“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   ...   58

etm
əyi  bacarmalıdır.  Bu  prinsip  ilk  növbədə  qarşıdakı  insanın  sizi  düzgün  başa 
düşməsi, verilən  sualı  düzgün  qavraması  və  cavablandırması,  xəbəri  yalnız 
müsahibiniz
ə  deyil,  milyonlarla auditoriyaya  daha  dolğun  və  aydın  çatdırmaq 
baxımından önəmlidir. Peşəkar jurnalist yalnız yazıda deyil, şifahi danışıqda belə, 
t
əkrar sözlərdən istifadə etmir, sözlər arasında “səsli pauzalara” ümumiyyətlə yol 
vermir (R.M. “s
əsli pauzalar” dedikdə,  danışan  insanın  müəyyən sözdən sonra 
sanki  düşünərək  “ı”  saitini  və  ya  “m”  samitini  uzatması  nəzərdə  tutulur). Öz 
dilind
ə  səlis  danışıq  qabiliyyəti isə  yalnız  jurnalistlərə  deyil, hər kəsə  lazımdır. 
Bunun üçün ilk növb
ədə savadlı olmaq,  dili mükəmməl bilməklə yanaşı, danışıq 
v
ərdişi və operativ düşüncə qabiliyyəti əldə etmək tələb olunur. Odur ki, hər gün 
mütali
ə edin. Oxuduğunuz hər hansı əsəri və ya xəbəri müzakirə etməklə paralellər 
aparın və öz fikirlərinizi sərbəst şəkildə ortaya qoymağa çalışın. Bu məşğələni tək, 
qapalı otaq şəraitində aparmaq daha faydalı olar. Müntəzəm mütaliə sizin danışıq 
qabiliyy
ətinizi  formalaşdıracaq,  sözləri daha səlis və  anlaşıqlı  tərzdə  ifadə 
etm
ənizə, dolaşıq cümlələrdən və “səsli pauzalardan” qaçmanıza şərait yaradacaq.  
Bundan 
əlavə, telejurnalist üçün düzgün oxu vərdişi əldə etmək də olduqca 
ön
əmlidir. Hər halda min bir əziyyətlə hazırladığınız materialın başqası tərəfindən 
oxunulmasını  istəməzsiniz. Odur ki, müntəzəm  olaraq  çalışın.  Praktik  məşğələ 
kimi h
ər gün təxminən 15-20 dəqiqə ərzində ucadan, özünüzün eşidə biləcəyiniz 
t
ərzdə  xəbər  oxumağınız    çox  önəmlidir. Bunun üçün qəzetlərdə  yer alan 
x
əbərlərdən, kiçik həcmli materiallardan istifadə  etmək də  olar. Xəbər oxuyan 
zaman s
əsinizi diktofona və ya telefona yazın, sonradan qulaq asmaqla səhvlərinizi 

əyyən edin və onları təkrarlamamağa çalışın.         
Bel
əliklə, “nədən başlamalı?” sualına verdiyimiz cavabları aşağıdakı şəkildə 
qruplaşdırmaq olar: 
-
 
Yazı  vərdişi  əldə  etmək. Bunun üçün sadə  mətnlər  hazırlamaq, 
cüml
ələri qısa və anlaşıqlı formada yazmaq; 
-
 
Redaksiyada  çalışan  təcrübəli jurnalistlərin  yazılarını  oxumaq və 
onların  üslubları,  xəbəri təqdim etmə  formaları  ilə  yaxından  tanış 
olmaq; 


-
 
Kompyuterd
ə sürətli yazı vərdişi əldə etmək; 
-
 
Münt
əzəm olaraq mütaliə ilə məşğul olmaq; 
-
 
Kiçik h
əcmli xəbərləri ucadan oxumaqla nitqi düzəltmək və  oxu 
v
ərdişi əldə etmək;   
Peşəkar jurnalist kimi formalaşmaq üçün gündəlik olaraq gərgin işləməli, 
öz üz
ərinizdə  çalışmalısınız.  Yadda  saxlayın,  jurnalistin  nə  dərəcədə  peşəkar 
olması onun iş stajı ilə deyil, bacarığı, informasiya duyumu və məhsuldarlığı ilə 

əyyən edilir.  
 
1.3. Televiziyada...  
 
Yaln
ız  auditoriya  şəraitində  jurnalist olmaq və  jurnalistikanın sirlərinə 
yiy
ələnmək mümkün deyil.  Əlbəttə, bir qədər  əvvəl də  qeyd etdiyimiz kimi
universitetd
ə jurnalistikanın nəzəri əsaslarını öyrənmək və aparıcı mütəxəssislərin 
mühazir
ələrinə  qulaq  asmaq  sizin  peşəkar  jurnalist  kimi  formalaşmağınız 
bax
ımından çox önəmlidir. Lakin jurnalistika elm deyil, sənətdir və istənilən sənəti 
öyr
ənməyin ən gözəl yolu sənətkarla birgə iş başında olmaq, onun iş prinsiplərini 
diqq
ətlə  izləmək və  fəaliyyət metodlarını  mənimsəməkdir. Odur ki, vaxtı  əldən 
verm
əyin. Jurnalistika fakültəsinə qədəm basdığınız və ya jurnalist olmaq həvəsinə 

şdüyünüz ilk gündən redaksiyalarla müntəzəm  əməkdaşlıq edin və  müxtəlif 
mövzularda yazd
ığınız yazıları  redaksiya  əməkdaşlarına göstərin. Bu zaman 
t
ənqidi  fikir  eşitməkdən və  ya kinayəli baxışlardan,  iynəli sözlərdən qorxmayın. 
Deyil
ən bütün fikirlər sizin xeyrinizədir. Ruhdan düşmək olmaz. Sonadək inamla 
mübariz
ə aparın. Bir də yazın, yenidən yazın, dönə-dönə, usanmadan yazın... Əmin 
olun ki, sonluq sizin xeyriniz
ə olacaq.  
Müt
əxəssislər jurnalistikanın sirlərini öyrənmək həvəsində olan gənclərin ilk 
olaraq m
ətbuatdan başlamasını daha məqbul hesab edirlər. Çünki mətbuat yazmağı 
öyr
ədən  ən güclü  vasitə,  ən böyük məktəbdir. Lakin  əgər  yolunuz  birbaşa 
televiziyaya dü
şübsə  və  telejurnalist  kimi  formalaşmaq  istəyirsinizsə  sizi ancaq 
t
əbrik etmək olar. Çünki jurnalistikanın qolları  arasında istər təcrübə  keçmək, 


ist
ərsə də işə düzəlmək baxımından ən çətini məhz televiziyadır. Başqa cür ola da 
bilm
əz. Strateji obyekt sayılan televiziyanın kandarından içəri keçməyin özü belə 
böyük xoşbəxtlikdir.  
Bel
əliklə, bütün  çətinliklərə  baxmayaraq, televiziya adlanan ecazkar və 
sehirli güzgünün art
ıq içərisindəsiniz. Nə  etməli?...  Boş  oturmaq  olmaz. 
Ətrafınızda gördüyünüz hər bir texniki ləvazimatla, istənilən yaradıcı iş prosesi ilə 
maraqlan
ın. Lakin bu zaman  ümumi  işin  gedişinə  mane  olmamağa  çalışın. 
Unutmayın ki, televiziya özlüyündə böyük informasiya istehsalatıdır və həmin bu 
istehsalatda  h
ər  kəs  üzərinə  düşən  işi  məsuliyyətlə, o cümlədən  operativ  şəkildə 
yerin
ə  yetirməyə  çalışır. Azacıq diqqətsizlik, yaxud kiminsə  vaxtdan səmərəli 
istifad
ə etməməsi dərhal efirdə öz əksini tapır. Odur ki, daha çox müşahidə aparın. 
Kimin n
ə  işlə  məşğul  olduğunu,  çəkilişdən  əvvəl
 
redaksiyada hans
ı  proseslərin 
yaşandığını müşahidə edin. Bu, həm yerli mühitə uyğunlaşmaq, həm də ümumi iş 
prosesi il
ə tanış olmaq baxımından sizə kömək edəcək.  
Bir mühüm m
əqama da diqqət yetirmək lazımdır. Televiziya ümumi 
anlay
ışdır.  Bu informasiya vasitəsi  çoxsaylı  qollara,  iş  sektorlarına malikdir. 
Ümumi olaraq h
əmin sahələri üç yerə bölmək olar:  
a) Yarad
ıcı;  
b) Texniki;  
c) Protokol xidm
əti;  
Qeyd olunan sah
ələrin, hətta həmin xidmət orqanlarında cəmləşən 
yarad
ıcılıq növlərinin hər biri özlüyündə müxtəlif qollara ayrılır. Məsələn, birbaşa 
yarad
ıcılığa aid jurnalistika özü də müxtəlif qollardan ibarətdir:  
a)
 
Siyasi jurnalistika
b)
 
Sosial jurnalistika; 
c)
 
Kriminal jurnalistika; 
d)
 
M
ədəniyyət jurnalistikası; 
e)
 
İqtisadiyyat jurnalistikası; 
f)
 
İdman jurnalistikası; 
g)
 
Analitik jurnalistika; 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə