Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

 
45
da bır-birinin tərsi olan (Ton və Not) itlərdə eyni bir komandaya ta-
mamilə bir-birinə əks olan reaksiyalar müşahidə olunmuşdur.  
“Fas” komandasında Ton düşmən maketinə “hücuma kecir” 
Not “farağat” dayanır, “Fu” komandasında isə Not düşmən maketinə 
“hücuma kecir” Ton “farağat” dayanırdı.  
“Mesto” komandasında Ton sahibinin sol ayağının yanında 
oturur, Not sahibinin ətrafında fırlanır, “Qulyay” komandasında isə, 
əksinə, Not sahibinin sol ayağının yanında oturur, Ton onların 
ətrafında fırlanırdı.  
Artıq qeyd olunduğu kimi, praktik təcrübə xarakteri daşıyan 
bu eksperimentin qoyulmasında əsas məqsəd heyvanların, o cümlə-
dən də itlərin verilən komandalar əsasında fəaliyyətinin anlama ilə 
deyil, şərti reflekslə bağlı olduğunu nümayiş etdirmək idi. Detallarına 
varıb diskussiya açmadan və konturarqumentlərə müraciət etmədən 
yalnız bunu qeyd etmək istərdik ki,ayrı-ayrı heyvanlarla aparılan 
eksperiment və təcrübələr əsasında onlarda da şüurun, dərketmənin 
primitiv formalarının mövcud olduğunu sübut etməyə çalışan və bu 
istiqamətdə inandırıcı,  ən azı heyrətləndirici nəticələr
1
 əldə edən 
çoxsaylı tədqiqat əsərləri və mütəxəssis mülahizələri vardır. 
§1.10.2. Situativ xarakterli psixoloji vəziyyət prinsipi dedikdə, 
standart nominal-funksional semantikaya malik olan və aktiv 
kommunikant tərəfindən ötürülən eyni dil struktur vahidlərinin passiv 
kommunikantların təfəkküründə oyatdığı birinci intellekt obrazlarının 
ümumi mahiyyət baxımından identik olması halında belə, eyni kod 
qrupları  tərkibində oyanan əlavə obrazların mütləq  şəkildə  fərqlən-
məsi nəzərdə tutulur. Bu ilk növbədə epizodik xarakterli ehtiyacla 
bağlı olur. 
Məsələn, uzun müddət çöldə olan və biri susuzluqdan yanan, 
digəri isə üşüyən iki adam radiodan “yağış yağacaq” xəbərini eşidir-
                                                 
1
 Məsələn, təlimçinin verdiyi tək balığı ağzında çıxarıb sahilə atan, vedrəni göstərdikdə başı ilə 
“hə” işarəsi verən, ağzına boşalan vedrə dolusu balığı yedikdən sonra təlimçini “öpən” ala 
balina balasının bu kimi davranışları ilə azyaşlı  uşağın davranışları arasındakı  bənzərlikləri 
görməmək, bu davranışları “şüursuz” adlandırmaq ən azı insafsızlıqdır.   
 
46
sə, yağışın yağmasının nə demək olduğunu normal şəkildə anlayan 
bu adamlar üçün həmin xəbər ikinci bir məna çaları da ifadə 
edəcəkdir. “Yağış yağacaq” xəbəri susuzluqdan yanan adam üçün ilk 
növbədə yanğını kəsən maye mənbəyi, ikincisi üçün isə paltarlarını 
isladıb üşüməsini daha da artıran  əlavə soyuqluq mənbəyi kimi 
təsəvvür olunacaqdır. 
 
§ 1.11.  L.S.Vıqotskinin psixoloji görüşləri 
 
V.Humboldtun psixologiya ilə bağlı fikirlərini davam və 
inkişaf etdirən tədqiqatçılardan birinin də L.Vıqotski olduğunu qeyd 
etmişdik. 
İxtisasca psixoloq olmasına baxmayaraq, L.Vıqotski psixolin-
qvistikanın banilərindən, dilçilik və dil nəzəriyyəsinin isə sayılıb-
seçilən nümayəndələrindən biri hesab oluna bilər. Dilin linqvistik, 
psixoloji, fizioloji, sosioloji və s. cəhətlərindən söz açan əksər tədqi-
qatçılar öz araşdırmalarında L.Vıqotskinin bu və ya digər  əsərinə 
mütləq şəkildə istinad edirlər. L.Vıqotskinin rəy və mülahizələrinin 
mütləq gerçək olmasına inam o qədər böyükdür ki, onun fikirlərinə 
əsaslanan tədqiqatçılar L.Vıqotskiyə istinadla söylədikləri fərziyyənin 
əlavə sübutuna ehtiyac belə duymurlar. Bu, bir tərəfdən, dilin 
psixoloji mahiyyəti ilə bağlı L.Vıqotskinin inandırıcı, dəyərli fikirlər 
söyləmiş olduğunu, ikinci bir tərəfdən isə, bu fikirlərin əksər tədqi-
qatçılar tərəfindən qəbul edildiyini göstərir.  
§1.11.1.  L.Vıqotski belə hesab edir ki, təfəkkür və nitq məsə-
ləsi elə psixoloji problemlər qrupuna aiddir ki, orada şüurun müxtəlif 
fəaliyyət növləri ön plana çıxır. Ən başlıca məsələ isə fikrin sözə olan 
münasibətidir. “Bununla müqayisədə bütün digər məsələlər ikinci 
dərəcəli əhəmiyyət daşıyır və mahiyyətcə bu əsas məsələnin həllin-
dən birbaşa asılıdır. Bu məsələni həll etmədən, ikinci dərəcəli məsə-
lələrin həllini nəzərdə tutan problemlərin düzgün qoyuluşu belə 
mümkün deyil”
1

                                                 
1
Выготский  Л.С.Психология,изд.Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с 264. 


 
47
O,  şüurun funksiyalararası  əlaqələrinin sabitliyini və  dəyiş-
məzliyini qəbul edənləri tənqid atəşinə tutaraq göstərir ki, “mənimsə-
mə (восприятие) həmişə eyni dərəcədə diqqətdən, fikir (мысль) isə 
yaddaşdan asılı deyil”
1

§1.11.2.  Özünəqədərki psixoloji tədqiqatların əksəriyyətində 
iki əks qütbə meyilin olduğunu göstərən L.Vıqotski belə hesab edir 
ki, fikir və sözü Çin səddi ilə bir-birindən ayıranlar da, onları eyni şey 
hesab edənlər də eyni dərəcədə haqlıdırlar və eyni dərəcədə yanılırlar. 
Onun fikrincə, həqiqəti harada isə bu iki fikrin arasında axtarmaq, bu-
nunla belə metafizika dualizminə yuvarlanmaqdan özünü qorumaq 
lazımdır.  Əksqütblülər nitqi fikrin ifadə vasitəsi, xarici görünüşü, 
onların arasındakı  əlaqəni isə  kənar  əlaqə hesab edirlər.  İkincilərin 
çatışmayan cəhəti isə odur ki, onlar fikri və nitqi bir vahidin hissələri 
kimi qəbul edir və bu şəkildə də araşdırırlar. Təbii ki, bu halda fikir 
və nitqin daxili əlaqəsini müəyyənləşdirmək mümkün olmur. 
L.Vıqotskiyə görə, təfəkkür və nitqin öyrənilməsinin dönüş 
nöqtəsi odur ki,... tam olanı  tərkib hissələrinə deyil, tamın bütün 
xüsusiyyətlərini özündə  əks etdirən vahidlərə ayırıb öyrənmək 
lazımdır... Psixologiya daxili elementlərə parçalayaraq öyrənmə 
metodundan əl çəkməli və tamı vahidlər əsasında öyrənməlidir
2
.   
§1.11.3. İlk baxışdan buraya qədər deyilənləri düzgün ümum-
psixoloji müddəalar hesab etmək olar. Bu səbəbdən L.Vıqotskiyə hər 
hansı bir irad tutub polemika açmaq və ya disput yaratmaq, demək 
olar ki, mümkün deyil. Amma “tam” və “onun vahidləri” dedikdə, 
L.Vıqotskinin nəyi nəzərdə tutduğunu bir daha diqqətlə gözdən 
keçirək: “...Təfəkkür gerçəkliyi yaddaşda  əks etdirir. Yəqin ki,... 
vahidin keyfiyyətcə fərqi əsas etibarı ilə gerçəkliyi ümumiləşdirilmiş 
şəkildə əks etdirməsidir. Bunun əsasında belə bir qənaətə gələ bilərik 
ki, sözün mənası, onun ümumiləşdirmə imkanı sözün əsl mənasında 
təfəkkür aktını özündə ehtiva edir… Söz nitq səltənətinə aid olduğu 
qədər, fikir səltənətinə  də aiddir. Bu səbəbdən öz təbiətinə uyğun 
                                                 
1
 Выготский  Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 165.  
2
 Yenə orada, s. 268. 
 
48
olaraq məna eyni dərəcədə  həm nitqə, həm də  təfəkkürə aid edilə 
bilər... Söz eyni zamanda həm nitq, həm də təfəkkürdür, çünki o, nitq 
vasitəsilə düşünmənin vahididir.”
1
 
 Belə məlum olur ki, L.Vıqotski “tam” dedikdə nitq və təfək-
kürün, düşünmə prosesinin vəhdətini, eyniliyini, onun “vahidi” de-
dikdə isə, sözü nəzərdə tutur.  
Bundan əlavə, L.Vıqotski sözün mənasının təfəkkür aktındakı 
funksional rolundan danışarkən göstərir ki, “təfəkkür fəaliyyətinin 
fikirdən sözə doğru hərəkətinin özü, inkişafdır”
2
. Amma bizcə, bu, 
mövcud fikrin transformasiyasından, başqa sözlə desək, birinci 
intellekt obrazının ikinci intellekt obrazı ilə əvəzlənməsindən başqa 
bir şey deyildir
3
. İkinci bir tərəfdən, bu fikir L.Vıqotskinin özünün 
başqa bir fikrinə tamamilə ziddir: “Yaddaşda hər hansı sözlü mətnin 
bərpası təfəkkür prosesi deyildir”
4

L.Vıqotski belə hesab edir ki,“fikir sözlə ifadə olunmur, o, 
sözdə tamamlanır”
5
. Məqsəd nitq yaratmaq olduqda bu, həqiqətən 
də, belədir. Amma daxilən qərara gəlməyin lazım gəldiyi bir nümu-
nəni nəzərdən keçirək.  
“Həsən qapını döymədən içəri girdi, əlindəki kağızları müdirin 
masasının üstünə atdı  və heç bir söz demədən qapını  çırpıb getdi. 
Müdir  şəhadət barmağını gicgahına qoyub, digər barmaqlarını 
yumruq şəklində bükdüyü əlini sağa-sola fırlada-fırlada bir az əvvəl 
Həsənin çırpdığı qapıya baxdı”.  
Bu hadisə ilə bağlı fikir-söz əlaqəsi haqqında danışmalı olsaq, 
belə deməliyik ki, Həsən və müdir heç nə demədiyinə görə heç bir 
şey də fikirləşmədi. Amma həqiqətdə, təbii ki, bu mümkün deyil.  
Vizual şəkildə, yəni bir kino lenti kimi gözlərimiz önündə baş 
verən bu mənzərənin sonunda qərara gəlirik: 
1. Həsən nəzakət qaydalarına əhəmiyyət vermir, yəni mədə-
                                                 
1
 Выготский  Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с.269.  
2
 Yenə orada, s. 335. 
3
 Əsgərov M.B. Gerçəklik elementinin intellekt obrazları.“Tədqiqlər”. Bakı,2003,N 4,  s. 39-43 
4
 Vıqotski L.S. Həmin əsəri s. 335. 
5
 Yenə orada, s. 469. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə