“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   ...   58

T
əcrübə  göstərir  ki,  televiziyada  çalışmaq  arzusunda  olan  şəxslər  əksər 
hallarda hansı sahə üzrə peşəkar jurnalist kimi formalaşmaq, hansı sahəni seçmək 
m
əsələsində konkret fikrə gələ bilmirlər. Yaxud, televiziyada siyasi jurnalist kimi 
f
əaliyyət göstərmək həvəsində olanlar bir neçə ay həmin sahədə çalışdıqdan sonra 
fikirl
ərini dəyişir və digər, onların zənnincə daha maraqlı sahəyə üstünlük verirlər. 
Əlbəttə, qeyd olunan fəaliyyət növlərinin hər  biri  maraqlıdır.  Lakin  çox zaman 
jurnalistl
ər öz bilik və  bacarıqlarına,  bəzənsə  universitetdə  öyrəndikləri ixtisasa 
uyğun sahələrdən birini seçirlər. Bunun üçün bəzən bir gün, bəzənsə bir neçə ay 
kifay
ət edir. Odur ki,  boş  dayanmaq  olmaz.  Televiziyaya gəldiyiniz ilk gündən 
əməkdaşlarla,  peşəkar jurnalistlərlə,  aparıcı,  prodüser  və  redaktorlarla münasibət 
qurun. Onlara mane olmamaq şərti ilə sizi maraqlandıran suallara cavab tapmağa 
çalışın.  Unutmayın,  heç  kim  sizə  nəyisə  başa  salmaq  və  ya öyrətmək 
m
əcburiyyətində  deyil. Jurnalistikanın  digər  qollarında  olduğu  kimi,  televiziyada 
da bütün yaxşılıqlar qarşılıqlı hörmət və xoş münasibətlərə söykənir. Buna görə də, 
ilk günd
ən  yalnız  səmimi və  tərbiyəli  davranışla  jurnalistlərin rəğbətini qazana 
bil
ərsiniz.  Yaranan  xoş  münasibət  peşəkar  jurnalistin sizə  can  yandırması,  sizi 
ç
əkiliş meydançasına aparmaqla baş verən hadisələri ətraflı izah etməsi, həmçinin 
ç
əkilişdən  qayıtdıqdan  sonra  materialın  yazılma  prinsipləri və  montaj prosesi 
bar
ədə məlumat verməsinə zəmin yaradacaq. Bu zaman müşahidə qabiliyyətinizi 
işə  salın.  Peşəkar jurnalistin istər çəkilişə  hazırlıq,  istər çəkiliş  meydançasında, 
ist
ərsə  də  çəkilişdən sonra yerinə  yetirdiyi  bütün  işləri diqqətlə  izləyin və  yadda 
saxlayın. Sizi maraqlandıran və aydın olmayan məqamları qeyd edin. Daha sonra, 
münasib  vaxtda  suallarınızı  jurnalistə  ünvanlamaqla  qaranlıq  qalan  məsələlərə 
aydınlıq gətirə bilərsiniz. Lakin bir qədər səbirli olun. Çəkilişə yollanmazdan əvvəl 
telejurnalistikada münt
əzəm olaraq istifadə  edilən və  əksər  hallarda  sizin  başa 
d
üşmədiyiniz sözlərin  izahına,  başqa  sözlə,  telejurnalistikanın  əlifbasına  nəzər 
salaq.  
 
1.4. 
Telejurnalistikanın əlifbası   
 


İstər redaksiyada, istər çəkiliş  meydançasında,  istərsə  də  montajda 
eşitdiyiniz  sözlərin  əksəriyyəti sizə  aydın  olmaya  bilər. Lakin  narahat  olmağa 
d
əyməz. Hər sahənin öz əlifbası,  başqa  sözlə  terminləri  var.  Televiziyanın  da 
h
əmçinin. Həmin terminləri bilmədən  telejurnalistikada  çalışmaq  olduqca  çətin, 
əksər hallarda isə  mümkünsüzdür. Belə olan halda TV-də istifadə olunan söz və 
ifad
ələrin  izahına  diqqətlə  yanaşmaq  və  onları  əzbərləmək  ümumi  işin  xeyrinə 
olar: 
1. St
əndap  –  jurnalistin  kamera  qarşısında  çıxışıdır.  Stəndap etməklə  jurnalist 
hadis
ə yerində olduğunu və informasiyanı da birbaşa hadisə yerindən ötürdüyünü 
tamaşaçının  diqqətinə  çatdırır.  Bununla  da  tamaşaçıda  verilən  informasiyanın 
d
əqiqliyinə inamı daha da artırır və auditoriyanın diqqətini hadisə yerində qeydə 
alınan  ən  önəmli fakta yönəldir. Stəndap süjetin istənilən yerində,  əvvəlində, 
ortasında və sonunda ola bilər.  
St
əndapa qoyulan tələblər:  
-  B
əzən jurnalist stəndapa özünü tanıtmağın ən qısa yolu və ya məşhurluğa 
aparan  vasit
ə  kimi  yanaşır.  Bu üzdən də,  yeri  düşdü–düşmədi stəndap 
edir.  Lakin bu,  yolverilm
əzdir. Hər materialda stəndap etmək olmaz. 
Hadis
ə yerinə yollanan jurnalist yalnız əldə etdiyi ən maraqlı və ictimai 
ön
əm kəsb edən faktla bağlı stəndap hazırlaya bilər. Əgər belə fakt və ya 
hadis
ə yoxdursa stəndap etmək də düzgün deyil.  
-  St
əndapı  hərfi mənada  başa  düşmək  olmaz. Hadisə  yerində  uğurlu 
st
əndap etməyə çalışan jurnalist ayaq üstə dura, yaxud otura, hətta uzana 
bil
ər. Bu, əlbəttə  ki, süjetin mövzusundan və  ya  çəkiliş  şəraitindən 
asılıdır.  
-  Dig
ər vacib məsələ, stəndapın  hərəkətli  olmasıdır.  Jurnalist bəzən 
st
əndap  zamanı  yerində  donub  qalır  və  bütün fikrini dediyi sözlərə 
yön
əldir. Lakin stəndapın daha uğurlu və maraqlı alınması üçün jurnalist 
addımlayaraq  kameraya  doğru  yaxınlaşa  və  ya  kameranın  qarşısından 
keç
ə  bilər. Bu zaman əl, qol hərəkətlərinə, jest və  mimikalara xüsusi 
ön
əm vermək tələb olunur. Yadda  saxlayın,  jurnalistin nə  deməsi ilə 


yanaşı, nəyi necə deməsi də kifayət qədər vacib və əhəmiyyətlidir. Odur 
ki, 
əlləri hərəkətsiz saxlamaq və ya çarpazlamaq olmaz. Əllər açıq olmalı 
v
ə deyilən fikirləri tamamlamalıdır. 
-  St
əndap uzun olmamalı, ən pis halda iki, üç cümlədən, başqa sözlə, 15 - 
20 saniy
ədən ibarət  olmalıdır.  Əks halda stəndap yorucu və  cansıxıcı 
olması ilə süjetə ağırlıq gətirəcək.   
-  St
əndap  zamanı  jurnalist  arxa  fona  xüsusi  önəm verməlidir. Arxa fon 
tamaşaçıya  əlavə  məlumat verməkdən daha  çox  mövzu ilə  uyğunluq 
t
əşkil  etməli,  darıxdırıcı  olmamalıdır.  Arxa fon fikri  yayındırmamalı, 
jurnalistin dediyi fikirl
əri gücləndirməlidir. Əgər fon deyilən sözə uyğun 
g
əlməsə stəndap da özünü doğrultmayacaq.  
-  St
əndapdan  sinxrona (müsahibəyə)  keçmək  isə  rejissor  işi  baxımından 
düzgün deyil. 
İki danışan başın ardıcıl gəlməsi həm darıxdırıcı olar, həm 
d
ə kadr sıçrayışına səbəb ola bilər.   
-  St
əndap adətən jurnalistin hər hansı məsələ ilə bağlı düşündükləridir. O, 
bu zaman obyektivlik prinsipl
ərinə xələl gətirməməyə çalışmalıdır. 
-  Jurnalist st
əndap  zamanı  geyiminə  və  ümumi görünüşünə  fikir 
verm
əlidir.  Stəndap süjetin ab-havasına,  ümumi mövzusuna  uyğun 
olmalıdır.    
-  St
əndapda deyilən sözlər heç bir halda studiyada və ya kadrarxası mətndə 
t
əkrarlanmamalı,  əsaslı  şəkildə  fərqlənməlidir.  Stəndap  zamanı  o  sözlər 
deyilm
əlidir ki, onları kadrarxası mətndə söyləmək mümkün deyil.    
-  St
əndap jurnalistin tamaşaçı ilə sadə və səmimi söhbətidir. Buna görə də, 
jurnalist sad
ə  cümlə  və  söz birləşmələrindən istifadə  etməli
h
ərəkətlərində sərbəst və səmimi olmalıdır.  
-  Reportaj 
hazırlayan  jurnalist  stəndap  zamanı  saatın  neçə  olduğunu 
bildirirs
ə,  gün və  ya ay, yaxud konkret rəqəm barədə  məlumat verirsə 
ehtiyyatlı olmalıdır. Hadisələrin gedişi nəticəsində həmin göstəricilər ya 
d
əyişə, ya da əhəmiyyətini itirə bilər. Belə olan halda stəndapı süjetdən 
çıxarmalı olacaqsınız.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə