Leyla abasova bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi”



Yüklə 104,2 Kb.

tarix01.04.2018
ölçüsü104,2 Kb.


69 

 

 



 

 

Leyla ABASOVA 

Bakı Dövlət Universitetinin 

“Kitabşünaslıq və nəşriyyat işi” 

kafedrasının müəllimi 

 

M.F.AXUNDOV – AZƏRBAYCAN MAARİFÇİLİYİNİN 

ƏVƏZOLUNMAZ MEMARI 

 

Açar  sözlər:  M.F.Axundov,  mətbuat,  elm,  maarif,  kitab,  kitabçılıq 

işi, mətbəə, əlifba.  

Ключевые  слова:  Мирза  Фатали  Ахундов,  пресса,  наука, 

образование, книга, книгаведение, типография, алфавит 

Keywords:  M.F.Akhundov,  print  media,  science,  education,

 

book, 

bibliology,

 

print house, alphabet 

 

Elm  və  maarif  bütün  xalq  arasında  aşağıdan  tutmuş  yuxarıya 



qədər,  istisnasız  olaraq  hamının  arasında  yayılmalıdır:  çoban  da,  əkinçi 

də, tacir də, əttar da nazirlərdə olan istedada malik olmalıdırlar. 

(M.F.Axundov

 “Zülmət  səltənətində”  işıq  kimi  parlayan  M.F.Axundov  bütün  Yaxın 

və  Orta  Şərqdə  XIX  əsrdən  başlanan  “yeni  təfəkkür”  inqilabının,  müasir 

mənəvi mədəniyyətin ilk carçısı idi [17].  

O,  ürəkdən  xalq,  Vətən  və  ümumbəşər  üçün  yazır,  dünyanı  ədalətə, 

həqiqətə,  azadlığa  səsləyirdi.  Onu  oxuduqca  istər-istəməz  düşünməli  olursan: 

bu  böyük  şəxsiyyətin    malik  olduğu  sonsuz  qətiyyət,  məqsəd  aydınlığı  və 

iradənin  mənbəyi  nədir?  Hər  şeydən  əvvəl  vətənpərvərlik  və  vətəndaşlıq!  O 

özü  bu  barədə  yazır:  “Bu  yolda  nə  qədər  zəhmət...qəbul  edəcəyəm  ki,  öz 

həmvətənlərimi qaranlıqdan işığa çıxardım və bunun mənəvi ləzzətini dadım”.    

Azərbaycanda  realist  ədəbiyyatının,  ictimai-siyasi  və  elmi  fikrin 

inkişafı  tarixində  M.F.Axundovun  xidmətləri  böyükdür.  M.F.Axundov  yazır: 

“İnsan təbiətinə elm cövhəri ilə nə qədər artıq cila verilərdə, insan həm elmin 

qüvvəsi ilə, həm də öz təbiətinin köməyi ilə pis əməllərdən o qədər də saqınar” 

[17]. 

Görkəmli  filosof  Heydər  Hüseyn  Mirzə  Fətəli  yaradıcılığının  geniş 



əhatə dairəsini belə təsvir edirdi: “Böyük humanist şəxsiyyətin bəhs etmədiyi 

heç  bir  böyük  və  ya  kiçik  məsələ  olmamışdır.  O,  drama,  hekayə  və  şeirdən 

başlamış, fəlsəfə, din, etika, moral, kritika, dil, dövlət, məktəb və tədris və s. 

bu  kimi  müxtəlif  məsələlərdən  bəhs  etmiş  və  hər  məsələyə  öz  dövrünə  görə 




70 

 

konkret  və  aydın  cavab  verə  bilmişdir”.  Bu  sözlərin  hamısı  inkarolunmaz 



həqiqətdir.  Özünün  dediyi  kimi,  o,  təfəkkür  sahiblərinin  gözünü  açmaq  üçün 

yaradıcılıq  və  mübarizə  meydanına  qədəm  qoymuşdu.  Onun  ciddi  məşğul 

olduğu,  həllinə  çalışdığı  elmi-nəzəri  problemlərin  üfüqləri  doğurdan  da 

genişdir.  Biz bu problemlərdən – mətbuat, kitab və kitabçılıq  işi vəzifələrinə 

dair  Axundovun  irəli  sürdüyü  nəzəri  müddəaların  və  gəldiyi  nəticələrin 

üzərində qısa da olsa, dayanmaq istərdik [5].  

Axundov  həqiqətən  mənalı  yazmağı  bacaran,  vətənpərvər  ziyalıları 

redaksiya  ətrafında  birləşdirməyi  məsləhət  görürdü.  İlk  milli  qəzetimiz  kimi 

şöhrət  tapan  və  qısa  ömür  sürən  “Əkinçi”nin  qarşılaşdığı  ciddi  çətinliklər 

(vəsaitin,  oxucuların,  əməkdaşların  azlığı  və  s.  cəhətdən),  H.B.Zərdabi  kimi, 

Axundovu  da  çox  düşündürmüşdür.  Zərdabiyə  yazdığı  məktublardan  birində 

“Əkinçi”nin  nəşrinə  kömək  üçün  öz  qayğılarından  söhbət  açır, 

cəhalətpərəstləri qəflət yuxusundan oyadırdı: “Əgər sənin (Zərdabinin – L.A.) 

ətrafında  olan  dostlardan  bəziləri  mənim  Sultanova  yazdığım  məktubun  çap 

edilməsini  məsləhət  görməsələr,  onların  sözünə  baxma,  məktubu  mütləq  çap 

et... Qoy bizim xalqımızın da bir qədər gözü açılsın və fanatizmdən xilas olsun 

ki,  vətənpərvər  ola  bilsin.  O  zaman  hər  nə  istəsən  fikrin  baş  tutacaqdır.  Əks-

təqdirdə, xalqımız fanatizm qaranlığında qaldıqca, hər bir xeyir iş üçün bizim 

gördüyümüz tədbirlər heç bir nəticə verməyəcəkdir” [5].   

“Əkinçi”  qəzeti  ətrafında  birləşən  XIX  əsr  Azərbaycan  ziyalıları 

arasında  Axundov  da  var  idi.  Ancaq  o  adi  oxucu  və  adi  müəlliflərdən  deyil, 

“Əkinçi”nin ağıllı məsləhətçisi, qayğıkeş köməkçisi və Zərdabinin əqidə dostu 

idi. Qəzetin həm uğurlu çıxışları, həm də qüsurları və çətinlikləri Axundovu da 

az  düşündürmürdü.  O,  “Əkinçi”nin  nömrələrini  diqqətlə  nəzərdən  keçirir, 

özünün  işgüzar  təkliflərini,  arzu  və  məsləhətlərini  ondan  əsirgəmirdi. 

Zərdabiyə  bildirirdi  ki,  qəzet  təkcə  dərin  məzmununa  görə  deyil,  zərif,  aydın 

dili və üslubu ilə də fərqlənməlidir: “Sizin qəzetiniz başqa məsələlərlə yanaşı, 

Azərbaycan yazıçısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu 

dildə yazan bütün adamlar üçün nümunə olmalıdır” [5].   

Haqsızlığa,  ədalətsizliyə  qarşı  mübarizədə,  adamların  mənəvi-siyasi 

tərbiyəsində mətbuat vasitəsilə tənqidin, mübahisənin ciddi əhəmiyyəti vardır. 

Axundov yazır ki, mətbuat şair və alimlərin yeni əsərləri haqqında, “hökumət 

adamlarının,  əmirlərin,  hakimlərin,  komandanlıqların  və  bütün  mənsəb 

sahiblərinin... iş və rəftarı haqqında” tənqidi söz deyə bilər və deməlidir. Özü 

də  tənqid  obyektiv  olmalı,  real  faktlara  əsaslanmalıdır”.  Tənqid  üçün  söz  və 

fikir azadlığı vacibdir. Ona görə ki, “fikir azadlığı olduqda kritikanın faydası o 

olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fikir və rəylərin toqquşmasından haqq 

yerini  tapacaq  və  mədəniyyət  aləmində  tərəqqilər  zühur  edəcəkdir”. 

M.F.Axundov  yazır:  “Bəşəriyyətin  qələbəsi  və  səadəti  o  zaman  mümkün  ola 

biləcəkdir ki,  istər Asiyada və istərsə  də Avropada insan ağlı tamamilə  əbədi 




71 

 

həbsdən  azad  edilsin;  bütün  işlərdə  və  fikirlərdə  əfsanəvi  rəvayətlər  deyil, 



insan ağlı yeganə sənəd, sübut və həkimi-mütləq kimi tanınsın” [17]. 

M.F.Axundov  insan  həyatında,  cəmiyyətin  dolanışığında,  dövlət 

quruluşunda, ədəbiyyat, incəsənət, elm, fəlsəfə aləmində çox sirlər dərk etmiş 

və  çox  kəşflərlə  bəşərin  estetik  və  fəlsəfi  fikrini  zənginləşdirmişdir.  Mən 

burada bir cəhəti xüsusi olaraq qeyd etməyə bilmərəm. Yazıçılar üçün Homer 

dövründən  bu  günə  kimi  mübahisə  obyekti  olan  tənqidin  obyektivliyi, 

həmçinin  bədii  sənətlərin  məzmun  və  forma  anlayışı  barədə  görün 

M.F.Axundov necə dərin mülahizə yürüdür və necə dəqiq, necə kamil fikirlər 

söyləyir.  O,  bəzi  Şərq  yazıçı,  şair  və  tənqidçilərinin  prinsipsizliyini,  əsassız 

tərifini, qüsurları belə müsbət qələmə verməsini yanar ürəklə qeyd edir və bu 

həm  də  əsl  qərəzsiz,  yaltaqsız  tənqidin  rolunu  nəzərə  çatdırır.  O,  yazır:  “Bu 

qayda Avropada məlumdur və onun böyük faydaları vardır. Məsələn, bir şəxs 

bir  kitab  yazdığı  zaman,  başqa  bir  şəxs  onun  əsərinin  mətləbləri  xüsusunda 

kritika yazır. Bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könül 

incidən bir söz belə olmasın, hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika”, 

onunla  məşğul  olan  şəxsi  isə  fransız  istilahı  ilə  “kritik”  adlandırırlar.  Müəllif 

ona  cavab  verir.  Ondan  sonra  üçüncü  bir  şəxs  meydana  çıxıır,  ya  müəllifin 

cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur” [17].    

M.F.Axundov  qəzetin  tənqidi  çıxışlarında  etika  normalarından  kənara 

çıxmağın  əleyhinə  idi.  Tənqiddə  gərək  “ədəbsiz  və  könülincidən  bir  söz 

olmasın”.  Sözlər,  fikirlər  “incəlik  yolu  ilə  deyilsin”.  Məhz  bu  barədə 

M.F.Axundov yazır: “Tənqid müasir inasanların əxlaq və tərbiyəsinin islah və 

təkamülündə  təsirsiz  qalmadığı  kimi,  gələcək  nəsillərin  əxlaq  və  tərbiyəsinin 

islah və təkamülündə də tam təsiri vardır” [17].  

Heç  bir  mətbuat  orqanı  müxbirsiz  və  müəllifsiz  yaşaya  bilməz. 

Müxbirsiz  ölkə  daxilində  və  dünyada  cərəyan  edən  tipik  hadisələri  vaxtında 

görmək  və  operativ  qaydada  işıqlandırmaq  mümkün  deyil.  Müxbirlər  eyni 

zamanda  real  həyatla,  oxucu  kütlələri  ilə  redaksiya  arasındakı  əlaqələrinin 

mərkəzində  dururlar.  Bunları  nəzərə  alan  Axundov  bu  və  digər  mətbuat 

orqanlarının  hər  vilayətdə  maaşla  işləyən  müxbirlərin  olmasını  lazım  bilirdi. 

“Hər tərəfdən və hökumətdən əhvalat” yazıb çap üçün redaksiyaya göndərmək 

vəzifəsi,  hər  kəsdən  əvvəl  onların  öhdəsinə  düşürdü.  Axundov  “əhvalat” 

dedikdə  yəqin  ki,  oxucuları  maraqlandıran  yeni  faktları  və  hadisələri  nəzərdə 

tuturdu.  Yazmaq  üçün  onun  müxbirlərə  məsləhət  gördüyü  əhəmiyyətli 

mövzular da az deyildi: ticarət və əkinçiliyin inkişafı, yeni mədənlərin kəşfi və 

işə salınması, elmlər, fənlər, sənaye problemləri, uşaq tərbiyəsi və s.  

Tarixi  sənədlər  təsdiq  edir  ki,  Axundov  “Əkinçi”  qəzetinin  redaktoru 

ilə,  Peterburq  və  Moskvada  çıxan  bəzi  mətbuat  orqanlarının  redaksiyaları  ilə 

işgüzar  yaradıcılıq  əlaqələri  saxlamışdır.  O,  yalnız  kütləvi  informasiya 

vasitələrinin  vəzifələri  və  problemlərinə  dair  tutarlı  nəzəri  müddəalar  irəli 




72 

 

sürməklə  kifayətlənməmişdir.  Bir  publisist  kimi  mətbuatda  dərc  etdirmək 



məqsədilə məqalə və məktublar da hazırlamışdır.  

Tərəqqipərvər  rus  mətbuatı  ilə,  qabaqcıl  rus  yazıçı  və  alimləri  ilə 

yaxınlıq  Axundovun  ədəbi-bədii  və  elmi  yaradıcılığına,  onun  bir  sıra 

əsərlərinin  çapına  müsbət  təsir  göstərmişdir.  Məlum  olduğu  kimi,  onun 

Puşkinin  ölümü  münasibətilə  yazdığı  məşhur  poeması  əvvəlcə  “Moskovski 

nablyudatel” jurnalının (1835-1889) 1837-ci ildə çıxan XI kitabında, 1874-cü 

ildə  isə  Peterburqda  çıxan  “Russkaya  starina”  jurnalında  (1870-1918)  çap 

olunmuşdur.  “Kavqaz”  qəzeti  (Tiflis,  1846-1918)  və  “Literaturnı  letopis” 

toplusu  (Peterburq)  və  rus  dilində  nəşr  edilən  başqa  mətbuat  orqanlarında  da 

Axundovun imzasına rast gəlmək mümkündür [5].  

M.F.Axundov  Şərqi  Qərblə  birləşdirən  bir  körpüyə  bənzəyir.  Klassik 

maarifçilik  bu  körpüdən  keçib  Şərqə  daxil  olur.  Azərbaycanda  yeni  tipli 

realist-materialist  ideoloji  hərəkat,  teatr,  mətbuat,  ilk  Şərq  maarifçiliyi  – 

hamısı  Axundovla  başlayır.  Mirzə  Fətəli  ilk  dəfə  olaraq  bədii  və  fəlsəfi 

sistemin  orta  əsr  stereotipindən  və  klassik  Şərq  modelindən  kənara  çıxır, 

durğunluğa  və  ehkama  radikal-inqilabi  etirazın,  sənətdə  və  estetikada  “yeni 

təfəkkürün” “baniya-karı” olur [17]. 

Tiflis mühiti böyük yazıçı və mütəfəkkirin inkişafında çox mühüm rol 

oynayır.  O,  Qafqazda  sürgün  edilmiş  dekabrist  Bestüjev-Marlinski  ilə  tanış 

olur və bu illərdə XVIII əsr fransız materialistləri və maarifçilərindən Holbax, 

Didro, 

Helvesti, 



Volter 

kimi 


filosofların, 

Rusiyanın 

inqilabçı-

demokratlarından  Belinski,  Çernışevski  və  Dobrolyubovun  mütərəqqi 

ideyaları ilə silahlanır. Bütün  bunlar onun həyatda da,  yaradıcılıqda da  əbədi 

sadiq qaldığı beynəlmiləl bədii, fəlsəfi və estetik idealı şərtləndirir.  

M.F.Axundov  ustad  və  qayğıkeş  bir  müəllim  kimi,  qələmi  hələ  özü 

qədər də  püxtələşməmiş  jurnalistlərə  və  yazıçılara  yaradıcılıq  yollarında  necə 

irəliləmək qayda-qanunlarını öyrədirdi. O, öyrədirdi ki, ədəbi işçi və mətbuat, 

hər  şeydən  əvvəl,  xalqa  xidmət  göstərməlidirlər.  Onlar  xalqın  sevincinə  və 

kədərinə  şərik  olmalı,  iqtisadi  və  mədəni  dirçəlişinə  yardım  göstərməlidirlər. 

Sonra, qəzet və ümumiyyətlə, mətbuat sağlam tənqidin mərkəzində durmalıdır. 

Tənqid obyektiv olmalı, real faktlara əsaslanmalıdır. Daha sonra, qəzetdə çapa 

veriləcək yazıların dili, üslubu, məzmunu oxucuların ürəyinə yatmalıdır. Qəzet 

həqiqi, geniş və müasir informasiya mənbəyinə çevrilməlidir.   

Mətbəələrin  açılmasına,  qəzet  və  kitab  çapına  ölkədəki  şərait  xalqın 

inkişaf  səviyyəsi  Azərbaycan  ziyalılarının,  maarifpərvərlərinin  qayğısı  ilə 

əlaqələnirdi.  Buna  görə  də,  Azərbaycanda  XIX  əsrin  əvvəllərində  qəzet  və 

kitab  çapına,  xüsusilə  də  kitabın  tərtibatına,  kitabın  yayılmasına,  istifadə 

olunmasına  xüsusi  əhəmiyyət  verən  görkəmli  Azərbaycan  ziyalıları, 

pedaqoqları,  maarifpərvərləri  vardır.  Bunların  sırasında  A.Bakıxanov, 

M.Ş.Vazeh, 

H.B.Zərdabi, 

Ü.Hacıbəyov, 

F.Köçərli, 

M.F.Axundov, 




73 

 

Ə.H.Xalisəqarızadə,  S.Mümtaz,  N.Nərimanov,  Ö.F.Nemanzadə,  A.Səhhət, 



C.Məmmədquluzadəni  və  başqalarının  adlarını  xüsusilə qeyd  etmək lazımdır. 

Buna  görə  də,  Azərbaycanda  kitab  və  kitabçılıq  işi  XIX  əsrin  əvvəllərində 

daha  sürətlə  inkişaf  etməyə  başlamışdır.  Təsadüfi  deyildir  ki,  görkəmli 

Azərbaycan  yazıçı  və  şairləri,  o  cümlədən  M.F.Axundov  hələ  XIX  əsrin 

ortalarında  qəzet  və  kitab  çap  etmək  üçün  mətbəələrin  açılmasını, 

litoqrafiyaların  təşkilini  ən  vacib  işlərdən  hesab  edirdi.  Məsələn, 

M.F.Axundov  bu  məqsədlə  də  xarici  ölkələrə,  xüsusilə  İrana  səyahət  etmiş, 

litoqrafiyaların  və  mətbəələrin  fəaliyyətini  öz  gözləri  ilə  görmüş  və 

Azərbaycanda  da  mətbəələrin  təşkilini  çox  zəruri  saymışdır.  Çünki 

müqayisələr  aparmış  və  litoqrafiya  üsulu  ilə  kitabların  keyfiyyətsiz 

buraxıldığının  şahidi  olmuşdur.  Məlum  olduğu  kimi,  Mirzə  Fətəli  Axundov 

mətbəə  açmaq  haqqında  təşəbbüs  göstərmişdir.  O,  Qafqaz  canişini  general 

Qovovina  ərizəsində  yazırdı  ki,  hazırda  “...Müsəlman  dillərində  kitab  çox 

azdır.  Bu  ehtiyac  Qafqazdakı  mətbəələrdə  daha  çox  özünü  göstərir.  Bunun 

səbəbi  tamamilə  aydındır.  Kitabların  çoxu  əlyazmasındadır,  çap  kitabı  isə 

azdır. Çünki bu yaxınlaradək müsəlman hökümətlərində mətbəələr yox idi. Bir 

az  bundan  qabaq  Türkiyədə  tipoqrafiya,  Hindistanda,  İranda  isə  litoqrafiya 

açılmışdır.  Mən  İranda  olanda  bir  neçə  litoqrafiyanı  gedib  özüm  gəzmişəm. 

Burada mənə  Hafizin  təzə  çapdan  çıxmış bir külliyyatını  bağışladılar”. Sonra 

M.F.Axundov qeyd edirdi ki, “Qafqazda Azərbaycanca kitab çap edən mətbəə 

olmadığına  görə  müsəlmanlar  Türkiyə  və  İrandan  kitab  gətirməyə 

məcburdurlar”.    

M.F.Axundov kitabın çoxalmasını, nəşrin ona görə zəruri hesab edirdi 

ki, insanların, ölkə əhalisinin əksəriyyəti, elmə, biliyə, savada malik olmalıdır. 

Bu məqsədlə o, yazırdı: “Elm və maarif bütün xalq arasında, aşağıdan tutmuş 

yuxarıya  qədər,  varlıdan  tutmuş,  yoxsula  qədər  istisnasız  olaraq  hamının 

arasında yayılmalıdır; çoban da, əkinçinin də, tacir də, əttar da nazirin əlində 

olan  iqtidara  malik  olmalıdır.  Bütün  xalq  dövlət  başçılarının  gördüyü 

tədbirlərdə iştirak etməlidir”.  

Xalqın  azadlığa  çıxmasında,  tərəqqiyə  çatmasında,  elmin  və  təhsilin 

inkişafında  kitabın  rolunu  M.F.Axundov  çox  yüksək  qimətləndirirdi.  O,  fikir 

və arzularını belə ümumiləşdirirdi ki, cəmiyyətin bütün təbəqələri, başqa sözlə 

oxucular imkan tapıb az bir müddət ərzində “öz ana dilində kitablar oxuyaraq 

və onların məzmununu” dərk edəcəklər.  

“Çap  işinin  xalqın  zəruri  işlərindən  biri”  hesab  edən,  M.F.Axundov 

kitabların bədii tərtibat və poliqrafik icra baxımından yüksək səviyyədə təşkil 

edilməsini  kitabçılıq  işinin  vacib  problemlərindən  biri  hesab  edirdi.  Təsadüfi 

deyildir  ki,  M.F.Axundov  Şərq  litoqrafiyalarında  basılan  kitabların  aşağı 

keyfiyyətdə  olduğuna  istehza  edərək  deyirdi  ki,  “daş  çapmaq  belə  bir  kitabı 

oxumaqdan...asandır”. Azərbaycan dilində kitabların, xüsusilə yox dərəcəsində 




74 

 

olması  M.F.Axundovu  çox  narahat  edirdi.  Məlumdur  ki,  Azərbaycanda  ərəb 



əlifbasına  qarşı  mübarizə  XIX  əsrə  qədər  zəif  olmuşdur.  XIX  əsrdə  isə 

görkəmli  Azərbaycan  yazıçısı,  kitabşünası  M.F.Axundov  tərəfindən  bu  ideya 

nəzəri cəhətdən əsaslandırılmış və bir sıra əməli yollar müəyyənləşdirilmişdir. 

Bir  maraqlı  faktı  da  qeyd  edək  ki,  Əlyazmalar  İnstitutunda  mühafizə  edilən 

Misirdə  çap  olunmuş  əlyazma  kataloqlarının  hər  birində  “Fehris  əl-məxtutat 

əl-farsiyyə”də  (fars  əlyazmaları  kataloqu,  II  hissə,  səh.41-42)  Milli 

kitabxanada saxlanılan M.F.Axundovla bağlı həmin materialların ətraflı təsviri 

verilmişdir [1].  

Yeni materialların tapılması ilə əlaqədar belə bir sual meydana çıxır ki, 

Azərbaycan maarifçisi M.F.Axundovun qələminin məhsulu olan bu materiallar 

Qahirə  kitabxanasına  necə  düşmüşdür.  Bu  suala  cavab  vermək  üçün  əvvəlcə 

həmin sənədlərlə bağlı məsələləri işıqlandırmaq lazımdır [1].  

Qahirə  kitabxanasında  tapılan  materiallar  24  əlyazma  səhifəsindən 

ibarətdir. Titul səhifəsində belə başlıq vardır: “İslam qrafikasının islahatı üzrə 

tənqid”. Bütün materiallar üç hissədən ibarətdir. Birinci hissədə Əli Süavinin

*

 



“Xəttimizin  islahı”  adlı  türk  dilində  yazılmış  məqaləsi,  ikinci  hissədə  həmin 

məqalənin  farscaya  tərcüməsi,  üçüncü  hissədə  isə  M.F.Axundovun  özünün 

fars  dilində  yazılmış  “Süavi  əfəndinin  əqidəsinin  tənqidi”  adlı  məqaləsi 

verilmişdir.  Materialların  mətni  M.F.Axundovun  xəttatının  xəttinə  hədsiz 

oxşar olan kalliqrafiq xətlə yazılmışdır.  

Bu  materialın  tarixindən  danışarkən  qeyd  etmək  lazımdır  ki,  1868-ci 

ildə  İranın  Parisdəki  müvəqqəti  işlər  vəkili  Mirzə  Yusif  xan  dostu 

M.F.Axundova Əli Süavinin yazdığı məqaləni gönədrmişdi. Bu məqalə 1867-

ci il avqustun 31-də (13 cümadi əl əvvəl 1867-ci il) Londonda çıxan “Müxbir” 

qəzetində (№ 47) türk dilində çap olunmuşdu [1].  

“Müxbir”  qəzetində  çap  olunmuş  “Xəttimizin  islahı”  adlı  məqalədə 

M.F.Axundovun  adı  çəkilməsə  də  maarifçinin  ərəb  əlifbasının  islahatı  ilə 

əlaqədar  irəli  sürdüyü  təkliflər  rədd  edilirdi.  Əli  Süavi  öz  məqaləsində  ərəb 

əlifbasını  islah  etmək  deyil,  yalnız  ibtidai  təhsil  zamanı  mətnlərdə  müxtəlif  

təkmilləşdirilmiş  diakritik  işarələr  tətbiq  etmək,  şagirdlər  oxu  vərdişi 

qazanandan sonra isə bunları götürmək təklifini irəli sürürdü [1].  

Lakin məqalə ilə tanış olan Axundov bununla razılaşa bilmir və cavab 

olaraq böyük bir məqalə yazıb Əli Süavinin görüşlərini, fikirlərini, təkliflərini, 

əsaslı  şəkildə  tənqid  edir.  Konkret  misallarla  onların  əsassızlığını  göstərir. 

Artıq  60-cı  illərin  sonlarında  Axundov  belə  bir  fikrə  meyl  edirdi  ki,  soldan 

                                                           

*

 Əli Süavi – gizli “Yeni Osmanlılar cəmiyyəti” adlı siyasi təşkilatın görkəmli türk 



xadimlərindən idi. Publisist Əli Süavi 1867-ci ilin yanvar ayından mart ayına qədər 

İstambulda “Müxbir” qəzetini nəşr etdirirdi. Lakin qəzet bağlandıqdan sonra cəmiyyətin başqa 

üzvləri kimi Əli Süavi də Avropaya mühacirət etdi. 1867-1868-ci illərdə o, qəzetin nəşrini 

Londonda davam etdirdi.   




75 

 

sağa  yazılan,  hərflərin  bir  yazılış  forması  olan,  sait  hərfləri  sözün  tərkibində 



yazılan,  hərfləri  bitişik  yazıla  bilən  formada  olan  və  nəhayət,  hərflərin 

təsvirində nöqtələr olmayan yeni əlifba yaratmaq zəruridir.    

1868-ci  ilin  ikinci  yarısında,  hələ  Süavinin  məqaləsini  almamışdan 

əvvəl,  Mirzə  Fətəli  İranın  bir  sıra  yüksək  vəzifəli  dövlət  xadimlərinə  və 

əmirlərinə,  o  cümlədən  Maarif  nazirinə  və  Xarici  işlər  nazirinə  bütöv  bir 

qovluq  material  göndərməyi  nəzərdə  tuturdu.  Bu  materiallarda  o,  əlifba 

islahatının  zəruriliyi  məsələlərinə  toxunur,  həmçinin  tamam  yeni  əlifba 

layihələrinin  (həm  M.F.Axundovun,  həm  də  Mirzə  Melkum  xanın  layihələri) 

müxtəlif variantlarını təklif edirdi [1].  

Lakin  bu  ərəfədə  Əli  Süavinin  məqaləsini  alan  M.F.Axundov  hələlik 

məktubları  İrana  göndərməyi  ləngidir  ki,  bunları  Əli  Süavinin  məqaləsi  ilə 

bağlı  materialları  da  əlavə  etsin.  Axundov  bir  neçə  gün  ərzində  Süavinin 

məqaləsini  fars  dilinə  çevirir,  onun  məqaləsinə  cavab  olaraq  özünün  böyük 

tənqidi  məqaləsini  yazır  və  ancaq  bu  işi  başa  çatdırandan  sonra  məktublarını 

İrana göndərir [1].  

Mirzə  Melkum  xanın  göndərdiyi  yeni  əlifba  layihəsi,  həmçinin  Əli 

Süavinin  London  qəzetində  çap  olunmuş  məqaləsi  Axundova  qüvvət  verdi. 

Məktublarının  birində  özünün  qeyd  etdiyi  kimi:  “...Bu  gün  əlifba  məsələsi 

böyük  bir  məsələ  olmuşdur.  Bu  barədə  hər  tərəfdən,  hər  guşədən  məqalələr 

yazıb,  qəzetlər  vasitəsilə  çap  edirlər.  Bu  məsələnin  təzələnməsi  üzündən 

mənim qəlbimdəki sönmüş atəş də yenidən alovlanmışdır”. Təkcə, 1868-ci ilin 

sentyabr  ayı  ərzində  Axundov  ərəb  əlifbasının  islahatı  ilə  əlaqədar  müxtəlif 

şəxslərə,  o  cümlədən  Qafqaz  canişinliyi  baş  idarə  departamentinin  direktoru 

N.Baranovskiyə,  İranın  maarif  nazirinə,  İranın  xarici  işlər  nazirinə,  İranın 

Tiflisdəki  baş  konsulu  Əli  xana,  Hacı  Əli  xana,  Paşa  xana  (iki  məktub), 

Müstəvfiyul-Məmalikə,  Mirzə  Hüseyn  xana,  Həsənəli  xana,  Nəsrül-Mülk 

Mahmud  xana,  Mirzə  Məlkum  xana,  Mirzə  Yusif  xana  (iki  məktub) 

ünvanlanmış məktub və məruzələr yazmışdı [1]. 

M.F.Axundov,  Əli  Süavinin  məqaləsi  ilə  bağlı  materiallarını  İrandan 

başqa Türkiyəyə də göndərmişdi. Əldə edilən faktlara əsasən belə qənaətə gələ 

bilərik ki, Axundovun əlifba ilə əlaqədar həmin materialları Misirə çox güman 

ki, Türkiyədən gedib çıxmışdır [1].          

M.F.Axundov  qələmi  ilə  yanaşı,  şəxsiyyətinə  də  pərəstiş  etməmək 

olmur.  Onun  maarifin  əqidə  və  əməl  qəhrəmanlığı  bioqrafiyasındakı  iki 

məqamda  daha  qabarıq  əks  olunur:  fəlsəfi  məktublarının  çapı  uğrunda 

göstərdiyi fədakarlıqda və əlifba ideyasına qeyri-adi sadaqətdə. Buna görə də, 

Axundovun  müasirləri  onu  “böyük  bir  məramın  böyük  atası”  adlandırmaqda 

haqlı idilər [17]. 

Görkəmli  Azərbaycan  nasiri  Əbdürrəhimbəy  Haqverdiyev  məhz  bu 

mənəvi  qəhrəmanlığı  nəzərə  alaraq  yazmışdı:  “Epoletlər,  imtiyazlar,  xaç  və 




76 

 

medallarla  bəzənmiş  paltarın  altında  od  tutub  alışmaqda  olan  böyük  bir  ürək 



döyünürdü” [17]. 

Latın  əlifbasına  keçməyin  ilk  təşəbbüsçüsü  M.F.Axundovdur.  Onun 

ideyası  arzusu  1922-ci  ildə  ümumxalq  tələbi  və  ehtiyacı  kimi  həyata  qədəm 

qoydu.  Bu  əlifbanın  rəsmi  tətbiqi  6  illik  hazırlıq  və  geniş  müzakirənin 

yekunudur. O dövrdə əlifba islahatı aparmaq çox çətin idi. Çünki Azərbaycan 

iqtisadi  böhrandan,  qırğın  və  talandan  təzəcə  çıxmışdı.  Kadr  və  vəsait  qıtlığı 

hökm sürürdü. Buna baxmayaraq, əlifba islahatı həyata keçirildi. Həmin dövr 

üçün çox vacib və zəruri idi.  

M.F.Axundov yazırdı: “...bu gün bizim yüksək məzmunlu, qiymətli və 

nəfis elmlərə aid kitabımız yoxdur. Sağlıq olarsa, gələcəkdə biz də kitab sahibi 

olacağıq. O zaman Avropa və Yengi Dünyanın malik olduğu bir çox kitabları, 

o cümlədən, tibb, hikmət,  hesab,  coğrafiya, hərbi iş,  dənizçilik,  mühəndislik, 

tarix,  inşaat,  idarə,  məişət,  əkinçilik,  səyyahlıq,  mədəniyyətşünaslıq,  təbiyat, 

astronomiya,  heyət,  kimya  və  bunlar  kimi  faydalı  elmlərə  aid  kitabları  əldə 

edəcəyik”.  Buradan aydın olur ki, o dövrün bu qeyd edilən sahələr üzrə kitaba 

tələbat olsa da, mətbəələrin olmaması, müxtəlif elm və bilik sahələri üzrə kitab 

yazan  Azərbaycanlı  müəlliflərin  olmaması  kitabın  sahə  quruluşuna  və 

mövzusuna da mənfi  təsir göstərirdi.  Fikrimizcə, M.F.Axundovun  yuxarıdakı 

fikri  də,  kitabın  nəşri  zamanı  onun  sahə  quruluşuna  diqqət  verilməsini  əsas 

məsələlərdən biri kimi irəli sürürdü.                

M.F.Axundov  dostu  M.Ş.Vazehlə  birlikdə  Tiflisdə  xüsusi  mətbəə 

açmaq haqqında ilk təşəbbüsünün nəticəsiz qalmasına baxmayaraq öz əvvəlki 

niyyətindən əl çəkməmişdir. Onun 1870-ci illərdəki yeni təşəbbüsü bunu aydın 

şəkildə göstərirdi. O yazırdı: “xüsusi mətbəə alət və ləvəzimatı hazırlamışam 

və “...öz ixtira etdiyim əlifba ilə mətbəə təşkil edib kitab və qəzet çap etməyə 

başlamaq imtiyazını istədim”.  

M.F.Axundov  yüksək  məzmunlu  elmi,  təbii,  texniki  kitabların, 

ümumiyyətlə mütərəqqi  ədəbiyyatın nəşr  edilib  yayılmasını zəruri  hesab  edir 

və  buna  görə  də  mətbəələrin  yaradılmasını  kitabçılıq  işinin  əsas 

problemlərindən  hesab  edirdi.  Ümumiyyətlə,  mütərəqqi  elmi  ideyaların 

yayılmasına kömək edən kitabların nəşrinin qadağan edilməsi çap senzurasının 

həyata keçirdiyi başlıca siyəsətlərdən biri idi.  

M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsəri də müəllifin hədsiz 

səyinə baxmayaraq çap oluna bilməmişdi...  

Axundov  “Şərqin  Molyeri”  kimi  faxri  ad  qazanmışdır.  Dərin  realizm, 

konkretlik,  sadəlik,  xəlqilik,  tipiklik  onun  qələminin  əsas  xüsusiyyətlərini 

təşkil edir.  

“Hər bir insan 60 və yaxud 70 il heyvan kimi yaşayıb bu dünyada bir iz 

qoyub  getmirsə,  belə  bir  həyatın  nə  mənası  var?”  –  fikrini  söyləyən 

M.FAxundov üçün yazmaq məqsəd deyil, vasitə idi. Ümumiyyətlə, o, namuslu 




77 

 

və nümunəvi bir şəxsiyyət ömrü yaşamışdır.  



Hələ  yüz  il  bundan  əvvəl  Axundov  öz  dostlarından  birinə  deyirdi: 

“Gələcək  nəsil...  bizim  fikrimizi  həyata  keçirəcək  və  qəbrimizin  üzərində 

heykəl  qoyacaqlar”.  Peyğəmbərcəsinə  deyilən  bu  sözlər  indi  həqiqətə 

çevrilmişdir.  

Bizim  əsrimizdə  Axundov  kimi  tükənməz  enerjili,  qüdrətli  bir 

şəxsiyyəti  insanlara  tanıtmaq  lazımdır  və  faydalıdır.  Axundovun  tükənməz 

enerjisi  insanı  valeh  edir.  Arzu  olunur  ki,  Azərbaycan  gəncləri  bizim  böyük 

sələflərimizin həyat və fəaliyyəti ilə daha yaxından tanış olsunlar. 



 

 

 

 

ƏDƏBIYYAT 

 

1.

 



Cəmilzadə  E.  Ədibin  əlyazmaları  Misirdə:  (Z.Bünyadov  tərəfindən  Qahirə  Milli 

kitabxanasının  fondundan  tapılmış  Mirzə  Fətəli  Axundovun  əlyazmaları  haqqında) 

//Ədəbiyyat qəzeti, 1993. -25 iyun. –S.5. 

2.

 



Çaçanidze V. Mirzə Fətəli Axundov və Qriqol Orbeliani / çevirəni: A.Abdulla. Ədəbiyyat və 

incəsənət. 1981. -13 mart. S.3 

3.

 

Çaçanidze  V.  Mirzə  Fətəli  Axundov  və  Qriqol  Orbeliani:  Ədəbi  əlaqələrimiz  /  Çevirəni 



V.Quliyev. Azərbaycan, 1981. -№1. -S.151-156 

4.

 



Eminov R. M.F.Axundov  və  İranda estetik  fikrin inkişafı. //ADU-nun elmi  əsərləri. Tarix və 

Fəlsəfə seriyası, 1972, №1. –S.73-79 

5.

 

Əliyev S. M.F.Axundov və mətbuat /M.F.Axundov -175. //Ədəbiyyat və incəsənət qəz., 1988. 



6.

 

İsmayılov  H.  Alman  alimi  M.F.Axundov  haqqında:  /  Məşhur  alman  türkoloqu,  professor 



Teodor Manselin məktubu/. Ədəbiyyat və incəsənət. 1981, 1 may. –S.7 

7.

 



Kərimova  B.  Bir  görüşün  tarixi  /  A.Dümanın  və  M.F.Axundovun  görüşü  haqqında/. 

Azərbaycan müəllimi, 1980. -19 mart.  

8.

 

Quliyev  V. “Təmsilat”  geniş üfüqlərdə: /Türkiyə  və  Egey  universitetinin dosenti,  doktor Əli 



Yavuz Akpinarın izmirdə çap etdirdiyi M.F.Axundovun komediyaları haqqında. “Kommunist” 

1989. 26 yanvar 

9.

 

Qarayev Z. Ədibin xatirə-povesti: / M.F.Axundovun müasir oxucularımıza bəlli olmayan “Po 



puti” (“Səfərdə”) xatirə povesti haqqında // Azərbaycan. 1987. -№ 10. –S. 158-159 

10.


 

Qoldşteyn  A.  Utopiya  və  gerçəklik:  /  M.F.Axundovun  ictimai  görüşlərinin  inkişafındakı 

ardıcıllıq haqqında // ədəbiyyat və incəsənət. -1987. -17 aprel. –S.6. 

11.


 

Quliyev V. Tərcüməçidən: / Vaso Çaçanidzenin “Mirzə Fətəli Axundov və Qriqol Orbeliani” 

məqaləsi haqqında/. Azərbaycan, 1981, №1. –S.156-159. 

12.


 

Məmmədağa H. 100 ildən sonra. (M.F.Axundovun “Təmsilat”ının fars dilində Tehranda yeni 

nəşri). –Ədəbiyyat və incəsənət, 1971. -27 mart. –S.14.  

13.


 

Neuvajnı F (Polşa). M.F.Axundovun müasirliyi // Ədəbiyyat və incəsənət. 1988. – 4 noyabr. –

S.1. 

14.


 

Paşelişvili  S.  Mirzə  Fətəli  Axundov  xatirəsinə:  (Şeir)  /Gürcü  dilindən  tərcümə  edəni: 

Ş.Məmmədov. –Azərbaycan gəncləri, 1982. 12 oktyabr. 

15.


 

Parsinecaya İ. M.F.Axundzadənin ədəbi tənqidi / ABŞ-da çap olunan M.F.Axundovun  ədəbi 

tənqidə həsr olunmuş on məqaləsinin Tokio Universitetinin professoru tərəfindən tərcüməsi / 

tərcümə  edəni  Q.Paşayev  //  Ədəbiyyat  qəzeti,  1995.  -6  yanvar.  S.4-5;  23  dekabr  1994;  6 




78 

 

yanvar, 13 yanvar 1995. 



16.

 

Tıçina P. Dan yeri sökülməmiş doğan şəfəq. /M.F.Axundovun anadan olmasının 150 illiyinə 



həsr olunmuş Kiyevdəki yubiley sessiyasında giriş sözü. / Ədəbiyyat və İncəsənət qəz. 1973. -

4 avqust. -S.5 

17.

 

İdrak nəhəngi – sözün sirri (M.F.Axundov - 175) // Bakı, 1988, 28 oktyabr. 



 

Л.АБАСОВА 

 

М.Ф. АХУНДОВ – ВЫДАЮЩИЙСЯ ЗОДЧИЙ  

АЗЕРБАЙДЖАНСКОГО ПРОСВЕТИТЕЛЬСТВА 

 

Р Е З Ю М Е 

 

В  статье  освещается  многостронная  деятельность  М.Ф.Ахундова  в  области 

книгоиздательства, печати и заслуги в открытия типографий. Также дается информация 

о  его  идеях  и  инциатвах  в  связи  с  реформой  алфавита.  Характеризуется  его  роль  в 

становлении и развитии национальной критики.     

 

 



 

 

 

 

 

L.ABASOVA   

M.F.AKHUNDOV – INVALUABLE ARCHITECT OF  

AZERBAIJANI ENLIGHTENMENT 

 

S U M M A R Y 

 

The  article  is  about  the  activity  of  the  prominent  representative  of  the  Azerbaijani 

literature M.F.Akhundov in the field of book, bibliology and book publishing. It also focuses 

on the self-sacrifice of Akhundov for opening of printing houses, his first and very substantial 

steps for carrying out alphabet reforms.  It also sheds light on the M.F.Akhundov‟s activity in 

the  field  of  journalism  and  the  press.  It  also  presents  his  views  and  arguments  about  the 



significance of criticism for writer.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

: down -> meqale -> kitabxanashunasliq-biblioqrafiya -> 1 2012
kitabxanashunasliq-biblioqrafiya -> Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
kitabxanashunasliq-biblioqrafiya -> Bu nöMRƏDƏ KİtabxanaşÜnasliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word jurnal k&bN2 27
kitabxanashunasliq-biblioqrafiya -> Magistrant bazar iQTİsadiyyati şƏRAİTİNDƏ Kİtabxanaçiliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2
kitabxanashunasliq-biblioqrafiya -> Orxan AĞAMİRZƏyev amea m ərkəzi Elmi Kitabxanasının doktorantı
kitabxanashunasliq-biblioqrafiya -> Leyla abasova bakı Dövlət Universitetinin “ Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi
1 2012 -> Daşqın MƏHƏMMƏDLİ
1 2012 -> Oruc quliyev amea-nın aspirantı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə