ki, “Azərnəşr” bunlardan indiyə kimi 200 ç.v. miqdarında müxtəlif 



əsər nəşr etmişdir. Halbuki respublikamızın incəsənət və ədəbiyyat təşkilatları, 

Az

ərbaycan mədəniyyətinə  böyük  baxış  olan  ongünlüyə  bir ildən çoxdur ki, 



hazırlıq  aparır.  Vaxta  üç  ay  qaldığına  baxmayaraq,  bu  müddətdə “Azərnəşr” 

280 ç.v. h

əcmində, yəni 25-dən çox kitab nəşr etməlidir.  

“Az


ərnəşr”in rəhbərləri çap işlərinin ləngiməsinə mane olan səbəblərin 

yalnız  son  aylarda  tamamilə  aradan  qaldırıldığını,  “Azərnəşr”in  bütün 

redaksiya v

ə mətbəə imkanlarının səfərbərliyə alındığını bildirirlər [7].  

Az

ərbaycan Dövlət Nəşriyyatı  ildən-ilə  öz nəşriyyatçılıq  fəaliyyətini 



genişləndirirdi. Bu dövrdə işləyən və öz işi ilə tanınan, hörmətlə adı çəkilən 

baş  redaktorlardan  biri  də  Qılman  İlkin  olmuşdur.  O,  1952-ci ildə 

“Az

ərnəşr”də baş redaktor vəzifəsində çalışmışdır. “Azərnəşr”in Baş redaktoru 



Qılman Musayevin “Sovet kəndi” qəzetində (1961-ci il 3 yanvar) “Azərbaycan 

Dövl


ət Nəşriyyatı  1961-ci ildə”  adlı  məqaləsində  oxuyuruq: Azərbaycan 

Dövl


ət Nəşriyyatı 1961-ci ildə 325 addan ibarət 2.031 ç.v. həcmində müxtəlif 

ədəbiyyat çap edəcəkdir. Oxucular siyasi, kənd təsərrüfatı,  elmi-kütləvi 

kitablar, plakat v

ə s. rəngli reklam materialları alacaqlar.  

1961-ci ild

ə  nəşriyyatın  ictimai-siyasi  ədəbiyyat  şöbəsi üzrə  78 kitab 

buraxılacaqdır. Bunların içərisində marksizm klassiklərinin əsərləri ilə yanaşı, 

f

əlsəfəyə,  iqtisadiyyata,  konkret  iqtisadiyyata  aid  bir  sıra  maraqlı  kitab  və 



kitabçalar vardır.  

“Az


ərnəşr”in  Baş  redaktoru  Qılman  Musayev  məqaləsində  qeyd edir 

ki, keç


ən illərdən fərqli olaraq bu il müasir mövzuya həsr olunan ədəbiyyat 

böyük yer tutur.  

1958-ci ild

ə İlyas Tapdığın Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 

(indi “G

ənclik”) redaktor kimi fəaliyyətə  başlaması  onun  ədəbiyyat və 

t

ərcüməçilik sahəsindəki fəaliyyətinə müsbət təsir göstərmiş və digər tərəfdən 



şairin redaktor kimi formalaşmasında da əsas rol oynamışdır. 

İlyas  Tapdıq  aşağıda  adları  çəkilən  şair  və  yazıçıların  ilk  kitablarının 

redaktoru  olmuşdur:  C.Novruz,  İ.Coşqun,  T.Bayram,  M.Günər, F.Mehdi, 

F.Sadiq, Y.H

əsənbəy,  T.Mahmud,  H.Ziya,  M.İsmayıl,  M.Aslan,  M.Yaqub, 

O.Rza, Ə.Salahzadə, E.Borçalı, M.Süleymanlı, S.Rüstəmxanlı, V.Rüstəmzadə, 

Zahid X

əlil, V.Nəsib, D.Nəsib,  A.Laçınlı,  Ə.Əhmədova,  Ə.Nicat, 




72 

 

R.Əhmədzadə,  Ə.Elbrus,  Ə.Əhməd,  D.Gədəbəyli,  Balasadıq,  R.Nuray, 



Ş.Salmanov,  Ağasəfa,  Ş.Rza,  Ə.İncəli,  M.Şükür,  M.İsgəndərzadə,  Ş.Aslan, 

M.Kazım,  Ə.Saləddin,  H.Mahmud,  M.Əliyeva,  A.Abdullazadə, S.Səxavət, 

Rübail, Ə.Fərzəli, Ə.Rza, H.Rzayeva, F.Şimşək, Ş.Dəlidağ, A.Vəfalı, Q.Əziz, 

Ə.Muxtar, A.Rəsul,  O.Şamil,  Z.Ağayeva,  A.Kəmalə, Z.Mahmudov, 

T.Şahdağlı,  V.Yusif,  Q.Cahani,  Mənzərə,  M.Qudyalçaylı,  Ə.Muradxanlı, 

M.Fitr


ət, Rafiq Musa, A.Arabaçı, S.Şeyda, S.Sərvi və b. [8, 277]. 

O, özünün 

ədəbi  yaradıcılığında  bir  neçə  istiqamətdə  müvəffəqiyyət 

əldə etmişdir. Xüsusilə uşaq ədəbiyyatı və tərcümə ədəbiyyatı sahəsində onun 

nailiyy

ətləri olduqca böyükdür. O, respublikamızda edilən uşaq dövri mətbuatı 



il

ə sıx əlaqədə olması onun ədəbi yaradıcılığına daha da güclü təsir etmiş və 

müxt

əlif  xalqların  görkəmli  uşaq  ədəbiyyatı  yazıçılarının  əsərlərini ana 



dilimiz

ə tərcümə etmiş və çapdan buraxmışdır. Bu mənada İlyas Tapdıq özünü 

peşəkar uşaq ədəbiyyatı tərcüməçisi kimi tanıda bilmişdir. Robert Bernis, Yan 

Raynis, Fyodor Tutçev, Abay Kunanbayev, Lesya Ukrainka, Mixail Stelmax, 

Mixail  Zoşşenko,  E.Mejelaytis,  Aybek,  Uyğun,  Zülfiyyə, Valentin Berestov, 

Kayum Tanrıquliyev və başqa görkəmli şair və yazıçılardan etdiyi tərcümələr 

Az

ərbaycan oxucusunun, xüsusilə  uşaq  və  gənclərin  sevimli  kitablarıdır  [8, 



277-278]. 

Ar

aşdırmalar  göstərir  ki,  İlyas  Tapdıq  öz  ədəbi  yaradıcılığı  və 



t

ərcüməçilik fəaliyyəti ilə  Azərbaycan  kitabını  zənginləşdirmiş,  kitab  nəşri 

m

ədəniyyətinin  inkişafında  böyük  rol  oynamışdır.  Onun  redaktə  etdiyi 



kitabları  əsasən üç qrupa bölmək olar: 1) Tərcümə  ədəbiyyatı;  2)  Uşaqlar 

ədəbiyyatı; 3) Şeirlər və nəsr əsərləri. 

H

əmçinin, Azərbaycanda redaktor fəaliyyəti araşdırılarkən məlum olur 



ki, İlyas Tapdıq ən məhsuldar redaktorlardan biridir və o, fəaliyyəti dövründə 

çox sayda 

əsərləri tərcümə  etmiş  və  kitablar,  kitabçalar  şəklində  çapdan 

buraxmışdır.  Onun  “Gənclik” nəşriyyatında  redaktor  kimi  işləməsi  İlyas 

Tapdığın  peşəkar redaktora çevrilməsinə  də  güclü təsir göstərmişdir.  Təkcə, 

bel


ə bir faktı göstərə bilərik ki, 800-ə qədər şeir, hekayə və tərcümə kitablarını 

redakt


ə etmişdir [8, 277-278]. 

M

əlumdur ki, 1960-cı illərdə “Gənclik” nəşriyyatı Azərbaycan Dövlət 



N

əşriyyatı  –  “Azərnəşr”lə  birləşir.  Həmin illərdə  İlyas  Tapdıq  Azərbaycan 

Dövl

ət Nəşriyyatı – “Azərnəşr”də bir tanınmış redaktor kimi müxtəlif yazıçı 



v

ə şairlərin əsərləri üzərində işləyib onları çapa hazırlayır. Məsələn: İbrahim 

K

əbirli  “Adsız  adam”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1961),  Xəlil Rza 



“M

ənim günəşim”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1963),  Hüseyn 

Hüseynzad

ə  “Torpaq  eşqi”  (Azərbaycan Dövlət Nəşriyyatı,  1964),  Məmməd 

İbrahim “Anamdan yadigar nəğmələr: şeirlər və poema” (Azərbaycan Dövlət 

N

əşriyyatı, 1966) və s.                                                                                                                                                                                                                                      




73 

 

 “Az



ərnəşr”in  redaktorlarının  fəaliyyətindən,  yaradıcı  və  gərgin 

əməklərindən söhbət gedərkən “Azərnəşr”in  lüğətlər və  məlumat  ədəbiyyatı 

redaksiyasının  müdiri  fəl.e..dok.Vəli Məcidovun  adını  xüsusilə  qeyd 

etm


əliyik. O, redaksiya müdiri kimi nəşriyyatın  fəaliyyətinə, kitab nəşrinə, 

redakt


ə  işinə,  redaktorların  fəaliyyətinə  aid  çox  maraqlı  məqalələr yazaraq 

dövri m


ətbuat səhifələrində  ardıcıl  və  sistemli  şəkildə  çıxış  edirdi. 

“Az


ərnəşr”in  ən zəhmətkeş  redaksiya  müdirlərindən biri də  Yaqub  Hacıyev 

olmuşdur.  O,  redaktor,  redaksiya  müdiri  və  nəhayət “Azərnəşr”in  baş 

redaktorunun müavini kimi v

əzifələrinə  qədər yüksəlmişdir.  O,  tez-tez, 

vaxtaşırı respublika mətbuatında nəşriyyatın fəaliyyətilə bağlı müxtəlif səpgili 

m

əqalələrlə  çıxış  edirdi.  “Ərzaq  proqramı  və  kitab”, “Kənd zəhmətkeşləri 



üçün”  rubrikalarında  onun  çox  sayda  məqalələri “Kitablar aləmində” 

jurnalında dərc edilmişdir.  

1970-1980-ci ill

ərdə nəşriyyat öz fəaliyyətini daha da genişləndirmiş, 

respublika n

əşriyyat sistemində aparıcı, əsas mövqeyə malik olmuşdur.  

N

əşriyyatın  kitab  məhsulunun elmi səviyyəsinin, məzmununun, 



t

ərtibatının  yaxşı  olmasına,  dövrün  tələblərinə  cavab verməsinə  kömək edən 

redaksiyaların, redaksiya müdirlərinin rolunu da qeyd etmək lazımdır. Belə ki, 

“Az


ərnəşr”də  bir  sıra  böyük  redaksiyalar  və  xüsusilə  onların  müdirləri: 

İctimai-siyasi və  hüquq  ədəbiyyatı  (redaksiya  müdiri:  Hürümüz  Tağızadə); 

D

ərsliklər və dərs vəsaiti (redaksiya müdiri: İsmayıl Zərgərli); Kənd təsərrüfatı 



ədəbiyyatı (redaksiya müdiri: Yaqub Hacıyev); Elmi-kütləvi və tibb ədəbiyyatı 

(redaksiya  müdiri:  İsmayıl  Gözəlov); Neft sənayesi və  texniki  ədəbiyyat 

(redaksiya müdiri: Tük

əzban Əliyeva); Fizika-riyaziyyat və kimya ədəbiyyatı 

(r

edaksiya müdiri: Suğra Məmmədxanlı); Bədii ədəbiyyat (redaksiya müdiri: 



M

əmməd  Araz);  Uşaq  və  gənclər  ədəbiyyatı  (redaksiya  müdiri:  Əzizə 

Əhmədova); Musiqi və  not  ədəbiyyatı  (redaksiya  müdiri:  Tofiq  Bakıxanov); 

B

ədii tərtibat  (redaksiya  müdiri:  Əmir  Hacıyev); Texniki tərtibat (redaksiya 



müdiri: R

əhman  Hüseynov);  Korrektor  şöbəsi (redaksiya müdiri: Gövhər 

S

əfərəlibəyova); İstehsalat şöbəsi (redaksiya müdiri: Ağadadaş Quliyev) və b. 



“Az

ərnəşr”in  kitab  məhsulunun nəşrə  hazırlanmasında,  nəşr  edilib 

yayılmasında, məzmunlu və  elmi səviyyəsinin yüksək  olmasında    xidmətləri 

diqq


ətəlayiqdir.     

Müxt


əlif dövrlərdə “Azərnəşr”də öz işini sevən, bacarıqlı, dünyagörüşü 

v

ə  elmi səviyyəsi yüksək  olan  redaktorlardan  aşağıdakıların  fəaliyyəti təqdir 



olunmalıdır:  Əli Səbri, Cəfər  Bağır,  Ələkbər Ziyatay, Səlim Cəfərov, Səlim 

Əhmədov,  Siyavuş  Məmmədzadə, Zəkiyyə  Qiyasbəyli, Mirzə  Müştaq, 

M

əmməd İbrahim, Səkinə Hüseynova, Mehdi Mirkişiyev, Məleykə Quliyeva 



v

ə b. Ümumiyyətlə, “Azərnəşr”də müxtəlif vəzifələrdə çalışan və kollektivin 

hörm

ətini qazanan nəşriyyat işçilərindən söhbət gedərkən qocaman poliqrafçı 



Saleh M

əmməd  oğlu  Salayevin  fəaliyyətini xüsusilə  qeyd etməliyik. Saleh 




74 

 

M



əmməd oğlu Salayev 65 illik ömrünün 40 ilini nəşriyyat və poliqrafiya işinə 

h

əsr etmişdir. Saleh 1926-cı ildə “Azərnəşr”in mətbəəsində işə qəbul olunur. 



O, burada hesabdar, kalkulyator v

ə sifariş şöbəsinin müdiri vəzifəsində çalışır. 

G

ənc  Saleh  qısa  vaxtda  öz  işgüzarlığı  və  bacarığına  görə  kollektiv  arasında 



d

ərin hörmət qazanır. Bir qədər sonra isə “Azərnəşr”də işləməyə dəvət edirlər. 

65 yaşlı Saleh “Azərnəşr”in bədii tərtibat redaksiyasında işləyir. Saleh Böyük 

V

ətən müharibəsi illərində arxa cəbhədə göstərdiyi əmək rəşadətinə görə SSRİ 



Ali Soveti R

əyasət Heyətinin 1946-cı  il  15  yanvar  tarixli  Fərmanına  əsasən 

“1941-1945-ci ill

ərdə  Böyük Vətən müharibəsində  fədakar  əməyə  görə” 

medalı ilə və Azərbaycan SSR Nazirlər Seveti yanında Mətbuat Komitəsinin 

1966-


cı il 20 may tarixli əmrinə görə “Fəxri fərmanla” təltif olunmuşdur  [9, 

51].  


S

əlim  Əhmədov Azərbaycanın  kitabçılıq  işində  xüsusi yeri olan 

tanınmış  texniki  redaktoru  olmuşdur.  O,  ziyalı  ailəsində  tərbiyə  almış,  kiçik 

yaşlarından  kitaba  olan  böyük  sevgisi  onu  məhz bu sahədə  peşəkar texniki 

redaktor olmağa sövq etmişdir [9, 309]. Səlim Əhmədov 1923-cü ildə Bakının 

Balaxanı  kəndində  anadan  olmuşdur.  1941-ci  ilin  aprel  ayının  23-dən 26-lar 

m

ətbəəsində  (o zaman 26-lar mətbəəsi “Azərnəşr”in  tərkibində  idi) mürəttib 



kimi 

əmək fəaliyyətinə  başlayır.  Arxa  cəbhədə  müdafiə  işlərində  göstərdiyi 

f

əallıqlarına  görə  Səlim  Əhmədov 2 dəfə  Respublika Ali Sovetinin Fəxri 



F

ərmanı  (1968,  1985),  “Qafqazın  müdafiəsi  uğrunda”,  1941-1945-ci illərdə 

Böyük V

ətən müharibəsində rəşadətli əməyə görə”, 1941-45-ci illərdə Böyük 



V

ətən müharibəsində  qələbənin  “Otuz  illiyi”,  “Qırx  illiyi”,  “Əlli  illiyi” 

yubileyi medalları ilə təltif olunmuşdur.  

S

əlim Əhmədovun əmək fəaliyyətinin çox böyük hissəsi ictimai-siyasi 



ədəbiyyatın,  xüsusilə  V.İ.Leninin  əsərlərinin azərbaycanca nəşri  ilə  bağlı 

olmuşdur. 1943-cü ildə V.İ.Leninin əsərlərinin IV nəşrinin birinci cildinin çapı 

“Az

ərnəşr”ə həvalə olundu [9, 310].  



Müdiriyy

ət tərəfindən nəşriyyata  təqdim  olunmuş  çoxcildli  əsəri 

yığmağı Səlim Əhmədova tapşırdılar. Bu, böyük etimad idi! Əvvəl o, mürəttib 

kimi  kitabların  yığılmasında  iştirak  etmişdir.  1951-ci ildə  S.Əhmədovu 

Höküm

ə Sultanovanın sərəncamı ilə mürəttiblikdən texniki redaktor vəzifəsinə 



keçirirl

ər və  həmin ildən  V.İ.Lenin  45  cildlik  külliyyatın  texniki  redaktoru 

olur. 

S.Ə.Əhmədov 1964-cü ildə  əsas  işilə  yanaşı,  (yəni “Azərnəşr”in 



texniki redaktoru) “Göy

ərçin” (2005-ci ilə qədər), 1966-cı ildən isə “Kitablar 

al

əmində” (1993-cü ilə  qədər)  jurnallarının  texniki  və  bədii redaktoru 



olmuşdur. “Göyərçin” jurnalının tərtibatında fəal iştirakına görə ona jurnalın 

n

əşrə  başlanmasının  10  illiyi  münasibəti ilə  respublika Ali Sovetinin Fəxri 



F

ərmanı  verilmişdir.  Səlim  Əhmədov 1967-ci ildə  SSRİ  “Mətbuat  əlaçısı” 

adına  layıq  görülmüşdür  [9,  310-311]. Qeyd etmək  lazımdır  ki,  Səlim 



75 

 

Əhmədovun texniki tərtibat verdiyi kitablar diplomlara layiq görülmüşdür. O 



cüml

ədən  M.P.Vaqifin  “Əsərləri” (“Azərnəşr”  -  1968), “Azərbaycan 

Kommunist  Partiyası  Sov.İKP-nin  qabaqcıl  dəstəidir”, “Sovet Azərbaycanı 

SSRİ  xalqlarının  qardaşlıq  ailəsində”  kitabları  (“Azərnəşr”  –  1980) məhz I 

d

ərəcəli diplomlara layiq görülmüşdür [9, 311].  



V.İ.Leninin  “Azərnəşr”də  1970-ci  ilin  mart  ayında  külliyatın  IV 

n

əşrinin  son  cildi  başa  çatdı.  Nəşriyyatın  əməkdaşlarından  M.Qasımov, 



M.Quliyev,  S.Əhmədov,  S.Mirkişiyev  S.Mirzəyeva, M.Muradova, 

P.M


əşədiyeva  Ə.Əliyeva  yubiley  nəşrlərinin  vaxtında  və  keyfiyyətlə  nəşrə 

hazırlanması  üçün  səylə  çalışmışdılar.  Bununla  bağlı  “Azərnəşr”in  bir  qrup 

n

əşriyyatçı  və  poliqrafçılarına  fəxri adlar verildi. Həmin  poliqrafçıların 



sırasında Səlim Əhmədov da var idi. Beləliklə, 1970-ci ildə Səlim Əhmədov 

“Əməkdar poliqrafçı” adına layiq görülür.  

V.İ.Leninin seçilmiş əsərlərindən texniki tərtibat işinə başlayan Səlim 

Əhmədov  sonralar  Karl  Marksın,  F.Engelsin  Azərbaycan dilində  çıxmış 

əsərlərinin texniki redaktoru olmuşdur. 

V.İ.Leninin  əsərləri  külliyyatının  55  cildliyinin  (V  nəşr)  nəşrə 

hazırlanmasında da Səlim Əhmədovun əməyi əvəzsizdir. Məhz bu 55 cildlik 

tam 


əsərlər  külliyyatının  nəşrə  hazırlanmasında  və  buraxılmasında  xüsusi 

xidm


ətləri olan bir qrup  işçiyə  Azərbaycan SSR fəxri adlar verilir. Bu 

n

əşriyyat işçiləri arasında Səlim Əhmədov da var idi [9, 312]. Səlim Əhmədov 



partiya v

ə dövlət rəhbərlərinin bir çox əsərləri və çıxışlarının, Qurani-Kərimin 

n

əşrinin  maketinin,  dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin 6 cildlik 



əsərlər, dünya klassiklərindən L.Tolstoy, R.Taqor, T.Drayzer və başqalarının 

əsərlər külliyyatlarının və s. əsərlərin texniki redaktoru olmuşdur.  

S

əlim Əhmədov 1986-cı ildə “Əmək veteranı” [9, 314], habelə Mediya 



mükafatı  laureatı  “Nailiyyət” diplomu (2001), ittifaq və  respublika səviyyəli 

müxt


əlif fəxri fərmanlarla təltif olunmuşdur. Texniki redaktə etdiyi kitablardan 

bir çoxu Ümmumittifaq, Zaqafqaziya v

ə  Respublika müsabiqələrində 

diplomlara  layiq  görülmüşdür  [9,  314].  Həmçinin,  S.Əhmədovun redaktə 

etdiyi kitablar arasında ümummilli liderimiz Heydər Əliyevin bir sıra çıxış və 

m

əruzələri,  əsərləri, habelə  onunla  bağlı  “Qəsd”, “Biz öz yurdumuza 



qayıdacağıq”,  “Heydər  Əliyev  çörəyi”, mərhum akademik Həsən  Əliyevin, 

akademik Z

ərifə  Əliyevanın  əsərləri,  tanınmış  naşir  və  ziyalı  Əjdər 

Xanbabayevin r

əhbərliyi ilə 1990-cı ilin yanvarında gizli çapdan çıxmış “Qara 

Yanvar” kitabı və s. vardır.   

1984-cü ild

ən respublika əhəmiyyətli fərdi təqaüdçü S.Əhmədov 1992-

ci ild

ən  “Ümumittifaq  Günahsız  Qurbanlar  Assosiasiyası”  Azərbaycan 



Şöbəsinin üzvüdür.  

“Az


ərnəşr”də  çap edilən  kitabların  gözəl  olmasına,  yayılmasına  təsir 

göst


ərən  əsas vasitələrdən biri bədii  redaktorların,  rəssamların  seçilməsi, 


76 

 

düzgün yerl



əşdirilməsi ilə  əlaqədardır.  Bu  mənada “Azərnəşr”in müxtəlif 

dövrl


ərdəki fəaliyyətində xüsusi fərqlənən tanınmış rəssamlar: Əmir Hacıyev 

(xalq r


əssamı), Oqtay Sadıqzadə (xalq rəssamı), Elmira Şahtaxtinskaya (xalq 

r

əssamı), Rəşid Əmirov, Yusif Ağayev və b.; bədii tərtibat redaktorlarından: 



M

əmmədhəsən Quliyev, Muxtar Aslanov, Mikayıl Qasımov, Nəriman Nəsirov 

v

ə  b.; texniki tərtibat  redaktorlarından:  Rəhman Hüseynov, Məmməd 



Zeynalzad

ə,  Əhməd Səlim, Məzahir  Balakişiyev,  Böyükxanım  Qurbanova, 

Solmaz Mirkişiyeva, Bağırova Sima və b. əməyi təqdirəlayiqdir.  

Kit


abın  səhvsiz  çapdan  buraxılmasında  korrektor  əməyi xüsusi qeyd 

olunmalıdır.  “Azərnəşr”də  öz qabiliyyətləri,  bacarıqları,  yüksək elmi 

s

əviyyələri ilə  kollektivin rəğbətini  qazanmış  redaktorların  fəaliyyətini də 



qeyd etm

ək yerinə düşər: Gövhər Səfərəlibəyova, Mahmur Muradova, Elmira 

Qulam  qızı,  Məşədiyeva Bikəxanım,  Hüsniyyə  Mircəfərova, Fərəcullayeva 

Böyükxanım, Fatma Nuriyeva, Əsəd Ağayev, Validə Musayeva, Böyükxanım 

Zeynalova v

ə b.  


 “Az

ərnəşr”in redaktorlarının, redaksiya müdirlərinin böyük əksəriyyəti 

re

daksiyalarına uyğun materiallarla “Azərnəşr”in çapdan buraxdığı kitabların 



t

əbliği  və  yayılmasında  fəal  iştirak  edirdilər. Bu mənada “Azərnəşr”in  Baş 

redaktoru Sabir Tarverdiyevin, “Az

ərnəşr”in  İstehsalat-texniki  ədəbiyyat 

redaksiyasının  müdiri  T.Əliyevanın “Azərnəşr”in  kənd təsərrüfatı  ədəbiyyatı 

redaksiyasının  böyük  redaktoru  Q.Fərəcovun, “Azərnəşr”in  uşaq  və  gənclər 

ədəbiyyatı  redaksiyasının  müdiri  E.İbrahimovun  fəaliyyətləri də  nəşriyyatın 

tarixind


ə  dərin izlər  buraxmışdır.  Bu  redaktorlar,  redaksiya  müdirləri daim 

“Az


ərnəşr”də  çap  olunan  kitabların  məzmun, dil-üslub, bədii texniki tərtibat 

baxımından  yüksək səviyyədə  buraxılmasına  səy göstərirdilər. Bu məqsədlə 

d

ə,  onların  dövri  mətbuatda məqalələri dərc edilirdi. Qeyd etdiyimiz kimi, 



m

əqalələr  kitabların məzmununa, mövzusuna, redaktə  xüsusiyyətlərinə, 

t

ərtibat və  dil-üslub məsələlərinə  həsr  edilirdi.  Araşdırmalar  göstərir ki, 



“Az

ərnəşr”in  aktual  mövzularda  kitab  nəşrinə  xüsusi diqqət yetirirdi. 

“Az

ərnəşr”in İstehsalat-texniki ədəbiyyat redaksiyasının müdiri T.Əliyevanın 



v

ə  “Azərnəşr”in  Kənd təsərrüfatı  ədəbiyyatı  redaksiyasının  böyük  redaktoru 

Q.F

ərəcovun “Kitablar aləmində” jurnalının 1966-cı il 4-cü sayında (səh. 45-



47)  “Əmək məhsuldarlığı  mühüm  mövzudur”  başlıqlı  yazıda  bu  istiqamətdə 

“Az


ərnəşr”in  çap  etdiyi  bir  sıra  nəşrlər  haqqında  maraqlı  və  əhəmiyyətli 

t

əhlillər verirlər.  



B

ədii ədəbiyyat, ədəbi tənqid: ədəbiyyatşünaslıq, sənətşünaslıq, musiqi 

t

ənqidi və  təsviri sənət  kitablarının  nəşri  sahəsində  1980-ci ildə  ən  yaxşı 



redaktor işi üzrə müsabiqəyə yekun vurulmuşdur. Müsabiqədə iştirak edən 9 

m

ərkəzi, 19 respublika nəşriyyatının  70-ə  qədər  redaktor  işi  nəzərdən 



keçirilmiş  və  10  əsərin redaktoru “1981-ci  il  SSRİ  XTNS-nin  iştirakçısı” 

şəhadətnaməsi ilə  mükafatlandırılmışdır.  Mükafatlnadırılanlar  arasında 




77 

 

Az



ərbaycan Dövlət Nəşriyyatının  redaktoru  Tarıyel  Cahangirov  da  vardır. 

Tarıyel  Cahangirova  mükafat  Azərbaycan SSR-in 60 illiyi ilə  əlaqədar nəşr 

olunmuş  “Al  bayraqlı  respublikam  mənim” oçerklər  almanaxının 

hazırlanmasına  və  redaktəsinə  görə  verilmişdir.  Həmçinin 1980-ci ildə  nəşr 

olunan S.G

əncəlinin  “Qızıl  qələm”  mükafatına  layiq  görülmüş  “Azadlıq 

yollarında” kitabının da redaktoru T.Cahangirov olmuşdur.             

 “Az


ərnəşr”də çox saylı korrektorlar işləmiş və hər biri özünəlayiq yer 

tutmuşdur.  Əlbəttə, korrektorlar nəşriyyatda  buraxılan  kitabların  səhvsiz 

olmasına  xüsusi  əmək sərf edirlər və  öz  əməkləri ilə  Azərbaycan  kitabının 

n

əşrini yaxşılaşdırır, kollektivin hörmətini qazanırlar. Belə tanınmış, sevilən, 



hörm

ət edilən korrektorlardan biri də Münəvvər Gülüşova hesab edilir. O, 21 

ildir ki, “Az

ərnəşr”də  işləyir. O, ixtisasca jurnalist olsa da, nəşriyyat  işçisi, 

korrektor  kimi  daha  çox  tanınmışdır.  Yetişdirmələri olan R.Qarayeva, 

G.M


əmmədova,  G.Novruzova,  A.Bağırova  da  qabaqcıldırlar.  Partiya  və 

hökum


ətimiz “Azərnəşr”in  korrektoru  M.Gülüşovanın  əməyini yüksək 

qiym


ətləndirmişdir.  O,  Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin, 

Respublika Dövl

ətnəşrkomunun Fəxri fərmanları ilə təltif edilmiş, “Sosializm 

yarışının  qalibi”  döş  nişanı,  qiymətli hədiyyələr  və  pul  mükafatlarına  layiq 

görülmüşdür [10, 71-73].  

Müst


əqillik illərinə  nəzər  salsaq  bu  işdə  hal-hazırda  direktor 

v

əzifəsində  çalışan  Mustafazadə  Azər  Abdulla  oğlu,  baş  redaktor  Ağalarov 



Əlövsət  İbrahim  oğlunun,  direktor  müavini  Qasımov  Mirqalim  Mirabdulla 

oğlunun, xidmətləri xüsusilə qeyd olunmalıdır.  

Hal-

hazırda  20-30 ildən çox nəşriyyatda  işləyən Hüseynova 



Aynaxanım Əliağa qızının (redaktor) – 1974-cü ildə korrektor vəzifəsinə təyin 

olunub. 1988-ci ild

ə  “İstehsalat”  şöbəsində  çalışıb.  Sonaralar  isə  Bədii  şöbə 

yaranır  və  A.Ə.Hüseynova  həmin  şöbədə  redaktor  kimi  çalışmağa  başlayıb. 

Hal-

hazırda  “Azərnəşr”də  Kadrlar  şöbəsinin müdiridir; Nəcəfova Zoya 



Qurban  qızı  (texniki  redaktor)  –  1982-ci ildən bu günə  kimi “Azərnəşr”də 

texniki redaktor v

əzifəsini icra edir;  İslam  Sadıq  Hüseyn  oğlu  (redaktor); 

Aslanova  Sevinc  Aslan  qızı  –  1978-ci ildən  korrektor,  sonralar  İstehsalat 

şöbəsində  və  nəhayət hal-hazırda  nəşriyyatın  redaktorudur;  Fərəcov Etibar 

Zülfüqar  oğlu  (redaktor)  –  1990-cı  ildən bu günə  kimi “Siyasi ədəbiyyat” 

şəbəsində  redaktordur, Orucov Məhəbbət  Bilal  oğlu  (kompüter  operatoru)  – 

1999-cu ild

ən bu günə  kimi nəşriyyatın  kompüter  proqramistidir;  Kərimova 

Ramil


ə  İsrail  qızı  –  2005-ci ildən bu günə  kimi kompüter operatorudur; 

Süleymanova V

əfa  Vaqif  qızı  –  2009-cu ildən “Azərnəşr”də  kompüter 

opiratoru v

əzifəsində çalışır; Məmmədova Lətifə Musa qızı (redaktor) – 1992-

ci ilin sonlarından “Azərnəşr”də çalışır. Əvvəlcə altı ay korrektura şöbəsində 

çalışıb  sonralar  isə  “Sifariş  ədəbiyyatı”  (1992-ci ildə  yaranıb)  şöbəsində 

redaktor v

əzifəsinə  keçib; Məmmədyarova  Elmira  Kamil  qızı  (redaktor)  – 



78 

 

1978-ci ild



ən “Siyasi ədəbiyyat” və  “Tarix”  redaksiyalarının  redaktoru  təyin 

edilib; Aslanova Sevinc Aslan qızı (redaktor) - əməyini xüsusilə qeyd etmək 

lazımdır [11, 35].   

Ağalarov  Əlövsət  İbrahim  oğlu  1954-cü ildə  Kəlbəcər rayonunun 

Quzeyçirkin k

əndində anadan olub. Qılınclı kənd orta məktəbini bitirib. Hərbi 

xidm

əti başa vurduqdan sonra, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin 



Filologiya fakült

əsinə daxil olub. Əla oxuduğuna və xüsusi istedadını nəzərə 

alaraq 1979-cu ild

ə  Leninqrad Universitetinin Jurnalistika Fakültəsinə 

gönd

ərilib. Təhsilini həmin ali məktəbdə  davam etdirən  Əlövsət  Ağalarov 



1981-ci ild

ə  Leninqrad Universitetini bitirərək  Jurnalist  ixtisasına  yiyələnib. 

T

əyinatla Azərbaycan Dövlət Nəşriyyatına göndərilib. Əməksevərliyi, yüksək 



savadı  və  bacarığı  hesabına  respublikanın  ən böyük nəşriyyatında 

“Az


ərnəşr”də kiçik redaktorluqdan baş redaktor vəzifəsinəcən yüksəlib. O, bir 

neç


ə sanballı tərcümə kitabının, yüzlərlə elmi, publisistik məqalənin müəllifi, 

onlarla kitabın tərtibatçısıdır [11, 34-35].    

Hal-

hazırda  “Azərnəşr”də  direktor müavini vəzifəsində  çalışan 



Qasımov Mirqalib Mirabdulla oğlu 1959-cu il 29 mart Quba rayonunun Gədik 

k

əndi  doğulub.  Bakıda  Azərbaycan Dövlət Neft və  Kimya  İnstitutunun 



Maşınqayırmanın  iqtisadiyyatı  və  sənayenin təşkili  fakültəsini (1980-1985-ci 

ill


ərdə) bitirib. Daha sonra 1986-1990-cı ildə Moskva Poliqrafiya İnstitutunun 

Müh


əndis  texnoloq  ixtisası  üzrə  təhsil  alıb.  1981-ci ildən 1993-cü ilə  qədər 

Az

ərbaycan Dövlət Mətbuat və  İnformasiya  Komitəsinin nəzdində  olan 26 



Bakı komissarı adına mətbəədə (fəhlə, usta, cild sexində texnoloq, cild sexinin 

r

əisi, iqtisadiyyat şöbəsinin rəisi və kommersiya işləri üzrə direktor müavini) 



çalışmışdır.  1993-cü  ilin  iyul  ayından  Azərbaycan Dövlət Nəşriyyatı  – 

“Az


ərnəşr”də əvvəlcə istehsalat şöbəsinin rəisi, sonralar isə direktor müavini 

v

əzifəsinə təyin edilir [11, 35].  



Fikrimizi ümumil

əşdirərək qeyd edə  bilərik ki, Azərbaycan Dövlət 

N

əşriyyatı  yarandığı  ildən (1920) bu günə  kimi universal fəaliyyət göstərir. 



Burada  işıq  üzü  görən hər  bir  kitabın  (çap  məhsulunun) üzərində  redaktor 

əməyi,  başqa  sözlə  desək redaktor zəhməti  vardır.   Yüksək keyfiyyətli kitab 

çap etm

ək  əsasən müəllif, tərcüməçi, redaktor və  rəyçilər kollektivindən 



asılıdır. “Azərnəşr” daim öz ətrafına görkəmli alimlər, ziyalılar, mütəxəssislər, 

k

ənd təsərrüfatı  yenilikçiləri, kənd təsərrüfatı  sahəsində  çalışan  ixtisaslı 



jurnalistl

ər, tərcüməçilər, rəy yazanlar, ən başlıcası isə geniş oxucu kütləsi cəlb 

ed

ə bilmişdir. 



 

ƏDƏBİYYAT 

 

1. M


əmmədova R. Kitablar burada doğulur // Azərbaycan qadını jur., 1967. -№9. –S.23 

2. M


əcidov V. Zəhmətkeş redaktor // Kitablar aləmində jur., 1982. -№4. –s.22-23 

3. Mehdiyeva H. Kitablarda qalan izl

ərt // Kitablar aləmində jur., 1982. -№1. –s.33-34 



79 

 

4. 



Əliyev E. Müəllif, rəyçi, nəşriyyat // Kitablar aləmində jur., 1982. -№3. –s.23 

5. 


Əlibəyov C. Görən göz və döyünən qəlb // Kitablar aləmində jur., 1986. -№4. –s.2-3 

6. 


Abdullayev A. İqtisadçı və ərzaq proqramı // Kitablar aləmində jur., 1986. -№2. –s.3-4 

7.  Oruc


əli H. “Azərnəşr”  ongünlüyə  necə  hazırlaşır  //Ədəbiyyat və  incəsənət qəz., 1959, 7 

fevral 


8. 

Abasova L. İlyas Tapdıq redaktor kimi // Dil və Ədəbiyyat: beynəlxalq elmi-nəzəri jurnal, 

2010. -

№1 (72). –s.276-278 



9. Abasova L. S

əlim Əhmədov – Texniki redaktor kimi //Kitabşünaslıq və nəşriyyat işi: elmi-

n

əzəri və təcrübi jurnal, 2009. -№1 (5). –s.84-88. 



10. Abdullayev A. S

ənətinin vurğunu // Kitablar aləmində jur., 1981. -№1. –s.71-73 

11.  Abasova L. Az

ərbaycan Dövlət Nəşriyyatı  –  “Azərnəşr”  bu  gün  //Kitabşünaslıq  və 

n

əşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2012. -№2. –s.23-37. 



 

Л.АБАСОВА 

 

ДЕЯТЕЛЬНОСТЬ РЕДАКТОРОВ "АЗЕРНЕШРА" В ФОРМИРОВАНИИ 

И РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОЙ КНИГИ 

 

РЕЗЮМЕ 

 

В  статье  изучается  деятельность  редакторов,  в  разные  годы  трудившихся  и 

внесших  большой  вклад  в  работу  Азербайджанского  Государственного  Издательства. 

Также  в  статье  на  основе  фактов  были  проанализированы  государственные  награды 

редакторов,  долгое  время  работавших  в  "Азернешре"  и  имевших  большую  заслугу  в 

формировании  Азербайджанской  книги.  На  основе  анализа  определенного  периода 

стало ясно,что редакторы "Азернешра",которые имели большой труд в издании каждой 

книги, являлись известными просветителями. 



 

L.ABASOVA  

  

THE ACTIVITY OF THE EDITORS AT “AZERNASHR” IN FORMATION 

AND DEVELOPMENT OF AZERBAIJANI BOOK 

 

SUMMARY 

 

The activity of the editors who worked for the Azerbaijan State Publishing House 

throughout different years and contributed a lot to its work was studied in the article. The 

rewarding of the editors by the state who had a significant role in formation of Azerbaijani 

book and worked at “Azernashr” for many years is also studied based on facts. It was made 

identified through the research carried out on the particular period that the editors at 

“Azernashr” are well-known intellectuals who made significant efforts in release of every 

single book by “Azernashr”.  



 

 

 

 

 

 

Yüklə 170,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə