“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   2   3   4   5   6   7   8   9   ...   58

 
St
əndapın uğurlu alınmasını şərtləndirən əsas amillər: 

Peşəkarlar stəndap zamanı  əsasən  perspektiv plana xüsusi  önəm verir. 
Perspektiv plan sol çiy
nin  qabağa  verilməsi,  sağ  çiynin isə  geri 
ç
əkilməsidir.  Başqa  sözlə,  jurnalist  kamera  qarşısında bir növ maili 
dayan
ır. Bu cür dayanmaqla  o, arxa fonun daha aydın görünməsinə və 
uğurlu planın əldə olunmasına şərait yaradır.  
-  St
əndap zamanı teleoperator kameradan istənilən kimi sərbəst yararlana 
bilmir.  Odur ki, teleoperatora ç
ətin tapşırıqlar (məsələn, transfokatordan 
istifad
ə  etmək, çətin panoramlar yerinə  yetirmək və  hərəkətli planlar 
ç
əkmək və  s.) vermək  arzuolunmazdır.  Jurnalist  stəndap edərkən 
haqqında  danışdığı  hər  hansı  detalın  daha  aydın  efirə  düşməsini 
arzulayırsa  həmin  detalı  ayrıca  çəkdirməli, sonradan montajda onu 
st
əndapın  üstünə  vurmalıdır.  Bununla  da  jurnalist  həm vaxt itkisinin 
qarşısını alır, həm də kadrın əsməsi, balansın pozulması, foksun itməsi və 
s. kimi xoşagəlməz problemlərdən özünü sığortalayır.  
-  St
əndap boyu hərəkət edin. Yalnız bu halda jurnalist hadisənin 
iştirakçısına çevrilə və tamaşaçının diqqətini özünə və çatdırmaq istədiyi 
vacib
 
fakta yön
əldə bilər. Lakin jurnalist nəyə görə hərəkətdə olduğunu 
v
ə ya hadisə yerində gəzərək danışdığını əsaslandırmalıdır. Başqa sözlə, 
o, niy
ə  gəzir, nəyə  yaxınlaşır, niyə  həmin  əşyanı  əlinə  alır  və  s.  kimi 
suallar
ı öz sözləri, dediyi fikirlər və ya seçdiyi arxa fonla izah etməlidir. 
Əks halda hərəkət etməyin də heç bir mənası yoxdur. 
 
St
əndap zamanı yarana biləcək arzuolunmaz hallar: 

Uğursuz  fon  (stəndap zamanı  fon ya ümumiyyətlə  deyilən sözlərlə üst-
üst
ə düşməyə, ya görünməyə, ya da diqqəti yayındıra bilər) 
-  Jurnalistin s
əsi yararsızdır (mikrofon  səs mənbəyinə  ya uzaq, ya da 
h
əddən artıq yaxın  tutulduqda, həmçinin  mikrofon nəyəsə  toxunarsa, 
yaxud güclü kül
ək zamanı belə hallar yaşana bilər). 


-  B
əzən stəndapla kadrarxası  mətnin səsləndirilməsi arasında fərq  olur. 
Bel
ə fərq tempdə və ya səsin yüksəklik dərəcəsində ortaya çıxır. Başqa 
sözl
ə, stəndapda qışqıran və ya sürətli templə danışan jurnalist kadrarxası 
m
ətni aşağı tempdə oxuyur ki, bu da arzuolunmaz haldır.   
-  St
əndap  zamanı  jurnalist  müsahibin və  ya  kadrarxası  mətnin, yaxud 
studiyanın sözlərini təkrarlayır. 

Jurnalistin uğursuz geyimi və s. 
    
Yadda  saxlayın,  stəndap orijinallığı  ilə  seçilməli, süjetin əsas mahiyyətini 
əks etdirməli və materialın vizit kartı olmalıdır. Tamaşaçı müxbiri əsasən stəndapa 
gör
ə  tanıyır və  qəbul edir. Odur ki, stəndapın  uğurlu  alınmasında  jurnalistin və 
teleoperatorun üz
ərinə böyük məsuliyyət  düşür
 
v
ə uğurlu stəndap gərgin iş tələb 
edir.  
St
əndap çəkilişləri zamanı  texniki vasitələrdən də  məharətlə  istifadə 
olunmalıdır. Bunun üçün də teleoperatordan radiomikrofon, işıqqaytarıcı və əlavə 
işıq götürməyi tələb edin. Yalnız bu halda sizin stəndapınız təkcə deyiləcək sözlər 
bax
ımından deyil, görüntü baxımından da təbii və gözəl alınacaq.  
Unutmayın, stəndap uğursuz alınarsa günah yenə də jurnalistdə olacaq. Odur 
ki, görüntünün v
ə ya arxa fonun istənilən səviyyədə olmaması, uğursuz çəkilməsi 
zaman
ı  rəhbərliyin haqlı  tənqidləri ilə  üzləşsəniz təəccüblənməyin.  İkinəfərlik 
komandada lider jurnalistdir. M
əhz buna görə  də, jurnalist stəndap  çəkiləndən 
sonra teleoperatora 
yaxınlaşıb,  görüntüyə  baxmalı  və  onun nə  dərəcədə  uğurlu 
alınmasını  müəyyən etməlidir. Stəndapı  süjetin
 
kulminasiya  nöqt
əsi də 
adlandırmaq olar. Məhz buna görə də, çəkiliş yerində stəndap uğurlu alınana qədər 
çal
ışın və arzu etdiyiniz, istər sözlərin tələffüzü, istərsə də görüntü baxımından sizi 
qane ed
ən stəndap çəkin.  
St
əndap  zamanı  digər mühüm məqam  çıxışın  əvvəlində  və  sonunda kiçik 
pauzalara yol verilm
əsidir. Montaj zamanı  azruolunmaz  hal  yaşanmasın deyə 
jurnalist  teleoperator
un  işarəsini gözləməli və  start  işarəsindən sonra  üçə  kimi 
say
ıb,  stəndapa  başlamalıdır. Sözləri deyib qurtardıqdan  dərhal
 
sonra is
ə 


mikrofonu aşağı salmaq və kadrdan çıxmaq arzuolunan hal deyil. Son sözdən sonra 
jurnalist yen
ə də üçə kimi saymalıdır və yalnız bundan sonra kadrdan çıxa və ya 
mikrofonu aşağı sala bilər.  
 
2. 
İnterküy (İnterşum) – kənar səslərdir. Başqa sözlə, hadisə yerində çəkilən bütün 
kadrlar
ın təbii səsi interküy adlanır.  İnterküy hadisəni  tamaşaçıya daha da 
yax
ınlaşdırır, onu hadisənin iştirakçısına çevirir. Yadda saxlayın, istər sadə xəbər, 
ist
ərsə  də  iri həcmli reportaj materialının  uğurlu  alınması  ilk növbədə  üç  əsas 
amild
ən: təsvir sırasından, jurnalistin oxu tərzindən və  interküydən asılıdır. 
T
əsadüfi deyil ki, radioda interküy vizuallığı əvəz edir. Televiziyada isə interküy 
kadrlar
ın daha inandırıcı və effektli alınmasında  rol oynayır. Təsəvvür edin, futbol 
oyununu stadiondak
ı  azarkeşlərin səsi olmadan izləyirsiniz. Yaxud döyüş 
bölg
əsində  çəkilmiş  görüntülər səssiz təqdim olunur və  ya tikinti yerindən 
haz
ırladığınız reportajda yük maşınlarının, qaldırıcı kranın, çalışan fəhlələrin səsi 
eşidilmir.  O  zaman  hansı  peşəkarlıqdan və  tamaşaçı  marağından danışmaq  olar? 
Heç d
ə əbəs yerə interküyü yeməyə dad verən “duz”a bənzətmirlər.  
Dünya jurnalistikas
ında interküydən kifayət qədər geniş istifadə olunur. Bu 
da t
əsadüfi deyil. Çünki interküyün özü süjetdə informativ dəyər kəsb edir. Məhz 
bu s
əbəbdən də peşəkar jurnalistlər demək olar ki, hər iki və yaxud üç cümlədən 
bir interküyd
ən istifadə edir. Qeyd olunanlarla yanaşı, interküy süjetdə mövzudan - 
mövzuya keçid rolunu oynay
ır.  
Televiziyada interküyün iki növü var:  
1)Ümumi fonda veril
ən sadə interküy;  
2)
Geniş diapazonlu interküy; 
Birinci halda interküy süjet boyu kadrlar
ı  müşayiət  edir.  Başqa  sözlə, 
jurnalist  öz s
əsi ilə  yanaşı, hadisə  yerində  çəkdiyi kadrların təbii səslərini də 
materialda istifad
ə  edir. Lakin burda jurnalistin səsi  əsas götürüldüyündən,  səs 
rejissoru  interküyü  bir q
ədər azaltmaq məcburiyyətində  qalır.  Tamaşaçı  da  əsas 
informasiyan
ı interükydən deyil, jurnalistdən alır.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə