Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

 
37
§1.5.1. V.Vundt öz tədqiqatlarında dili həm sistem (öz müasiri 
olan dilçilərin cümlənin quruluşu haqqında mülahizələrindən istifadə 
edirdi), həm də qabiliyyət (nitq mexanizmi) kimi nəzərdən keçirir. 
Dilin qabiliyyət və ya nitq mexanizmi olması V.Vundtun tədqiqatla-
rında mənimsənilən obyekt (dərk olunan gerçəklik elementi – M.Ə) 
haqqında ümumi təsəvvür (Gesamtvorstellung) formalaşdırmaq və 
bu təsəvvürü struktur əlaqələri ilə bir-birinə bağlı olan daxili hissələri-
nə parçalamaq (strukturlarına ayırmaq), həmçinin bu ümumi təsəv-
vürləri sözlərlə ifadə etmək – ümumilikdə qabiliyyət kimi şərh olu-
nur. V.Vundtun qənaətinə görə, ümumi təsəvvürün hissələri arasın-
dakı əlaqələrin strukturu cümlənin strukturu üçün əsas rolu oynayır
1
.             
V.Vundt belə hesab edir ki, nitqin mənimsənilməsi prosesi 
onun xarici formasının qəbulu ilə başlayır. Xarici formanın analizi 
cümlənin sintaktik strukturunun və bu da öz növbəsində ümumi 
təsəvvürün daxili elementləri arasındakı struktur əlaqələrinin, yəni 
cümlə yaradarkən kommunikantın sözlərlə ifadə etdiyi əqli, fikri 
məlumatın müəyyənləşdirilməsinə  şərait yaradır. Bəzi obyektlərin 
mənimsənilməsi zamanı yaranan ümumi təsəvvürlər daxili element-
lərinə parçalanır ki, bu elementlər arasındakı  əlaqələr  əvvəlcə 
subyekt-predikat söyləmləri arasındakı məntiqi münasibətlər şəklində 
təsvir olunur və bundan sonra cümlədə sözlərlə ifadə edilir.  
V.Vundta görə, nitqi yaratma və onu mənimsəmə funksiyaları 
tək bir məqsədə xidmət edir ki, bu da aktiv kommunikantın nitq 
obyekti ilə bağlı ümumi təsəvvürlərini passiv kommunikantın həmin 
obyektlə bağlı ümumi təsəvvürlərinə çevirməkdir. Nitqin yaradıl-
masına qədərki və ondan sonrakı fəaliyyətləri V.Vundt təfəkkür (və 
ya düşünmə) hesab edir.  
§1.5.2.  Psixologiya tarixində V.Vundt təfəkkür elementi 
nəzəriyyəsinin yaradıcısı kimi tanınır. Bu nəzəriyyəyə görə, psixoloji 
fəaliyyətlərin  şərhinin  əsasında sadə elementlər dayanır. Bütün 
psixoloji proseslər onların qarşılıqlı təsiri nəticəsində yaranır.  
                                                 
1
 Wundt W. Völkerpsychologie. Eine untersuchung der Entwicklungsgesetze von Sprache, 
Mythos und Sitte. Die Sprache. Stuttgart, 1900. Bd. 1. 
 
38
V.Vundt sadə  təfəkkür elementlərindən yaranan psixoloji 
proseslərin qanunauyğunluqlarını  və daxili səbəblərini izah etməyə 
qadir olan tutarlı dəlil və ya şərhlər irəli sürə bilməmişdir. Bununla 
belə,  sözlə ifadə olunan mahiyyəti qeyri-söz işarələri arasında 
mövcud olan xəyali  şəkil kimi qəbul etməyi nitqin yaradılması ilə 
bağlı tədqiqatlara daxil etmişdir
1
.  
Buradaca qeyd edək ki, V.Vundtun təfəkkür elementi anlayışı 
bu tədqiqatımızda irəli sürülən intellekt obrazı anlayışından mahiyyət 
etibarilə əsaslı surətdə fərqlənsə də, bəzi mülahizələrimizin formalaş-
masında əhəmiyyətli dərəcədə  rol oynamış, ikinci bir tərəfdən, bizi 
eyni yanlış yolla getmək əziyyətindən qurtarmışdır.  
Bir faktı da etiraf etməyi özümüzə borc bilirik ki, V.Vundtun 
“sözlə ifadə olunmuş mahiyyəti qeyri-söz işarələri arasında mövcud 
olan xəyali şəkil kimi qəbul etməsi”, dil struktur vahidinin müstəqil 
gerçəklik elementi kimi dərk olunması  nəticəsində ikinci intellekt 
obrazının yaranmış olması ilə bağlı fikrimizə birbaşa dəstək verir
2
.      
§1.5.3. V.Vundt uzunmüddətli fasilələrdən sonra cümlədə söz-
lə ifadə olunan düşüncə məzmununu şərh etmək məqsədi ilə yenidən 
məntiqi anlayışlardan istifadə etmiş
3
 və bununla da sanki əvvəlki 
əsərləri ilə elmi həqiqətin bir addımlığında dayanmasına baxmaya-
raq, qəflətən ondan üz çevirmişdir.   
Qeyd edək ki, nitqdə  əks olunan və ya öz mövcudluğunun 
yeni forması kimi nitqə çevrilən fikrin bu şəkildə başa düşülməsi 
nitqin yaranması  və  mənimsənilməsi problemləri ilə  məşğul olan 
sonrakı  tədqiqatçıların  əsərlərində  də öz əksini tapmışdır. Məsələn, 
onun bir qədər ixtisar olunmuş formasına N.Xomskinin cümlənin 
dərin strukturları ilə bağlı məlum konsepsiyasında
4
, həmin fikrin bir 
qədər inkişaf etdirilmiş və eksperimentlərlə əsaslandırılmış formasına 
isə N.İ.Jinkinin “universal əşya kodu” anlayışında
5
 rast gəlirik.  
                                                 
1
Wundt W. Völkerpsychologie. I. Leipzig, 1912. Bd. 1. Buch 2: Die Sprache. 
2
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, № 4, s. 39-43 
3
 Wundt W. Völkerpsychologie. I. Leipzig, 1912. Bd. 1. Buch 2: Die Sprache.  
4
 Хомский Н. Аспекты теории синтаксиса. М., 1972. 
5
 Жинкин Н.И. Речь как проводник информации. М., 1982. 


 
39
§ 1.6. D.Uotsonun behaviorizm nəzəriyyəsi: S-R 
 
Psixolingvistikanın bir elm sahəsi kimi yaradılması Ç.Osqu-
dun adı ilə bağlansa da
1
, onun ilkin psixoloji əsasını təşkil edən beha-
viorizm nəzəriyyəsinin D.Uotsona aid olduğu qeyd edilir. D.Uotson 
psixologiyanı  nəzarət oluna bilən eksperimentlərə  əsaslanan dəqiq 
elm elan edirdi. Behaviorizmin ən başlıca xidməti ondan ibarətdir ki
o, dərketmə və insanın xarici uyğunlaşma reaksiyaları arasındakı boş-
luğu doldurmağa çəhd göstərmiş…, sözün tam mənası ilə buna nail 
ola bilməsə də, dərketmədən əlavə, insanın xarici aktivliyini, xarici 
faktora qarşı göstərilən reaksiyaları eksperimental psixologiyanın ob-
yekti elan etmiş, bu vaxta qədər psixologiyanın yeganə obyekti olan 
daxili psixoloji prosesləri isə obyektiv şəkildə qeydə alma imkanı ol-
madığına görə eksperimental tədqiqatların obyekti siyahısından sil-
mişdir. Daxili psixoloji prosesləri, o cümlədən təfəkkür və dərketmə-
ni tədqiqat obyeki hesab etməmək behavioristləri “stimul-reaksiya” 
sxemi ilə kifayətlənməyə, nitqin tədqiqini isə nitqyaradan reaksiyalar 
səviyyəsinə qədər bəsitləşdirməyə vadar etmişdir
2

 
§ 1.7.  İ.Seçenyov və üçpilləli psixoloji akt ideyası 
 
Psixologiyada behaviorizmin hakim mövqe tutması insan nit-
qinin tədqiq olunmasının və eyni zamanda linqvistika ilə psixologi-
yanın birgə fəaliyyətinin önünə sədd çəkməsə də, bu qəbildən olan 
əsərlərin sayının azalmasına,  əsas etibarilə kommunikativ reaksiya-
ların araşdırılmasına və qeyri-nitqə əsaslanan ünsiyyətin formal təsvi-
rinə həsr edilən əsərlərin ortaya çıxmasına səbəb olurdu.  
Behavioristlərin psixoloji proseslərin təsvirində istifadə 
etdikləri iki fazalı “stimul-reaksiya” sxemi İ.M.Seçenov tərəfindən 
üçmərhələli tam psixoloji akt kimi  təkmilləşdirildi: 1) insana göstəri-
                                                 
1
 Psycholinguistics.A survey of theory and research problems. Ed. By Ch.E.Osgood and 
T.A.Sebeok. Baltimore, 1954. 
2
 Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987,  s. 28-29. 
 
40
lən xarici təsir, 2) bu təsirlərin insanın daxilində yaratdığı proseslər, 
3) xarici cavab fəaliyyətləri
1
.  
Seçenov İvan Mixayloviç (1829-1905) rus alimi və filosofu-
dur. “Baş beynin refleksləri” (1866) adlı əsərində şüurlu və təhtəlşüur 
fəaliyyətlərin reflekslərə  əsaslandığını, hər cür psixoloji aktivliyin 
əsasında obyektiv metodlarla öyrənilməsi mümkün olan fizioloji 
proseslər dayandığını sübut edirdi. Əsəb sistemində mərkəzi tormoz-
lanmanın, eyni zamanda mərkəzi sinir sistemində ritmik, bioloji pro-
seslərin mövcudluğunu sübut etmiş, hisslərin oyanmasında maddələr 
mübadiləsi prosesinin rolunu şərh etmiş, qanın tənəffüs prosesindəki 
rolunu tədqiq etmişdir. Obyektiv fəaliyyət nəzəriyyəsini yaratmış, 
əməyin fiziologiyası, yaş fiziologiyası, müqayisəli fiziologiya və 
təkamül fiziologiyasının əsasını qoymuşdur. İ.M.Seçenovun əsərləri 
dərketmə nəzəriyyələrinin inkişafına təkan vermişdir. 
Psixologiyanın predmeti və  şüur fəaliyyətinin öyrənilməsi 
baxımından  İ.M.Seçenovun mövqeyinə qiymət verən M.Q.Yara-
şevski bunu psixologiya elmində əsl inqilab adlandırırdı
2
.  
 
§ 1.8. L.Blumfild: S-R və R-S əvəzlənməsi 
 
L.Blumfild behaviorist mövqedən yanaşmaqla nitq vasitəsilə 
reallaşan ünsiyyət haqqında tam təsəvvür yaradan ilk dilçidir. O, nitqi 
öz real mühitində əks etdirməyə çalışmış, nitqdən əvvəl və sonra baş 
verən praktik hadisələri də göstərmişdir.  Ən azı nitqdən sonra baş 
verən hadisələrdə nitqin kommunikanta təsiri açıq şəkildə müşahidə 
olunur. 
L.Blumfild behaviorizmin əsas izahat sxemi olan “stimul-re-
aksiya” sxeminə əsaslanmaqla belə hesab edir ki, insanın həyati ehti-
yacları və onların ödənilməsi məqsədi ilə icra olunan fəaliyyətlər iki 
tip reaksiyada öz əksini tapır. Bunlardan birincisi praktik əməli reak-
siya, ikincisi isə nitq vasitəsilə göstərilən reaksiyadır. Onun qənaətinə 
                                                 
1
 Сеченов И.М. Рефлексы головного мозга. Санкт Петербург, 1866.  
2
 Ярошевский М.Г. Иван Михайлович Сеченев. Л., 1968, с. 177-178. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə