Leyla Əliyeva Elegiya



Yüklə 7,26 Kb.
tarix25.06.2018
ölçüsü7,26 Kb.
#51736

background image
Leyla Əliyeva 

Elegiya 

 

Ulduzlara uçan quşa dönəydim, 

Ay da yollarıma nur ələyəydi. 

Məğrur yerişinlə qoşa dönəydin, 

Sənə Yer üzündə yer eləyəydim. 

 

Dinlə kədərimin pıçıltısını – 



Mən yaxşı bilirəm ayrılıq nədi!.. 

Küləklər könlümün qışqırtısını 

Kaş ki, kainata yaya biləydi. 

 

Könüllər yaşadır gur nəfəsini, 



Sənsiz hər bir anın öz qüssəsi var. 

Müqəddəs səsinin xatirəsini 

Anlada bilərmi çağlayan çaylar? 

 

Bulud karvanına qoşulaq yenə, 



Gəzim asimanı, hardasan görüm. 

Çatıb ucalığa, yetişim sənə, 

Əlimi əlindən yapışan görüm! 

 

Acı göz yaşımı sel elə gəlsin, 



Ey yağış, soyumur dərdimin odu. 

Qüssədən qocalan Ay dilə gəlsin, 

Söyləsin, ruhunun haradı yurdu? 

 


background image


Dağ  idin, çiynimi dağlara verdim, 

Dağların dərdini çəksə, dağ çəkər. 

Sənə məhəbbətim dağlar qədərdi, 

Yerini dağlardan soruşum bəlkə? 

 

Bəlkə çinarlarla baş-başa verim, 



Görən qovuşarmı boyum boyuna? 

Gərək sənə yetə bu qəmli şerim, 

Gərək sənə yetə...  haqqım var buna. 

 

Nurunu gözümdə saxlayım necə? – 



Möcüzə yarartmaq gəlmir əlimdən. 

Parçalan, ey zülmət, çəkil ey gecə, 

Günəşə qovuşmaq istəyirəm mən! 

 

 



 

 

 



Əliyeva L. Elegiya // Azərbaycan. – 2006. – 12 dekabr. 

Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə