“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   ...   58

insanlıq  baxımından  düzgün istiqamət götürməyə  kömək edib. Odur ki, sən də, 
əziz dost, jurnalistika adlı uzun yolun yolçusu olmaqdan qürur hissi keçirməli və 
bu s
ənətin keşiyində durmalısan. Necə? Bax bu, artıq digər söhbətin mövzusudur. 
El
ə isə, başlayaq... 
 
1.2. N
ədən başlamalı?! 
 
Qısa  haşiyə.  Yaşından,  harada  təhsil  almağından,  hansı  universiteti 
bitirm
əyindən, hətta ali
 
t
əhsilinin
 
bel
ə  olub-olmamasından  asılı olmayaraq,  ürəyi 
jurnalistika il
ə döyünən, yaxud yaradıcılığa meyli olan, gündəlik informasiyalarla 
yaşayan və həmin məlumatları özgələri ilə bölüşmək həvəsi ilə alışıb-yanan hər kəs 
jurnalist ola bil
ər. Jurnalistika hər kəsin üzünə doğan günəşdir və bəlkə də dünyada 
yegan
ə sənətdir ki, ilk gündən qapılarını hamının üzünə açır.  
Sual olunur: o zaman jurnalistika 
ixtisası üzrə təhsil almağın nə əhəmiyyəti 
var? Əlbəttə, qeyd etdiyimiz kimi, istənilən insan jurnalistika sahəsində çalışa və 
uğur qazana bilər. Yetər ki, həvəsi və istəyi olsun. Lakin yadda saxlamaq lazımdır 
ki, dig
ər sənət növləri  kimi  jurnalistika  da  yalnız  praktik  yaradıcılıqdan  ibarət 
deyil. Bu sah
ənin heç də  az  əhəmiyyət kəsb etməyən nəzəri tərəfi var. 
Jurnalistikanın  nəzəriyyəsini bilən  şəxs bu sahədə  daha  tez  uğur  qazanır  və  qısa 
zamand
a  özünü  doğrultmağı  bacarır.  Nəzəri biliklər özlüyündə  sadə  göründüyü 
q
ədər mürəkkəb  iş  prinsipinə  malik jurnalistikada bir növ xəritə  və  ya kompas 
rolunu  oynayır.  Jurnalist  məhz nəzəriyyəyə  əsaslanmaqla  praktik  yaradıcılıqda 
uğur qazanır və öz yaradıcılığında nəzəri prinsipləri həyata keçirməyə çalışır. Odur 
ki, siz
ə təqdim olunan bu kitabda hər bir fikir nəzəriyyəyə əsaslanıb və istənilən 
praktik tövsiy
ənin kökündə nəzəri biliklər dayanır. 
Kütl
əvi  İnformasiya  Vasitələri dedikdə  ilk olaraq mətbuat, radio və 
televiziya  başa  düşülür.  Mətbuat  informasiyanın  yazılı  formada  ötürülməsidir. 
Burda jurnalistd
ən operativlikdən  daha  çox  analitik  düşüncə  tərzi və  səlis  yazı 
qabiliyy
əti, dilin qrammatik incəliklərini lazımınca  bilmək tələb olunur. Radioda 
operativ v
ə  analitik  düşüncə  tərzi, həmçinin  fikrin  yazılı  formada,  savadlı  və 


lakonik  şəkildə  ifadə  olunması  ilə  yanaşı,  qüsursuz  nitq  də  vacibdir. Nəhayət, 
televiziyada  qeyd  olunanların  hər biri, eləcə  də  efir  görünüşü, təqdim olunan 
informasiyaya uyğun jest və mimikalar mühüm əhəmiyyət kəsb edir. Əgər diqqətlə 
fikir verdinizs
ə, üç informasiya vasitəsinin hər birində  tələb olunan ən önəmli 
prinsip düzgün v
ə  savadlı  yazı  qabiliyyətidir. Jurnalist olmaq həvəsi ilə  yaşayan 
h
ər kəs ilk olaraq fikirlərini  yazılı  formada  ifadə  etməyi  bacarmalı  və 
operativlikd
ən daha çox yazdığı materialın dilin qrammatik tələblərinə nə dərəcədə 
cavab verdiyi bar
ədə  düşünməlidir.  Əgər  materialı  operativ  olaraq  auditoriyaya 
çatdırmağa çalışan jurnalist mübtədanı xəbərin, yaxud xəbəri tamamlığın yerində 
işlədirsə və belə olan halda oxucu, dinləyici, yaxud tamaşaçı həmin xəbəri sadəcə 
olaraq qavraya bilmirs
ə,  o  zaman  hansı  yaradıcılıqdan,  yaxud  operativlikdən 
danışmaq olar?!. Yadda saxlayın ki, auditoriya sizdən xəbər gözləyir və bu xəbər 
kifay
ət  qədər  anlaşıqlı,  sadə, mürəkkəb cümlələrdən və  ya sözlərdən uzaq, 
Az
ərbaycan dilinin qrammatik tələblərinə  uyğun  təqdim  olunmalıdır.  Auditoriya 
sizin n
ə  demək istədiyiniz barədə  saatlarla  baş  sındırmağa  və  düşünməyə  borclu 
deyil. Buna onun n
ə  vaxtı,  nə  də  həvəsi var. Odur ki, çatdırmaq  istədiyiniz 
informasiyanın dili ilk növbədə su kimi həlim və axar olmalıdır. 
Jurnalistikaya yeni g
ələn insanların ilk günlər yaşadığı ən böyük problem də 
m
əhz yazı ilə bağlı olur. Təcrübə göstərir ki, sənətin sirlərinə yiyələnmək arzusu 
il
ə  redaksiyalara müraciət edənlər sadə  hadisədən belə  material  hazırlayarkən 
fikirl
ərini qısa və lakonik formada ifadə edə bilmir, uzun cümlələrdən və dolaşıq 
fikirl
ərdən əziyyət çəkirlər. Nəticədə material redaktor tərəfindən ya qəbul edilmir, 
ya da  mü
əllif  redaktorun  haqlı  narazılığı  ilə  üzləşir.  Belə  hallar çox zaman 
t
əcrübəçilərin  ruhdan  düşməsi və  jurnalist  olmaq  arzularından  imtina  etməsi ilə 
n
əticələnir. Lakin nahaq yerə.  İstənilən çətin vəziyyətdən çıxış  yolu  var.  Nə 
etm
əli?!... 
Önc
ə məzmun baxımından sizə yaxın olan mövzulardan qısa informasiyalar 
hazırlamağa  çalışın.  Məsələn, ailə  vəziyyətiniz, yaxud gün ərzində  gördüyünüz 
işlər,  rastlaşdığınız  problemlər barədə  informasiya  xarakterli  yazılar  yazın.  Bu 
zaman cüml
ələrinizin qısa, fikirlərinizin isə anlaşıqlı olmasına xüsusi fikir verin. 


Yadda saxlayın ki, xüsusən televiziya və radio jurnalistikada hər cümlə ən yaxşı 
halda bir-iki, 
ən pis halda isə üç-dörd sətirdən ibarət olmalıdır. Cümlə uzun olarsa, 
fikir  asan  qavranılmayacaq  və  ilk növbədə  oxu prosesində  müəyyən çətinliklərə 
s
əbəb olacaq. Səbirli olun. Qısa zaman ərzində hər hansı bir nailiyyət əldə etmək 
mümkün deyil. Ciddi v
ə  müntəzəm  çalışsanız,  qarşıya  qoyulan  məqsədə 
çatacaqsınız. 
Yuxarıda  qeyd  olunan  praktik  məşğələ  ilə  paralel  əməkdaşlıq  etdiyiniz 
redaksiyanın  təcrübəli  işçiləri ilə  müntəzəm təmasda olun və  hazırlayacağınız 
materiallarla bağlı onlardan tövsiyələr alın. Həmçinin həmin jurnalistlərin əvvəlki 
materiallarını  diqqətlə  oxuyun və  onların  xəbəri təqdim etmə  üsulu, cümlə 
q
uruluşları ilə yaxından tanış olun, faktı necə təhlil etmələrinə, hadisəyə münasibət 
bildirm
ə  metodlarına xüsusi diqqət yetirin. Fikrinizi yazılı formada, qısa və sadə 
dild
ə təqdim edə bilsəniz, demək, işin çox hissəsini görmüsünüz.  
Dig
ər mühüm məqam kompyuterdə sürətli yazı vərdişi əldə etməkdir. Yadda 
saxlayın,  jurnalistikada,  xüsusən də  xəbərlər  redaksiyasında  operativlik  xüsusi 
ön
əm kəsb  edir.  Operativ  düşünmə  ilə  paralel, operativ yazma vərdişi  hər bir 
jurnalistin 
əsas silahıdır. Düşündüklərinizi tez bir zamanda kompyuterə köçürmək 
siz
ə xəbəri qısa vaxt ərzində hazırlamağa, redaktora təqdim etməzdən öncə həmin 
x
əbəri oxuyaraq üzərində  dəyişikliklər və  ya  əlavələr etməyə  şərait yaradacaq. 
Sad
ə səhvlərə yol verməmək və ya mexaniki qüsurları aradan qaldırmaq, bununla 
da redaktorun iradlarından vaxtında canınızı qurtarmaq istəyirsinizsə materialınızın 
ilk redaktoru m
əhz özünüz olmalısınız. Bu isə hər şeydən əvvəl xəbəri nə dərəcədə 
sür
ətlə  yazmağınızdan  bilavasitə  asılıdır.  Odur  ki,  boş  vaxtlarınızda  kompyuter 
arxasında  əyləşib  yazı  yazmaq  və  ya  hansısa qəzet  materialını  köçürmək daha 
faydalı və məqsədəuyğun olar. 
Ön
əmli olan digər keyfiyyət sizin öz fikrinizi sərbəst ifadə  etmək 
bacarığınızdır.
 
Əlbəttə,  düşünə  bilərsiniz ki,  bu,  əsasən  radio və  televiziyada 
mühüm ön
əm kəsb edir. Lakin heç də elə deyil. Kütləvi İnformasiya Vasitələrinin 
ist
ənilən  qolunda  calşan  jurnalist  sərbəst  danışıq  qabiliyyətinə  malik  olmalı, 
cüml
ələri  aramla,  anlaşıqlı  və  dilin  qrammatik  qaydalarına  uyğun  şəkildə  ifadə 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə