“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   5   6   7   8   9   10   11   12   ...   58


Peşəkar jurnalist müsahibin verəcəyi cavabı əvvəlcədən bilməlidir. 
-  Jurnalist kadrarxas
ı  mətndə  deyə  biləcəyi fikri müsahibdən 
soruşmamalı və ya müsahibin dilindən verməməlidir. 
 
Reportajda sinxron ver
ərkən nəyi nəzərə almaq lazımdır? 
-  Xronometraj
ı iki dəqiqədən çox olmayan süjetdə jurnalist maksimum 
dörd sinxron ver
ə bilər. 
-  Süjetd
ə bir insanın sinxronu maksimum üç dəfə gedə bilər. 
-  Süjetd
ə sinxronun uzun olması ümumi tempi aşağı salır və reportajın 
keyfiyy
ətinə mənfi təsir edir. 
-  Material
ı  sinxronla  başlamaq  və  sinxronla bitirmək məsləhət 
görülmür. 
-  
Xronometrajı  1  dəqiqə  və  ya 1 dəqiqə  30  saniyə  olan materialda 
sinxronun uzunluğu 30 saniyəni keçməməlidir.       
7. Titr, subtitr –  kinoda v
ə ya televiziyada əvvəldə, ortada, yaxud sonda verilən 
yazılar, qaçan sətrlərdir. Titr adətən  verilişin  əvvəlində,  ya  da  sonunda  yazılır. 
Kadrdaxili  yazılarsa  (danışan  insanın  adı,  soyadı,  vəzifəsi) subtitrlər  adlanır. 
Müasir dövrd
ə  əcnəbi dillərdə  olan filmlərin  səsli dublyajından  daha  çox,  yazılı 
dublyaj
ına üstünlük verilir ki, həmin  yazılar  da  filmdaxili  yazılar  kimi  subtitr 
adlanır.  
Titrl
ər adətən musiqi ilə  müşayiət olunur. Film çəkilişlərində  və  ya 
ç
əkilişdən sonra dünyasını dəyişən insanların adı, soyadı isə çərçivənin içərisində 
verilir.  
Titrl
ərin tarixinə gəlincə, ilk titr və subtitrlər televiziya ilə müqayisədə daha 
q
ədim tarixə malik kino sənətinin yaranması dövrünə təsadüf edir. Əvvəllər titrləri 
göst
ərmək  üçün  şüşəli diapozitivdən (diapozitiv-proyeksiya  fanarı  vasitəsilə 
göst
ərilmək üçün şüşə və s. üzərinə salınan şəkil) istifadə edilir və titrləri filmin 
üz
ərində deyil, əlavə ekranda görmək olurdu. 1905-ci ildən başlayaraq titrlər daha 
aydın şəkildə, eyni zamanda  kadrların üzərində yazılmağa başlanıldı.  


Titr v
ə  subtitrləri yazarkən  ehtiyatlı  olmaq,  hərf səhvlərinə  yol verməmək 
lazımdır.  
8. Mozaika  -  B
əzən çəkilən kadrda hər  hansı  detalı  gizlətmək və  ya süjetin 
q
əhrəmanının  üzünü  göstərməmək zəruriyyəti  yaranır.  Belə  olan halda,  jurnalist 
montaj prosesind
ə  televiziya effektlərindən biri -  mozaikadan istifadə  edir. 
Mozaika konkret olaraq h
ər  hansı  detalı  gizlətmək və  ya örtmək üçün müasir 
televiziyalarda  -  ist
ər reportajda, istərsə  də  sənədli, yaxud bədii filmlərdə  geniş 
istifad
ə  edilir.  Mozaikanın  dairəvi,  kvadrat,  üçbucaq,  düzbucaqlı  və  s.  formaları 
var.  
9. Blok –  x
əbərlərdə  efirə  təqdim olunan süjetlərin  ardıcıllığıdır.  Qərb 
texnologiyasında  buna “kərpic” də  deyilir. Televiziyada neçə  xəbər  buraxılışı 
olursa, bir o q
ədər də blok tərtib edilir.  Bloku birbaşa aparıcı yığır və yoxlanılması 
üçün redaktora t
əqdim edir. Blokun tərtibi  zamanı  süjetlərin ardıcıllığı  aşağıdakı 
prinsipl
ər üzərində qurulmalıdır: 
 
- Konflikt; 
 
- Siyas
ət; 
 

İqtisadiyyat; 
 
- Sosial probleml
ər; 
 
- Life  
Bundan 
əlavə,  blokda  ön  sıralarda  olan  materiallar  mütləq  aşağıdakı 
t
ələblərdən birinə cavab verməlidir: 
-  
Dünyanın  hansı  ölkəsində  baş  verməsindən  asılı  olmayaraq  yaşanan 
hadis
ənin böyük ictimai önəm kəsb etməsi; 
-   Hadis
ənin birbaşa Azərbaycana və ya qonşu ölkələrə aid olması; 
-  Operativlik; 

İnsan ölümü faktoru 
 
Nümun
ə: 
 
S
əda informasiya xidməti, saat: 19:00, tarix: 09.05.2012    


*** 
Axşamınız  xeyir  olsun.  Sədanın  bu  günə  olan  əsas  buraxılışının  təqdimatı  ilə 
studiyada Günel Göz
əlovadır. İndi isə görək bu gün hansı hadisələrlə tarixə düşdü.  
*** 
ANONS 
*** 
Nasizm üz
ərində qələbədən 67 il ötdü. Bu qələbənin qazanılmasında Azərbaycanın 
600 min oğul və qızının da payı var.  
*** 
Suriyada BMT müşahidə missiyasının üzvləri hücuma məruz qaldı. İnsident zamanı 
8 min 
əsgər yaralandı.  
*** 
Yevlax v
ə Neftçala rayonlarında baş verən 3 yol qəzası 2 nəfərin ölümü, 7 nəfərin 
yaralanması ilə nəticələndi.  
*** 
Az
ərbaycanda ilk dəfə  milli lider Heydər  Əliyevin  xatirəsinə  həsr olunan 
beyn
əlxalq velosiped turu keçirilir.  
*** 
Böyük V
ətən müharibəsində  nasizm  üzərində  qələbənin 67-ci ildönümü 
münasib
ətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak 
edib.  
*** 
VMZ –
PREZİDENT 
Tema  – 
Prezident  İlham  Əliyev  qələbənin 67-ci ildönümü ilə  bağlı  təntənəli 
m
ərasimdə iştirak etdi. 
*** 
Prezident  İlham  Əliyev  Nəsimi rayon icra hakimiyyətinin  yeni  inzibati  binasının 
açılışında  iştirak  edib.  Dövlət  başçısı  həmçinin  Yasamal  rayonu  İnşaatçılar 
prospektind
ə salınan yeni istirahət parkına da baxış keçirib.  
***  


VMZ – 
PREZİDENT – BAKI 
Tema – 
Bakı abadlaşdırılır   
*** 
Sonra ölk
ənin şimal – qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev zəlzələdən 
z
ərər çəkən kəndlərdə olub. Dövlət başçısı Qax rayonunun Göllük və Zaqatalanın 
k
əndlərində zəlzələ nəticəsində evləri dağılmış sakinlərlə görüşüb. Təbii fəlakətin 
tör
ətdiyi fəsadlarla  tanış  olub.  Prezident  fəsadların  aradan  qaldırılması  üçün 
tapşırıq və göstərişlərini verib.  
*** 
PEREBİVKA 
*** 
Erm
ənistan  silahlı  qüvvələrinin bölmələri ötən gecə  Tovuz  rayonunun  Əlibəyli 
k
əndini yenidən güllə-baran edib. Axşam saat 8-də iriçaplı silahlardan başlayan 
atışma gecə saat 3 radələrinədək fasiləsiz davam edib. Nəticədə kənddə bir neçə 
ev
ə  ciddi ziyan dəyib.  Güllələr hətta mənzillərin içərisinə  qədər keçib. 
Xoşbəxtlikdən xəsarət alan olmasa da, kənd  sakini  Qara  Qasımova  məxsus evə 
yandırıcı  güllələrdən  od  düşüb.  Yanan  evi  sakinlər çətinliklə  də  olsa, söndürə 
bilibl
ər. Hadisə  ilə  bağlı  rayon  rəsmiləri bütün gecəni  Əlibəylidə  keçiriblər. 
Az
ərbaycan ordusunun layiqli cavab atəşindən sonra erməni əsgərləri susdurulub.  
*** 
Bütün dünyada informasiya müharib
əsinin  qloballaşdığı  bir  vaxtda  düşmən öz 
işğalçı  əməllərini internet vasitəsilə də həyata keçirməyə başlayıb.  Azərbaycanın 
işğal  altında  olan  rayonlarını  özününkü  kimi  dünyaya  tanıtmağa  çalışan 
erm
ənilərin cəhdləri cavabsız qalmır.  
*** 
VMZ – 
İNFORMASİYA MÜHARİBƏSİ 
Titr – N
əsimi Qarabağlı – virtual əsgər 
Titr – 
Şəlalə Həsənova – araşdırmaçı 
Titr – 
Rövşən Əliyev – Vikipediya – Azərbaycan idarəedicisi 
Titr - 
Rövşən Əliyev – Vikipediya – Azərbaycan idarəedicisi 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə