Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

 
41
görə, bütün normal insanlarda nitq (və ya ümumiyyətlə dil – M.Ə), 
hər şeydən əvvəl, praktik ehtiyacların ödənilməsinə xidmət edir
1

Göründüyü kimi, mahiyyət etibarilə bir-birindən fərqlənməsi-
nə baxmayaraq, hər ikisi insan fəaliyyətlərini tənzimləyən vasitə ol-
duğuna görə L.Blumfild nitq fəaliyyətlərinin qeyri-nitq fəaliyyətləri-
nə ekvivalent olduğunu düşünür. Çünki bu vasitələrin hər ikisi eyni 
məqsədə, qarşı tərəfə təsir göstərmək məqsədinə xidmət edir. 
§1.8.1. Birgə fəaliyyətdə olan insanlar nitq vasitəsilə və prak-
tik  şəkildə bir-birinə  təsir göstərə bilər, bu təsirlərə qarşı onların 
reaksiyası da ikili xüsusiyyət daşıyır: nitq vasitəsilə və nitqdən kənar 
vasitələrlə. L.Blumfild nitq vasitəsilə baş verən reaksiyaları praktik 
stimulların  əvəzləyicisi hesab edir. Bu baxımdan nitq stimulları  və 
kommunikantların reaksiyaları praktik xüsusiyyətlərə malikdir
2
.       
L.Blumfildin ən başlıca xidmətlərindən biri nitqin tənzimləyici 
funksiyasını müəyyənləşdirməsidir ki, onun bu fikri, demək olar ki, 
bütün psixolinqvistik məktəb və istiqamətlər tərəfindən qəbul olun-
muş və inkişaf etdirilmişdir.  
Artıq qeyd etdiyimiz kimi, L.Blumfildin nitqlə reallaşan ün-
siyyət modeli behaviorist paradiqmalar çərçivəsində formalaşdığına 
görə, “obyektivist” mahiyyət daşıyır, yəni burada kommunikantın 
yalnız müşahidə edilə bilən fəaliyyətləri nəzərdən keçirilir və analizə 
cəlb olunur. Kommunikantın daxili aktivliyi, onun psixikasında baş 
verən proseslər, dil struktur vahidlərinin mənaları isə obyektiv şəkildə 
müşahidə imkanlarına malik olmadığına görə bu tədqiqatın 
obyektinə daxil edilmir.  
§1.8.2.  Ünsiyyətdə olan şəxslərin replikaları  və praktik 
fəaliyyətləri S→R (stimul - reaksiya) sxemi əsasında  səbəb-nəticə 
modeli üzrə analiz edilərkən praktik fəaliyyətlər nitqdə ifadə olunan 
söyləmlərin mənası hesab edilir. Bununla belə, analizin obyekti yal-
nız müşahidə edilə bilən fəaliyyətlər olduğuna görə paradiqmalarda 
pozulmalar müşahidə edilir. Çünki kommunikant tərəfindən stimul 
                                                 
1
 Блумфилд Л. Язык. М., 1968, с. 4. 
2
 Yenə orada, s. 40. 
 
42
yaradılarkən bu stimulun yaradacağı reaksiya əvvəlcədən təxmin edi-
lir, yəni reaksiya stimuldan əvvələ keçir, başqa sözlə desək, müşahidə 
edilməyən, ideal olan fakt tədqiqat obyektinə daxil olur. 
Behaviorizmlə bağlı qeyd edilən çatışmazlıqları aradan qaldır-
maq məqsədi ilə onu təkmilləşdirməyə bir sıra cəhdlər göstərilmişdir.  
 
§ 1.9. Ç.Morrisin neobehaviorizmi – dispozisya 
 
İnsan davranışlarının yeni keyfiyyətdə  şərhinə yönələn, neo-
behaviorizm kimi təqdim olunan yeni psixolinqvistik istiqamətin 
banisi Ç.Morrisdir.  
“Nitq fəaliyyəti nəzəriyyəsi” tərəfdarlarının şiddətli tənqidinə 
məruz qalmasına baxmayaraq, Ç.Morris nitq vasitəsilə ünsiyyətin 
analizində düzgün və asanlıqla isbat oluna bilən təsəvvürlərdən çıxış 
edərək göstərir ki, bəzi hallarda insan işarəyə  də, onun əvəz etdiyi 
əşyaya da eyni tərzdə reaksiya göstərir, yəni əşya və onun işarəsi eyni 
reaksiya ilə qarşılanır. Əşya və onun işarəsinə insan tərəfindən veri-
lən reaksiyanı müşahidə etməyin mümkün olmadığı halları izah 
etmək məqsədi ilə Ç.Morris “dispozisya”, yəni reaksiya verməyə 
hazırlıq anlayışından istifadə edir.  
Klassik behaviorizmdə işarənin mənası stimul kimi çıxış edən 
“işarə gövdəsi”nə qarşı göstərilən reaksiya idisə, Ç.Morrisdə işarənin 
mənası dispozisyadır, yəni stimula qarşı reaksiyaya hazırlıqdır və 
Ç.Morrisin fikrincə, bu məna gələcəkdə, başqa şəraitlərdə üzə çıxa-
caq, reallaşacaqdır. 
“İstər klassik behaviorizm, istərsə  də neobehaviorizm nitq 
vasitəsilə ünsiyyətin necə baş verdiyini və ünsiyyətə xidmət edən dil 
struktur vahidlərinin insan tərəfindən necə mənimsənildiyini şərh edə 
bilmədi”
1
 kimi son dərəcə  kəskin və bir qədər də  qərəzli tənqidi 
fikirlər mövcud olsa da, bizcə, klassik behaviorizm də, neobehavio-
rizm də qeyd olunan məsələləri öz metodologiyasına, meyarlarına 
uyğun şəkildə şərh etməyi bacarmışdır.  
                                                 
1
 Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука», 1987, c. 37. 


 
43
Behaviorizm və neobehaviorizm həm, ümumiyyətlə, psixolin-
qvistikanın, həm onun üçüncü nəsli və ya pilləsi adlandırılan “Nitq 
fəaliyyəti nəzəriyyəsinin”, həm də bu tədqiqat  əsərində  təqdim 
olunan nəzəri mövqeyimizin formalaşmasında müəyyən pozitiv rol 
oynamışdır. 
 
§ 1.10. Alışılmış situativ məqamlar analogiyası və 
 situativ xarakterli psixoloji vəziyyət prınsipi 
 
Nitq və onun ötürülməsi ilə bağlı verilən informasiyanın ger-
çəkliyi əks etdirməsi baxımından ən real fikrə A.A. Potebnyada rast 
gəlirik. A.Potebnya nitqin ötürülməsini müşayiət edən psixoloji 
prosesləri belə  şərh edir ki, sözün tərkibi mürəkkəb məzmunun 
işarəsi olsa da, həmin səs tərkibinin başqasına ötürülməsi ilə məzmun 
bütün çalarları ilə informasiyanın ötürüldüyü şəxsə verilmir. Həmin 
məzmun çalarları informasiyanın ötürüldüyü şəxsin özü tərəfindən 
yaradılır
1

Bizcə, burada ötürülən informasiya və yaranan məzmun çalar-
larının bəzi hallarda fərqli olduğunu və bu fərqliliyi yaradan iki 
başlıca səbəbi qeyd etmək lazımdır ki, bunlardan birincisi alışılmış 
situativ məqamlar analogiyası, ikincisi isə situativ xarakterli psixoloji 
vəziyyət prınsipidir.  
§1.10.1. Alışılmış situativ məqamlar analogiyası dedikdə, eyni 
fəaliyyətləri daima eyni situativ şəraitdə icra etməyə alışmış  və 
müvafiq dil struktur vahidinə kodlaşdırmış olan informasiya ilə bağlı 
yaranan məzmun çalarlarının müxtəlif passiv kommunikantlarda ya-
ratdığı məna çaları fərqi nəzərdə tutulur. A.Şaffın terminoloji meyar-
larından istifadə etməklə “effektiv ünsiyyət”in
2
 oppozisiyası kimi 
qeyri-effektiv ünsiyyət adlandıra biləcəyimiz bu ünsiyyət formasında 
aktiv kommunikant tərəfindən ötürülən eyni dil struktur vahidlərinin 
müxtəlif passiv kommunikantların təfəkküründə oyatdığı birinci 
                                                 
1
 Потебня А.А. Из записок по теории словесности. Харьков, 1905, стр. 599-600. 
2
 Шафф А. Введение в семантику, М., 1963: c. 343-344. 
 
44
intellekt obrazları qismən fərqlənəcəkdir. Bu zaman eyni kod qrupları 
tərkibində oyanan əlavə obrazlarda da böyük fərqlərin ola bilməsi 
istisna edilmir.    
Saatlı rayonunda “Size asıl Türk sofrası açtırdım ve güzel bir 
plov yaptırdım”- deyərək Ankaralı  həmkarımla məni evinə  dəvət 
edən Əhməd adlı bir Axısqa türkünün evinə gəlincəyə qədər yalnız 
Ankaralı  həmkarım, qonaq otağına girdikdə isə  hər ikimiz şok 
vəziyyətinə düşməsək də, ən azı təəccübləndik. 
Ankara yeməkxanalarında plovların qaynadılmış düyüdən 
başqa bir şey olmadığını bilən həmkarım astadan mənə “Çok acık-
tım, bir plovla yetinemem, etli birşeyler yemek istiyorum” deyir, bir 
bəhanə ilə  Əhməddən ayrılıb restorana getməyi xahiş edirdi. Mən 
ona bizim plovlar haqqında qısa izahat verdim və o, sakitləşdi. Qo-
naq otağında yerə atılmış döşəkləri və  sərilmiş süfrəni gördükdə 
Axısqa türklərində “asıl türk sofrası”nın nə demək olduğunu tam 
mənası ilə bilmədiyimi mən də etiraf etməli oldum.  
Psixoloji baxımdan alışılmış situativ məqamlar analogiyası 
yalnız ali şüur daşıyıcısı olan insanla, eləcə də yüksək şüur fəaliyyəti 
olan dil və ya nitqlə bağlı bir norma deyil. Onu istənilən inkişaf sə-
viyyəsinə malik canlılarda yaradılan  şərti reflekslərdə  də müşahidə 
etmək mümkündür.  
Məsələn, müxtəlif qaranlıq otaqlarda olan iki itdən birinə eyni 
rəngdə lampanı yandırmaqla uzun müddət yemək verib, digərinə isə 
iynə vurduqda, bu itlərdə  həmin rəngə qarşı müvafiq şərti refleks 
yaranır. Həmin itləri eyni bir qaranlıq otağa salıb həmin rəngdə işığı 
yandırdıqda itlərdən birində  şirə ifrazı, digərində isə qorxu və ya 
həyəcan hissi müşahidə olunur.  
İtlərin verilən komandaların mənasına deyil, sadəcə səs tərki-
binə reaksiya verdiyini sübut etmək və bu alışqanlığın da daha bir 
şərti refleks olduğunu sübut etmək məqsədi ilə 1981-ci ildə  Hərbi 
Kinoloqların Mərkəzi Məktəbində (Moskva vilayəti, Dmitrev şəhəri) 
praporşik Səlimqariyevin eyni cins (Şərqi Avropa ovçarkası) və 
yaşda (5 aylıq) olan itlərlə apardığı 6 aylıq məşqlər nəticəsində adları 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə